Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6159/2025 25.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, məcburi iş buraxmaya görə aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2928/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Cavabdeh X6 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikası Cavabdeh 06 mart 2025-ci il tarixli 3-13-17/Ə78/2025 nömrəli əmrindən görünür ki, DİNin Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətə yol verərək xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədi ilə Gəncə şəhərində fəaliyyət göstərən kompüter təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərdiyinə, bununla da «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11-ci bəndinin tələblərini pozduğuna görə X6 İdarəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən ləğv olunması əmr edilmişdir.
3. Azərbaycan Respublikası Cavabdeh 13 mart 2025-ci il tarixli 3-13-17/Ə(ş/h)412/2025 nömrəli əmrindən görünür ki, İddiaçı 13 mart 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) X6 İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilmişdir. Əsas kimi Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3-1317/Ə78/2025 nömrəli əmri qeyd olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunma, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli 3-1317/Ə78/2025 nömrəli əmrinin və xx.xx.2025-ci il tarixli 3-13-17/ Ə(ş/h) 412/2025 nömrəli əmrinin ləğv edilməsi, onun X6 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Cavabdeh X6 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə təyin edilmişdir. xx.xx.2025-ci il tarixli, 3-13-17/Ə (ş/h) 412/2025 nömrəli əmrinə əsasən xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetimədikdə) X6 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilmişdir. İşəgötürən tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi üçün nə əmrdə qeyd olunan maddə əsasında, nə də əmək qanunvericiliyinin digər maddələrinə əsasən əmək müqaviləsinə xitam verilə bilməzdi. Belə ki, Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi ləğv edilir. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi, alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması, qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Onun tərəfindən isə qeyd olunan əsaslardan heç biri törədilməmişdir. Eyni zamanda həmkarlar ittifaqının üzvü olsa da, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmamışdır. İşdən çıxarılması barədə əmr ona xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Odur ki, işdən çıxarılma əmri ləğv edilməli, işə bərpa olunmalı və məcburi iş buraxmaya görə işə bərpa olunana qədər əmək haqqı ödənilməlidir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-17/Ə78/2025 nömrəli əmrinin ona dair hissəsi və Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-17/Ə(ş/h)412/2025 nömrəli əmrin ləğv olunması, X6 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilməsi, xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanaraq Azərbaycan Respublikası Cavabdeh tərəfindən ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, məhkəməyə təqdim etdiyi iddiaya etiraz ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən çıxarılma əmrinin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, BMİ-nin xx.xx.2025-ci il tarixli, 31317/Ə78/2025 saylı əmri ilə X6 İdarəsinin mülki mühafizəçisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. İddiaçı DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətə yol verərək, xidmətdən kənar vaxtlarda gəlir əldə etmək məqsədilə Gəncə şəhərində fəaliyyət göstərən kompüter təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərdiyinə, bununla da «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11-ci bəndinin tələblərini pozduğuna görə X6 İdarəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi DİN-nin Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən ləğv olunmuşdur. İddiaçı xidmətdə mənfi xarakterizə olunur. Aparılan araşdırma nəticəsində onun hərəkətləri yerli Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilmiş, eləcə də Azərbaycan Respublikası DİN-in xx.xx.2015-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Mülki Mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat»ın tələblərini və əmək müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Mühafizəçi İddiaçı xidmətdə yol verdiyi nöqsanlar hissənin yerli Həmkarlar Təşkilatının yığıncağında geniş müzakirə edilmiş və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Baş İdarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. BMİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-17/Ə63/2024 saylı əmri müəyyən olunur ki, o, verilmiş intizam tənbehlərindən nəticə çıxarıb xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək təyin olunduğu postu tərk edərək mühafizə olunan obyektin etibarlı mühafizəsini təmin etmədiyinə, bununla da «Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimatın və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə hissənin yerli «Həmkarlar Təşkilatının yığıncağının qərarı da nəzərə alınmaqla və DİN-in X2 Komitəsi ilə razılaşdırılmaqla X6 İdarəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Beləliklə, iddiaçı üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə əmək müqaviləsinin ləğv edilməsinə dair qəbul edilmiş əmr qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğv edilməsi barədə tələbi əsassızdır. Cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2928/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-17/Ə78/2025 nömrəli əmri İddiaçı dair hissədə və Azərbaycan Respublikası Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-17/Ə(ş/h)412/2025 nömrəli əmrinin ləğv olunması, İddiaçı X6 İdarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanaraq Azərbaycan Respublikası Cavabdeh tərəfindən ödənilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixli 3-13- 17/Ə78/2025 nömrəli əmrdə iddiaçının xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədi ilə Gəncə şəhərində fəaliyyət göstərən kompüter təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərməsinin konkret olaraq DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətə yol verməsi və onun «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11-ci bəndinin tələblərini pozması kimi dəyərləndirilərək onunla bağlanmış əmək müqaviləsi DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv olunması əmr edilmişdir. Lakin iş materiallarında olan X6 İdarəsinin Həmkarlar Komitəsinin yığıncağının 28 fevral 2025-ci il tarixli 1 saylı Protokolundan görünür ki, İddiaçı xidmətdən kənar vaxtda kompüter ustası kimi fəaliyyət göstərməsi məsələsi müzakirəyə çıxarılmış, lakin bu müzakirələrdə iddiaçının iştirakı təmin edilməmişdir. Başqa sözlə, X6 İdarəsinin Həmkarlar Komitəsinin yığıncağının 28 fevral 2025-ci il tarixli 1 saylı Protokolunun olmasına baxmayaraq xx.xx.2025-ci il tarixli 3-13-17/Ə78/2025 nömrəli əmrdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv olunması əmr edilsə də belə bir razılaşdırılmağa dair sənəd təqdim edilməmişdir.
10. Məhkəmə əlavə etmişdir ki, işəgötürən iddiaçının xidmətdən kənar vaxtlarda kompüter ustası kimi fəaliyyət göstərməsinin işəgötürənin nüfuzuna xələl gətirməsi ilə əsaslandırmışdır, lakin bunun hansı şəkildə xələl gətirdiyini əsaslandırmamış, bu halın mövcudluğunun iddiaçının özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini pozmasına öz vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşması, əmək funksiyalarının icrasını düzgün yerinə yetirməməsi ilə hər hansı əlaqəsinin olmasına dair heç bir mötəbər və tutarlı sübut təqdim etməmişdir. Başqa sözlə, işdə iddiaçının hərəkətlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 və 72-ci maddələrində əks edilmiş əmək vəzifələrinin kobud şəkildə pozulmasına dair sübutlar yoxdur. İşdən göründüyü kimi, iddiaçı xidmətdənkənar vaxtlarda əmək fəaliyyəti ilə məşğul olmaqla, cavabdehin (işəgötürənin) heç bir hüquq və mənafeyinə, eləcə də, xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirməmişdir. İddiaçı əlavə iş yeri ilə əmək müqaviləsi bağlasaydı belə, xidmətdən kənar vaxtlarda işləməsi üçün cavabdehin razılığı tələb olunmurdu. Məhkəmənin qənaətinə görə iddiaçı peşə məktəbini texniki fənn üzrə bitirmiş, təhsili və təcrübəsi olan şəxs olmaqla xidmətdən kənar, yəni boş və asudə vaxtında ictimai faydalı işlə məşğul olmaqla hər hansı qanuna zidd hərəkətə yol verməmişdir ki, bu fəaliyyəti də mülki mühafizəçi qismində xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətə yol verməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, iddiaçı barəsində verilən xidməti xasiyyətnamə ilə tabeçiliyində olduğu üst qurum tərəfindən verilən rəydə qeyd olunanlar bir-birinə uyğun gəlmir. Belə ki, xidməti xasiyyətnamənin əksinə olaraq rəydə qeyd olunmuşdur ki, iddiaçı 3 dəfə həvəsləndirilmiş, heç bir intizam tənbehi almamışdır.
11. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 58, 80, 186, 300, 311-ci və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının № 2(102)-1797/2023, xx.xx.2023 tarixli qərarında işçinin öz işinə etinasız yanaşması halında Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə çıxarılmağına dair qərar qəbul etmişdir. İddiaçının işə bərpa tələbini təmin edilməmişdir. İddiaçı xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədilə Gəncə şəhərində fəaliyyət göstərən komputer təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərməsi DİNnin Baş Mühafizə İdarəsinin hüquqlarına və qanunla qorunan mənafelərinə xələl gətirən hərəkətlərə yol verməsi ilə nəticələnmişdir. İddiaçı öz əmək müqaviləsinin şərtlərini pozaraq DİN Mühafizə Xidmətinin daxili təlimatlarını yerinə yetirməmişdir. Belə ki, İddiaçı DİN-nin Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətə yol verərək xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədilə Gəncə Şəhərində fəaliyyət göstərən komputer təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərmiş və bu fəaliyyət nəticəsində öz işinə etinasız yanaşmış, iş saatları ərzində işi üzrə tam fəaliyyət göstərməmiş bununla da "Azərbaycan Respublikası Daxlli İşlər Nazirliyinin Ваş Mühafizə İdarəsinin mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları"nın 2.1.11-ci bəndinin tələblərini pozduğuna görə X6 ldarəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi DİN-nin Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ləğv olunmuşdur. İddiaçının işdən azad olunması ilə bağlı qəbul edilən qərar özlüyündə əsaslı olsa da, birinci instansiya məhkəməsi tərəfindən çıxarılan nəticələr kifayət qədər yanlış olmaqla hüququn tətbiqi və bu qəbildən olan işlər üzrə mövcud olan praktikanın kobudcasına pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə qətnaməsində X6 İdarəsinin Həmkarlar Komitəsinin yığıncağının 28 fevral 2025-ci il tarixli 1 saylı Protokolunun olmasına baxmayaraq xx.xx.2025-ci il tarixli 3-13-17/Ə78/2025 nömrəli əmrdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv olunması əmr edilsə də belə bir razılaşdırılmağa dair sənəd təqdim edilmədiyi bildirilmişdir. İddiaçı Gəncə Şəhərində fəaliyyət göstərən komputer təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərdiyinə görə Baş Mühafizə İdarəsinin əməkdaşı tərəfindən izahatı alınmış daha sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən 1-ci və 2-ci hissənin tələblərinə uyğun olaraq həmkarlar ittifaqının üzvü olduğu üçün yığıcağı keçirilərək onun müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlinmişdir. Həmçinin Baş Mühafizə İdarəsi tərəfindən məhkəməyə təqdim edilən xidməti xasiyyətnamədə intizam tənbehi və ya həvəsləndirici barədə heç bir məlumat verilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı daxil olmamışdır.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, o, mühafizəçi kimi işləyib. Rabitə avadanlıqlarından məlumatlı olub, ixtisası odur. Ora işə düzələndən server yaratmış, şəbəkələr qurmuşdur. 10 il iş stajı var, həmin dövrdə barəsində heç bir tənbeh tədbiri tətbiq edilməyib, qüsursuz fəaliyyət göstərmişdir. Xüsusi dövlət mühafizə xidmətində iştirak etmişdir. İstirahət günlərində, xidmətdən kənara vaxtlarda müəssisənin işlərini görmüş, idarədə rabitə avadanlıqları və komputerlərdə nasazlıq olanda onları təmir etdirib, təhvil vermişdir. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: -hüquq bərabərliyinin təmin edilməsi; -mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; -maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; -əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; -əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 68.1.Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Maddə 300.1 Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnamənin qanuniliyini və əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh 06 mart 2025-ci il tarixli 3-13-17/Ə78/2025 nömrəli əmrindən görünür ki, DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətə yol verərək xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədi ilə Gəncə şəhərində fəaliyyət göstərən kompüter təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərdiyinə, bununla da «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11-ci bəndinin tələblərini pozduğuna görə X6 İdarəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv olunması əmr edilmişdir.
24. Azərbaycan Respublikası Cavabdeh 13 mart 2025-ci il tarixli 3-13-17/Ə(ş/h)412/2025 nömrəli əmrindən görünür ki, İddiaçı 13 mart 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) X6 İdarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilmişdir. Əsas kimi Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli 3-1317/Ə78/2025 nömrəli əmri qeyd olunmuşdur.
25. Göründüyü kimi əmrlərdə işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsası kimi DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətə yol verərək xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədi ilə Gəncə şəhərində fəaliyyət göstərən kompüter təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərməsinə istinad edilmişdir.
26. «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları»nın 2.1.11-ci bəndinə əsasən mülki mühafizəçi xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.
27. Apellyasiya icraatında məhkəmə iclasında İddiaçı eyni məzmunda izahatlar verərək bildirmişdir ki, istirahət günlərində, xidmətdən kənar vaxtlarda müəssisənin işlərini görmüş, idarəyə məxsus rabitə avadanlıqları və komputerləri təmir etdirib, iş yerinə təhvil vermişdir.
28. Kollegiya qeyd edir ki, işəgötürən tərəfindən yuxarıda qeyd edilən Qaydaların müvafiq bəndinə istinad edilməklə İddiaçı DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətə yol verdiyi göstərilsə də, həmin hərəkətlərin nədən ibarət olması, iddiaçının xidmətdən kənar vaxtlarda kompüter ustası kimi fəaliyyət göstərməsinin hansı formada işəgötürənin nüfuzuna xələl gətirməsi, belə fəaliyyətin onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması ilə hər hansı əlaqəsinin olmasına dair hallar müəyyən edilməmişdir.
29. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, əmrdə iddiaçının xidmətdənkənar vaxtlarda komputer təmir etməsi cavabdehin hüquq və mənafeyinə, eləcə də, xidmətin nüfuzuna hansı qaydada xələl gətirməsi əsaslandırılmamışdır. İddiaçı əlavə iş yeri ilə əmək müqaviləsi bağlasaydı belə, xidmətdən kənar vaxtlarda işləməsi üçün cavabdehin razılığı tələb olunmurdu. İddiaçı peşə məktəbini texniki fənn üzrə bitirmiş, təhsili və təcrübəsi olan şəxs olmaqla xidmətdən kənar, yəni boş və asudə vaxtında təmirlə məşğul olmaqla hər hansı qanuna zidd hərəkətə yol verməmişdir ki, onun bu fəaliyyəti də mülki mühafizəçi (fəhlə) qismində xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətə yol verməsi kimi qiymətləndirilə bilməz.
31. X6 İdarəsinin bir qrup polis nəfərlərinin, mülki mühafizəçilərinin və Xankəndi RMŞnin polis nəfəri, polis serjantı B.Nəsibovun barələrində aparılmış xidməti yoxlamanın nəticəsinə dair rəydə qeyd olunmuşdur ki, İddiaçı xidmət etdiyi dövr ərzində 3 dəfə həvəsləndirilib, intizam tənbehinə cəlb olunmamışdır.
32. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları ümumiləşdirərək hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsassız və qanunsuz olaraq xitam verildiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir.
33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Azərbaycan Respublikası Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2928/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov