Məhkəmə qərarları › İş №2(103)-6132/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6132/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6132/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “aktın ləğvi əsassız borcun hesab kodundan silinməsi” tələbinə dаir mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2401/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "Azəriqaz" İB tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasən İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən qaz sayğacına baxış keçirilmiş və sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur.

2. Daha sonra "Azəriqaz" İB tərəfindən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasən qeyd olunan evə küçədə quraşdırılmış qaz xətti üzərində olan sayğaca baxış keçirilmiş və sayğacın sərfiyyatı qeydə almaması boş rejimdə işləməsini müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğvi və əsassız hesablanmış 907,20 manat (doqquz yüz yeddi manat iyirmi qəpik), xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğvi və əsassız hesablanmış 2937,60 manat (iki min doqquz yüz otuz yeddi manat, altmış qəpik) cəmi 3844,80 manat məbləğin hesab kodundan (kod; **********04101) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında оnа məxsus evin qaz sayğacına оnun iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar təbii qazdan istifadə olunması aşkar olunduğu barədə onun imzası olmadan ******* saylı akt tərtib olunaraq hesab koduna (kod:**********04101) 907,20 manat əsassız olaraq cərimə hesablanmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən qeyd olunan evə yenidən оnun iştirakı olmadan küçədə quraşdırılmış qaz xətti üzərində olan sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın sərfiyyatı qeydə almaması boş rejimdə işləməsini müəyyən edərək оnun imzası olmadan ******* saylı akt tərtib edilmiş və hesab koduna 2937,60 manat əsassız olaraq cərimə hesablanmışdır. Cavabdeh İB-nin hesabladığı cərimə qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan ünvanda akt tərtib olunan vaxt orada sayğacdan kənar xətt olmamışdır. Aktlar tərtib olunarkən Cavabdeh İB tərəfindən оnа heç bir rəsmi məlumat verilməmiş və оnun imzası olmadan yazılmışdır. Maliyyə arayışından göründüyü kimi 2022-ci ilin yanvar ayında karta 50 manat yükləyərək təbii qazdan istifadə olunmuşdur. Eyni zamanda itirilmiş qazın bərpasına dair qəbul edilmiş aktda hesablamalar 24 saat-müddətində olmaqla 180 gün müddəti üçün hesablanmışdır. Hesablamaların 24 saat müddətinə aparılmış olması o deməkdir ki, о, işdə olarkən (8 saat is saatı) və eləcədə gecə yatarkən (8 saat yuxu rejimi) evində məişət qaz qurğusu daim açıq olmuş və təbii qazdan isdifadə edilmişdir. Bu səbəbdən 180 gün müddət üçün tərəfindən təbii qazdan qanunsuz istifadə edilməsinə dair aktların qəbul edilməsi heç bir normativ hüquqi aktda əsaslanmır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2401/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi,onun əsаsındа hеsablanmış 907.20 mаnаt bоrc **********04101 abonеnt hеsabından silinməsi,təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğv edilməsi,onun əsаsındа hеsablanmış 2937.60 manat bоrc **********04101 abonеnt hеsabından silinməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, təbii qаzdаn sаyğаcdаn kənаr istifаdə və sаyğаcа müdаxilə bаrədəki müvаfiq оlаrаq xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlаrda göstərilənlər işin hallarına uyğun olmadığından, bununla da qanunvеriciliyin tələblərinin pozulması ilə tərtib olunduğundan həmin aktlаr ləğv еdilməli, həmin аktlаrа əsаsən hеsаblаnmış bоrc аbоnеntin hеsаbındаn silinməli iddia tələbi təmin еdilməlidir. İş üzrə sübutlаrlа еvi qаzlа təmin еdən xəttin üzərində qurаşdırılmış qaz sayğacına iddiаçı tərəfindən müdaxilə edilməsi (plombunun qoparılmаsı, baxış şüşəsinin sındırılmаsı, gövdəsinin zədələnməsi, еləcə də sayğacda hər hаnsı qüsurun оlmаsı), еləcə də təbii qаzdаn sаyğаcdаn kənаr istifаdə imkаnının (qаz pаylаyıcı xəttdən sаyğаcdаn kənаr çıxış) оlmаsı müəyyən edilməmişdir. Əksinə cаvаbdеh tərəfin iddiyа еtirаzının əsаsı kimi istinаd еtdiyi hаlın təsdiqi üçün təqdim еtdiyi fоtоşəkillərdən оnlаrın iddiаçının еvinə аid оlmаdığı, bununlа dа, təbii qаzdаn sаyğаcdаn kənаr istifаdə və sаyğаcа müdаxilə bаşqа ünvаndа оlsа dа, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlаrın iddiаçının аbоnеnti оlduğu ünvаn bаrədə tərtib оlunduğu təsdiq еdilmişdir.

7. Məhkəmə gəldiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 4.8, 6.5-2, 6.5-3 bəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2401/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, bundan əlavə digər tarixdə ünvana baxış keçirilən zaman iddiaçının ünvanında quraşdırılmış qaz sayğacının keçən qaz həcmini qeydə almadığı aşkar olunmuş, əməkdaşlar tərəfindən tərtib olunmuş Aktlarla rəsmiləşdirilmiş, hər fakta dair ayrıca şəkillər çəkilmişdir . Tərtib edilmiş həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar Birliyə vurulmuş zərəri sübut edir. Akt tərtib olunarkən çəkilən fotoşəkillərdən açıqaşkar görünür ki, iddiaçıya məxsus ünvanda sayğacdan kənar qeyri-qanuni birləşmə vasitəsilə qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Həmçinin də iş materialları ilə də təsdiq olunur ki, iddiaçı təbii qazdan istifadə etsə də ona məxsus ünvanda quraşdırılmış qaz sayğacı sərfiyyatı qeydə almır. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

11. İddiaçı məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, borc yazılan sayğac bağ evindədir,heç orada yaşayış da çox olmur.Onlar ora yay fəslində köçürlər.Onlar orada borunu dəyişdirildiyini deyiblər,onun o borudan xəbəri olmayıb.Başqa ikimərtəbəli evin şəklini qoyub onun ev olduğunu iddia edirlər.Sabunçu Rayon Məhkəməsinin hakimi yerli baxış edərək o evin iddiaçının evi olmadığını müəyyən etdi.Sayğacı çıxaranda məhlədə yaşayan insanlar ona bu barədə məlumat verdi.Onlardan sayğacı çıxarma səbəbini soruşduqda yoxlama gəldiyini,sayğacı yoxlayıb geri qaytacaqlarını dedilər.Sayğacı apardıqdan yarım saat sonra yeni sayğac gətirib quraşdırdılar.Sayğaca nə qədər borc yazıblar.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd edilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Maddə Maddə 1096.2)

14. “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 9-cu bəndində qeyd edilir ki, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

16. Həmin Qaydaların 6.5-3-ci bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

17. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. (Bənd 4.6) Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. (Bənd 4.7)

18. Həmin Qaydaların 4.8-ci bəndində qeyd edilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

22. İddiaçı xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğvi və əsassız hesablanmış 907,20 manat, xx.xx.2022-ci il tarixli ******* saylı aktın ləğvi və əsassız hesablanmış 2937,60 manat cəmi 3844,80 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

23. "Azəriqaz” İstehsalat Birliyi qətnamədən verdiyi apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir.

24. Məhkəmə kollegiyası istehsalat birliyinin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, "Azəriqaz” İstehsalat Birliyinin istinad etdiyi akt qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilmədiyindən və onun mötəbərliyi şübhə doğurduğuna görə, İddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. İşin hallarından və qanunvericiliyin yuxarıda qeyd edilən normalarından belə qənaətə gəlmək olur ki, İstehsalat Birliyinin nümayəndələri tərəfindən akt tərtib edilərkən “Qaz təchizatı haqqında” Qanunun və “Qazdan istifadə qaydaları”nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız istehsalat birliyinin əməkdaşları tərəfindən imzalanmış, aktın tərtib edilməsi zamanı abonentin iştirakı təmin edilməmişdir. Cavabdeh iddiaçının qanunsuz hərəkətləri nəticəsində ona zərər vurulmasını, bunun əsasında sözügedən aktın tərtib edilərək cərimə yazıldığını qeyd etmiş olsa da zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

26. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

29. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2401/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar