Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6154/2025 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh “xxxx” Publik Hüquqi Şəxsinə qarşı işi üzrə Açar sözlər: (“əmrin ləğvi, işə buraxılma və s ") hakimlər X6 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı Iddiaçı və onun nümayəndəsi vəkil Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, birinci iş üzrə iddiaçı Iddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsə qarşı işdən kənar edilməsinə dair əmrinin ləğvi, işə buraxılması, əmək haqqı və sair tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı Iddiaçı və cavabdeh “xxxx” publik hüquqi şəxsi tərəfindən, birləşdirilmiş iş üzrə iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik Hüquqi Şəxsə qarşı “əmrin ləğvi, işə bərpa və əmək müqaviləsinin müddətsiz hesab edilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik Hüquqi Şəxsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. Iddiaçı Iddiaçı cavabdeh "xxxx” publik hüquqi şəxsə qarşı (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə) "iddiaçı Iddiaçı ## ###### 2022-ci il tarixdən işdən kənar edilməsinə dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K-*** nömrəli ## ###### 2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı Dəyanət Mətləb oğlunun xxxx” publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsi müdiri (kənarlaşmada olduğu vəzifənin icrasına başlamağı) vəzifəsində işə buraxılması, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı qəbul edildiyi gündən məcburi iş buraxma müddəti üçün hesablanmış pul vəsaitinin ödənilməsi və 50 manat ödənilmiş mediasiya xərcinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsdən tutularaq ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraicət etmiş, iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Iddiaçı ** nömrəli ## ##### 2007-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan rayon Ərazi Idarəsinə kassir vəzifəsinə təyin edilmişdir. **/K nömrəli ## #### 2009-cu il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsinə iqtisadçı vəzifəsinə təyin edilmişdir. **/K nömrəli ## #### 2010-cu il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsinə iqtisadçı-xəzinədar vəzifəsinə təyin edilmişdir. **/K nömrəli ## ##### 2011-ci il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsinin Daşınmaz əmlakın kadastrı və hüquqların dövlət qeydiyyatı şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə eksperti vəzifəsinə keçirilmişdir. ***/K nömrəli ## #### 2012-ci il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsinin Arxiv şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. *** nömrəli ## #### 2013-cü il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsi * saylı Ərazi Idarəsi adlandırılmışdır. *** nömrəli ## ###### 2017-ci il tarixli əmrə əsasən * saylı Ərazi Idarəsi * saylı Beyləqan Ərazi Idarəsi adlandırılmışdır. K-*** nömrəli ## ###### 2022-ci il tarixli əmrə əsasən * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinə 14-cü dərəcə vəzifə maaşı ilə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. ## ###### 2025-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, istintaqı aparan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin təqsirləndirilən şəxs kimi ## ###### 2022-ci il tarixli ********* saylı məktubu əsasında, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K-*** nömrəli, ## ###### 2022-ci il tarixli əmri ilə "xxxx” publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsindən ## ###### 2022-ci il tarixdən işdən kənar edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2024-cü il tarixli hökmünə əsasən iddiaçıya Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 308.1 -ci maddələri ilə bəraət verilmişdir və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55-63- cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınmasının ona izah edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarına əsasən dövlət ittihamçısı X1 apellyasiya protesti təmin edilməməsi, CM-in 32.5, 311.3.2 və 308.1 -ci maddələri ilə ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli *(***)-**/**** saylı hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarına əsasən kassasiya protestinin təmin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5. 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ## ####### 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Iddiaçı barəsində aparılmış cinayət işi üzrə bəraət aldıqdan sonrakı müddət ərzində dövründə vəzifənin icrasına başlamasına dair dair, zərərçəkmiş qismində tanınan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tərəfindən ##.##.2024-cü il tarixdə ərizə ilə müraciət olunmuşdur. Həmin müraciətinə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn ## ###### 2025-ci il tarixli məktuba əsasən müraciətində qaldırdığı məsələ ilə bağlı araşdırmə bitdikdən sonra nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. Həmin müraciətdə qeyd etdiyi məsələlərlə bağlı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn inzibati binasında kadrlar şöbəsində olmuş və müraciətin araşdırılaraq cavab veriləcəyi bildirilmişdir. Daha sonra ## ##### 2025-ci il tarixli yenidən etdiyi müraciətinə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn ## ##### 2025-ci il tarixli məktuba əsasən müraciətində qaldırdığı məsələ ilə bağlı araşdırma bitdikdən sonra nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. Müraciətinə verilən cavab məktublarında qeyd edilən cavablar aldadıcı, qərəzli və əsassızdır. Barəsində bəraətverici əsaslarla məhkəmənin yekun qərarı olduğu halda 8 (səkkiz) aydır nəyin araşdırılacağı məlum deyil və bu süründürməçiliyə bir son qoyan yoxdur. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn imtina cavabı alınandan sonra Bakı Inzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı Inzibati Məhkəməsinin icraatında olan e- 2- *(***)-*****/**** saylı iş üzrə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Məhkəmə iclasında baxılmış mübahisə mümkün sayılmamışdır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbini təmin edilməsi xahiş edilir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- ****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı Iddiaçı cavabdeh "xxxx” publik hüquqi şəxsə qarşı iddiasının qismən təmin edilməsi, iddiaçı Iddiaçı "xxxx” publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsi müdiri vəzifəsində əmək funksiyalarının icrasına buraxılması vəzifəsi cavabdeh xxxx” publik hüquqi şəxsin üzərinə qoyulması, ##.##.2024-cü il tarixdən etibarən məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və mükafatların cavabdeh "xxxx” publik hüquqi şəxsdən tutularaq iddiaçı Iddiaçı xeyrinə ödənilməsi, mülki iş üzrə ödənilmiş 50 manat mediasiya xərcinin cavabdeh xxxx publik hüquqi şəxsdən tutularaq iddiaçı Iddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62, 172.5, 296.4; “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.1, 35.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə araşdırması zaman müəyyən edilir ki, işəgötürən “xxxx” publik hüquqi şəxsin ##.##.2022-ci il tarixli K-*** nömrəli əmrinə əsasən, işçi Iddiaçı ## ###### 2022-ci il tarixdə 1 ay müddətinə * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinə 14-cü dərəcə vəzifə maaşı ilə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. ## ###### 2025-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, istintaqı aparan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin təqsirləndirilən şəxs kimi ## ###### 2022-ci il tarixli ********* saylı məktubu əsasında, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K-*** nömrəli, ## ###### 2022-ci il tarixli əmri ilə “xxxx” publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsindən ## ###### 2022-ci il tarixdən işdən kənar edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2024-cü il tarixli hökmünə əsasən iddiaçıya Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmişdir və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması ona izah edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarına əsasən dövlət ittihamçısı X1 apellyasiya protesti təmin edilməməsi, CM-in 32.5, 311.3.2 və 308.1- ci maddələri ilə ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli *(***)-**/**** saylı hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Deməli, həmin qərarla bəraət hökmü qanuni qüvvəyə minmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- ***/**** saylı ##.##.2025-ci il tarixli qərarına əsasən kassasiya protestinin təmin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5. 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ## ####### 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hökmün qanuni qüvvəyə minməsinə baxmayaraq işçi Iddiaçı işəgötürən tərəfindən əmək funksiyalarının icrasına buraxılmamış, işəgötürən Cavabdehn K-*** nömrəli, ## ###### 2022-ci il tarixli əmri ləğv edilməmişdir. Yəni, işçi hüquqi baxımdan hazırda da işdən kənarlaşdırılmış statusdadır. Işəgötürənin həmin hərəkətləri qanunsuzdur. Belə ki, işçinin işdən kənarlaşdırılmasına əsas olan xüsusat üzrə işçinin təqsiri sübuta yetirilməmiş, barəsində bəraət hökmü çıxmışdır. Odur ki, işçi vəzifələrinin icrasına davam etməlidir. ##.##.2024-cü il tarixdən ödənilməmiş dövrə görə ödənilməmiş əmək haqqı hesablanaraq cavabdeh işəgötürən tərəfindən hesablanaraq iddiaçıya ödənilməlidir. Iddia tələbi Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı qəbul edildiyi gündən məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı və mükafatın ödənilməsi hissəsində əsaslıdır. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı əmək funksiyalarının icrasına buraxılmamış və qanunla əldə etməli olduğu əmək haqqından məhrum olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edilməlidir ki, iddiaçının işə buraxılmaması ilə bağlı cavabdehin qanunsuz hərəkətləri hal-hazırda da davam edir. Həmçinin, işçinin işə bərpa edilməsindən imtina edilməmişdir. Cavabdehin nümayəndəsi ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında da bildirmişdir ki, cavabdeh orqan iddiaçını işə bərpa etməkdən imtina etmir, sadəcə müvafiq araşdırmadan sonra bu həyata keçiriləcəkdir. Göstərilənlər nəzərə alınmaqla işçi əmək funksiyalarının icrasına buraxılmalıdır. Həmçinin, maddi xarakterli tələblərlə bağlı iddia müddətinin 1 il təşkil etməsi nəzərə alınmaqla, iddia müddəti ötürülməmişdir. Odur ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizə əsassızdır. Iddia tələbi Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı qəbul edildiyi gündən məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı və mükafatın gecikdirilməsinə görə hər gün üçün 5% ödəncin hesablanaraq ödənilməsi hissəsində əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Lakin, nəzərə alınmalı hal odur ki, həmin normanın tətbiqi üçün işçiyə ödənilməli olan əmək haqqının gecikdirilməsi halı baş verməlidir. Hazırki mübahisə üzrə işçi vəzifədən müvafiq əmrlə kənarlaşdırıldığından ona əmək haqqı ödənilməmişdir. Işçiyə ödənilməli olan əmək haqqının ödənilməsi müddəti gecikdirildiyi təqdirdə gecikdirilmiş günlər üçün əlavə faizin tutulması məsələsinə baxıla bilər. Ödənilməli olmayan (işəgötürənin əmrinə əsasən) əmək haqqının gecikdirilməsi halında əlavə faiz ödənilməsi vəzifəsi işəgötürənin üzərinə qoyula bilməz. Lakin, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi nəticəsində ödənişin gecikdirilməsi halında iddia tələbi yolverilən hesab edilə bilər və ya MPMin 232-ci maddəsinin tələblərinə əsasən ödənilməli olan məbləğin indeksasiyası aparıla bilər. Əmək haqqı və mükafatın gecikdirilməsinə görə hər gün üçün 5% ödəncin hesablanaraq ödənilməsi hissəsi ilə bağlı məhz 5% qismində müəyyən edilməsinin zəruriliyi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Həmçinin, iddia tələbi iddiaçı Iddiaçı ## ###### 2022-ci il tarixdən işdən kənar edilməsinə dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K-*** nömrəli ## ###### 2022-ci il tarixli əmrinin ləğv edilməsi hissəsində əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2022-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqe nəzərə alınmaqla həmin əmr işəgötürən tərəfindən qanuni əsaslarla qəbul edilmişdir. Lakin, ##.##.2024-cü il tarixdən həmin əmrin qəbul edilməsinə əsas olan hallar aradan qalxdığından əvvəlki vəziyyət bərpa edilməli, işçi əmək funksiyalarının icrasına başlamalıdır.Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (əmrin qanuniliyinin əsaslandırılması) cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq əmrin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmiş, bu barədə şifahi formada da olsa hər hansı mülahizə bildirilməmişdir.
3. Birləşdirilmiş iş üzrə iddiaçı ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K-*** nömrəli, ## ###### 2025-ci il tarixli əmrin ləğv edilməsi; iddiaçı Iddiaçı işə bərpa edilərək ## ###### 2022-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ** nömrəli ## ##### 2007-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan rayon Ərazi Idarəsinə kassir vəzifəsinə təyin edilmişdir. **/K nömrəli ## #### 2009-cu il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsinə iqtisadçı vəzifəsinə təyin edilmişdir. **/K nömrəli ## #### 2010-cu il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsinə iqtisadçı-xəzinədar vəzifəsinə təyin edilmişdir. **/K nömrəli ## ##### 2011-ci il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsinin Daşınmaz əmlakın kadastrı və hüquqların dövlət qeydiyyatı şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə eksperti vəzifəsinə keçirilmişdir. ***/K nömrəli ## #### 2012-ci il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsinin Arxiv şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. *** nömrəli ## #### 2013-cü il tarixli əmrə əsasən Beyləqan rayon Ərazi Idarəsi * saylı Ərazi Idarəsi adlandırılmışdır. *** nömrəli ## ###### 2017-ci il tarixli əmrə əsasən * saylı Ərazi Idarəsi * saylı Beyləqan Ərazi Idarəsi adlandırılmışdır. K-*** nömrəli ## ###### 2022-ci il tarixli əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. K-*** nömrəli ## ###### 2022-ci il tarixli əmrə əsasən * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinə 14-cü dərəcə vəzifə maaşı ilə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K- *** nömrəli, ## ###### 2025-ci il tarixli əmrinə əsasən Iddiaçı – “xxxx” publik hüquqi şəxsinin * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinin müdiri ilə bağlanmış əmək müqaviləsinə ## ###### 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K-*** nömrəli, ## ###### 2025-ci il tarixli əmri əsassızdır. Belə ki, ## ###### 2025-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq, istintaqı aparan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin təqsirləndirilən şəxs kimi ## ###### 2022-ci il tarixli ********* saylı məktubu əsasında, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K-*** nömrəli, ## ###### 2022-ci il tarixli əmri ilə “xxxx” publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsindən ## ###### 2022-ci il tarixdən işdən kənar edilmişdir. Qeyd etmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2024-cü il tarixli hökmünə əsasən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4- cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmişdir və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınmasının ona izah edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarına əsasən dövlət ittihamçısı X1 apellyasiya protesti təmin edilməməsi, CM-in 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli *(***)-**/**** saylı hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- ***/**** saylı ##.##.2025-ci il tarixli qərarına əsasən kassasiya protestinin təmin edilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5. 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ## ####### 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Barəsində aparılmış cinayət işi üzrə bəraət aldıqdan sonrakı müddət ərzində vəzifəsinin icrasına başlamasına dair, zərərçəkmiş qismində tanınan Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tərəfindən ##.##.2024-cü il tarixdə ərizə ilə müraciət olunmuşdur. Həmin müraciətinə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn ## ###### 2025-ci il tarixli məktuba əsasən müraciətində qaldırdığı məsələ ilə bağlı araşdırma bitdikdən sonra nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. Həmin müraciətində qeyd etdiyi məsələlərlə bağlı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn inzibati binasında kadrlar şöbəsində olmuş və yenə də müraciəti araşdırılaraq cavab veriləcəyi bildirilmişdir. Daha sonra ## ##### 2025-ci il tarixli yenidən etdiyi müraciətinə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn ## ##### 2025-ci il tarixli məktuba əsasən müraciətində qaldırdığı məsələ ilə bağlı araşdırma bitdikdən sonra nəticəsi barədə məlumat veriləcəyi bildirilmişdir. Müraciətlər cavabsız qaldığından tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K- *** nömrəli, ## ###### 2022-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilmə barədə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ## ######## 2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Iddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsə qarşı “iddiaçı Iddiaçı ## ###### 2022-ci il tarixdən işdən kənar edilməsinə dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K-*** nömrəli ## ###### 2022- ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı Dəyanət Mətləb oğlunun xxxx” publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsi müdiri (kənarlaşmada olduğu vəzifənin icrasına başlamağı) vəzifəsində işə buraxılması, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı qəbul edildiyi gündən məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı və mükafat, əmək haqqı və mükafatın gecikdirilməsinə görə hər gün üçün 5% ödəncin hesablanaraq ödənilməsi və 50 manat ödənilmiş mediasiya xərcinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsdən tutularaq ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı Iddiaçı “xxxx” publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsi müdiri vəzifəsində əmək funksiyalarının icrasına buraxılması vəzifəsi cavabdeh xxxx” publik hüquqi şəxsin üzərinə qoyulması, ##.##.2024-cü il tarixdən etibarən məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və mükafatlar cavabdeh “xxxx” publik hüquqi şəxsdən tutularaq iddiaçı Iddiaçı xeyrinə ödənilməsi, mülki iş üzrə ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdeh xxxx publik hüquqi şəxsdən tutularaq iddiaçı Iddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin e*(***)-****/**** saylı ## ######## 2025-ci il tarixli qətnaməsindən hər iki tərəf apellyasiya şikayəti vermiş və *(***)-****/**** saylı mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Məhkəmənin nəzərinə çatdırmışdır ki, iddiaçının işə bərpa edilməsi haqqında qətnamə olduğu təqdirdə məhkəmənin yekun aktının gözlənilmədən əmək münasibətinə xitam verilməsi haqqında əmrin verilməsi qanunsuzdur.
4. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik Hüquqi Şəxsin iddiaçı Iddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında K-*** saylı, ##.##.2025-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı Iddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik Hüquqi Şəxs arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinin müddətsiz hesab olunması, iddiaçı Iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik Hüquqi Şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.3, 45.1-45.4, 47.f, 68.1, 68.2.b, 70, 73.1, 77, 79.1, 83.1, 83.2, 300.1, 300.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin müəyyən edilmiş halları odur ki, iddiaçı Iddiaçı ## ##### 2007-ci il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan rayon Ərazi Idarəsinə kassir vəzifəsinə təyin edilmiş, ## #### 2009-cu il tarixdə Beyləqan rayon Ərazi Idarəsinə iqtisadçı vəzifəsinə təyin edilmiş, ## #### 2010-cu il tarixdə Beyləqan rayon Ərazi Idarəsinə iqtisadçı-xəzinədar vəzifəsinə təyin edilmiş, **/K nömrəli ## ##### 2011-ci il tarixdə Beyləqan rayon Ərazi Idarəsinin Daşınmaz əmlakın kadastrı və hüquqların dövlət qeydiyyatı şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə eksperti vəzifəsinə keçirilmiş, ## #### 2012-ci il tarixdə Beyləqan rayon Ərazi Idarəsinin Arxiv şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, ## #### 2013-cü il tarixdə Beyləqan rayon Ərazi Idarəsi * saylı Ərazi Idarəsi adlandırılmış, ## ###### 2017-ci il tarixdə * saylı Ərazi Idarəsi * saylı Beyləqan Ərazi Idarəsi adlandırılmış, ## ###### 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. O, K-*** nömrəli, ## ###### 2022-ci il tarixli əmrə əsasən * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinə 14-cü dərəcə vəzifə maaşı ilə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Iddiaçı Azərbaycan Respublikası CM-nin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə ittiham irəli sürülmüş və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ## ##### 2024-cü il tarixli hökmünə əsasən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4- cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarına əsasən dövlət ittihamçısı X1 apellyasiya protesti təmin edilməmiş, X3 AR CM-in 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2024-cü il tarixli *(***)-**/**** saylı hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarına əsasən kassasiya protesti təmin edilməmiş, X3 və Iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** saylı, ## ####### 2024-cü il tarixli qərarın kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Daha sonra iddiaçı ## #### 2025-ci il tarixdə məhkəməyə müraciət edərək, onun ## ###### 2022-ci il tarixdən işdən kənar edilməsinə dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K-*** nömrəli ## ###### 2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı Dəyanət Mətləb oğlunun xxxx” publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsi müdiri (kənarlaşmada olduğu vəzifənin icrasına başlamağı) vəzifəsində işə buraxılması, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı qəbul edildiyi gündən məcburi iş buraxma müddəti üçün hesablanmış pul vəsaitinin ödənilməsi və 50 manat ödənilmiş mediasiya xərcinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsdən tutularaq ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, iddiaçı Iddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsə qarşı “iddiaçı Iddiaçı ## ###### 2022-ci il tarixdən işdən kənar edilməsinə dair Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K-*** nömrəli ## ###### 2022-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı Dəyanət Mətləb oğlunun xxxx” publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsi müdiri (kənarlaşmada olduğu vəzifənin icrasına başlamağı) vəzifəsində işə buraxılması, Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı qəbul edildiyi gündən məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı və mükafat, əmək haqqı və mükafatın gecikdirilməsinə görə hər gün üçün 5% ödəncin hesablanaraq ödənilməsi və 50 manat ödənilmiş mediasiya xərcinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsdən tutularaq ödənilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı Iddiaçı “xxxx” publik hüquqi şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsi müdiri vəzifəsində əmək funksiyalarının icrasına buraxılması vəzifəsi cavabdeh xxxx” publik hüquqi şəxsin üzərinə qoyulması, ##.##.2024-cü il tarixdən etibarən məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və mükafatlar cavabdeh “xxxx” publik hüquqi şəxsdən tutularaq iddiaçı Iddiaçı xeyrinə ödənilməsi, mülki iş üzrə ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdeh xxxx publik hüquqi şəxsdən tutularaq iddiaçı Iddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermiş və *(***)-****/**** saylı mülki iş üzrə icraat dayandırılmışdır. Daha sonra iddiaçı Iddiaçı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K-*** nömrəli, ## ###### 2025-ci il tarixli əmrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, iddiaçı Iddiaçı ##.##.2007-ci il tarixdən ##.##.2025-ci il tarixinədək Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan rayon Ərazi Idarəsində müxtəlif vəzifələrdə, 2012-ci ildən isə “Arxiv şöbəsinin müdiri” olaraq eyni vəzifədə fasiləsiz olaraq çalışmışdır. Həmin müddət ərzində əmək müqaviləsinə xitam verilməsi və yenidən işə qəbul edilmə barədə ərizənin verilməsi ərazi idarəsində ad dəyişmə və struktur dəyişikliyi ilə bağlı olmuşdur. Cavabdehlə bağlanılmış ##.##.2022-ci il tarixli əmək müqaviləsi ## ###### 2025ci il tarixli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Hal-hazırda iddiaçı Iddiaçı əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması və əmək müqaviləsinin müddətsiz hesab olunmasını tələb edir, cavabdeh isə iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Məhkəmə müəyyən edir ki, ## ###### 2025-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçının əmək münasibətləri eyni iş yerində müxtəlif vəzifələrdə 10 ildən artıqdır ki, faktiki olaraq fasiləsiz surətdə davam etmişdir. Bu isə Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsinə səbəb olan hüquqi haldır, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. Əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd edilməlidir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həmdə işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Iş materiallarından görünür ki, hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinin bağlanılması işdən görünmür. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquqbərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. Işin hallarından isə açıqaydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır. AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsinin tələbinə zidd olaraq cavabdeh tərəflər arasında əmək müqaviləsinə işçinin əmək funksiyalarının xarakterinə görə daimi işlə təmin olunmaq hüququnu məhdudlaşdıran müddəalar daxil etmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 9 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir. Göründüyü kimi, istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür. Işəgötürən işçi ilə əmək münasibətlərinin rəsmiləşdirilməsi və onlara xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsini təmin etmək vəzifəsi daşıdığı üçün konkret işin hallarından asılı olaraq bununla bağlı sübutları təqdim etmək vəzifəsi də işəgötürənin üzərinə qoyula bilər. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. Işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, MPM-in 77.2-ci maddəsi dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. Iş materiallarından isə görünür ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin məzmunundan göründüyü kimi iddiaçının daşıdığı vəzifə öhdəlikləri və əmək funksiyaları daimi xarakterə malik olduğu halda onun iradəsinə zidd olaraq hüquqları məhdudlaşdırılmış və onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə bildirir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. Halbuki iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Hazırki halda isə məhkəmə qeyd edir ki, işəgötürən ilə müqavilənin müddətli bağlanmasına dair işçinin razılığının olması halı müəyyən edilmir. Belə olan halda, müddətli əmək müqaviləsinin bağlanması halının olmaması təsdiqini tapır. Bu halda isə mövcud olmayan müqavilə üzrə hər hansı müddətdən söhbət gedə biməz. Məhkəmə qeyd edir ki, işəgötürən hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. Iradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olubolmadığı aydınlaşdırılmalıdır. Iradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. Iradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. Işçinin iradə və motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, o, 10 ildən çoxdur ki həmin vəzifədə çalışır. Onun əmək müqaviləsinin müddətinin 1 ay olması ilə bağlı razılığı olmamışdır, demək ki onun müddətə münasibətdə motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik Hüquqi Şəxsin iddiaçı Iddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında K-*** saylı, ##.##.2025-ci il tarixli əmri ləğv edilməli, iddiaçı Iddiaçı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik Hüquqi Şəxs arasında bağlanmış ##.##.2022-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab olunmalı, iddiaçı Iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik Hüquqi Şəxsin * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsinə bərpa edilməlidir.
5. Birinci instansiya məhkəməsində icraat zamanı hər iki iş üzrə müəyyən edilmişdir ki: - Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarına əsasən müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2024-cü il tarixli hökmünə əsasən iddiaçı (təqsirləndirilən şəxs) Iddiaçı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.2 və 308.1-ci maddələri ilə bəraət verilmişdir. Həmin hökmdən apellyasiya və kassasiya protestləri verilsə də, protestlər təmin edilməmiş, 1 -ci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli qərarı ##.##.2024-cü il tarixdə qəbul edilmişdir; - işçi Iddiaçı işəgötürən "xxxx” publik hüquqi şəxsə yazılı müraciətləri əlavə edilmişdir; - ##.##.1982-ci il təvəllüdlü Iddiaçı məxsus ******* saylı, ## #### 2004-cü il tarixli əmək kitabçasının surətinə əsasən Iddiaçı ##.##.2004-cü il tarixdə Xocavənd rayon Sukanal Idarəsinə Nasos Qurğuları maşinisti vəzifəsinə qəbul edilmişdir. ## ##### 2007-ci il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Beyləqan rayon Ərazi Idarəsinə kassir vəzifəsinə təyin edilmiş, ## #### 2009-cu il tarixdə Beyləqan rayon Ərazi Idarəsinə iqtisadçı vəzifəsinə təyin edilmiş, ## #### 2010-cu il tarixdə Beyləqan rayon Ərazi Idarəsinə iqtisadçı-xəzinədar vəzifəsinə təyin edilmiş, **/K nömrəli ## ##### 2011-ci il tarixdə Beyləqan rayon Ərazi Idarəsinin Daşınmaz əmlakın kadastrı və hüquqların dövlət qeydiyyatı şöbəsinin hüquqların dövlət qeydiyyatı üzrə eksperti vəzifəsinə keçirilmiş, ## #### 2012-ci il tarixdə Beyləqan rayon Ərazi Idarəsinin Arxiv şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, ## #### 2013-cü il tarixdə Beyləqan rayon Ərazi Idarəsi * saylı Ərazi Idarəsi adlandırılmış, ## ###### 2017-ci il tarixdə * saylı Ərazi Idarəsi * saylı Beyləqan Ərazi Idarəsi adlandırılmış, ## ###### 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. O, K*** nömrəli, ## ###### 2022-ci il tarixli əmrə əsasən * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinə 14-cü dərəcə vəzifə maaşı ilə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir; - Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn Iddiaçı ünvanladığı ## ###### 2025-ci il tarixli məktubuna əsasən o, müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinin müdiri vəzifəsinə ## ###### 2022-ci il tarixində təyin olunmuş və onunla müddətli əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən tərəflərdən biri əmək müqaviləsinə birtərəfli qaydada xitam vermək istədikdə müddətli əmək müqaviləsinin bitməsinə azı bir həftə qalmış digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqavilənin müddətinin qurtarması ilə əlaqədar onunla bağlanılmış ##.##.2022-ci il tarixli əmək müqaviləsinin müddəti uzadılmayaraq həmin müqaviləyə ##.##.2025-ci il tarixindən xitam veriləcəkdir; - Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdehn K- *** saylı, ##.##.2025-ci il tarixli Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən Iddiaçı – Cavabdehn * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinin müdiri ilə bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
6. Birinci iş üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnaməin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172- ci maddəsinin 5-ci bəndinə; ##.##.2023-cü il tarixli Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Yasamal Rayon Məhkəməsinin e*(***)-****/**** saylı ## ######## 2025-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iddia tam təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin müəyyən etdim hissəsində: “ iddia tələbi Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı qəbul edildiyi gündən məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı və mükafatın gecikdirilməsinə görə hər gün üçün 5% ödəncin hesablanaraq ödənilməsi hissəsində əsassızdır. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Lakin, nəzərə alınmalı hal odur ki, həmin normanın tətbiqi üçün işçiyə ödənilməli olan əmək haqqının gecikdirilməsi halı baş verməlidir. Hazırki mübahisə üzrə işçi vəzifədən müvafiq əmrlə kənarlaşdırıldığından ona əmək haqqı ödənilməmişdir. Işçiyə ödənilməli olan əmək haqqının ödənilməsi müddəti gecikdirildiyi təqdirdə gecikdirilmiş günlər üçün əlavə faizin tutulması məsələsinə baxıla bilər. Ödənilməli olmayan (işəgötürənin əmrinə əsasən) əmək haqqının gecikdirilməsi halında əlavə faiz ödənilməsi vəzifəsi işəgötürənin üzərinə qoyula bilməz. Lakin, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməməsi nəticəsində ödənişin gecikdirilməsi halında iddia tələbi yolverilən hesab edilə bilər və ya MPM-in 232- ci maddəsinin tələblərinə əsasən ödənilməli olan məbləğin indeksasiyası aparıla bilər” - qeyd edilmişdir. Məhkəmənin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172ci maddəsinin 5-ci bəndinə (##.##.2023-cü il tarixli Əmək Məcəlləsinin 172-ci maddəsinin 5ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı) əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Göründüyü kimi tələb edilə bilən məbləğ bir faizdən başlayır. Odur ki, işəgötürənin məhkəmənin yekun qərarlarının tələblərindən irəli gələn məsələlərə biganə yanaşaraq vaxtında həll etmədiyindən, onun işgüzar fəaliyyətinə xələl gətirmələrinə, cəmiyyət içərisində onun nüfuzunu aşağı salmalarına, onun və ailə üzvlərinin iztirab çəkmələrinə və maddi zərərlərinin çox olmasına səbəb olduğundan onun ödənc tələbi beş faizdir. Iddiaçı işindən qazancından məhrum olduğu üçün bankdan 35000 kredit götürmüşdür. Bu kreditin götürülməsi iddiaçının işsizliyi səbəbindən olmuşdur. Yaşayış xərclərini qarşılamaq üçün iddiaçı məcbur qalaraq kredit götürmüş və hazırda da həmin krediti faizləri ilə birlikdə ödəmək məcburiyyətindədir. Məhkəmənin nəzərinə çatdırmaq istərdi ki, iddia ərizəsinin təmin edilməyən tələb hissəsi qanunidir və həmin hissədə təmin edilməməsi iddiaçının hüquqlarının pozulmasıdır. Belə ki, ödənilməli olan əmək haqqı verilmədiyi üçün beş faiz əlavə ödəncin verilməsi zəruridir. Bu səbəbdən də hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə əsassız olaraq iddianı təmin etməmişdir
7. Birinci iş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və Iddiaçı iddiasının təmin edilməməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62, 296; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə istinadən qeyd edilmişdir ki, işçi qanunamüvafiq olaraq işdən kənar edilmişdir. Işçi işdən kənar edildikdən sonra hansı müddətdə iş buraxılması barədə qanunvericilikdə imperativ bir göstəriş nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi ##.##.2024-cü il tarixdən işə başlaması ilə əlaqədar müraciətləri olmuşdur. Işəgötürənin cavab məktublarında onun işə bərpa olunmaması barədə hər hansı mövqe ifadə olunmamışdır. Işçi qanunamüvafiq olaraq işdən kənar edildiyindən “məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı və mükafatlar”ın ödənilməsi barədə məhkəmənin nəticəsi yanlışdır, belə ki, maddən də görüldüyü kimi işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı ödənilməməlidir. Məhkəmə göstərilən maddi hüquq normasının pozulmasına yol verərək iddia tələbində müddətin ötürülməsini nəzərə almamışdır. Belə ki, sözügedən maddədə nəzərdə tutulan müddət 1 aydır. Həmçinin birinci instansiya məhkəməsi zamanı da tərəflərindən iddiaçının sözügedən iddianı formal olaraq qaldırdığı və iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilən müddət buraxıldığı bildirilmişdir və bu barədə ərizə təqdim olunmuşdur. Məhkəmə tərəfindən “iddiaçının işə buraxılmaması ilə bağlı cavabdehin qanunsuz hərəkətləri hal-hazırda da davam edir” qeyd edilsə də, bu hal iddia müddətinin axımının davam etməsi mənasına gəlmir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi ##.##.2024-cü il tarixdən işə başlaması ilə əlaqədar müraciətləri olmuşdur. Qeyd olunan hal onu göstərir ki, iddiaçı işdən kənarlaşdırma barədə əmrin mövcudluğunu bilmiş və bundan narazı qalaraq məhkəməyə deyil işəgötürənə müraciət etmişdir. Işəgötürənin cavab məktublarında onun işə bərpa olunmaması barədə hər hansı mövqe ifadə edilməmişdir. Işçi ##.##.2024-cü il tarixdə bəraət aldıqdan sonra 1 ay ərzində məhkəməda iddia qaldırdılmalı olduğu halda bunu etməmişdir.Göründüyü kimi iddiaçı Iddiaçı hazırki tələblə bağlı iddia vermək hüququndan vaxtında istifadə etməməsi bu hüququn məhkəmə vasitəsilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Müddətin tətbiq edilməsi hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hallar kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa Insan Hüquqları Məhkəməsi Mahmudov Rusiya Federasiyasına qarşı ##.##.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki, məhkəmə kollegiyası tərəfindən prosessusal hüquq normalarına uyğun olaraq faktiki hallar dəqiq araşdırılmamışdır. Hazırkı iddia ilə bağlı sübut etmə yükü iddiaçının üzərində olmalıdır. Məhəkəmə iddiaçının veridiyi izahatla razılaşmış və sübutetmə yükünün cavabdeh üzərində olduğunu bildirmişdir. Məhəkmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmuşdur. Göründüyü kimi 1-ci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan qətnamə qəbul etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquc münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Lakin məhkəmə hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddaçı tərəfindən irəli sürülən dəlillərə və izahatına istinad etməklə iddianı təmin etməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.
8. Birləşdirilmiş iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və Iddiaçı iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b, 73.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88-ci maddələrinə, Avropa Insan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” ##.##.2007-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, işçinin əmək müqaviləsinə qanunamüvafiq qaydada xitam verilmişdir. Belə ki, işçi sonuncu əmək müqaviləsini bağlayarkən onun müddətli olduğundan məlumatlı olmuş, buna dair hər-hansı etiraz bildirməmişdir. Bu səbəbdən işəgötürən əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən ona xitam verməkdə haqlı olmuşdur. Lakin məhkəmə tərəfindən qeyd olunan halın tam əksi qeyd olunmuş və qətnamədə bu hallar heç bir sübut və dəlillərlə əsaslandırılmamışdır. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Bununla əlaqədar bildiririk ki, Iddiaçı ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli xəbərdarlıq məktubundan görünür ki, əmək müqaviləsinin xitam edilməsindən əvvəl bununla bağlı xəbərdar edilmişdir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hallar kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa Insan Hüquqları Məhkəməsi Mahmudov Rusiya Federasiyasına qarşı ##.##.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Yuxarıda qeyd edilənlərə əsasən hesab edilir ki, məhkəmə kollegiyası tərəfindən prosessusal hüquq normalarına uyğun olaraq faktiki hallar dəqiq araşdırılmamışdır. Hazırkı iddia ilə bağlı sübut etmə yükü iddiaçının üzərində olmalıdır. Məhkəmə iddiaçının verdiyi izahatla razılaşmış və sübutetmə yükünün cavabdeh üzərində olduğunu bildirmişdir. Məhkəmə tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi işi hərtərəfli və obyektiv araşdırmadan qətnamə qəbul etmişdir. Habelə Iddiaçı müraciəti nəzərə alınaraq onunla daha əvvəl bağlanan əmək müqaviləsinə ##.##.2022-ci tarixli əmrə əsasən xitam verilmiş, daha sonra yeni müddəti 1 ay müəyyən ediləcək əmək müqaviləsinin bağlanması ilə bağlı razılığa gəlinmişdir. Qeyd olunan haldan da görünür ki, işçi ilə bağlanan əmək müqavilələrinin xitam edilməsinə əsas kimi işçinin öz ərizəsi olmuş, onunla bütün hesablaşmalar sonuncu müqavilənin bağlanması anınadək aparılmışdır. Bu hal öz-özlüyündə işçi ilə işəgötürən arasında yaranan əmək münasibətlərinin fasiləsiz davam etmədiyini, müəyyən fasilələr yarandığını və iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşımadığını göstərir. Lakin, məhkəmə işçinin işinin daimi xarakter daşıdığının işin mübahisəsiz halı olduğunu bildirərək düzgün olmayan əsaslandırma ilə iddianı təmin etmişdir. Məhkəmə heç bir sübut olmadan vətəndaşın təqdim etdiyi müqaviləyə xitamla bağlı ərizələri ərazi idarəsində ad dəyişmə və struktur dəyişikliyi ilə əlaqələndirmiş halbuki 2022-ci ildən hazırki günədək ərazi idarəsinin adının eyni olduğu halda daha əvvəl bağlanan müqaviləyə xitam verilməsi ilə bağlı iddiaçının ərizəsinin nə üçün verildiyini yenə də əsaslandıra bilməmişdir. Halbuki məhkəmə iclasında cavabdeh tərəfindən vətəndaşın əvvəlki müqaviləyə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsinə dair ərizəsi barədə məhkəməyə məlumat verilmiş, lakin buna münasibət bildirilməmişdir. Göründüyü kimi, Iddiaçı ərizə ilə işəgötürənə müraciət etmiş və onunla bağlanan əmək müqaviləsinə xitam verilməsini işəgötürəndən xahiş etmiş və müraciəti məqsədəmüvafiq hesab olunaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin məhkəmənin diqqətinə çatdırılır ki, iddiaçı ilə bağlanan sonuncu əmək müqaviləsi ##.##.2022-ci il tarixli əmr əsasında müddətli bağlanılmışdır. Lakin iddiaçı tərəfindən qeyd olunan əmr mübahisələndirilməmiş, onun əsasında bağlanan müqavilənin müddətsiz hesab olunmasını xahiş etmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, hüquqi əsas mübahisələndirilmədən onun hüquqi nəticələrinin mübahisələdirilməsi heç bir nəticə yaratmamaqla iddiaçının iddianı qaldırmaqla çatmaq istədiyi məqsədi əhəmiyyətsiz edir, belə ki hüquqi əsas dəyişdirilmədən qüvvədə olduğu müddətdə onun nəticəsində bağlanılmış müqavilədə dəyişiklik etmək (müddətsiz hesab etmək) məhkəmə tərəfindən yenə də anlaşılmaz bir qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Məhkəmə hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddaçı tərəfindən irəli sürülən dəlillərə və izahatına istinad etməklə iddianı təmin etməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Məhkəmə heç bir sübut olmadan vətəndaşın təqdim etdiyi müqaviləyə xitamla bağlı ərizələri ərazi idarəsində ad dəyişmə və struktur dəyişikliyi ilə əlaqələndirmişdir. Halbuki 2022ci ildən hazırki günədək ərazi idarəsinin adının eyni olduğu halda daha əvvəl bağlanan müqaviləyə xitam verilməsi ilə bağlı iddiaçının ərizəsinin nə üçün verildiyini yenə də əsaslandıra bilməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən vətəndaşın əvvəlki müqaviləyə xitam verilməsinə dair ərizəsi barədə məhkəməyə məlumat verilmiş, lakin buna münasibət bildirilməmişdir. Iddiaçı ərizə ilə işəgötürənə müraciət etmiş və onunla daha əvvəl bağlanan əmək müqaviləsinə xitam verilməsini işəgötürəndən xahiş etmiş və müraciəti məqsədəmüvafiq hesab olunaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar:
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-****/**** saylı işi üzrə ##.##.2026cı il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan Kollegiyasının *(*-*)- ****/**** saylı işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı işlə bir icraatda birləşdirilməsi, işlərə 2(103)-6154/2025 nömrəsinin verilməsi qərara alınmışdır.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək iddia tələblərinin təmin edilməyən 5 faiz hissədə əsaslı olduğunu və bu hissədə təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətlərinin rədd ediləsini xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, işçinin işləmədiyi dövr üçün əmək haqqı tələb etməsinin düzgün olmadığını, əmək haqqının gecikməsi olmadığından 5 faiz tələbinə münasibətdə isə həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razı olduqlarını, əmək müqaviləsinin müddətsiz olması ilə bağlı tələbinin də əsassız olduğu,belə ki əmək müqaviləsinin müddətli bağlandığını və həmin müqavilənin bağlanması üçün əsas olan əmrin işçi tərəfindən mübahisələndirilmədiyini, apellyasiya şikayətlərinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
13. Məlumatlnadırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 35. əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
16. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47. Aşağıdakı hallarda əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol verilir:f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; 62.1. Işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər:a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, habelə icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə; d) müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda; e) əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 73. 1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 73.2. Işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.83.2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 172. 5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Apellyasiya şikayətlərinin dəlilərini nəzərdən keçirən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Ilk növbədə qeyd edilməlidir ki, işçi –Iddiaçı Mətəb oğlunun işdən çıxarılmasına əsas olan hallar üzrə müvafiq araşdırılma aparılmış və onun barəsində bəratəverici hökm çıxarılmasına baxmayaraq, cavabdeh qanunsuz hərəkətlərə yol verərək, onu işdən kənarlaşdırımağa davam etmişdir. Bu səbəbdən də iddiaçı əvvəlki işinə bərpa edilməlidir. Iddiaçı həmin müddət ərzində işə buraxılmadığından öz qazancından da məhrum olmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı qəbul edildiyi gündən məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı və mükafatın ödənilməsi hissəsində iddia tələbini təmin etməkdə də haqlı olmuşdur. Birinci instansiya məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024- cü il tarixli qərarı qəbul edildiyi gündən məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı və mükafatın gecikdirilməsinə görə hər gün üçün 5% ödəncin hesablanaraq ödənilməsi hissəsində iddia tələbini əsassız hesab etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki ” Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Lakin, nəzərə alınmalı hal odur ki, həmin normanın tətbiqi üçün işçiyə ödənilməli olan əmək haqqının gecikdirilməsi halı baş verməlidir. Hazırki mübahisə üzrə işçi vəzifədən müvafiq əmrlə kənarlaşdırıldığından ona əmək haqqı ödənilməmişdir. Işçiyə ödənilməli olan əmək haqqının ödənilməsi müddəti gecikdirildiyi təqdirdə gecikdirilmiş günlər üçün əlavə faizin tutulması məsələsinə baxıla bilər. Ödənilməli olmayan (işəgötürənin əmrinə əsasən) əmək haqqının gecikdirilməsi halında əlavə faiz ödənilməsi vəzifəsi işəgötürənin üzərinə qoyula bilməz”. Məhkəmə kollegiyası bu hissədə də birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır. Belə ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilməmiş yox ümumiyyətlə hesablanmamışdır və bu hal fərdi əmək mübahisəsi yaratmışdır.
19. Birləşdirilmiş iş üzrə məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Belə ki, ## #### 2012-ci il tarixdə Beyləqan rayon Ərazi Idarəsinin Arxiv şöbəsinin müdiri vəzifəsinə keçirilmiş, ## #### 2013-cü il tarixdə Beyləqan rayon Ərazi Idarəsi * saylı Ərazi Idarəsi adlandırılmış, ## ###### 2017-ci il tarixdə * saylı Ərazi Idarəsi * saylı Beyləqan Ərazi Idarəsi adlandırılmış, ## ###### 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş və həmən gün, K-*** nömrəli, ## ###### 2022-ci il tarixli əmrə əsasən * saylı Beyləqan Ərazi Idarəsinin Arxiv işinin təşkili şöbəsinə 14-cü dərəcə vəzifə maaşı ilə şöbə müdiri vəzifəsinə təyin edilmişdir. Iddiaçının yeni iş yerində 5 ildən artıq işləməsi, onun yerinə yetirdiyi işin və eyni əmək funksiyasının müddətsiz olması, onunla müddətli əmək müqaviləsi bağlanmasına iradə ifadəsinin olmaması nəzərə alınaraq birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Birləşdirilmiş icraatlar üzrə iddiaçı Iddiaçı və cavabdeh “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.