Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6138/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər:(maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Könül Seyidələkbər qızı Əhmədovanın katibliyi ilə, İddiaçı İB-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun2023-cü il tarixli, 2(008)-2896/2023 saylı qətnaməsindən İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1 “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh məxsus evə quraşdırılmış İtron tipli, G-4 markalı, 1102AQ**********9 nömrəli sayğac aşağı təzyiqdə sərfiyyat qeyd olunması səbəbindən çıxarılaraq əvəzinə İtron tipli, G-4 markalı 1702AZ**********85 nömrəli sayğac quraşdırılmışdır. 2.Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair İddiaçı İB tərəfindən aktlar tərtib edilərək dəymiş zərər hesablanmış, cavabdeh tərəfdindən ödənilmədiyindən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş aktlar üzrə yaranmış 1990,20 manat, 1738,34 manat cari borc, yeni tarifə keçidlə əlaqədar yaranmış 18,58 manat borc, ümumilikdə 3747,12 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 400 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 61,48 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4208,60 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X. Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində T-17277 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğısatqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarrnın tələblərinə əməl etmək), “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qosulmaala onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən ‘Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir.Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında; xx.xx.2016-cı il tarixli 092786 saylı akt əsasında 399,60 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 962 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 351,40 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 277,20 manat cəmi 1990,20 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Cavabdehin yuxarıda qeyd olunan aktdan əlavə olaraq faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sərfiyyat üzrə 1738,34 manat cari borcu, yeni tarifə keçidlə əlaqədar isə18,58 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həyata keçirilən aylıq ödənişlər və borca görə tutulmalardan sonra İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 3747,12 manat təşkil etməkdədir. 5.Məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsində qeyd edilən ******* saylı aktın tarixi texniki səhv olaraq xx.xx.2015-ci il kimi göstərilmiş, əslində qeyd edilən aktın tarixi xx.xx.2015-ci il olmuşdur. 6.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 iyun 2023-cü il tarixli, 2(008)-2896/2023 saylı qətnaməsi ilə(sədrlik edən-Tahirə Əsədova) iddiaqismən təmin edilərək,Cavabdeh qızından İddiaçı İB-nə vurulmuş 298.2 manat zərərin, 158,80 manat cari borcun, 61,48 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X. Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilmsəi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. 7.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2018-ci il tarixində T-17277 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Müqavilədə abonent tərəfindən PQ 2, QSSQ və soba (İran) kimi qaz qurğularının işlədilməsi qeyd edilmişdir. Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və ünvan 2 ünvanını təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. 8.“Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh məxsus evə quraşdırılmış İtron tipli, G-4 markalı 1102AQ**********9 nömrəli sayğac aşağı təzyiqdə sərfiyyat qeyd olunması səbəbindən çıxarılaraq əvəzinə İtron tipli, G-4 markalı 1702AZ**********85 nömrəli sayğac quraşdırılmışdır. 9.Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıdakı aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: xx.xx.2016-cı il tarixli 092786 saylı akt əsasında 399,60 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 962 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 351,40 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 277,20 manat 10.Hazırda iddiaçı Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz" İB-yə vurulmuş aktlar üzrə yaranmış 1990,20 manat, 1738,34 manat cari borc, yeni tarifə keçidlə əlaqədar yaranmış 18,58 manat borc, ümumilikdə 3747,12 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 400 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 61,48 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4208,60 manat məbləğində pulun tutulmasını istəyir. 11.Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №- li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-na istinad edərək hesab etmişdir ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət etməsinə baxmayaraq, iddiaçı olan İddiaçı İB də buna görə məsuliyyət daşıyır. 12.Məhkəmə qeyd etmişdir ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırdığından iddia xx.xx.2016-cı il tarixli 092786 saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlar hissəsində qismən təmin, digər aktlar üzrə iddia rədd edilməlidir. 13.Eyni zamanda, bu abonentin məsuliyyəti aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. 14.Məhkəmə müəyyən etmişdir ki, xx.xx.2016-cı il tarixli 092786 saylı aktda hesabat müddəti 30 gün qəbul edilməli olduğu halda, hesabat müddəti düzgün olmayaraq 90 gün, xx.xx.2018-ci il tarixli ******* saylı aktda isə hesabat müddəti 30 gün qəbul edilməli olduğu halda, hesabat müddəti düzgün olmayaraq yay ayları üçün 94 gün, qış ayları üçün 86 gün qəbul edilmişdir. 15.Buna görə də məhkəmə hesab etmişdir ki, xx.xx.2016-cı il tarixli 092786 saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlar üzrə itirilmiş qazın miqdarı aşağıdakı qaydada hesablanmalı idi. xx.xx.2016-cı il tarixli 092786 saylı akt üzrə 1.4x18x30=756m3 1.2 x 6 x 30=216m3 1.5 x 8 x 30=360 m3 Cəmi -1332 m3 (133,2 manat) xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 2,5 x 4 x 30=300m3 2.5 x 18 x 30=1350 m3 Cəmi 1650 m3 (165 manat) 16.Odur ki, iddia xx.xx.2016-cı il tarixli, 092786 saylı və xx.xx.2018-ci il tarixli ******* saylı hissəsində qismən təmin edilməklə, cavabdehdən 298,2 manat (133,2+165 manat) İddiaçı İB-nin xeyrinə tutulmalı, qalan hissədə rədd edilməlidir. 17.Məhkəmə hesab etmişdir ki, iddia debitor borcun tutulması hissəsində qismən təmin edilməlidir. 18.Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş abonentin saldosundan görünür ki, cavabdehin təbii qazdan istifadə nəticəsində 158,80 manat debitor borcu mövcuddur. 19.Odur ki, cavabdehdən 158,80 manat debitor borc tutularaq iddiaçıya ödənilməlidir. 20.İddianın yeni tarifə keçidlə əlaqədar yaranmış 18,58 manat borcun tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə rədd edilməlidir. 21.Belə ki, abonentin saldosundan görünür ki, yeni tarifə keçidlə əlaqədar cavabdehin borcu yoxdur və iddiaçı həmin borcla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. 22.Beləliklə, iddia 457 manat (298,2+158,80= 457) hissədə təmin, qalan hissədə rədd edilməlidir. 23.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 400 manat xərcin cavabdehdən tutulmasını tələb etsə də, həmin məbləğin ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. 24.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №- li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.2, 3.1, 3.1.1, 3.1.2, 3.1.3, 3.1.4, 3.1.5, 3.1.6, 3.2.7, 3.2.9, 3.2.10, 3.1.7-ci bəndlərinə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin121.1, 115.0.5, 115.0.6, 14.2, 77.1, 107, 119.1, 216-220 və 360-cı maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 25.İddiaçı "Azəriqaz" İB apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Məhkəmə, aktların surətinin abonentə verilməməsini, abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin İddiaçı əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Bundan əlavə sözügedən abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. İddiaçı tərəfindən təqdim olunmuş sübutlara –yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim edilən sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçılmazdır. Məhkəmə nədənsə cavabdehdən sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Hakim iddianı nəyə görə və hansı sübutlara əsaslanaraq təmin etdiyini öz qərarında tam bildirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 27.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 28.Məhkəmə kollegiyasının iclasında İddiaçı İB-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdaafiə etdi, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. 29.Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 30.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 31.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 32.Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 33.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlakverməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 34.Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 35.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №- li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları:
36. 3.1-ci bəndində qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının (alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs) aşağıdakı vəzifələrəin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: -3.1.1.Qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; -3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; -3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; -3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçınıən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; -3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; -3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndindənəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; -3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 37.Maddələr 14.2, 77.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 39.Maddə 121.1 məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 40.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddianın təmin olunan hissəsindən cavabdeh apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43.Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 44.Yuxarıda qeyd olunana qanunvericilik normalarına əsasən məhkəmə kollegiyası mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qeyd olunan qanunvericilik normalarına əsasən iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar müdaxilə üçün şərait yaratmaqla hər ay akt tərtib etmişdir. Buna görə də xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 351,40 manat xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 277,20 manat borcun təmin edilməməsi ilə bağlı məhkəmənin mövqeyi qanuni və əsaslı hesab edilməlidir. 45.Həmçinin, iş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli 092786 saylı aktda hesabat müddəti 30 gün qəbul edilməli olduğu halda, hesabat müddəti düzgün olmayaraq 90 gün, xx.xx.2018-ci il tarixli ******* saylı aktda isə hesabat müddəti 30 gün qəbul edilməli olduğu halda, hesabat müddəti düzgün olmayaraq yay ayları üçün 94 gün, qış ayları üçün 86 gün qəbul edilmişdir. 46.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan aktlar üzrə hesablama müddəti düzgün olaraq 30 gün götürülmüş, xx.xx.2016-cı il tarixli 092786 saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlar üzrə itirilmiş qazın miqdarı müqaviq olaraq 133,2 manat və 165 manat miqdarında müəyyən edilərək iddia xx.xx.2016-cı il tarixli 092786 saylı və xx.xx.2018-ci il tarixli ******* saylı aktlara bağlı hissəsində qismən-298,2 manat (133,2+165 manat) həcmində təmin edilmişdir. 47.Həmçinin, kollegiya cavabdehdən 1738,34 manat cari borcun və yeni tarifə keçidlə əlaqədar yaranmış 18,58 manat borcun tutulması ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş abonentin saldosundan görünür ki, cavabdehin təbii qazdan istifadə nəticəsində 158,80 manat debitor borcu mövcuddur. 48.Buna görə də iddia tələbi qeyd olunan hissədə düzgün olaraq 158,80 manat həcmində qismən təmin edilmiş, yeni tarifə keçidlə əlaqədar cavabdehin 18,58 manat borcunun olması ilə bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilmədiyindən iddianın həmin hissədə təmin edilməməsi ilə bağlı məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur. 49.Bundan əlavə iddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 400 manat xərcin cavabdehdən tutulmasını tələb etsə də, həmin məbləğin ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. 50.Buna görə də Kollegiya hesab edir ki, iddia tələbi pozulmuş hüquqlarının bərpası ilə bağlı 400 manat xərcin cavabdehdən tutulmasını hissəsində düzgün olaraq təmin edilməmişdir. 51.Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). 52.Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. 53.Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). 54.Beləliklə qanunvericiliyin qeyd olunan müddəalarına və işin müəyyən edilmiş faktiki hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(008)-2896/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 55.Məhkəmə kollegiyası apellyatorun məhkəmə tərəfindən ekspertiza təyin edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən birinci instansiya məhkəməsində ekspertizanın təyin edilməsi ilə bağlı hər hansı bir vəsatət təqdim edilmədiyindən, iddiaçının qeyd olunan dəlili əsassız hesab edilməklə qətnamənin mübahisələndirilən hissədə ləğvinə səbəb ola bilməz. 56.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 57.Kollegiya qeyd edir ki, birinci instansiya tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu AR MPM-nin 119.1-ci maddəsinə əsasən düzgün olaraq həll edilmişdir. 58.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 59.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 60.Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin qeyd olunan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 61.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 62.Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən məbləğ 5000 manatdan az olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 63.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(008)-2896/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov