Məhkəmə qərarları › İş №2(103)-6160/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6160/2020

30.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6160/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC (Hilton Baku) ya qarşı “əmrin ləğvi və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il il tarixdə qəbul etdiyi qərardaddan iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC (Hilton Baku) ya qarşı əmrin ləğvi və əmək haqqının ödənilməsinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi icraata qəbul olunmuş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı əsasında mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli №4/79 saylı ekspert rəyindən görünür ki, mülki işin 3-5 vərəqələrində İddiaçı adından olan dekabr 2019-cu il tarixli iddia ərizəsinin 3-cü vərəqəsində “İmza: İddiaçı” yazıların qarşısındakı imza – İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmadığı əsas göstərilməklə iddia ərizəsi məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin qərardadın İddiaçı verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı birincin instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə görə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından aydın olur ki, yuxarıda qeyd olunduğu kimi ekspert rəyinə əsasən iddia ərizəsindəki imza İddiaçı məxsus deyildir, məhz bu səbəblə də iddia ərizəsi baxılmamış saxlanılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaətini qanunvericiliyin mənasına uyğun hesab edir; çünkü, Mülki Prosessual Məcəllənin 259.0.3-cü maddəsinə görə, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Kolelgiya xüsusilə vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilərək digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, onunla razılaşmamaq üçün əsas olmamışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyə istinadla iddia ərizəsini baxlmamış saxlamışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən qərardadın ləğvi üçün hər hansı əsas mövcud deyildir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(009)-654/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Ziya Şirinov Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar