Məhkəmə qərarları › İş №2(103)-6147/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6147/2021

10.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6147/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər ”X7” MMC–yə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(004)-2299/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ”X7” MMC–yə və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə, haqsız yerə işdən çıxarılması və 3 aylıq işsizlik müavinəti olaraq 9000 (doqquz min) manat məbləğində işsizlik təzminatı, 6000 (altı min) manat məbləğində əlavə mənəvi təzminat olmaqla, cəmi 15000 (on beş min) manat məbləğində ziyanın əvəzinin cavabdehlər X7” MMC və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2020-ci ilin yanvar ayında aparıcı usta olaraq işlədiyi hazırki iddia ərizəsi üzrə cavabdeh şəxs qismində cəlb edilmiş "xxxx" X3 işdən çıxarılmışdır.. İşdən çıxarıldığını "xxxx" Mebel Fabrikinin ofis işçisi Nuridə Seyidova iddiaçını ofisə çağırarak bildirmiş və "xxxx" Mebel Fabrikinin direktoru Rahim Sadıqovun qərarı ilə işdən çıxarıldığını demişdir. İşlədiyi dövrdə əmək haqqı 3000 (üç min) manat idi, iddiaçı maaşı nağd qaydada almışdır. Həmin şirkətdə çalışdığı müddət ərzində daima işinə məsuliyyətlə yanaşaraq, icra etdiyi vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışmış, buna görə də kollektivin hörmətini qazanmışdır. 2 il 10 ay işlədiyi "xxxx" Mebel fabrikindən təzminat tələb etdikdə Nuridə Seyidova ona təzminat tələb etməməyi, əgər təzminat istəməsə, 45-60 gün ərzində təkrar işə götürəcəklərini demiş, lakin akin bir müddət keçsə də, şirkət rəhbərliyi sözünə əməl etməmişdir.Bundan sonra iddiaçı haqqını rəsmi qurumlarda axtarmağa qərar vermişdir. İşlədiyi müddət ərzində şirkət ilə mənim arasında əmək müqaviləsi bağlanmağını tələb etmiş, hər tələb etdiyində xarici vətəndaş olduğunu və ona görə də, əmək müqaviləsi bağlamağın mümkün olmadığını bildirmişlər. Sonuncu dəfə isə iddiaçı 12.02.2020-ci il tarixli məktub ilə rəsmi şəkildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət olunmuş və sonuncunun 27.10.2020-ci il tarixli, **********9 saylı cavab məktubu ilə bildirilmişdir ki, müraciətlə əlaqədar müvafiq sənədlərin təqdim edilməsi məqsədilə Cavabdeh1 MMC-nin ünvanına **********6 saylı, 14.02.2020-ci il tarixli, **********4 saylı, 19.05.2020-ci il tarixli məktublar göndərilmiş, Cavabdeh1 MMC-nin quruma ünvanladığı 43/NWC saylı, 11.06.2020-ci il tarixli cavab məktubunda mənimlə MMC arasında heç bir əmək müqaviləsi bağlanmadığını və hər hansı bir işə cəlb edilmədiym qeyd olunmuşdur. İddiaçı ilə müvafiq əmək müqaviləsi bağlanacağı vədini versələr də, vədlərinə əməl etməmişlər, bununla da iddiaçının işçi kimi hüquqlarını kobud şəkildə pozmuşdurlar. Bundan əlavə, AR ƏƏSMN yanında DƏMX-in məktubunda göstərilmişdir ki, Cavabdeh1 MMC-nin tikinti sahəsində tikilən binaların mənzillərində təmir işləri bağlanmış xidməti müqavilə əsasında X2 (VÖEN: **********) tərəfindən həyata keçirilir və məni işlərin və xidmətlərin görülməsinə X2 cəlb etmişdir. Hansı ki, iddiaçının bunlardan heç bir xəbərim olmamışdır Cavabdeh1 MMC tərəfindən iddiaçıya xüsusi xidməti vəsiqə verilmiş, hətta 24.09.2018-ci il tarixdə fabrikin direktoru tərəfindən xüsusi təşəkkümamə də verilmişdir. Bütün bu olanlarla bağlı Azərbaycan Respublikasının Əmək Müfəttişliyinə müraciət etmişəm və lakin qanuni müraciətlərə müsbət cavab ala bilməmişdir. Cavabdehlərin qeyriqanuni hərəkətinin nəticəsində iddiaçı maddi və mənəvi zərər çəkmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin yanvar ayında aparıcı usta olaraq işlədiyi hazırki cavabdeh "xxxx" Şirkətinin Mebel Fabrikindən işdən çıxarılmışdır. İşdən çıxarıldığını "xxxx" Mebel Fabrikinin ofis işçisi Nuridə Seyidova iddiaçını ofisə çağırarak bildirmiş və "xxxx" Mebel Fabrikinin direktoru Rahim Sadıqovun qərarı ilə işdən çıxarıldığını demişdir. İşlədiyi dövrdə iddiaçının əmək haqqı 3000 manat olmuş, maaşını nağd şəkildə almışdır. İddiaçı həmin şirkətdə çalışdığı müddət ərzində daima işinə məsuliyyətlə yanaşaraq, icra etdiyi vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışmış, buna görə də kollektivin hörmətini qazanmışdır. İşlədiyi müddət ərzində şirkət ilə onun arasında əmək müqaviləsi bağlanmağı tələb etmiş, hər tələb etdiyində xarici vətəndaş olduğunu və ona görə də, əmək müqaviləsi bağlamağın mümkün olmadığını bildirmişlər. İddiaçı isə öz növbəsində, cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpası məqsədi ilə aidiyyəti qurumlara müraciət etmişdir Cavabdeh K.Tanrıverdiyevin təmsilçisi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı, həmçinin digər cavabdeh “X6” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh K.Tanrıverdiyevin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən Özden İddiaçıye ünvanlanmış 27 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 MMC–nin X5 Xidməti Bakı şəhər İdarəsinə təqdi etdiyi 11.06.2020-ci il tarixli 43/NWC saylı, cavab məktubunda Özden İddiaçı ilə cəmiyyət arasında heç bir əmək müqaviləsinin bağlanmaması və Özden İddiaçı hər hansı bir işə cəlb edilmədiyi qeyd olunmuşdur. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən Özden İddiaçıye ünvanlanmış 27 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, cavabdehə bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” alt sisteminə baxış keçirilərkən onunla ”X7” MMC və fiziki şəxs Cavabdeh2 arasında əmək müqaviləsinin bağlanmasına dair qeydiyyatın mövcud olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 2.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, iddiaçı apellyasiya şikayətində qeyd etdiyi məqamların əsaslı olmasına dair hər hansı sübutu təqdim etməmiş, tələbinin əsaslandırıması zamanı hər hansı mötəbər dəlilə istinad etməmişdir. İddiaçı və cavabdehlər ”X7” MMC və Cavabdeh2 arasında əmək müqaviləsi bağlanmasını təsdiq edən sənəd mövcud olmadığı üçün məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə tərəflər arasında əmək münasibətləri yaranmamışdır. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(004)- 2299/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar