Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-616/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı (digər iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil3, cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilmə, tikilinin cavabdehin sahibliyindən alınıb onun sahibliyinə verilməsi, cavabdehin azyaşlı uşağı ilə birgə yaşayış sahəsindən çıxarılması, həmin sahəyə onun köçürülməsi”, iddiaçı Cavabdeh İddiaçı qarşı “inşa edilmiş tikiliyə sərf olunmuş vəsaitə hüququn tanınması, çıxarışın ləğvi” tələblərinə dair bir icraatda birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-266/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və dəqiqləşmə barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, ünvan 1 küçəsi, 35 saylı ev ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi, həmin ünvanda yerləşən 2 mərtəbəli “B” tikilisinin Cavabdeh sahibliyindən alınıb onun sahibliyinə verilməsi, Cavabdeh azyaşlı övladı, 19.08.2008-ci il təvəllüdlü X10 ilə birlikdə yaşayış sahəsindən çıxarılması, özünün həmin sahəyə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildə Bakı şəhəri Binəqədi Rayon İcra Başçısının 01.03.2000-ci il tarixli 255 saylı sərəncamı ilə ona ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi. 10-cu döngə, R.Allahverdiyev küçəsində yerləşən 600 m2 torpaq sahəsində 130 m2 sahəsi olan 35 saylı yaşayış evi tikib ailəsi ilə birlikdə oraya köçmüşdür. Ailə tərkibi geniş olduğundan, o cümlədən atası və anası da İddiaçıla birlikdə yaşadığından iddiaçı 2003-cü ildə həyətdə olan qarajın üstündə atasının və anasının yaşaması üçün iki otaq və yardımçı sahələr inşa etmişdir. Həmin evdə iddiaçı həyat yoldaşı X17, qızı X14, oğlu X22, atası İsmayılov Fəxrəddin Nağı oğlu, anası X18 və mərhum qardaşı X8 qeydiyyata düşməklə yaşamışdır. 05.06. 2007ci ildə iddiaçının mərhum qardaşı X8 hazırki iş ürə Cavabdeh ilə faktiki nikaha daxil olaraq ailə qurublar. Qardaşının öz evi olmadığına görə kirayədə qalmamaları, əlavə kirayə pulu ödəməmələri üçün müvəqqəti olaraq iddiaçı özünə məxsus olan ümumi sahəsi təxminən 62 m2 olan 2 otaq, 1 mətbəx, 1 hamam, 1 tualetdən ibarət həmin sahədə qardaşının cavabdehlə yaşamalarına icazə vermişdir. İddiaçının qardaşı 22.08.2016-cı ildə ağciyər vərəmi xəstələliyindən vəfat etmişdir. Cavabdeh nə ərinin dəfnində, nə də yas mərasimində iştirak etməmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 01.03.2000-ci il tarixli, 255 saylı sərəncamı iddiaçının həmin mənzil üzərində gözlənilən mülkiyyət hüququ idi və iddiaçı həmin hüququ 19.01.2018-ci ildə ƏMDK DƏDRX-də hüquqların dövlət qeydiyyatına aldırmış və bu barədə RX seriyalı ******* nömrəli çıxarış əldə etmişdir. Hazırda həmin torpaq sahəsi və üzərindəki yaşayış sahəsi iddiaçının xüsusi mülkivyətindədir. İddiaçı cavabdehdən mənzildən çıxmasını tələb etməsinə baxmayaraq hələ də cavabddeh mənzildən çıxmamış və mənzildən istifadə hüququnun olduğunu bildirmişdir. Bu səbəbdən də iddiaçı öz mülkiyyətinə sahiblənə bilmir. Cavabdeh qeyd edilən ünvana 2007-ci ildə köçüb yaşasa da, hüquq münasibətlərinin yaranması həmin tarixdən başlasa da, iddiaçının yaşayış sahəsi üzərində mülkiyyət hüququnu əldə etməsi ilə bu münasibətlərin xarakteri və yaşayış sahəsinə münasibətdə hüquq və vəzifələrin həcmi dəyişmişdir. Bir sözlə yeni münasibətlər yaranmışdır. Buna görə də hazırki münasibətə qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilməklə mübahisə həll edilməli, cavabdeh qeyd edilən yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməklə, həmin ünvanda yerləşən 2 mərtəbəli B tikilisi Cavabdeh sahibliyindən alınıb iddiaçının sahibliyinə verilməli, Cavabdeh azyaşlı övladı, 19.08.2008-ci il təvəllüdlü X10 ilə birlikdə yaşayış sahəsindən çıxarılmalı, iddiaçı özü həmin sahəyə köçürülməlidir. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.3, 157.4-cü, Mənzil Məcəlləsinin 30.1, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il, “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarlarına istinad etmişdir. İddiaçı Cavabdeh da cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan 1 küçəsində 35 saylı ev ünvanda yerləşən qarajüstü sahənin X8 ilə Cavabdeh birgə vəsaiti hesabına tikilməsi və həmin sahənin tikilməsinə sərf olunmuş vəsaitin ½ hissəsi üzərində onun, ½ hissəsi üzərində X3 pay hüququnun müəyyən edilməsi, Bakı şəhəri, ünvan 1 küçəsində 35 saylı fərdi yaşayış sahəsinə dair İddiaçı verilmiş ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırımışdır ki, iddiaçı Cavabdeh 05.06.2007-ci il tarixdə X8 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla Bakı şəhəri, Sulutəpə qəsəbəsi, 10-cu döngə, R.Allahverdiyev küçəsindəki 35 saylı evə gəlin gəlib və onların bu ünvanda faktiki nikah münasibətlərindən 29.08.2008-ci ildə Nazənin adlı övladları doğulub. Təxminən 3 il faktiki nikah münasibətlərindən sonra 18.09.2010-cu il tarixdə iddiaçı G.X7 nikahları rəsmiləşdirilmiş, 22.08.2016-cı ildə isə Ruslan İsmayılov ağciyər vərəmindən vəfat etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, döngə 10, R.Allahverdiyev küçəsində yerləşən 35 saylı ev iddiaçının mərhum ərinin qardaşı olan cavabdehə bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsində inşa edilmişdir. Belə ki, ilk başda cavabdeh həmin torpaq sahəsində özü üçün ev inşa edərək ailəsi ilə birlikdə orada yaşamağa başlamış, daha sonra isə iddiaçının mərhum əri cavabdehin icazəsi əsasında eyni torpaq sahəsində yerləşən qaraj sahəsinin üzərində hazırda iddiaçının və azyaşlı övladının yaşadığı evin inşasına başlamışdır. Həmin evin tikilməsinə sərf olunmuş bütün mal, material və xərclər iddiaçının ərinin vəsaiti hesabına həyata keçirilmişdir. Yəni, iddiaçının ərinin həmin evə olan hüquqları dövlət qeydiyyatına alınmasa da, faktiki olaraq, həmin əmlak iddiaçının əri tərəfindən inşa edilmiş və onun mülkiyyətində olmuşdur. Hazırda isə mərhum Ruslan İsmayılovun birinci dərəcəli vərəsələri olaraq, iddiaçı və birgə nikahdan doğulan qızları miras əmlakı olan mübahisəli evə sahiblik və istifadə hüquqlarını həyata keçirirlər və həmin evdə yaşamağa davam edirlər. İddiaçının 2007-ci ildə Ruslan İsmayılovla faktiki ailə münasibətləri başlayan zaman mübahisəli ev tikilmiş olsa da, tikintinin tamamlanması və evin təmiri birgə nikah dövründə ümumi vəsaitləri hesabına həyata keçirilmişdir. İddiaçının həmin evə olan hüquqları yalnız Ruslan İsmayılovun birinci dərəcəli vərəsəsi olaraq deyil, həmçinin birgə mülkiyyətçi kimi də mövcuddur. 2017-ci ildə İddiaçıya qarşı yaşayış evinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin mülki iş üzrə yekun qanuni qüvvəsini almış Binəqədi Rayon Məhkəməsinin 09.02.2017-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Məhkəmə mübahisəsi zamanı verilmiş şahid ifadələri ilə sübuta yetirilmişdir ki, həmin ev Ruslan İsmayılovun vəsaiti hesabına tikilməyə başlanmış, evin tikintisinin tamamlanması, təmiri, əşyaları, hətta evin qapılarının qoyulması kimi əsas xərclər isə iddiaçı həmin evə gəlin köçdükdən sonra, Ruslan İsmayılovla iddiaçının ortaq vəsaiti hesabına həyata keçirilmişdir. İddiaçı Cavabdeh iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 225.1, 157.8-ci, Mülki Prosessual Məcəllənin 82.3-cü maddələrinə istinad etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17.06.2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. İddiaçı Cavabdeh vəsatəti əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi 3-cü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-266/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddia tələbi təmin edilməmiş, Cavabdeh iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, ünvan 1 küçəsi, 35 saylı evin B tikilisinin X8 ilə Cavabdeh birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edilməklə həmin tikilinin inşasına sərf olunmuş vəsaitin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə X3 payı müəyyən edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı verilmiş 19.01.2018-ci il tarixli RX ******* saylı çıxarışın Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı fərdi yaşayış evinin B tikilisinə dair hissədə ləğv edilməsi, Cavabdeh iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 100 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-266/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, öz iddiasının təmin, Cavabdeh iddiasının rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində şahidlərin ziddiyətli, dəqiq olmayan, qeyri-mötəbər ifadələrini sübut kimi qiymətləndirib. Cavabdeh iddiaçı özü mənzilin tikilməsinin 2007-ci ildə olduğunu qeyd etsə də, şahid X19 mənzilin 2006-cı ildə tikildiyini qeyd etmişdir. Digər şahid X5 isə Günayın evinə gedib-gəldiyindən onun gəlin gələrkən tikilinin yarım olduğunu və sonradan tikintinin Günay və Ruslanla davam edilib bitdiyini bildirmişdir. Cavabdeh bacısının əri, şahid X13 ifadəsini Ruslanın dostu Cavanşir adlı şəxsin sözlərinə istinadən vermişdir. X8 və Cavabdeh 18.09.2010-cu ildə rəsmi nikaha daxil olmuşlar. Hətta şahid ifadələri və digər hallarla tikilinin 2007-ci ildə inşa edildiyi sübut edilmiş olsa belə, tərəflərin rəsmi nikahları 2010-cu ildə olduğundan məhkəmənin Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 32, 36, 37-ci maddələrinə istinad edərək qətnamə qəbul etməsi qanunsuzdur. Əgər həqiqətən də pay hüququ müəyyən olunması mümkün, qanuni, əsaslı və ədalətli olsa idi, o zaman miras qoyan sayılan Ruslan İsmayılovun digər vərəslərinin də payı müəyyən olunmalı idi. Hətta hesab olunsa ki, Ruslan İsmayılov mənzilin inşasında vəsait xərcləyib bu da ona mülkiyyət hüququ verilməsi üçün əsas ola bilməz. Bununla yanaşı, X30 İsmayılovun vəfatından sonra sonuncunun kredit borclarını da ödəməkdən imtina etmiş və onun vərəsəliyini belə qəbul etməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1063/2021 nömrəli, 26 fevral 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti rədd edilmiş, Binəqədi Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsinin qətnaməsindən iddiaçı (cavabdeh) İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1063/2021 nömrəli, 26 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Hazırki apellyasiya baxışı zamanı iddiaçı (digər iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iş üzrə kassasiya instansiyası məhkəməsinin mövqeyi də nəzərə alınaraq, qətnamənin ləğv, İddiaçı iddiasının təmin, Cavabdeh iddiasının rədd edilməsini xahiş etmişdir. Cavabdeh (digər iş üzrə iddiaçı) Cavabdeh və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına ümumiyyətlə gəlmədiklərindən, Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya iş üzrə Ali Məhkəmənin qərarında göstərilənləri də nəzərə almaqla, sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni Cavabdeh iddiasının qismən təmin olunması hissəsində ləğv olunmalı, həmin hissədə Cavabdeh iddiası rədd olunmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 01.03.2000-ci il tarixli 235 saylı sərəncamından müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 693 saylı 29.07.1999-cu il tarixli sərəncamına əsasən İddiaçı Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.01.2018-ci il tarixli RX ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 10-cu döngə 35 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 416 nömrəli reyestr kitabının 39004 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib olunmuş 18.01.2018-ci il tarixli **********34-10301 reyestr nömrəli Texniki Pasportunun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 10-cu döngə 35 saylı fərdi yaşayış evi A və B tikililərindən ibarətdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14.02.2013-cü il tarixli 2(011)-789/2013 saylı qətnaməsindən müəyyən olunur ki, X1 29.08.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 15.01.2013-cü il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.02.2017-ci il tarixli 2(001)- 1051/2017 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı yaşayış evinin boşaldılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.06.2017-ci il tarixli 2(103)- 4886/2017 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1051/2017 saylı 09.02.2017-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1051/2017 saylı 09.02.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, Cavabdeh övladı və özünə məxsus əşyalarla birlikdə Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsində 10-cu döngə R.Allahverdiyev küçəsində yerləşən 600 m2 torpaq sahəsində tikilmiş 35 saylı yaşayış evindən çıxarılması və həmin evin İddiaçı təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16.10.2017-ci il tarixli 2(102)-7325/2017 saylı qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.06.2017-ci il tarixli 2(103)-4886/2017 saylı qətnaməsindən Cavabdeh və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.06.2017-ci il tarixli 2(103)-4886/2017 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.02.2018-ci il tarixli 2(103)- 25/2018 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09.02.2017-ci il tarixli 2(001)-1051/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04.07.2018-ci il tarixli 2(102)-4473/2018 saylı qərarından müəyyən olunur ki, İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01.02.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.02.2020-ci il tarixli 18370 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh faktiki yaşadığı yaşayış sahələrinin texniki pasport üzrə B tikilisinin 1-ci və 2-ci mərtəbələrində yerləşdiyi və həmin sahələrin İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 10-cu döngə 35 saylı fərdi yaşayış evinin sahəsinə daxil olduğu müəyyən edilmişdir. Cavabdeh faktiki olaraq istifadə etdiyi tikililərin tədqiq olunan evin B tikilisinin 1-ci mərtəbəsində (1 saylı tikili) və 2-ci mərtəbəsində (1,2,3,4,5,6,7 saylı tikililər) yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində X11, X2, X6, İsmayılov Fəxrəddin Nağı oğlunun və X9 şahid qismində izahatları alınmışdır. Birinci instansiya məhkəməsi tədqiq olunmuş sübutlara, o cümlədən şahid ifadələrinə əsasən müəyyən etmişdir ki, birinci iş üzrə İddiaçı valideynləri İsmayılov Fəxrəddin Nağı oğlu və X15 mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə övladları İddiaçı və X8 ilə birlikdə yaşadıqları mənzili sataraq torpaq sahəsi alıb ev tikmək, alınacaq torpaq sahəsini övladlarından böyüyü olan İddiaçı adına rəsmiləşdirmək barədə razılaşmışlar. Bundan sonra İddiaçı Sulutəpə qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində birbirindən təcrid olunmuş vəziyyətdə, hər biri bütün kommunal xidmətlərlə təchiz olunmuş A və B tikilisindən ibarət fərdi yaşayış evləri inşa olunmuş, Cavabdeh övladı ilə birlikdə B tikilisində yaşayır. İsmayılov X12 Günay Həsən qızına qarşı yaşayış evinin boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş onun iddia tələbi təmin edilməmiş, qəbul olunan məhkəmə aktı qanuni qüvvəsini almışdır. Həmin mülki işə baxılarkən Cavabdeh yaşadığı evə 2007-ci ildən köçməsi, həmin evə sahiblik etməsi, evi yaxşılaşdırmağa başlaması, bu evin onun və övladının yeganə yaşayış yeri olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinə görə İddiaçı Bakı şəhəri, ünvan 1 küçəsi, 35 saylı fərdi yaşayış evinin B tikilisinin onun vəsaiti hesabına inşa edilməsini iddia etsə də, məhkəmə araşdırması zamanı iddia tələbində istinad etdiyi bu halı, yəni həmin tikilinin inşasına vəsait sərf etməsini, bu tikilidə nə vaxtsa yaşamasını sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı şahid qismində məhkəməyə təqdim etdiyi valideynlərinin ifadələri ilə tikinti işlərinin X3 da istifadə hüququ olan mənzil satıldıqdan sonra əldə olunan pul vəsaiti hesabına aparılmasını, Cavabdeh məhkəməyə təqdim etdiyi şahid ifadələri ilə Cavabdeh yaşadığı evdə tikinti təmir işlərinin sonuncunun bu evə köçdükdən sonra Ruslan və Günay tərəfindən tamamlanmasını müəyyən etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən etdiyi hallarına əsasən Cavabdeh iddiası (ikinci iş) üzrə belə nəticəyə gəlib ki, Bakı şəhəri, ünvan 1 küçəsi, 35 saylı fərdi yaşayış evinin B tikilisinin X8 və Cavabdeh tərəfindən sonuncuların vəsaiti hesabına inşa olunması araşdırma zamanı öz təsdiqini tapdığından, Cavabdeh iddia ərizəsi Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı evin B tikilisinin (qarajüstü sahənin) X8 ilə onun birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edilməklə həmin tikilinin inşasına sərf olunmuş vəsaitin ½ hissəsinə onun, ½ hissəsinə X3 payının müəyyən edilməsinə dair tələbləri əsaslıdır. İddiaçı ayrılan torpaq sahəsində inşa olunan A tikilisi ilə yanaşı B tikilisinə də İddiaçı mülkiyyət hüquqlarının qeydə alınması müəyyən olunduğundan İddiaçı verilmiş 19.01.2018-ci il tarixli RX ******* saylı çıxarış B tikilisinə dair hissəsində ləğv edilməlidir. Birinci instansiya məhkəməsi İddiaçı iddiası (birinci iş) üzrə birinci instansiya məhkəməsi qeyd edib ki, torpaq sahəsinin ayrılması faktı onun üzərində inşa olunan bütün tikililərə torpaq sahəsi ayrılmış şəxsin mülkiyyət hüququnun yaranması üçün yeganə əsas ola bilməz. İddiaçı ona ayrılan torpaq sahəsində inşa olunan B tikilisinin onun tərəfindən inşa edilməsini sübuta yetirə bilmədiyindən, onun iddia tələbləri tam həcmdə əsassızdır. Birinci instansiya məhkəməsi İddiaçı iddiası (birinci iş) üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 1091.2, 1092.1-ci, Cavabdeh iddiası (ikinci iş) üzrə gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.1, 32.2., 32.3. 36.2, 36.3 və 37.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya məhkəməsi qeyd etmişdir ki, Bbrinci instansiya məhkəməsi Bakı şəhəri, ünvan 1 küçəsində 35 saylı evin “B” tikilisinin X8 ilə Cavabdeh birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edərkən yalnız şahid ifadələrinə istinad etmişdir. Analoji iddialarda şahid ifadələrinin sübut kimi qəbul edilməsi istisna edilməsə də, nəzərə alınmalıdır ki, mübahisə edilən hüquq cavabdehin dövlət tərəfindən qeydə alınmış və dövlət tərəfindən qorunan mülkiyyət hüququdur. Belə hallarda yalnız şahid ifadələrinə istinad edilməklə kifayətlənməməli, həmin şahidlərin ifadələrinə qarşılıqlı və işdəki digər sübutlarla məcmu şəklində qiymət verilməklə şahidlərin ifadəsinin mötəbərliyinin qəbul edilib-edilməməsi qətnamədə əsaslandırılmalıdır. (MPM, 88, 220.4) Lakin hazırki işdə birinci instansiya məhkəməsi yalnız şahidlərin ifadəsinə istinad etmiş, həmin ifadələri müqayisəli şəkildə, həmçinin işdəki digər sübutlarla məcmu halında qiymətləndirməmişdir. Buna görə də hazırki işdə Sulutəpə qəsəbəsi, 10-cu döngə, R.Allahverdiyev küçəsində 35 saylı evin “B” tikilisinin X8 ilə Cavabdeh birgə vəsaiti hesabına inşa edilməsi halı sübutların qanunvericiliyin tələblərinə uyğun olmayan qiymətləndirilməsi ilə müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri, ünvan 1 küçəsində 35 saylı evin “B” tikilisinin X8 ilə Cavabdeh birgə vəsaiti hesabına inşa edilməsi və həmin tikilinin inşasına sərf olunmuş vəsaitin ½ hissəsinə onların payının bərabər olmasını müəyyən edərkən Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarına istinad etsə də, tərəflərin hansı vaxtdan rəsmi nikahda olmalarına aydınlıq gətirməmişdir. Halbuki birinci instansiya məhkəməsinin tətbiq etdiyi Ailə Məcəlləsinin 32.1, 32.2., 32.3. 36.2, 36.3 və 37.1-ci maddələri rəsmi nikahda olan ər-arvadın mülkiyyət hüququnu nizama salır. Belə ki, işin hallarından görünür ki, Cavabdeh ilə Ruslan İsmayılovun nikahları 18.09.2010-cu il tarixdə qeydə alınmışdır. İddiaçı Cavabdeh iddiasında mübahisəli evin tam tikintisinin 2007-ci ildə Ruslan İsmayılovla faktiki nikaha girəndən sonra tamamlanmasını, nikahlarını 18 sentyabr 2010-cu ildə rəsmiləşdirməsinə istinad etmiçdir. Cavabdeh iddiasının qeyd edilən hissədə təmin edilməsinin əsası da o olmuşdur ki, Cavabdeh mübahisəli evə 2007-ci ildən köçmüş, həmin evi yaxşılaşdırmağa başlamışdır. Bu baxımdan, qeyd edilən evin rəsmi nikaha girənədək tikilməsi halında Ailə Məcəlləsin 32.1, 32.2., 32.3. 36.2, 36.3 və 37.1-ci maddələrinin tətbiqinin mümkünlüyünə qiymət verilməli idi. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin həmin normalarını tətbiq edib iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə görə Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. İddiaçı Cavabdeh iddiasında göstərmişdir ki, 05.06.2007-ci il tarixdə X8 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla Bakı şəhəri, Sulutəpə qəsəbəsi, 10-cu döngə, R.Allahverdiyev küçəsindəki 35 saylı evə gəlin köçmüşdür. Yəni, Günay Həsənova həmin evə gəlin köçərkən həmin ev artıq mövcüd olmuşdur. Bundan başqa, Bakı şəhəri, ünvan 1 küçəsində 35 saylı evin “B” tikilisinin X24 Həsənovanın birgə nikah dövründə inşa edilməsi barədə Günay Həsənova hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin, müəyyən olunur ki, Cavabdeh faktiki yaşadığı yaşayış sahələrinin texniki pasport üzrə B tikilisi İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi Ruslan Allahverdiyev küçəsi 10-cu döngə 35 saylı fərdi yaşayış evinin sahəsinə daxildir. Kollegiya qeyd edir ki, Günay Həsənova yaşadığı müddətdə yaşayış sahəsində özü üçün hər hansı yaxşılaşdırma işlərinin görülməsi, onun həmin yaşayış sahəsini birgə nikah dövründə inşa etdirilməsi nətəcəsinə gəlinməsi üçün yetərli deyildir. Beləlikə, hazırki apellyasiya baxışı zamanı müəyyən olundu ki, Bakı şəhəri, ünvan 1 küçəsində 35 saylı evin “B” tikilisi İddiaçı xüsusi mülkiyyətində olmaqla, həmin tikilinin X24 Həsənovanın birgə nikah dövründə inşa edilməsi, həm də birgə nikah dövründə əldə etdikləri vəsait hesabına inşa edilməsi mülki iş materialları ilə öz təsdiqini tapmamış və Günay Həsənovanın iddiasının təmin edilməsi üçün əsaslar müəyyən olunmadı. Göründüyü kimi, Günay Həsənova öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Kollegiya İddiaçı iddiasının da təmin edilməsi üçün əsaslar müəyyən etmir və hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiasını rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə işin hallarına uyğun olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddia edən şəxsin tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutların təmin edilməsi qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87-ci maddəsinə əsasən sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə yekun hüquqi nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işə baxarkən Günay Həsənovanın iddiasını qismən təmin edərkən işin hallarını və sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, həmin hissədə hüququn tətbiqində səhv buraxmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə tərəflər arasında olan həqiqi münasibətlərə uyğun olmayan nəticəyə gəlmiş, bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün birbaşa əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-266/2020 saylı, 28 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən, yəni Cavabdeh iddiasının qismən təmin olunması hissəsində ləğv olunsun. “Bakı şəhəri, ünvan 1 küçəsi, 35 saylı evin B tikilisinin X8 ilə Cavabdeh birgə vəsaiti hesabına inşa edilməsi müəyyən edilməklə həmin tikilinin inşasına sərf olunmuş vəsaitin ½ hissəsinə Cavabdeh, ½ hissəsinə X3 payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı verilmiş 19.01.2018-ci il tarixli RX ******* saylı çıxarışın Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi 10-cu döngə R.Allahverdiyev küçəsi 35 saylı fərdi yaşayış evinin B tikilisinə dair hissədə ləğv edilməsi barədə” Cavabdeh iddia tələbləri rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-616/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-616/2022
13.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver