Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6155/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh PHŞ-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:işə bərpa) X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh PHŞ-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(006)-3415/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı tərəfindən ADNSU PHŞ-nın rektoruna göndərilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına 2 aylıq dosent vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. İddiaçı (işçi) İddiaçı ilə cavabdeh (işəgötürən) Cavabdeh PHŞ arasında bağlanmış xx.xx.2024-cü il tarixli 77 №-li əmək müqaviləsindən görünür ki, İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər 2 ay müddətinə bağlanmışdır.
2. Cavabdeh PHŞ-nin “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasının iclasının xx.xx.2024-cü il tarixli, 9 saylı Protokolundan çıxarışdan görünür ki, Kafedranın 26 professor-müəllimindən 23 nəfərin iştirakı ilə iclasda “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant 1 ştat dosent vəzifəsini tutmaq üçün elan olunmuş müsabiqədə iştirak etmək məqsədilə dosent İddiaçı ADNSU PHŞ-nın rektoru v.m.i.r, dosent Vazeh Əskərova müraciəti və ona icazə verilməsi haqqında məsələyə baxılmış, səsvermə nəticəsində lehinə - 7, əleyhinə - 16 səs verilmiş, “Respublika” qəzetinin xx.xx.2024-cü il tarixli 15(7773) saylı nömrəsində dərc olunmuş elana əsasən ADNSU PHŞ-nın “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrası üzrə vakant 1 ştat dosent vəzifəsini tutmaq məqsədilə elan olunmuş müsəbiqədə iştirak etmək üçün İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant 1 ştat dosent vəzifəsini tutmaq üçün KTF-nin Elmi Şurasının qarşısında vəsatət qaldırılması qərara alınmış, Namizədin əleyhinə 70 % səs verilməsi qeyd edilmişdir.
3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Kimya-Texnologiya” X3 iclasının, xx.xx.2024-cü il tarixli, 16 saylı Protokolundan çıxarışdan görünür ki, Elmi Şuranın təsdiq edilmiş 18 nəfər üzvündən 16 nəfərin iştirakı ilə iclasda İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant 1 ştat dosent vəzifəsini tutmaq üçün sənədləri haqqında məlumat verilmiş, qapalı səsvermə keçirilmiş, lehinə - 5, əleyhinə - 10 səs verilmiş, 1 səs etibarsız hesab edilmişdir. İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant dosent vəzifəsinə seçilməmiş hesab edilmişdir.
4. Cavabdeh PHŞ-nin “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında dosent vəzifəsinə seçdiyi hesablayıcı komissiyanın iclasının xx.xx.2024-cü il tarixli, 16 №-li protokolundan görünür ki, seçilmiş komissiyanın tərkibi dos. Naibova T.M., dos. Hüseynov A.S., dos. İsmayılova R., olmaqla komissiya KTF-in “Kimya və qeyriüzvi maddələrin texnologiyası” kafedrasında vakant dosent vəzifəsinə keçirilən gizli səsvermə zamanı verilən səsləri hesablamaq məqsədilə seçilmişdir. X8 18 nəfər üzvdən 16 nəfər iştirak etmişdir. Səsvermənin nəticələri lehinə-5, əleyhinə-10, etibarsız hesab edilmiş bülletenlər- 1 qeyd edilmişdir. İddiaçı KTF-in “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasında vakant dosent vəzifəsinə seçilməmiş hesab olunmuşdur.
5. Cavabdeh PHŞ-nin rektoru tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 3-29- 50/3-1-1367/2024 №-li əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73- cü maddəsinin 1-ci bəndinə əsasən 2024-cü il 01 aprel tarixdən müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq xitam verilməsi, AR ƏM-nin 144-cü maddəsinin 2-ci bəndinə əsasən, 2021-2022-ci t/i hesabına 26 t/g, 2022/2023-cü t/i hesabına 5 t/g, cəmi 31 t/g istifadə etmədiyi əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi və 4 t/g son haqq-hesabın edilməsinin baş mühasib v.m.i.e. Y. İbrahimovaya tapşırılması əmr edilmişdir.
6. İnsan Resursları departamentinin direktoru İlduzə Hüseynovanın, aparıcı mütəxəssis Vüsalə Gülməmmədovanın, mütəxəssis Nuranə Mikayılovanın öz imzaları ilə təsdiq etdikləri xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Kimya və qeyri üzv maddələrin texnologiyası” kafedrasının dosenti İddiaçı əmək müqaviləsinə xitam verildiyi üçün əmək kitabçasını götürməsi ilə bağlı dəfələrlə məlumat versələr də, İddiaçı əmək kitabçasını götürməmişdir.
7. Cavabdeh PHŞ-nin rektoru vəzifəsini müvəqqəti icra edən Vazeh Əskərov tərəfindən Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə X5 və Orta ixtisas təhsil müəssisələri ilə iş şöbəsinin müdiri cənab Samir Həmidova göndərilmiş məktubdan görünür ki, ADNSU-nun keçmiş əməkdaşı olan İddiaçı müraciətində qeyd olunan hallar tamamilə əsassızdır və həqiqətə uyğun deyil. İddiaçı müraciətində iddia etdiyi halları təsdiq edəcək hər hansı sübut, dəlil təqdim etməmişdir. Onun müraciəti əmək münasibətlərinin xitam verilməsində günahlandırdığı şəxslərə qarşı şər və böhtan xarakterli məlumatlardan ibarətdir. İddiaçı ilə daha əvvəl 5 il müddətinə bağlanılmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixində başa çatmışdır. xx.xx.2024-cü il tarixdə müsabiqənin keçiriləcəyi məqsədilə 2 ay müddətinə onunla əmək müqaviləsi bağlanılmışdır. İddiaçı müsabiqədə iştirak etmək üçün müvafiq ərizə ilə müraciət etmiş, ərizəsi təmin olunmuş və müsabiqəyə buraxılmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçılar barədə rəy bildirilməsi ilə bağlı keçirilən “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının iclasında açıq səsvermənin nəticəsi aşağıdakı kimi olmuşdur: lehinə – 7, əleyhinə – 16, bitərəf – yox. Qaydalara əsasən kafedraya mənfi rəy bildirilmiş, iddiaçı Fakültə Şurasında seçkidə iştirak edə bilər. Kimyatexnologiya fakültəsinin Elmi Şurasında xx.xx.2024-cü il tarixdə baş tutan seçkidə İddiaçı iclasda iştirak edən 16 nəfərdən lehinə 5 səs, əleyhinə 10 səs verilmiş, bir bülleten etibarsız hesab olunmuşdur. İddiaçı seçkidə müvəffəqiyyət qazana bilmədiyindən, iddia etdiyi vəzifəyə seçilə bilməmişdir. Bu səbəbdən, xx.xx.2024-cü il tarixli 3-29-50/3-1- 1367/2024 saylı əmr ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
8. İddiaçı əmək kitabçasından görünür ki: - xx.xx.2011-ci il tarixdə Müsabiqədən keçməsi ilə əlaqədar tutduğu dosent vəzifəsini onunla bağlanmış əmək müqaviləsinə uyğun davam etdirilməsi qeyd edilmişdir; - xx.xx.2014-cü il tarixdə “Yüksəkmolekullu birləşmələrin texnologiyası” Kafedrası “polimerlərin və qeyri-üzv maddələrin emalı texnologiyası” kafedrası adlandırılmışdır; - xx.xx.2015-ci il tarixdə “Azərbaycan Dövlət Neft Akademiyası”nın adı dəyişdirilərək “Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti” adlandırılmışdır; - xx.xx.2016-cı il tarixdə “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə keçirilmişdir; - xx.xx.2018-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir; - xx.xx.2018-ci il tarixdə “Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti” iki aylıq müddətə “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir; - xx.xx.2019-cu il tarixdə AR ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müqavilə müddətinin başa çatması ilə əlaqədar xx.xx.2019-cu il son iş günü hesab edilməklə əmək müqaviləsinə xitam verilmişdir; - xx.xx.2019-cu il tarixdə Müsabiqədən keçməsi ilə əlaqədar əmək müqaviləsinə əsasən 5 il müddətinə “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir; xx.xx.2019-cu il tarixdə Əmək müqaviləsinə əsasən “üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə keçirilmişdir; - xx.xx.2021-ci il tarixdə “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə keçirilmişdir; - xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müqavilə müddətinin başa çatması ilə əlaqədar son iş günü hesab edilməklə əmək müqaviləsinə xitam verilmişdir; - xx.xx.2024-cü il tarixdə iki aylıq müddətə “Kimya və qeyriüzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir; - xx.xx.2024cü il tarixdə AR ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-29-50/3-1-1367/2024 saylı əmrin ləğv edilməsi və İddiaçı işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı 1980-ci il tarixdə Azərbaycan Dövlət Neft və X7-texnologiya fakültəsini mühəndis-kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir. Təyinatla Sumqayıt Superfosfat zavodunun mərkəzi laboratoriyasında seksiya rəhbəri vəzifəsində çalışmışdır. 1982-1985-ci illər ərzində Azərbaycan Dövlət Neft və Kimya texnologiya fakültəsinin “Yüksəkmolekullu birləşmələri texnologiyası” ixtisası üzrə aspiranturada təhsil almışdır. 1988-ci ildə Moskva şəhərində “Gübrələr və insektofungisidlər üzrə X6”nda 05.17.01 – “Qeyri-üzvi maddələrin kimyəvi texnologiyası” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1992-ci ildən “Yüksəkmolekullu birləşmələri texnologiyası Kafedrasında ”Qeyri üzvi maddələr və mineral gübrələrin texnologiyası” ixtisasına aid bakalavr və magistr hazırlığı üçün bütün fənlərin tədrisi, fənn proqramlarının hazırlanması, magistraturaya qəbul imtahanlarında biliyin qiymətləndirilməsində istifadə olunan test bankının tərtibində iştirak etmişdir. 2021-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaranmasının 100 illik yubileyi münasibəti ilə Təhsil Nazirliyinin “Yubiley medalı” (№202) ilə təltif edilmişdir. 145-dən artıq elmi işin, o cümlədən 13-ü müəlliflik şəhadətnaməsi və ixtiranın, 89 məqalənin, 35 tezis və konfrans materialının, 7 metodik dərs vəsaitinin, layihələrin, tövsiyələrin və s. müəllifidir. İddiaçı bildirir ki, Cavabdeh X10 bütün əməkdaşlarla əmək müqaviləsini 2 aylıq bağlamağa başladı. İddiaçı ilə də əmək müqaviləsi xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək 2 ay müddətinə bağlanmışdır. xx.xx.2024-cü il tarixdə 3-29-50/3-1-1367/2024 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73- cü maddəsinin 1-ci bəndinə əsasən 2024-cü ilin 01 aprel tarixindən müqavilə müddətinin bitməsi ilə əlaqədar olaraq Universitetlə arasında bağlanmış müqaviləyə xitam verilmişdir. Qeyd olunanlar bir insanın ömrünü, həyatını elmə, təhsilə, işinə, sənətinə, tələbələrinə həsr etdiyinin sübutudur. Amma çox heyif ki, müəlliminə, aliminə, təhsil insanına dəyər verməyən insanlar var. İddiaçının əmək fəaliyyətinə qərəzli olaraq, qəsdən son verilmişdir. Son verilərkən isə qanunvericiliyin tələblərini nəzərə almadan kobud səhvliklə müqaviləyə xitam verilmişdir. Belə ki, sənədlərdən göründüyü kimi xx.xx.2024-cü ildə müqavilənin müddəti bitir. Həmin gün iş günü idi. “Nazirlər Kabinetinin 2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il üçün 20, 21, 22, 23, 24 mart Novruz bayramı müəyyən edilmişdir. 2024-cü il 23 və 24 mart şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25 və 26 mart (bazar ertəsi və çərşənbə axşamı) qeyri-iş günləri olmuşdur. Beləliklə, 2024-cü il Novruz Bayramı ilə əlaqədar ardıcıl olaraq martın 20, 21, 22, 23, 24, 25, və 26-da daxil olmaqla iş olmamışdır. Lakin mart ayının 27, 28 və 29-cu iş günləri olmağına baxmayaraq müqaviləyə onu rəsmi xəbərdar etmədən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Eyni zamanda iddiaçı uzun illər həmin müəssisədə fəaliyyət göstərmişdir. Müqaviləsi müddətsiz olmalıdır. Əmək qanunvericiliyində müəyyən edilən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddətsiz bağlanmalıdır. İşçi və işəgötürən faktiki bərabər deyillər. Onların münasibətlərinin hakimiyyət-tabeçilik xüsusiyyətinə malik olması əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinin təmin edilməsini qeyri-mümkün edir. Əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablaması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsi ilə bu münasibətləri tənzimləyir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci cavabdeh ödəmişdir. Mediator tərəfindən xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/12/2023-00146 nömrəli arayış verilmişdir.
11. Cavabdeh PHŞ iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək onunla əsaslandırmışdır ki, iddiaçı mart ayının 27-29 tarixlərinin iş günü olmasına baxmayaraq, ona rəsmi xəbərdarlıq edilmədən xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə xitam edildiyini vurğulayır. İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Qanunvericiliyin tələbinə görə, İddiaçı ilə əmək münasibətlərinə 7 gün ərzində xitam verilə bilərdi. 20-26 mart 2024-cü il tarixləri qeyri-iş günləri olduğundan və 27-29 mart tarixlərində iddiaçı ilə bağlı kafedrada və fakültə elmi-şurasında müvafiq rəsmi prosedurların keçirilməsi səbəbindən, onunla bağlanmış 77 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Yəni AR Əmək Məcəlləsinin tələbləri gözlənilmişdir. İddiaçı xx.xx.1996-cı il tarixli 401 saylı əmr ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə istinad edərək guya ki, bəzi tələblərin pozulmasını vurğulayır. İddiaçı barəsində xx.xx.2024-cü il tarixli əmr “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə deyil, AR Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq qəbul olunub və həmin məcəllənin 73-cü maddəsinə istinad edilib. Əsasnamə isə ali təhsil müəssisələrində müəllim vəzifəsinin tutulması üçün zəruri prosedurları tənzimləyir. İddiaçı iddia ərizəsində ADNSU-da keçirilmiş müsabiqə prosesini və nəticəni mübahisələndirmir, əmrin düzgün verilməməsini iddia edir. “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasının xx.xx.2024-cü il tarixində keçirilmiş iclasında namizədliyi irəli sürülmüş İddiaçı peşə-ixtisas hazırlığı dinlənilmiş, elmi-pedaqoji fəaliyyəti müzakirə edilmiş, sonda isə səsə qoyularaq müvafiq qərar qəbul edilmişdir. İddiaçı “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasında 1 ştat dosent vəzifəsini tutmaq üçün fakültə elmi şurası qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İddiaçı müsabiqəyə buraxılmış, onun iddia etdiyi kimi, hər hansı maneələr törədilməmiş, hüquqları pozulmamışdır. Növbəti mərhələdə, kimyatexnologiya fakültəsinin Elmi Şurasında xx.xx.2024-cü il tarixdə baş tutmuş seçkidə İddiaçı iclasda iştirak edən 16 nəfərdən lehinə 5 səs verilmiş, əleyhinə 10 səs verilmiş, 1 səs etibarsız hesab edilmişdir. Bununla da İddiaçı müsabiqədə müvəffəqiyyət qazana bilməmişdir. İddiaçı mülahizədə müsabiqədən keçməmiş şəxslərin ən çoxu 1 il müddətinə rektorun əmri ilə həmin ali məktəbdə işlə təmin olunmalı olduğunu vurğulayır. Bu hal yalnız kafedra müdirlərinə şamil olunur və bu hal mülahizədə də öz əksini tapıb. İddiaçı kafedra müdiri vəzifəsini tutmamış, müəllim kimi fəaliyyət göstərmişdir. Bu hal iddiaçıya münasibətdə tətbiq oluna bilməzdi. İddiaçı müsabiqədə qalib gələ bilməmişdir. Belə olan halda, qanunvericiliyin tələbinə zidd olaraq, iddiaçı ilə əmək müqaviləsinin bağlanması mümkün deyildi. İddiaçı ilə əmək münasibətlərinə AR Əmək Məcəlləsinin tələbinə uyğun olaraq xitam verilmişdir.
12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(006)- 3415/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
13. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsinin bağlanmasının səbəbi (niyyət) “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında dosent vəzifəsinə qəbul üzrə müsabiqənin keçirilməsi olmuşdur. İddiaçı müsabiqədən keçdiyi halda, onunla 5 il müddətinə yeni müqavilə bağlanmalı idi. Lakin iddiaçı müsabiqədən keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmamışdır. Əmək müqaviləsinin müddəti bitdikdən sonra 4-cü iş günü iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan qanun normasını (bir həftə) hərfi mənada təfsir etmək Əmək Məcəlləsinin mahiyyətinə və ümumi prinsiplərinə ziddir. Çünki Əmək Məcəlləsinin 2-ci maddəsində müəyyən edilmiş prinsiplərdən biri mənafelərin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipidir. Hazırkı mübahisədə xx.xx.2024-cü il tarixindən sonrakı bir həftə ərzində qeyri iş günləri olmuş, ilk iş günlərindən etibarən müvafiq seçkilər keçirilmiş və iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Müddətli əmək müqaviləsinin bitdiyi xx.xx.2024-cü il tarixindən sonra ilk iş günü (işçinin müqavilə müddətinin bitməsindən sonra işə çıxdığı ilk gün) xx.xx.2024-cü il olmuş və həmin tarixdən bir həftə ötməmiş (xx.xx.2024-cü il) müddətli əmək müqaviləsinə xitam verilmişdir. Əgər iddiaçının hesab etdiyi bir həftə müddəti hərfi mənada tətbiq edilsə, işəgötürən qeyri-iş günü əmək müqaviləsinə xitam verməli idi. Bu isə məntiqsiz olduğu kimi, heç bir halda ağlabatan və ədalətli deyil. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh işəgötürən müddətli əmək müqaviləsinin müddəti bitdikdən sonrakı bir həftəlik müddəti ötürməmişdir. Məhkəmə iddiaçının öz mülahizələrində “27 mart və 28 mart tarixli protokolları mübahisələndirməsi” hissəsinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi xx.xx.2024-cü il tarixli əmrin (2 aylıq müddətli əmək müqaviləsinə xitam verilməsi barədə) ləğv edilməsi və işə bərpadır. Həmin iclasların keçirilməsinin (protokolların tərtib edilməsinin) məqsədi isə iddiaçının müsabiqə yolu ilə müvafiq “dosent” vəzifəsinə qəbuluna dair seçkilərin keçirilməsi haqqındadır. Yəni həmin protokollarının tərtib edilməsinin hazırkı iddia tələbi ilə bağlılığı yoxdur və ayrıca mübahisə predmetidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü, 11ci, 47-ci, 68-ci, 73-cü, 76-cı, 79-cu, 297-ci maddələrinə, “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması haqqında” Əsasnaməsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 106.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə nəzərə almalı idi ki, universitet rəhbərliyi öz işlərinə yarayan istiqamətdə hərəkət edərək, işləmək istəmədikləri əməkdaşları müsabiqə adı altında təşkil edilmiş qurma oyun vasitəsilə işdən kənarlaşdırır. İddiaçı müsabiqə adı altında bu prosedurun bir qrup fırıldaqçı işbazlar tərəfindən necə təşkil olunmasını faktlarla sübut etməyə çalışsa da hakim buna şərait yaratmamış və əhəmiyyət verməmişdir. Bildiyimə görə ondan əlavə daha bir neçə müəllim və əməkdaşların işinə bu üsulla xitam verilib. Universitet baxmır ki, bu müəllimlər ömürlərini bu təhsil ocağına həsr edib. İllərin təcrübəli müəllimlərini işdən xaric edərək özlərinə sərf edən heç bir təcrübəsi olmayan şəxslərin işə qəbulunu təşkil edir. Bundan əlavə məhkəmə iclaslarında dəfələrlə yazılı və şifahi vəsatət verməklərinə baxmayaraq tələb etdikləri protokol təqdim edilməmişdir. Əvəzində tamam başqa tarixə adi protocol təqdim edildi. Bu hal məhkəmənin diqqətinə çatdırılmağına baxmayaraq məsələyə diqqət yetirilmədi. Müqavilə müddətsiz olmalı olduğu halda müddətli bağlanmışdır. Bu vəziyyət ilə məcburən razılaşmalı olmuşdur. Çünki, özü əlildir və himayəsində baxıma möhtac əlil övladı var. İddiaçının və vəkilin məhkəmədən protokolların cavabdeh tərəfindən təqdim olunması barədə xahişi təmin edilməmiş, təmamilə başqa sənədlər verilmişdir ki, bu da məhkəmənin nəzərinə çatdırılsa da ona əhəmiyyət verilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun məzmunda izahat verməklə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.
19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Əmək Məcəlləsi 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddənin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin “f” bəndinə əsasə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir; 73-cü maddəsinin birinci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur; 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması haqqında” Əsasnamənin: 1.1-ci maddəsinə görə ali təhsil müəssisələrində kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vakant vəzifələri bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə tutulur. Ali təhsil müəssisəsi və ya kafedralar yeni təşkil edildikdə yüksək ixtisaslı mütəxəssisləri işə cəlb etmək zərurəti yarandıqda və digər müstəsna hallarda ayrı-ayrı şəxslər həmin vəzifələri sonradan yalnız müsabiqədən keçməklə (bir ildən çox olmamaq şərtilə) müddətli əmək müqaviləsi bağlamaqla rektorun əmri ilə təyin olunurlar. Həmin müqavilənin müddətinin təkrar uzadılmasına yol verilmir. 1.3-cü maddəsinə görə seçki və ya təyinatla tutulduğu müddət başa çatan, eləcə də vakant kafedra müdiri, professor, dosent, baş müəllim, müəllim və assistent vəzifələrinə müsabiqə elan olunur
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
27. Hazırkı işin faktiki hallarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə “Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti” PHŞ-da müsabiqədən keçməsi ilə əlaqədar əmək müqaviləsinə əsasən 5 il müddətinə “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə “üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə yenidən “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 73-cü maddəsinin 1-ci bəndinə əsasən, müqavilə müddətinin başa çatması ilə əlaqədar son iş günü hesab edilməklə əmək müqaviləsinə xitam verilmişdir. Bir gün sonra - xx.xx.2024-cü il tarixdə iddiaçı ilə cavabdeh arasında yeni müddətli (iki aylıq) əmək müqaviləsi bağlanaraq “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasına dosent vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh PHŞ-nın “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasının iclasında İddiaçı həmin kafedraya dosent vəzifəsinə seçilməsi ilə əlaqədar seçki keçirilmiş və lehinə - 7, əleyhinə - 16 səs verilmişdir. Bir gün sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Kimya-Texnologiya” X3 iclasında İddiaçı həmin kafedraya dosent vəzifəsinə seçilməsi ilə əlaqədar seçki keçirilmiş, 5-lehinə, 10-əleyhinə, 1-etibarsız səs verilmiş və İddiaçı “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında vakant dosent vəzifəsinə seçilməmiş hesab edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh PHŞ İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam vermişdir. Hazırda iddiaçı xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsini və işə bərpa olunmasını tələb edir.
28. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanmasının 10 halı müəyyən edilmişdir. Lakin bu maddə hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsinin bağanmasına məcbur etmir, sadəcə olaraq onlara belə bir imkanı verir. Belə bir müqavilənin bağlanması üçün əsas şərt – işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Bu halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə əlaqəlidir.
29. Göründüyü kimi istinad olunan maddədə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olması müəyyən edilsə də, eyni maddədə həmin haldan istisnalar nəzərdə tutulmuş və həmin istisnalar Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmişdir.
30. Bu baxımdan tərəflər arasında bağlanmış müddətli müqavilənin qanuniliyinə qiymət verilərkən artıq qeyd edildiyi kimi müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Eyni zamanda əmək mübahisələrinin xarakteri baxımından belə mübahisələrə baxılması zamanı işçinin işdən azad edilməsinin qanunsuz olması ilə bağlı sübutetmə yükü işçinin üzərinə düşür.
31. İş materiallarından isə görünür ki, iddiaçı beş ildən artıq həmin vəzifədə işləməsi ilə əlaqədar olaraq onunla bağlanmış müqavilənin müddətsiz hesab olunmasını tələb edir. Lakin İddiaçı xx.xx.2024-cü il tarixdə ADNSU PHŞ-nın rektoruna ərizə yazaraq 2 ay müddətinə dosent vəzifəsinə təyin edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması haqqında” Əsasnaməyə əsasən iddiaçı 2019-cu ildə müsabiqəni qazanaraq seçkili dosent vəzifəsinə 5 il müddətinə təyin edilmişdir. Həmin vəzifəyə təyinat seçki yolu ilə edilir. Müddət başa çatdıqda isə yenidən müsabiqə elan olunur və yeni müsabiqə keçirilir. Buna görə də qeyd olunan vəzifə üzrə müddətsiz əmək müqaviləsi bağlanmır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsində “müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilməsi” halı hazırkı mübahisəyə şamil oluna bilməz. Çünki seçkili vəzifə üzrə müddətli əmək müqaviləsinin müddəti uzadılmamışdır. 5 il müddətinə bağlanmış müqavilənin müddəti bitib, həmin müqaviləyə xitam verilib və iddiaçının ərizəsi əsasında iki ay müddətinə yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin (işəgötürənin) iddiaçı ilə 2 ay müddətinə əmək müqaviləsi bağlamaq vəzifəsi olmamışdır. Bu, cavabdehin hüququ olmuş və cavabdeh bu hüququndan istifadə etmişdir. Eyni zamanda, müddətli əmək müqaviləsinin müddətinin bitməsi halında həmin müddətli əmək müqaviləsinə xitam vermək müqavilə tərəflərinin hər birinin hüququdur. Cavabdeh bu hüququndan da istifadə edərək əmək müqaviləsinə xitam vermişdir.
32. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh PHŞ arasında 2 ay müddətinə əmək müqaviləsinin bağlanması müqavilə bağlanan vaxt tərəflərin iradəsinə zidd olmamışdır. Müddət bitdikdən sonra cavabdehin iddiaçı ilə əmək müqaviləsi bağlamaq vəzifəsi olmadığı halda, cavabdeh bu hüququndan istifadə edərək iddiaçı ilə 2 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Yəni Cavabdeh PHŞ İddiaçı əmək fəaliyyəti ilə məşğul olması üçün onunla qarşılıqlı razılıq əsasında 2 aylıq müddətli əmək müqaviləsi bağlamışdır. Eyni zamanda, xüsusilə qeyd edilməlidir ki, sözügedən vəzifə daimi xarakterə malik deyil, müsabiqə (seçki) yolu ilə 5 illik müdddətə tutulan vəzifədir.
33. Müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. 20-26 mart 2024-cü il tarixləri isə qeyri-iş günləri olmuşdur. 27-29 mart 2024-cü il tarixləri iş günü (çərşənbə, cümə axşamı və cümə), 30, 31 mart tarixləri isə qeyri-iş günləri (şənbə və bazar) olmuşdur. xx.xx.2024-cü il tarixi də iş günü olmuşdur. Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında müddətli əmək müqaviləsinin bağlanmasının səbəbi (niyyət) “Kimya və qeyri-üzv maddələrin texnologiyası” kafedrasında dosent vəzifəsinə qəbul üzrə müsabiqənin keçirilməsi olmuşdur. İddiaçı müsabiqədən keçdiyi halda, onunla 5 il müddətinə yeni müqavilə bağlanmalı idi. Lakin iddiaçı müsabiqədən keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmamışdır. Əmək müqaviləsinin müddəti bitdikdən sonra 4-cü iş günü iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı mübahisədə xx.xx.2024-cü il tarixindən sonrakı bir həftə ərzində qeyri iş günləri olmuş, ilk iş günlərindən etibarən müvafiq seçkilər keçirilmiş və iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Müddətli əmək müqaviləsinin bitdiyi xx.xx.2024-cü il tarixindən sonra ilk iş günü (işçinin müqavilə müddətinin bitməsindən sonra işə çıxdığı ilk gün) xx.xx.2024-cü il olmuş və həmin tarixdən bir həftə ötməmiş (xx.xx.2024-cü il) müddətli əmək müqaviləsinə xitam verilmişdir. Əgər iddiaçının hesab etdiyi bir həftə müddəti hərfi mənada tətbiq edilsə, işəgötürən qeyri-iş günü əmək müqaviləsinə xitam verməli idi. Bu isə məntiqsiz olduğu kimi, heç bir halda ağlabatan və ədalətli deyil.
34. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrinə əsaslanıb və yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin ediməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 2(006)- 3415/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.