Məhkəmə qərarları › İş №2(103)-6153/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6153/2024

11.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6153/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 2 saylı X1rşı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X10 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı X1rşı "işə bərpa" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2952/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İddiaçı ilə 2 nömrəli X8 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 368 nömrəli müddətsiz əmək müqaviləsinə əsasən, İddiaçı 2 nömrəli X4 tibb bacısı vəzifəsinə işə götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 xx.xx.2019-cu il tarixli № 300-K nömrəli əmri ilə əmək funksiyasını qismən yerinə yetirmədiyinə görə 2 nömrəli X4 böyük tibb bacısı (qardaşı) İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. 2 nömrəli X4 02 avqust 2022-ci il tarixli № 5 saylı protokol ilə böyük tibb bacısı İddiaçı rəhbərliyə məlumat vermədən XQEK tibb işcisi Sərxan Ağayevlə növbə dəyişdiyi üçün xəbərdarlıq verilməsi qərara alınmışdır. 2 nömrəli X4 12 oktyabr 2023-cü il tarixli №7 saylı protokol ilə kişi şöbəsinin böyük tibb bacısı İddiaçı şöbənin və tibb personalının iş fəaliyyətinin düzgün təşkil olunmamasına görə xəbardarlıq verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 xx.xx.2023-cü il tarixli, 408-K nömrəli əmrinə əsasən, şöbənin və tibb personalının iş fəaliyyətinin düzgün təşkil olunmamasına görə 2 nömrəli X4 1-ci Psixiatriya şöbəsinin böyük tibb bacısı (qardaşı) İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin üçüncü hissəsinə uyğun olaraq xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli № 2 saylı protokol ilə 2 nömrəli X4 İ şöbənin müdiri Aynur Şəkiliyeva və böyük tibb bacısı İddiaçı üzürlü səbəbdən xəstəxanada olmadığı üçün, yaxın gələcəkdə Tibbi Şuranın növbəti iclasının keçirilməsi planlaşdırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 xx.xx.2023-cü il tarixli № 466-K nömrəli əmri ilə əmək funksiyasını qismən yerinə yetirmədiyinə görə 2 nömrəli X4 böyük tibb bacısı (qardaşı) İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 2 nömrəli X4 14 dekabr 2023-cü il tarixli №8 saylı protokol ilə xəstəyə qarşı kobud rəftarına görə İ Psixatriya şöbəsinin böyük tibb bacısı İddiaçı sonuncu xəbardarlıqla şiddətli töhmət verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 xx.xx.2024-cü il tarixli № 31 nömrəli əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 əmək nizam iltizamının möhkəmləndirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əmək məsələlərinin dərhal həll edilməsi məqsədilə komissiyanın tərkibinin yenilənməsi əmr edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 30 mart 2024-cü il tarixli №109-K nömrəli əmrinə əsasən, 2 nömrəli X4 1-ci Psixiatriya şöbəsinin böyük tibb bacısı (qardaşı) İddiaçı əmək müqaviləsində müvafiq dəyişiklik edilməklə xx.xx.2024-cü il tarixdən 2 nömrəli X4 Qəbul şöbəsinin Tibb bacısı (qardaşı) vəzifəsinə keçirilmişdir. Əmrin verilməsinə əsas Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X6 aparılan yoxlama nəticəsində dərman vasitələrinin qeydiyyatında pozuntular aşkar edilmişdir, dərman vasitələrinə nəzarətin olunması ilə əlaqədar öz vəzifə öhdəliklərini icra etmədiyi üçün böyük tibb bacısı vəzifəsindən azad edilsin. Qəbul şöbəsinə tibb bacısı vəzifəsinə təyin olunsun. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02 aprel 2024-cü il tarixli 3-28/3-1- 110/2024 nömrəli “2 nömrəli X4 baş həkimi İ.R.Əfəndiyevə intizam tənbehinin verilməsi barədə” əmri ilə 2 nömrəli X4 fəaliyyətinin təşkilində yol verdiyi nöqsanlara görə baş həkim X11 Azərbaycan Respublikasının Əmək məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasə töhmət verilmişdir. Bakı şəhəri 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/16/2024-00623 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 12:30-13:00 radələrində keçirilən ilkin mediasiya sessiyasında 2 saylı X2 nümayəndəsi iştirak etməmiş, ilkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. 2 nömrəli KPX X9 müəyyən olunur ki, xəstəyə qarşı kobud rəftarına görə İ Psixiatriya şöbəsinin böyük tibb bacısı İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh 2 saylı X1rşı "işə bərpa" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 mart 2024-cü il tarixli, 109-K saylı əmrinin ləğv edilməsi, öz vəzifəsinə bərpa olunması və vəzifəsinə uygun əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 30 mart 2024-cü il tarixli, 109- K saylı əmrilə əsassız və qanunsuz olaraq onun əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilməklə 2 nömrəli X4 1-ci Psixiatriya şöbəsinin böyük tibbi bacısı (qardaşı) vəzifəsindən həmin xəstəxananın qəbul şöbəsinin tibbi bacısı (qardaşı) vəzifəsinə keçirilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, guya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama nəticəsində dərman vasitələrinin qeydiyyatında pozuntular aşkar edilmiş, o, dərman vasitələrinə nəzarətin olmaması ilə əlaqədar öz vəzifə öhdəliklərini icra etməmişdir. Qeyd edilən əmr əsassız və qanunsuzdur, ləğv edilməlidir. Bildirir ki, o, rəhbərliyin qanunsuz əməllərində iştirak etmədiyi və bu faktlarla bağlı müvafiq dövlət orqanlarına müraciətlər etməsi ona qarşı qərəzli davranılmasına və nəticədə qeyd edilən əmrin qəbuluna səbəb olmuşdur. Onun müraciətləri əsasında müvafiq dövlət və hüquq-mühafizə orqanları (AR Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində) tərəfindən hazırda araşdırma aparılmaqdadır. Bildirir ki, onun tərəfindən hər hansı pozuntuya yol verilməmişdir, o öz vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Ona qarşı aparılan ayrıseçkilik, əmək funksiyalarının həyata keçirilməsinin qanunsuz məhdudlaşdırılması və digər qanunsuzluqlara dair AR ƏƏSMN yanında X13 Xidmətinin qaynar xəttinə də müraciət etmişdir. Göründüyü kimi, qanunvericilik normalarının tələbləri kobud şəkildə pozulmaqla, cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr tərtib edilmişdir ki, həmin əmr qanuni deyildir və əsaslandırılmamışdır. Həm də əmrin forma və məzmununa dair qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Çünki qeyd edilən əmrdə onun uzun illər nümunəvi iş fəaliyyətinə, işgüzar nüfuzuna kölgə salan, etmədiyi və vəzifə funksiyalarına aid olmayan əməllərdə ittiham edilmə kimi ifadələr işlənmişdir ki, bununla cavabdeh onun öz vətəndaş və əmək hüquqlarını tələb etdiyi üçün ondan qisas almaq niyyəti güdmüşdür. Qeyd edir ki, ona əsassız və qanunsuz töhmətlər verərək, onu sıxışdırmaq niyyəti güdən cavabdeh tərəf buna nail olmadıqda, qanunsuz olaraq vəzifəsini dəyişdirmişdir. Cavabdeh 2 saylı X2 iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı dəfələrlə əmək icra intizamını pozduğuna görə ona xəbərdarlıq edilmiş və intizam tənbehləri verilmişdir. Xəstəxananın 14 dekabr 2023-cü il tarixli, 466-K nömrəli əmri ilə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bütün bunlara baxmayaraq İddiaçı vəzifəsinin icrası zaman kobud pozuntular etməkdə davam etmişdir. Səhiyyə Nazirliyinin 20 fevral 2024-cü il tarixli 3-xx/xx/2024 nömrəli “Yoxlama komissiyasının yaradılması barədə” Sərəncamına əsasən 2024-cü il 20-24 fevral tarixlərində Xəstaxananın fəaliyyəti yerində araşdırılmış, istər həmin yoxlama, istərsə də daha əvvəlki yoxlamalar zamanı iddiaçı tərəfindən işin icra intizamının dəfələrlə kobud surətdə pozulduğu öz əksini tapmışdır. Yuxarıda qeyd edilənlər, elektron məhkəmə portalı üzərindən əlavə edilmiş digər sənədlər bir daha sübut edir ki, dəfələrlə edilmiş xəbərdarlıqlardan və intizam tənbeh tədbirlərindən heç bir nəticə olmamışdır. İşəgötürən isə humanist davranaraq iddiaçının əmək müqaviləsinə xitam versə də onu başqa şöbəyə təyin etmişdir. Göründüyü kimi, iddiaçının hüququ nəinki pozulmamışdır, hətta o, istər pasiyentlərin, istər iş yoldaşlarının hüquqlarını pozmuşdur. İddiaçı həmin şöbədə işləməsi yolverilməz bir hal almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2952/2024 nömrəli qətnaməsinə əsasən, iddia təmin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 30 mart 2024-cü il tarixli №109-K nömrəli əmri ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 “qəbul şöbəsinin Tibb bacısı (qardaşı)” vəzifəsindən əvvəl işlədiyi “1-ci Psixiatriya şöbəsinin böyük Tibb bacısı (qardaşı)” ştatı üzrə vəzifəsinə bərpa olunaraq əvvəlki vəzifəsinə (aradakı fərqi nəzərə almaqla) uygun əmək haqqı hesablanaraq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə 2 nömrəli X4 baş həkimi X12 arasında xx.xx.2016-cı il tarixli 368 nömrəli əmək müqaviləsi bağlanmışdır. İddiaçı cavabdehin 30 mart 2024-cü il tarixli, 109-K saylı əmri ilə əmək müqaviləsində birtərəfli qaydada dəyişiklik edilməklə 2 nömrəli X4 1-ci Psixiatriya şöbəsinin böyük tibbi bacısı (qardaşı) vəzifəsindən həmin xəstəxananın qəbul şöbəsinin tibbi bacısı (qardaşı) vəzifəsinə keçirilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin 30 mart 2024-cü il tarixli, 109-K saylı əmrinin ləğv edilməsi, öz vəzifəsinə bərpa olunması və vəzifəsinə uygun əmək haqqının hesablanıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçı barədə 2023-cü ildə dərmanları üzgün rəsmiləşdirilməməsi səbəbindən töhmət tədbirlərinin görüldüyünü, hazırda korrupsiya İdarəsində araşdırma aparıldığını, baş həkim də daxil olmaqla işçilərin töhmət aldığını, yəni heç bir ayrı-seçkiliyin olunmadığını bildirərək, iddianı qəbul etməmiş və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, əmək müqaviləsinə dəyişiklik yalnız tərəflərin razılığı ilə edilir və bu yazılı qaydada bağlanaraq tərəflərin imzaladığı saziş formasında həyata keçirilir. Belə ki, əmək müqaviləsinə dəyişiklik o halda hüquqi qüvvəyə minir ki, tərəflər arasında yazılı qaydada tərtib edilərək təsdiqlənir və daha sonra işəgötürən tərəfindən elektron imza ilə elektron informasiya sisteminə daxil edilir. Lakin iş materiallarından görünür ki, İddiaçı heç bir xəbərdarlıq edilmədən, əmək müqaviləsində müvafiq dəyişiklik edilməklə o, xx.xx.2024 tarixdən 2 nömrəli X4 Qəbul şöbəsinin Tibb bacısı (qardaşı) vəzifəsinə keçirilmişdir. Bununla yanaşı, iddiaçının əvvəllər töhmət və şiddətli töhmət növündə intizam tənbehinə məruz qalmasının qanuniliyinin və əsaslılığının yoxlanılması hazırki iddianın və icraatın predmeti olmasa da, məhkəmə hesab edir ki, həmin hallar cavabdehin etirazını (işəgötürən isə humanist davranaraq iddiaçının əmək müqaviləsinə xitam versə də onu başqa şöbəyə təyin etmişdir.) əsaslı etmir. Çünki, həmin intizam xətaları həqiqətən baş vermişdirsə və dəfələrlə edilmiş xəbərdarlıqların və intizam tənbeh tədbirlərinin heç bir nəticəsi olmamışdırsa, cavabdeh 2 saylı X7 iddiaçının əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilərdi. Lakin xəstəxana iddiaçının müqaviləsini ləğv etməmiş, hər hansı xəbərdarlıq etmədən onun müqaviləsinə müvafiq dəyişiklik etmiş və beləliklə onu böyük tibbi bacısı (qardaşı) vəzifəsindən həmin xəstəxananın qəbul şöbəsinin tibbi bacısı (qardaşı) vəzifəsinə keçirmişdir. Beləliklə məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri Əmək Məcəlləsinin tələblərinə tamamilə ziddir. Belə ki, əmək qanunverciliyinin tələblərinə əsasən, İddiaçı yeni vəzifəyə keçirilməsi ilə bağlı qarşılıqlı razılıq əsasında əmək müqaviləsində əlavə və ya dəyişiklik olunmalı, yaxud onunla yeni müqavilə bağlanmalı idi. Lakin göründüyü kimi işəgötürən kimi cavabdeh tərəf Əmək Məcəlləsinin tələblərini pozaraq, işçi ilə yeni əmək müqaviləsi bağlamadan, onun razılığı olmadan iddiaçının vəzifəsini dəyişdirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 30 mart 2024-cü il tarixli №109-K nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 “qəbul şöbəsinin Tibb bacısı (qardaşı)” vəzifəsindən əvvəl işlədiyi “1-ci Psixiatriya şöbəsinin böyük Tibb bacısı (qardaşı)” ştatı üzrə vəzifəsinə bərpa olunmalı və əvvəlki vəzifəsinə (aradakı fərqi nəzərə almaqla) uygun əmək haqqı hesablanıb ona ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125, 127-ci maddələri, Azərbaycan Respublikası Əmək Məcəllənin 2.1, 3, 46, 186.1, 186.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 2952/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, mübahisələndirilən qətnaməyə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 30 mart 2024-cü il tarixli 109-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 “qəbul şöbəsinin Tibb bacısı (qardaşı)” vəzifəsindən əvvəl işlədiyi “1-ci Psixiatriya şöbəsinin böyük Tibb bacısı (qardaşı)” ştatı üzrə vəzifəsinə bərpa olunmaqla əvvəlki vəzifəsinə (aradakı fərqi nəzərə almaqla) uygun əmək haqqı hesablanıb ödənilməsi qət edilmişdir. Aşağıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, qətnamə maddi və prossesual hüquq normalarının pozulması yolu ilə qəbul edildiyindən tam hüquqlu məhkəmə kimi işi yenidən araşdırmaqla qətnaməni ləğv edib iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə özünün mülahizəsinə və iddiaçının əsassız izahatına əsaslanıb cavabdehin təqdim etdiyi subutları qiymətləndirmədən səhv nəticəyə gəlib iddianı təmin etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixli, 109-K saylı əmrlə 2 nömrəli X4 1-ci Psixiatriya şöbəsinin böyük tibbi bacısı vəzifəsindən həmin xəstəxananın qəbul şöbəsinin tibbi bacısı vəzifəsinə keçirilmişdir. Eyni zamanda iş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı dəfələrlə əmək icra intizamını pozduğuna görə ona xəbərdarlıq edilmiş və intizam tənbehləri verilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 466-K nömrəli əmri ilə iddiaçıya Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Bütün bunlara baxmayaraq iddiaçı vəzifəsinin icrası zaman kobud pozuntular etməkdə davam etmişdir. Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-28/3-6/2024 nömrəli “Yoxlama komissiyasının yaradılması barədə” sərəncamına əsasən 2024-cü il 20-24 fevral tarixlərində xəstaxananın fəaliyyəti yerində araşdırılmış və istər həmin yoxlama, istərsə də daha əvvəlki yoxlamalar zamanı iddiaçının işin icra intizamının dəfələrlə kobud surətdə pozuduğu müəyyən edilsə də, işəgötürən isə humanist davranıb iddiaçının əmək müqaviləsinə xitam versə də onu başqa şöbəyə təyin etmişdir. Beləliklə də, iddiaçının hüququ pozulmamışdır. İddiaçının həmin şöbədə işləməsi yolverilməz bir haldır. İş materiallarından olan sənədlərdən göründüyü kimi cavabdeh haqlı olaraq əmək intizamını pozduğu üçün iddiaçıya intizam tənbehi verilmişdir. Məhkəmə mövqeyindən istifadə edib cavabdehin hüquqlarını və prosessual qanunvericiliyin tələbini pozub sübut edilməmiş tələbin təmin olunması barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə düzgün nəticəyə gəlməyib toplanmış sübutlara məcmu halda səhv hüquqi qiymət verərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 30 mart 2024cü il tarixli №109-K nömrəli əmri ləğv edib, iddiaçının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X5 “qəbul şöbəsinin Tibb bacısı (qardaşı)” vəzifəsindən əvvəl işlədiyi “1-ci Psixiatriya şöbəsinin böyük Tibb bacısı (qardaşı)” ştatı üzrə vəzifəsinə bərpa olunması və əvvəlki vəzifəsinə (aradakı fərqi nəzərə almaqla) uygun əmək haqqı hesablanıb ödənilməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-2952/2024 nömərli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh 2 saylı X3 rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh 2 saylı X2 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; g) cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək; ğ) uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək; h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla);[21] x) bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək;[22] ı) “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etmək;[23] i) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək; j) işçilərin icbari tibbi sığortası üzrə sığorta haqlarının “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vaxtında və tam həcmdə ödənilməsini təmin etmək. Maddə 42. 1.Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 43.

1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.

3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.

4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Maddə 44.

1. Əmək müqaviləsi yazılı formada bağlanır.

2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.

3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Maddə 46. 1.Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.

6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə 59. İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Maddə 60. İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Maddə 186.

1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Göründüyü kimi əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X8 30 mart 2024-cü il tarixli №109-K nömrəli əmri ilə İddiaçı ilə bağladığı əmək müqaviləsinə işçinin razılığı olmadan dəyişiklik edərək onu xx.xx.2024-cü il tarixdən 2 nömrəli X4 Qəbul şöbəsinin Tibb bacısı (qardaşı) vəzifəsinə keçirmiş, əmrdə əmrin verilməsinə əsas olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X6 aparılan yoxlama nəticəsində dərman vasitələrinin qeydiyyatında pozuntuların aşkar edilməsi, dərman vasitələrinə nəzarətin olunması ilə əlaqədar öz vəzifə öhdəliklərini icra etmədiyi üçün böyük tibb bacısı vəzifəsindən azad edilərək qəbul şöbəsinə tibb bacısı vəzifəsinə təyin olunması göstərilmişdir. Apellyasiya şikayətinin dəlillərinə əsasən, cavabdeh iddiaçının işin icra intizamını dəfələrlə kobud surətdə pozuduğuna görə humanist davranıb iddiaçının əmək müqaviləsinə xitam versə də onu başqa şöbəyə, yəni 2 nömrəli X4 Qəbul şöbəsinin Tibb bacısı (qardaşı) vəzifəsinə keçirmişdir. Kollegiya qeyd edir ki, əmək hüququ işçi ilə işəgötürən arasında heç bir ayrı-seçkilik olmadan sərbəst qaydada əmək münasibətləri yaratmaq imkanını ehtiva edir. İntizam tənbehlərinin növləri əmək qanunvericiliyi ilə dəqiq müəyyən edilmiş, işəgötürənin bu siyahını genişləndirmək, qanunvericilikdə nəzərdə tutulmayan intizam tənbehi müəyyən etmək səlahiyyəti yoxdur. Belə ki, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək və ya əmək müqaviləsini Əmək Məcəllsiənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər. Əmək müqaviləsində dəyişiklik edilməsi, yalnız tərəflərin qarşılıqlı razılığı ilə mümkün olduğu halda işəgötürən işçinin razılığı olmadan onunla bağlamış olduğu əmək müqaviləsində dəyişiklik edərək onu başqa vəzifəyə keçirmişdir. Baxmayaraq ki, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq, cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh 2 nömrəli X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2952/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar