Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6138/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi İsmayılova (Nəbiyeva) Ziveydə İskəndər qızının maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb olunmaqla "şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi”nə dair ərizəsi ilə bağlı mülki iş üzrə (açar sözlər: şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Ərizəçi X1 vəkili Vəkil iştirakı ilə, Ərizəçi İsmayılova (Nəbiyeva) Ziveydə İskəndər qızının maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti cəlb olunmaqla "şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi”nə dair ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1293/2024 nömrəli qətnaməsindən ərizəçinin vəkili tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Gürcüstan SSR Dmanisi rayonu Kirov kənd sovetliyi tərəfindən xx.xx.1961-ci il tarixdə verilmiş İİ-P3 seriyalı 294877 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 xx.xx.1961-ci il tarixdə Gürcüstan SSR Dmanisi rayonu Saca kəndində doğulmuş, atası X5, anası X8r. xx.xx.1978-ci il tarixdə Gürcüstan SSR Dmanisi RİK DİŞ tərəfindən verilmiş İV-TM seriyalı 738888 saylı pasportun surətindən görünür ki, X2 xx.xx.1961-ci il tarixdə Gürcüstan SSR-in Dmanisi rayonunda doğulmuşdur. Gürcüstan SSR Dmanisi rayonu Kirovisi kənd sovetliyi tərəfindən xx.xx.1984-cü il tarixində verilmiş İİİ-TM seriyalı 390088 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X3 nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 43 sayla nikah akt qeydi qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. Azərbaycan Respublikası DMX-nin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-N-7872-26-1-08-23537/2023 saylı arayışına əsasən, xx.xx.1961-ci il təvəllüdlü İsmayılova (Nəbiyeva) Ziveydə İskəndər qızının Azərbaycan Respublikası vətəndaşı olmadığı müəyyən edilmişdir. Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2023-cü il tarixli 22/00009468/2023-02 saylı arayışına əsasən Gürcüstan Ədliyyə Nazirliyinin X7 Agentdliyinə təqdim olunan və agentlik tərəfindən əldə edilən sənədlərə əsasən xx.xx.1961-ci il tarixində anadan olmuş İsmayılova (Nəbiyeva) X4 vətəndaşı hesab edilmir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli 3-38-2/33-1141/24 saylı arayışına əsasən, xx.xx.1961-ci il təvəllüdlü X1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli 3-38-2/33-2057/24 saylı arayışına əsasən, xx.xx.1961-ci il təvəllüdlü X1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamış, vətəndaşların sərhədkeçmə məlumatlarına dair qeydiyyat kitabları hazırda mövcud olmadığından sorğunun cavablandırılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat Ərizəçi İsmayılova (Nəbiyeva) Ziveydə İskəndər qızı "şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, özünün heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 05 aprel 1961-ci il tarixdə Gürcüstan SSRİ Dmanisi rayonunun Saca kəndində anadan olmuş, milliyyətcə azərbaycanlıdır. Şəxsiyyətini təsdiq edən sənədlər yalnız doğum haqqında şəhadətnamə və keçmiş SSRİ vətəndaşının pasportudur. Doğum haqqında şəhadətnamədən göründüyü kimi o, miliyyətcə azərbaycanlıdır. xx.xx.1984-cü il tarixində X10 ilə nikaha daxil olmuş və soyadını "Nəbiyeva”-ya dəyişdirmiş, lakin SSRİ pasportunda soyadı "İsmayılova” kimi göstərilmişdir. 2004-cü ildən Gürcüstan Respublikasından keçmiş SSRİ vətəndaşının pasportu əsasında gələrək Azərbaycan Respublikasında daimi yaşayır və həmin vaxtdan heç vaxt xarici ölkəyə getməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən ərizəçinin Azərbaycan Respublikası vətəndaşı olmadığı müəyyən edilmişdir. Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən ərizəçinin Gürcüstan vətəndaşı hesab edilmədiyi müəyyən edilmişdir. Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşayır. Bu fakt Xəzər rayon icra hakimiyyətinin Binə qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş l9.10.2023-cü il tarixli 3547 nömrəli arayışla təsdiq edilir. Ərizəçinin gəlini X13 və iki azyaşlı nəvəsi Azərbaycan Respublikasının vətəndaşlarıdır. Hazırda Azərbaycan Respublikasında şəxsiyyəti təsdiq edən hər hansı sənəd əldə etməsi və ya vətəndaşlığı əldə etməsi üçün müraciət edilməsi məqsədilə onun heç bir dövlətin vətəndaşlığına mənsub olmadığı, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X15 məhkəməyə təqdim etdiyi mülahizəsindən müəyyən olunur ki, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi "2004-cü ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair” mülki işlə əlaqədar "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Eyni zamanda, bildirmək lazımdır ki, ("Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara girişçıxışı qeydə alınmamışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X15 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2023-cü il tarixli 22/00009468/2023-02 saylı arayışı, Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli 3-38- 2/33-1141/24 saylı və 3-38-2/33-2057/24 saylı məktubları nəzərə alınaraq X1 ərizəsinin təmin edilməsinə etiraz edilmədiyi bildirilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1293/2024 nömrəli qətnaməsi ilə ərizəçi X1 maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olmaqla "şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı məlum olur ki, ərizəçi 1961-ci il tarixdə Gürcüstan SSR Dmanisi rayonu Saca kəndində doğulmuşdur. Mülki işin matriallarına əlavə edilmiş sənədlərdən onun 1984-cü il tarixdə Gürcüstan SSR-də nikah bağlaması müəyyən edilir. Həmçinin, onun Gürcüstanın və Azərbaycan Respublikasının vətəndaşı olmaması iş materiallarından məlum olmuşdur. Lakin o, 2006-cı ilin yanvar ayının 1-dək Azərbaycan Respublikasına gəlməsini və burada daimi yaşamasını sübut edə bilmədiyindən ərizə təmin edilə bilməz. Məhkəmə öz mövqeyini “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 12, 12.1, 12.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 307.1, 307.2, 307.2.1, 307.2.2, 307.2.3, 307.2.10-1, 308, 311-ci maddələrinə istinadla əsaslandırılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1293/2024 saylı qətnaməsindən ərizəçi X1 vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-6138\2024 saylı qərardadına əsasən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(003)-1293/2024 saylı qətnaməsindən ərizəçi X1 vəkili Vəkil tərəfindən imzalanmaqla verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəci̧ İsmayılova (Nəbiyeva) Ziveydə İskəndər qızı nisx̧əs“ hec rib̧ dövlətin vətəndasļığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yasa̧ması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, özünün hec rib̧ dövlətin vətəndasļığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yasa̧mağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahis .riḑsimtȩ Ərizə onunla əsaslandırılmısḑır ki, ərizəçi 05 aprel 1961-ci il tarixdə Gürcüstan SSRİ Dmanisi rayonunun Saca kəndində anadan olmus,̧ milliyyətcə azərbaycanlıdır. Şəxsiyyətini təsdiq edən sənədlər yalnız doğum haqqında sə̧hadətnamə və kecm̧is SSRİ vətəndası̧nın pasportudur. Doğum haqqında sə̧hadətnamədən göründüyü kimi o, miliyyətcə azərbaycanlıdır. xx.xx.1984-cü il tarixində X18 oğlu ilə nikaha daxil olmus əv̧ soyadını "Nəbiyeva”-ya dəyisḑirmis, lakin SSRİ pasportunda soyadı “İsmayılova” kimi göstərilmisḑir. 2004-cü ildən Gürcüstandan kecm̧is SSRİ vətəndası̧nın pasportu əsasında gələrək Azərbaycan Respublikasında daimi yasa̧yır və həmin vaxtdan hec ̧ vaxt xarici ölkəyə getməmisḑir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən verilmis 3202.xx.xx̧-cü il tarixli arayısa̧ əsasən onun Azərbaycan Respublikası vətəndası̧ olmadığı müəyyən edilmisḑir. Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyindən verilmis ̧ xx.xx.2023-cü il tarixli arayısa̧ əsasən onun Gürcüstan vətəndası̧ hesab edilmədiyi müəyyən edilmisḑir. Ərizəçi Bakı sə̧həri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südcü̧lük sovxozu ərazisində fərdi yasa̧yıs ədnivȩ ailə üzvləri ilə birgə yasa̧yır. Bu fakt Xəzər rayon İcra Hakimiyyənin Binə qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyindən verilmis xx.xx.2023-cü il tarixli 3547 nömrəli arayısļa təsdiq edilir. Ərizəçinin gəlini X13 və iki azyasļı nəvəsi Azərbaycan Respublikasının vətəndasļarıdır. Hazırda Azərbaycan Respublikasında sə̧xsiyyətini təsdiq edən hər hansı sənəd əldə etməsi və ya vətəndasļığı əldə etməsi ücü̧n müraciət edilməsi məqsədilə onun hec bir dövlətin vətəndasļığına mənsub olmadığı, habelə Azərbaycan Respublikasında daimi yasa̧magsı faktının müəyyən edilməsi zərurəti yaranmısḑır. Maraqlı sə̧xs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəməyə mülahizə ünvanlayaraq bildirmisḑir ki, ərizəci̧ Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini maraqlı sə̧xs qismində cəlb etdiyi “2004-cü ildən Azərbaycan Respublikasında daimi yasa̧ması və hec bir dövlətin vətəndaslığına mənsub olmayan və sə̧xsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan sə̧xsin hec bir dövlətin vətəndaslığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yasa̧ması faktının məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndasļığından cı̧xmıs ərəlsx̧əş sa̧mil edilmir. Həmci̧ nin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndasļığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq sə̧xsin hec rib̧ dövlətinn vətəndasļığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yasa̧ması faktının müəyyən edilməsi barədə isļərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə sə̧xsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər uğudlo) halda), həmci̧ nin Azərbaycan Respublikasının vətəndasļığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyə orqanının arayısı̧ və doğulduğu (əvvəllər daimi yasa̧dığı) ölkənin vətəndası̧ hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyə orqanının nümayəndəsinin iştirakı məcburidir. Eyni zamanda, bildirmək lazımdır ki, (“Giris-sıx̧ıç ̧ və qeydiyyat” idarələrarası avtomatlasḑırılmıs tamuləm̧- axtarıs imetsiş (İAMAS) vasitəsilə yoxlanıs ınamaz̧ sə̧xsin ölkə ərazisindən kənara giris-cıxısı qeydə alınmamısḑır. Maraqlı sə̧xs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəməyə 13 avqust 2024-cü il tarixdə ərizə ünvanlayaraq, Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən verilmis ̧ xx.xx.2023-cü il tarixli 22/00009468/2023-02 nömrəli arayısı̧ və Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli 3-38-2/33-1141/24 və 3-38-2/33-2057/24 nömrəli məktubları nəzərə alınmaqla Ərizəçi ərizəsinin təmin edilməsinə etiraz olunmur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, «...Beləliklə, məhkəmə araşdırması zamanı məlum olur ki, ərizəçi 1961-ci il tarixdə Gürcüstan SSR-də Dmanisi rayonu Saca kəndində anadan doğulmuşdur. Mülki işin materiallarına əlavə edilmiş sənədlərdə onun 1984-cü ildə Gürcüstan SSR-də nikah bağlaması müəyyən edilmişdir. Həmçinin onun Gürcüstan Respublikası və Azərbaycan Respublikası vətəndaşı olmaması iş materiallarından məlum olmuşdur. Lakin, o, 2006-cı ilin yanvar ayının 1-dək Azərbaycan Respublikasına gəlməsini və burada daimi yaşamasını sübut edə bilmədiyindən ərizə təmin edilə bilməz...». Qətnamə qanunsuz və əsassızdır. Maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Aşağıdakı əsaslarla birinci instansiya məhkəməsinin həmin qətnaməsi apellyasiya qaydasında ləğv edilməklə, iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə tərəfindən qanunsuz və əsassız olaraq işin faktiki halları qismində müəyyən edilmiş hallar ərizəçinin ziyanına göstərilmişdir. Belə ki, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən ərizəçinin Gürcüstan Respublikası və Azərbaycan Respublikası vətəndaşı olmaması, hazırda Azərbaycan Respublikasında daimi yaşaması, 2006-cı ilin yanvar ayının 1-dən sonra onun Azərbaycan Respublikasını tərk etməsi barədə hər hansı hal müəyyən edilməmişdir. Ərizəçinin Azərbaycan Respublikasına gəlməsinin dəqiq tarixini isə müvafiq icra hakimiyyət orqanı vətəndaşların sərhədkeçmə məlumatlarına dair qeydiyyat kitabları hazırda mövcud olmadığından təqdim edə bilməmişdir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli 3-38-2/33-2057/24 saylı arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Həmçinin, vətəndaşların sərhədkeçmə məlumatlarına dair qeydiyyat kitabları hazırda mövcud olmadığından sorğunun cavablandırılması mümkün olmamışdır. İş üzrə müəyyən edilən halların ərizəçinin istinad edilən maddi hüquq normasına əsasən ərizəsinin təmin olunmasına əsas olmasını maraqlı şəxs də öz münasibətində bildirmişdir. Belə ki, maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəməyə 13 avqust 2024-cü il tarixdə ərizə ünvanlayaraq Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 22/00009468/2023-02 nömrəli arayışı və Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli 3-38-2/33-1141/24 və 3-38-2/33-2057/24 nömrəli məktubları nəzərə alınmaqla Ərizəçi ərizəsinin təmin edilməsinə etiraz olunmur. Məhkəmə qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmaqla ədalətə söykənməyən, obyektiv həqiqəti əks etdirməyən və iddiaçının hüquqlarını pozan qətnamə qəbul etmişdir. Belə ki, mülki işin materiallarına əlavə edilmiş sənədlərdən ərizəçinin Gürcüstan Respublikası və Azərbaycan Respublikası vətəndaşı olmaması, hazırda Azərbaycan Respublikasında daimi yaşaması, 2006-cı ilin yanvar ayının 1-dən sonra onun Azərbaycan Respublikasını tərk etməsi barədə hər hansı hal müəyyən edilməmişdir. Ərizəçinin Azərbaycan Respublikasına gəlməsinin dəqiq tarixini sübut etmək yükünün ərizəçinin üzərinə qoyulması qanunsuz və əsassız olmuşdur. Bu məlumatı müvafiq icra hakimiyyət orqanı vətəndaşların sərhədkeçmə məlumatlarına dair qeydiyyat kitabları hazırda mövcud olmadığından təqdim edə bilməmişdir. Məhkəmə həmin hala sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarını pozmaqla, heç bir qiymət vermədən rədd etmişdir. Belə ki, işdə olan sübutlarla ərizəçinin ən azı 2006-cı ilin yanvar ayının 1 dən Azərbaycan Respublikasında daimi yaşaması müəyyən edilir. Göründüyü kimi, məhkəmə tərəfindən istinad edilən hüquq normasının tələbləri pozulmuşdur. Ona görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1293/2024 saylı qətnaməsinin ləğv edilməsi, ərizə təmin olunması xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi X1 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixinə təyin edilmiş iclasında iştirak edən ərizəçi X2 apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, şəxsiyyətini müəyyən edən sənədi olmadığından vəkilinə etibarnamə verə bilməmişdir. O, 2004-cü ildə ailəsi ilə birlikdə Gürcüstandan Azərbaycan Respublikasına gəlmiş, həmin vaxtdan ölkəni tərk etməmiş, daimi olaraq Bakı şəhərində ailəsi ilə birlikdə yaşamışdır. Ərizəsində qeyd olunan faktın müəyyən edilməsi ona səxsiyyət vəsiqəsi alması üçün tələb olunur. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixinə təyin edilmiş iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X16 apellyasiya şikayətinin və ərizəçi X1 ərizəsinin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitutsiyası Maddə 12. İ.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ.Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 69. İ. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. İİ. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya Maddə 6.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 14. Hissə 4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı xx.xx.2019-cü il tarixli, 3 nömrəli Qərarı: Bənd 12. Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Bənd 12.1. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Bənd 12.2. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə ərizə təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən ərizəçi tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarına əsasən, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, xx.xx.1961-ci il tarixdə Gürcüstanda anadan olmuş X2 2004-cü ildə, xx.xx.1978-ci il tarixdə Gürcüstan SSR Dmanisi RİK DİŞ tərəfindən verilmiş İV-TM seriyalı 738888 saylı pasportu ilə, Azərbaycan Respublikasına gəlmişdir. Araşdırma zamanı, Azərbaycan Respublikasının vətəndaşı olmamasına dair Azərbaycan Respublikası DMX-nin Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-37/2-N-7872-26-1-08-23537/2023 saylı arayışa və Gürcüstan vətəndaşı hesab edilməməsinə dair Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 22/00009468/2023-02 saylı arayışa əsasən X1 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması müəyyən olunmuşdur. Mülki işdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli 3-38-2/33-1141/24 saylı və xx.xx.2024-cü il tarixli 3-38- 2/33-2057/24 saylı arayışlarından müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü X1 dövlət sərhədindən çıxışı barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Birinci instansiya məhkəməsi ərizəçinin 2006-cı ilin yanvar ayının 1-dək Azərbaycan Respublikasına gəlməsini və burada daimi yaşamasını sübut yetirə bilmədiyindən ərizənin təmin edilməsinin mümkün olmaması qənaətinə gəlsə də, tədqiq olunan sübutlardan müəyyən olunur ki, 2004-cü ildə Azərbaycan Respublikasına gələn ərizəçinin həmin vaxtdan Azərbaycan Respublikasının sərhəddini tərk etməsi barədə hər hansı bir məlumat Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində aşkar edilməmişdir. Tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verib Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, araşdıma zamanı şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan ərizəçinin 2006-cı il yanvarın 1-dək, yəni 2004-cü ildə keçmiş SSRİ vətəndaşının pasportu ilə Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi isə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmadığından apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilməklə ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Ərizəçi X1 vəkili Vəkil apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1293/2024 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Ərizəçi İsmayılova (Nəbiyeva) Ziveydə İskəndər qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında (2004-cü ildən) daimi yaşaması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.