Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6141/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(004)-515/21 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə (Cavabdeh MTK-nın hüquqi varisi) qarşı iddia ərizəsi ilə 23.09.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış 14.10.2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 1061-ci məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin, heç bir əlavə şərt və ya tələb irəli sürmədən İddiaçı verilməsi öhdəliyinin Cavabdeh (Cavabdeh MTK-nın hüquqi varisinin) üzərinə qoyulması, daşınmaz əmlakın qeydiyyatı üçün tələb olunan sənədlərin istənilib, verilməməsi və bu zaman əsassız şərt və tələblərin irəli sürülməsi səbəbindən iddiaçının məruz qaldığı mənəvi zərərin əvəzi olaraq 5.000 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması, iddiaçının hüquqi yardım göstərilməsi üçün 22.09.2020-ci il tarixli 019438 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən Vəkil ödədiyi 500 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(004)-515/21 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC ilə bağlanmış 14.10.2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 1061-ci məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh (Cavabdeh MTK-nın hüquqi varisinin) üzərinə qoyulması, İddiaçı hüquqi yardım göstərilməsi üçün 22.09.2020-ci il tarixli 019438 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən Vəkil ödədiyi 500 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 (beş yüz otuz) manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə, yəni - “vurulmuş mənəvi zərərin əvəzi kimi 5.000 manat pul tutulması” hissəsində rədd edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmə araşdırlması aparılmadan iddia tələbini demək olar ki, təmin etmişdir. Belə ki, "X3" MMC Bakı şəhəri, Ak. H.Əliyev küçəsi, 1061-ci məhəllədə yerləşən Yaşayış Kompleksinin tikintisində podratçı təşkilat olub. Həmin kompleksin tikintisi "xxxx" MTK tərəfindən sifariş verilib. Məhkəmə bu məsələləri araşdırmadan gəldiyi nəticə səhvdir. Məhkəmə işdə onların iştirakı təmin etməmiş və bu da prossesual pozuntu hesab edilir ki, təmsil etdiyi şəxsin hüquqların ciddi pozuntusudur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, açarlar ona verilsə də, mənzil istifadəyə verilməmişdi. Qarşı tərəf tələb etdiyi halda binanın nə vaxtdan təhvil verildiyi, tələb edilən kommunal xərclərin hansı əsaslarla hesablandığı barədə məlumat vermədilər. Binada hazırda yaşayan sakinlər var. Lakin bina istifadəyə tam yararlı vəziyyətdə deyil. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil bildirdi ki, apellyasiya şikayətini əsassız və gülünc hesab edir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak ediblər, lakin qətnamə qəbul edilən iclasda iştirak etməyiblər, halbuki həmin məhkəmə iclasının yeri və vaxtı barədə də məlumatlandırılıblar. Bundan başqa, cavabdeh MMC hüquqi varisidir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 14.10.2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 1061-ci məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilini 31.160 ABŞ dollarına Cavabdeh MMC-dən satın almışdır. İddiaçı 14.10.2005-ci il tarixdə mənzili alarkən pay haqqı kimi 68.910.000 manat (AZM) vəsaiti Cavabdeh MTK-ya ödəmiş və bu barədə ona Cavabdeh MTK tərəfindən 14.10.2005-ci il tarixli 676176 nömrəli kassa mədaxil orderinin qəbzi verilmişdir. İddiaçı sonrakı ödəməni, yəni pay haqqının qalan hissəsini 74.206.720 manat (AZM) vəsaiti isə 20.12.2005-ci il tarixdə Cavabdeh MMC-yə ödəmiş və bu barədə Cavabdeh MMC tərəfindən ona 20.12.2005-ci il tarixli 142631 nömrəli kassa mədaxil orderinin qəbzi verilmişdir. Cavabdeh MMC-nin 20.12.2005-ci il tarixli 195 nömrəli arayışından müəyyən edilir ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 1061-ci məhəllədə inşa edilən yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin dəyərini tam ödəmişdir. Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən 01.09.2005-ci il tarixdə verilmiş X1 Reyestrindən 01/Ç-3726 nömrəli çıxarışdan müəyyən edilir ki, Cavabdeh MMC 28.02.2000-ci ildə dövlət qeydiyyatına alınmış Cavabdeh MTK-nın hüquqi varisidir. İddiaçı 14.10.2005-ci il tarixli müqaviləyə əsasən aldığı və dəyərini tam olaraq Cavabdehnə (Cavabdeh MTK-nın hüquqi varisinə) ödədiyi Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 1061-ci məhəllədə inşa edilən yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilini özəlləşdirmək üçün tələb olunan sənədlərin verilməsi üçün Cavabdeh MMC-yə (Cavabdeh MTK-nın hüquqi varisinə) müraciət etmişdir. Lakin Cavabdeh MMC hər hansı bir qanuni əsas olmadan mənzilin özəlləşdirilməsi üçün tələb olunan sənədləri mənzilin sahibi İddiaçı verməkdən imtina etmişdir. Nəticədə iddiaçının hüquqları pozulmuşdur. İddiaçı hüquqi yardım göstərilməsi üçün 22.09.2020-ci il tarixli 019438 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən Vəkil 500 manat vəsait ödəmişdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andvan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Məhkəmə qeyd edir ki, iddiaçının kommunal xidmət haqlarını ödəmək vəzifəsi Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinin tələbinə uyğun olaraq mənzil onun adına mülkiyyət kimi qeydiyyata alındığı andan yaranacaq və o, həmin vaxtdan üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Həmçinin kommunal xidmət haqlarına hər hansı borcun olması mənzilin özəlləşdirilməsi üçün sənədləri iddiaçıya verməkdən imtina etməsi üçün cavabdehə əsas vermir. İddiaçının mənzilə dair hər hansı bir borcunun ödənilməsi ilə bağlı tərəflər arasında mübahisə yaranarsa, cavabdeh məhkəmə qaydasında həmin borcun ödənilməsini tələb etmək hüququndan istifadə edə bilər. Lakin bu qaydada iddiaçının dəyərini ödədiyi mənzilin mülkiyyətinə keçirməsi üçün lazım olan sənədləri verməməklə, cavabdehin iddiaçının hüququnu pozmasına yol verilmir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC ilə bağlanmış 14.10.2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu X2 küçəsi 1061-ci məhəllədə Cavabdeh MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh (Cavabdeh MTKnın hüquqi varisinin) üzərinə qoyulmalıdır. İddiaçı hüquqi yardım göstərilməsi üçün 22.09.2020-ci il tarixli 019438 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən Vəkil ödədiyi 500 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 530 manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə, yəni - “vurulmuş mənəvi zərərin əvəzi kimi 5.000 manat pul tutulması” hissəsində rədd edilməlidir. Çünki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində fiziki və mənəvi iztirablar çəkməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini qeyd etsə də şikayətin məzmunundan görünür ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın qismən təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək qətnamə mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən mübahisələndirilən hissədə yoxlanılır, iddianın təmin edilməyən və mübahisələndirilməyən hissəsinə isə toxunulmur. Hazırki iş üzrə, təmin edilən hissədə iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilən hissəsində iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətininin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, cavabdeh şikayətində mübahisəli ünvandakı yaşayış kompleksinin tikintisində podratçı təşkilat olduğunu, həmin kompleksin tikintisi "xxxx" MTK tərəfindən sifariş verildiyini göstərsə də bu hallara dair şikayətinə hər hansı bir sübut əlavə etməmiş və istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü cavabdehin üzərinə düşür. Əksinə işdə olan sübutlarla iddiaçının məhz cavabdehlə mənzil tikintisi haqqında müqavilə bağladığı təsdiq olunur. İddiaçı mübahisəli mənzilə görə kommunal xərcləri ödəməmiş olsa belə bu hal hazırki iddianın təmin edilən hissədə əsassızlığına dəlalət etmir. Çünki, kommunal xərclərin ödənilməməsi tələb edilən sənədlərin iddiaçıya verilməsindən imtina etmək üçün əsas deyildir. İddiaçı qeyd olunan sənədləri cavabdehlə bağladığı müqavilənin şərtlərinə əsasən, yəni müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyinə görə cavabdehdən tələb edir və tələb etməkdə də haqlıdır. Müqavilənin şərtlərinə görə cavabdeh də öz öhdəliklərini icra etməlidir və tələb edilən sənədləri iddiaçıya verməlidir. Lakin həmin sənədləri vermədiyi üçün iddiaçı da bunu məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalır. İkincisi, mənzilə dair kommunal xərclərin ödənilməməsi də iddianın rədd edilməsi üçün əsas ola bilməz. Başqa sözlə cavabdeh yalnız bu halı əsas gətirib tələb edilən sənədləri iddiaçıya verməkdən imtina edə bilməz. Bu hal ona dəlalət edir ki, cavabdeh tələb olunan sənədləri iddiaçıya verməməklə qeyd etdiyi məbləğin iddiaçı tərəfindən ödənilməsinə nail olmaq üçün təsir yaxud təzyiq vasitəsi kimi istifadə edir. Bu yolverilməz haldır. Çünki, bununla iddiaçının mənzil üzərində əmlak hüquqları, o cümlədən gözlənilən mülkiyyət hüququnu pozmuş olur. O başqa məsələ ki, cavabdeh həqiqətən hesab edirsə ki, bunun üçün faktiki və qanuni əsas var, o zaman komunal xərcləri vermədiyi yaxud bunun üçün yeni müqavilə bağlamadığı halda məhkəmə qaydasında iddiaçıdan alınması barədə iddia irəli sürə bilər. Lakin cavabdehin iddiaçıya qarşı bununla bağlı hansısa tələbi yoxdur. Buna görə də cavabdeh öz məqsədinə çatmaq düzgün vasitə seçməmiş, bununla da iddiaçının qeyd olunan hüquqlarını pozmuşdur. Üçüncüsü, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlili də əsassızdır. Çünki, cavabdehin nümayəndəsi 05.11.2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, mübahisənin sülh yolu ilə həll edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, növbəti iclas barədə xəbərdar olduğu barədə qəbzə imza etmiş, sonuncu iclas barədə də SMS bildirişlə məlumatlandırılmışdır. Sonrakı məhkəmə iclaslarında cavabdehin nümayəndəsinin iştirak etməməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, bu cür dəlillərdən istifadə edilməsi əslində hüquqdan sui-istifadə etməyə dəlalət edən hallardır. Bu hal isə yolverilməzdir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun hazırki iş üzrə apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə, mübahisələndirilən hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(004)- 515/21 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6141/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6141/2021
26.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver