Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6156/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X15 qanuni nümayəndəsi İddiaçı1, onun nümayəndəsi və vəkili X6, cavabdeh X10 vəkili X2 iştirakı ilə X15 qanuni nümayəndəsi İddiaçı1 və İddiaçı2 X11, X16, Bakı şəhəri 9 saylı Dövlət notariat kontoruna, Bakı şəhəri 41 saylı Dövlət notariat kontoruna və Bakı şəhəri 39 saylı Dövlət notariat kontoruna qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən X15 qanuni nümayəndəsi İddiaçı1 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X15 qanuni nümayəndəsi İddiaçı1 və İddiaçı2 X16 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə X12, Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunu, Bakı şəhəri 41 saylı Dövlət notariat kontorunu və Bakı şəhəri 39 saylı Dövlət notariat kontorunu da cavabdehlər qismində göstərdikləri iddia tələblərinin dəqiqləşdirilməsi və iddiaya əlavələr barədə ərizələr ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin X26 tərəfindən X11 bağışlanmasına dair Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda rəsmiləşdirilmiş xx xxxxx 2010-cu il tarixli bağışlama müqaviləsinin; həmin mənzilin X20 tərəfindən X16 bağışlanmasına dair Bakı şəhəri 41 saylı Dövlət notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinin; ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 75,24 m2 olan qeyri-yaşayış sahəsinin X26 tərəfindən X16 bağışlanmasına dair Bakı şəhəri 39 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx xxxxxxx 2015-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbləri belə əsaslandırılmışdır ki, X26 ilə İddiaçı2 1966-cı ildə nikaha daxil olmuş, bu nikahdan Elçin, Gülçin və Gülbin adını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən 25 saylı evin 19 saylı mənzili Ramiz Məmmədovun mülkiyyətində olmuş, lakin təxminən 2009-cu ildə həmin mənzil Elçinin və Həqiqətin xəbəri, habelə razılıq ərizəsi olmadan X7 adına keçirilmiş, sonuncu isə sonradan ya zor gücünə, yaxud X10 və Cavabdeh2 hiyləsi və ya hədə-qorxusu nəticəsində mənzili X16 bağışlamışdır. Bütün bu proseslərdən nə İddiaçı1, nə də İddiaçı2 xəbəri olmamış, beləliklə də vərəsəlik hüquqlarından məhrum edilmişlər. Ramiz Məmmədovun qəyyumu İddiaçı1dur və hazırda Elçin və Gülçin Çıraqov(a)lar, ata payından pay istəyirsə onu tutduracaqlarını və şərləyəcəklərini bildirirlər. Səhiyyə Nazirliyinin Məhkəmə X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2017-ci il tarixli 1203 saylı rəyində qeyd olunmuşdur ki, “X17 Altsheymer xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) formasında xroniki psixi xəstəlik müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri - 3 il bundan əvvəl yaddaş pozuntularının özünü biruzə verməsi, mütəmadi olaraq müalicə olunmasına baxmayaraq, psixi vəziyyətinin pisləşməkdə davam etməsi, 2 nömrəli X1 müalicədə olarkən göstərilən diaqnozun müəyyən edilməsi, həmçinin müayinə zamanı kobud yaddaş pozuntuları aşkar etməsi, təfəkkürünün az produktivliyi, intellektinin zəifləməsi, maraq dairəsinin məhdudluğu, emosional iradi sferasının enməsi, tənqidinin olmaması və s. sübut edir. Bunlar nəzərə alınaraq belə nəticəyə gəlinir ki, X26 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X15 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas var”. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxxx 2017-ci il tarixli 251 saylı sərəncamına əsasən, İddiaçı1 xx.xx.1940-cı il tarixdə doğulmuş atası X21 qəyyum təyin edilmişdir. xx xxxxx 2010-cu il tarixdə X26 ilə X20 arasında bağışlama müqaviləsi bağlanarkən əqdin digər iştirakçılarının şəxsiyyət vəsiqələrinin surəti notariat işinə əlavə edilsə də, X15 arvadı İddiaçı2 şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməmişdir və notariat işindəki mənzilin bağışlanmasına razılıq verilməsinə dair ərizədəki imza İddiaçı2 imzasına bənzəmir. Bundan əlavə, notariat işində mənzildə qeydiyyatda olan ailə üzvlərinin mənzilin özgəninkiləşdirilməsinə razılıqlarının olmasına dair ərizələri yoxdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndinə əsasən, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsi ilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. X11 DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, xx.xx.2016-cı il tarixdə isə o, Bakı şəhəri 41 saylı Dövlət notariat Kontorunda rəsmiləşdirilmiş bağışlama müqaviləsinə əsasən mənzili X16 bağışlamışdır. Həmin notariat işinə əlavə edilmiş, mənzildə qeydiyyatda olan X15, İddiaçı2 mənzilin bağışlanmasına razılıq verilməsinə dair ərizələri, həmçinin mənzildə qeydiyyatda olan digər şəxslər - X8, X18, X22, X4 mənzilin bağışlanmasına razılıq vermələrinə dair X14 şəhəri notariusu Q.M.Aleksandrova tərəfindən təsdiqlənmiş razılıq saxtalaşdırılmışdır. X28 bildirir ki, bu əqdin təsdiqlənməsində iştirak etməyib, həmin vaxt ümumiyyətlə Rusiya Federasiyasında olmayıb, razılıq ərizəsindəki imza isə onun şəxsiyyət vəsiqəsindəki imzaya oxşamır. X27 və X19 da belə razılıq vermədiklərini bildirirlər. Göründüyü kimi, mənzilin bağışlama müqavilələri təsdiq edilərkən qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, mənzilin bağışlanmasına razılıq verməli olan şəxslərin razılığı olmadan, razılığı alındığı göstərilən şəxslərin isə imzaları saxtalaşdırılmışdır. Bundan başqa, ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 75,24 m2 olan qeyri-yaşayış sahəsi X15 mülkiyyətində olmuş, onun adından 41 saylı notariat kontoruna verilmiş xx xxxxxxxx 2015-ci il tarixli etibarnamə əsasında xx xxxxxxx 2015-ci il tarixdə Cavabdeh2 həmin qeyri-yaşayış sahəsini Bakı şəhəri 39 saylı notariat kontorunda rəsmiləşdirməklə öz arvadı X16 bağışlamışdır. X15 adından verilmiş xx xxxxxxxx 2015-ci il tarixli etibarnamədəki imzanın icra tərzindən açıq-aşkar görünür ki, o, imzanı icra edən zaman fəaliyyət qabiliyyəti olmamış, Altsheymer xəstəsi olmuşdur. Qeyd edilən imzanın icra edilməsi yuxarıda istinad edilən ekspert rəyində də göstərildiyi kimi, X15 xəstəliyinin olduğu dövrə, yəni 2014-cü ildən sonrakı dövrə təsadüf edir və çaşdırıcı amilin (xəstəliyin) təsiri altında icra edildiyi aşkardır. İddiaçı2 bildirir ki, o, notariat kontoruna aparılsa da, ona bildirilmişdir ki, ərinin mülkiyyətində olan əmlak icarəyə verilir, bu icarədən onlara icarə haqqı veriləcək. Göründüyü kimi, qeyri-yaşayış sahəsi üzərində sərəncam verilməsinə səlahiyyət verən etibarnamənin rəsmiləşdirilməsi, həm də əqdin bağlanmasına İddiaçı2 razılığının rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinin pozulması ilə müşayiət olunmuş, etibarnamə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmiş, razılıq verən İddiaçı2 isə əqd barəsində aldadılmışdır. Qeyd edilənlər həmin müqavilənin də etibarsız olduğuna dəlalət edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçıların nümayəndəsi (vəkilləri) onun ləğv, iddia tələblərinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini Mülki Məcəllənin 28-ci, 324-cü, 337-ci və 339-cu maddələrinə istinadla iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, mübahisələndirilən əqdlərin etibarsızlığına kifayət qədər əsasların olmasını nəzərə almadığını, obyektiv araşdırma aparmadığını, əqdlərin tərəfi olan X15 onları imzalayarkən fəaliyyət qabiliyyətsiz olmasına əhəmiyyət vermədiyini irəli sürmüşdür. Apellyasiya baxışı zamanı məhkəməyə ərizə ünvanlayan İddiaçı2 apellyasiya şikayətindən və vəkilinin (nümayəndəsinin) yardımından imtina etdiyini, eləcə də digər iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı1, habelə onun nümayəndəsi (vəkili) Muxtar Mustafayev isə apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclaslarında iştirak edən X10 vəkili Əmirulla Əlizadə, həmçinin cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin nümayəndəsi (vəkili) X35 şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, cavabdeh Gülbin Məmmədova ərizə göndərərək iddianın əsassız olduğunu bildirmiş, digər proses iştirakçıları isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddiaçı X15 qanuni nümayəndəsi İddiaçı1 iddia tələbinin təmin olunmadığı hissədə və ona münasibətdə yoxlanılması təşkil edir. Çünki digər İddiaçı2 qətnamədən şikayət vermiş olsa da, sonradan şikayətindən imtina etmiş, bu səbəblə də ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Kollegiya izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi X15 qanuni nümayəndəsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, X26 ilə X5 xx xxxxxxxx 1966-cı il tarixdə nikaha daxil olmuş, nikah bağlanandan sonra arvada “Məmmədova” soyadı verilmiş, nikahlarından Elçin, Gülçin və Gülbin adlarını verdikləri uşaqları dünyaya gəlmiş, Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən 25 saylı evin 19 saylı mənzili xx.xx.2007-ci il tarixdə, ünvan 2 ünvanda yerləşən sahəsi 75,24 m2 olan qeyri-yaşayış sahəsi isə xx.xx.2013-cü il tarixdə X15 adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, X26 xx xxxxx 2010-cu il tarixdə Bakı şəhəri 9 saylı notariat kontorunda təsdiq olunmuş müqavilə əsasında ünvan 4 ünvanında yerləşən evin 19 saylı mənzilini qızı Gülbin Məmmədovaya bağışlamış, həmin müqavilə rəsmiləşdirilərkən mənzildə pasport qeydiyyatında olan İddiaçı2 notariat kontoruna ərizə təqdim edərək mənzilin qızına bağışlanmasına etiraz etmədiyini bildirmiş, mənzil xx.xx.2010-cu il tarixdə Gülbin Məmmədovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşin müəyyən olunan digər halına görə, Gülbin Məmmədova sözügedən mənzili xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq olunmuş müqavilə əsasında bacısı Gülçin Çıraqovaya bağışlamış, Ramiz və Həqiqət Məmmədov(a)lar həmin notariat kontoruna xx.xx.2016-cı il tarixdə təqdim etdikləri ərizələrlə, mənzildə qeydiyyatda olan X24, X27, X28 və X19 isə Rusiya Federasiyasından göndərdikləri notarial təsdiqli ərizə ilə mənzilin X16 bağışlanmasına etiraz etmədiklərini bildirmiş, mənzil xx.xx.2016-cı il tarixdə sonuncunun adına qeydə alınmışdır. İş materiallarından həmçinin aydın olur ki, X15 adından etibarnamə ilə hərəkət edən Cavabdeh2 Bakı şəhəri 39 saylı notariat kontorunda təsdiq olunmuş xx xxxxxxx 2015-ci il tarixli müqavilə əsasında ünvan 2 ünvanında yerləşən, sahəsi 75,24 m2 olan qeyri-yaşayış sahəsini X16 bağışlamış, İddiaçı2 həmin əqdin bağlanmasına etiraz etmədiyi barədə ərizə vermiş, qeyri-yaşayış sahəsi xx.xx.2015-ci il tarixdə Gülçin Çıraqovanın adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, sonuncu, həmin əmlakı xx.xx.2019-cu il tarixdə X13 175 000 manata satmışdır. İddiaçılar, məhz yuxarıda göstərilən bağışlama müqavilələrinin etibarsız hesab edilməli olduğunu irəli sürmüş, ünvan 4 ünvanında yerləşən evin 19 saylı mənzilinin X26 tərəfindən X11 bağışlanması zamanı İddiaçı2 verdiyi razılıq ərizəsindəki imzanın onun tərəfindən icra edilmədiyinə, həmin mənzilin Çülçin Çıraqovaya bağışlanması zamanı mənzildə qeydiyyatda olanların razılığının alınmadığına, habelə Gülbin Məmmədovaya hədə-qorxu gəlindiyinə, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Gülçin Çıraqovaya bağışlanması zamanı isə X15 fəaliyyət qabiliyyətsiz olduğuna əsaslanmışlar. Kollegiya ilk növbədə qeyd edir ki, iddia tələbləri bağışlama müqavilələrinin etibarsızlığı ilə bağlı olduğundan, ümumilikdə əqdlərin bağlanması və etibarsızlığı ilə əlaqədar qanunvericilik müddəalarının təhlilinin aparılması zəruridir; belə ki, mülki qanunvericiliyə əsasən əqd, mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1- vacib əhəmiyyətli yanılma, 2- aldatma, 3təhdid edilmə (hədələnmə). Aldatma, əqdin tərəflərindən birində qəsdən səhv bir qənaət və təsəvvür əmələ gətirərək, ya da ondakı səhv qənaət və təsəvvürü davam etdirərək onun həmin bu səhv təsəvvürə görə əqd bağlamasına səbəb olmaqdır. Göründüyü kimi, aldatma əslində əqdin bir tərəfinin qəsdən yanılmasına səbəb olmaqdır. ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin X26 tərəfindən X11 bağışlanmasına dair Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda rəsmiləşdirilmiş xx xxxxx 2010-cu il tarixli bağışlama müqaviləsinin və həmin mənzilin X20 tərəfindən X16 bağışlanmasına dair Bakı şəhəri 41 saylı Dövlət notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsininlazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; müqavilələrin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onları bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Əksinə, işin hallarından, xüsusilə Həqiqət və Gülbin Məmmədovaların apellyasiya icraatı zamanı məhkəməyə ünvanladıqları ərizələrdən aydın olur ki, Ramiz Məmmədov xx xxxxx 2010-cu il tarixli müqaviləni öz iradəsi əsasında bağlamış, İddiaçı2 həmin müqavilənin bağlanmasına razılıq vermiş, sonradan Gülbin Məmmədova bu mənzili sərbəst iradəsi ilə bacısına – Çülçin Çıraqovaya – bağışlamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Kollegiya onu da qeyd edir ki, ümumiyyətlə, bağışlama müqaviləsinin rəsmiləşdirilməsi zamanı bağışlanılan əmlakda qeydiyyatda olan şəxslərin razılığının alınmalı olması, bu müqavilənin bağlanma formasını və hansı subyektlər tərəfindən imzalanmalı olduğunu müəyyənləşdirən qanunda (Mülki Məcəllə) deyil, qanundan aşağı səviyyəli normativ akt olan təlimatda nəzərdə tutulmuşdur; həmin təlimat isə müqavilənin rəsmiləşdirilməsinin notarius tərəfindən əməl olunmalı olan qaydasını tənzimləməklə mülkiyyət hüququnun Mülki Məcəllədə müəyyənləşdirilmiş hallarda məhdudlaşdırıla biləcəyi haqqında həmin Məcəllənin 169.1-ci maddəsinin tələbi nəzərə alınmaqla şərh olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx xxxxx 2004-cü il tarixli Qərarında da vurğulanmışdır ki, “…müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olubolmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun”. ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilə ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı isə Mülki Məcəllənin 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Mülki Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında brokerlik halı istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. İşin hallarından görünür ki, Ramiz Məmmədov Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyətsiz hesab edilmiş, Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli sərəncamı əsasında İddiaçı1 onun üzərində qəyyum təyin olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X15 adından xx.xx.2015-ci il tarixli etibarnamə ilə hərəkət edən Cavabdeh2 tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə Gülçin Çıraqovaya bağışlanmış, İddiaçı2 həmin əqdin bağlanmasına etiraz etmədiyi barədə ərizə vermişdir; birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə isə müəyyən edilmişdir ki, xx xxxxxxxx 2015-ci il tarixli etibarnamədə “imza” qrafasındakı imza, 2015-ci ilə dair Notariat hərəkətlərinin qeyd edilməsi üçün 7E nömrəli reyestr jurnalının 95-ci vərəqəsində 4387-ci sırada “X26” yazıları qarşısındakı imza X26 tərəfindən icra olunmuş, həmin imzalarda daxili “çaşdırıcı” amillərin (xəstəlik və s.) diaqnostik əlamətləri müşahidə edilməmiş, həmçinin İddiaçı2 adından olan xx xxxxxxx 2015-ci il tarixli razılıq ərizəsindəki imza onun tərəfindən icra olunmuşdur. Göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, apellyatorun irəli sürdüyü faktiki hallar, onun ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair iddia tələbinin də qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; belə ki, Ramiz Məmmədov kürəkəni Cavabdeh2 bütün əmlakını idarə etməyi və üzərində sərəncam verməyi xx.xx.2025-ci il tarixinədək etibar etmiş, Cavabdeh2 ona verilən səlahiyyətlər çərçivəsində müvafiq müqaviləni bağlamış, müqavilə bağlanan zaman sözügedən etibarnamə qüvvədə olmuş, etibarnamə verilərkən Ramiz Məmmədovun fəaliyyət qabiliyyətsiz olduğu arqumenti isə ekspert rəyi ilə təkzib edilmişdir. Kollegiya onu da qeyd edir ki, Cavabdeh2 əmlakı öz arvadına bağışlamış olması onun, “təmsil edilən adından şəxsən özü barəsində əqd bağlaması” kimi qiymətləndirilə bilməz; çünkü əmlak Gülçin Çıraqovanın mülkiyyətinə əvəzsiz əqd üzrə keçməklə onunla Cavabdeh2 birgə əmlakı statusunu qazanmamışdır. Şərh olunanlarla yanaşı kollegiya hesab edir ki, apellyator tərəfindən müvafiq iddia tələblərinin irəli sürülməsi üçün qanunla nəzərdə tutulmuş müddət də ötürülmüşdür. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddənin hüquqi mahiyyəti ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, etibarsız əqdlər üzrə müddətlər qanunvericlik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir. Başqa sözlə, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir, bu müddət keçdikdən sonra isə müvafiq hüququnu itirir. Göründüyü qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur və müddətin keçməsi məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Qeyd olunmalıdır ki, müddətlər mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X34 Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, X15 qanuni nümayəndəsi İddiaçı1 apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X15 qanuni nümayəndəsi İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-285/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi X15 qanuni nümayəndəsi İddiaçı1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6156/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6156/2020
22.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver