Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6162/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və s.» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İşəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında bağlanmış 22 aprel 2022-ci il tarixli 19/22 saylı əmək müqaviləsinə əsasən, İddiaçı Cavabdeh MMC-də Regionlarda soyuq satış üzrə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən, Cavabdeh MMC İddiaçı ona təhkim edilmiş ərazidə yerləşən dükanlarda və şirkətdə audit yoxlaması aparılması barədə məlumat verilmiş və auditdə iştirak etmək hüququnun olduğu bildirilmişdir. Yoxlamanın 17 may 2023-cü il tarixdə saat 14:00-dan etibarən MMC-nin Lənkəran şəhərində yerləşən köhnə Nissan servisdə təşkil ediləcəyi iddiaçının nəzərinə çatdırılmışdır. İddiaçı fəaliyyətinin yoxlanması barədə 24 iyun 2023-cü il tarixli akta əsasən, audit şöbəsinin auditi X7 və digər şəxslər Cavabdeh MMC-nin Lənkəran filialının növbəti yoxlaması zamanı satış təmsilçisi vəzifəsində işləyən İddiaçı və digər şəxs tərəfindən bir sıra qanun pozuntularına yol verildiyi aşkar olunmuşdur. Bununla əlaqədar olaraq İddiaçı təhkim olunmuş ərazi, ona təhvil verilmiş malların dövriyyəsi və şirkət tərəfindən ona verilmiş inventarların vəziyyətinin yoxlanılması icra edilmişdir. Yoxlamada iştirak etməsi üçün İddiaçı şifahi və yazılı olaraq məlumat verilmişdir. Lakin İddiaçı yoxlamada iştirak etməkdən imtina etmişdir. Araşdırma dövründə İddiaçı müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. Araşdırma zamanı aşkar edilən hallar aktda ətraflı şəkildə qeyd edilmiş, aktı tərtib etmiş şəxslər aktı imzaları ilə təsdiq etmişlər. Audit prosedurlarının aparılmasına dair 15 noyabr 2023-cü il tarixli akta əsasən, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli SA 074 saylı icazə ilə fəaliyyət göstərən sərbəst auditor X8 Cavabdeh MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 62 saylı müqaviləyə əsasən cəmiyyətin satış təmsilçisi İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə mal-pul dövriyyəsinin auditini aparmışdır. Satış təmsilçisi İddiaçı mal-pul dövriyyəsi terminalın və sistemin məlumatlarına (terminaldan və sistemdən çıxarışlara) ilkin sənədlərə əsasən məlum olmuşdur ki, İddiaçı satış nöqtələrinə verdiyi mallar aşağıdakı kimi müəyyən olunur: 1). xx.xx.2023-cü il tarixə satış nöqtələrinə verilmiş malların hesabına müəyyən olunmuş çatışmazlıq 5.273 manat 29 qəpik (17 vərəqə üzləşmə aktı əlavə olunmuşdur). 2). xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək satış nöqtələrindən qaytarılmış malların qiymətini artırmaqla müəyyən olunmuş çatışmazlıq 10.660 manat 82 qəpik təşkil edir (bir vərəqə yaranmış fərq cədvəli akta əlavə olunmuşdur). Beləliklə, Cəmiyyətin satış təmsilçisi İddiaçı maddi məsuliyyətində xx.xx.2023-cü il tarixə 15.934 manat 11 qəpik borc qalığı qalmışdır. İddiaçı Cəmiyyətin daxili audit yoxlamasında iştirak etməmişdir. Cavabdeh MMC-nin 01 iyun 2023-cü il tarixli 05/İD saylı məktubuna əsasən, cavabdeh iddiaçıya müraciət edərək, aparılan yoxlamalar nəticəsində icra etdiyi işlərlə bağlı bir sıra ciddi pozuntulara yol verdiyi və bunun nəticəsində Cavabdeh MMC-yə xeyli miqdarda maddi zərər vurduğunun müəyyən edildiyi bildirilmiş, qeyd olunan məsələlərin araşdırılması məqsədi ilə izahat verməsi üçün işəgötürənin ofisinə gəlməsinin tələb olunduğu nəzərinə çatdırılmışdır. Cavabdeh MMC-nin 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrinə əsasən, Cavabdeh MMC ilə Regionlarda soyuq satış üzrə ticarət nümayəndəsi vəzifəsində işləyən İddiaçı arasında bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ləğv edilmişdir. Əmrin verilməsinə əsas xx.xx.2023-cü il tarixli yekun yoxlama aktı olmuş, işçinin istifadə etmədiyi məzuniyyət günləri 25 gün olmaqla son haqq-hesabın aparılması Maliyyə Departamentinə tapşırılmışdır. Buraxılmış iş günlərinə dair xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, İddiaçı aktlarda qeyd olunan tarixdə və vaxtda iş yerində olmamasına dair aktlar tərtib olunmuşdur. Cavabdeh MMC-in İddiaçı ünvanladığı 03 iyul 2023-cü il tarixli 13 saylı məktuba əsasən, aralarında bağlanmış əmək müqaviləsinin ləğv edildiyini, xidməti istifadəsində olan avadanlıqları təhvil verməsini (mövcud olduğu təqdirdə) və əmək kitabçasını götürməsini İddiaçı təklif etmiş, məktuba əmrin surəti əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və 24 avqust 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X10 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1700 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması 30 gün müddət müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin 15 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı və X1 Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə X4 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə ünvanladıqları müraciətə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar Cavabdeh MMC-nin ünvanına (AZ1060, ünvan 322794/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və İddiaçı aid olan sənədlərin «Vətəndaşların müraciətləri haqqında» Qanunun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. Bildirilmişdir ki, Cavabdeh MMC tərəfindən Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdən müəssisəyə İddiaçı tərəfindən maddi ziyan vurulması barədə xx.xx.2023-cü il tarixdə akt tərtib edildiyi, məsələ ilə bağlı araşdırma davam etdiyi müddətdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən kənar edildiyi, kənarlaşdırılma müddətində əmək haqlarının ödənilmədiyi, İddiaçı və H.Kərimli ilə Cavabdeh MMC-nin işəgötürəni arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2019-cu il tarixli müddətli əmək müqavilələrinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi məlum olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) və 187-ci maddəsinin 2ci hissəsinin (intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər) tələbləri pozulduğundan Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) və 192.6-cı maddələrinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cəriməni şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» 2015-ci il 20 oktyabr tarixli 1410-1VQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli 3-17-5/2-31905/2023 nömrəli göstəriş məktubu ilə Cavabdeh MMCnin rəhbərliyinə İddiaçı son haqq-hesabının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq yenidən hesablanaraq tam ödənilməsini və 30 (otuz) gün ərzində İddiaçı və H.Kərimlinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, KX-68-23 nömrəli və xx.xx.2023-cü il tarixli, KX-69-23 nömrəli əmrləri ləğv edərək törədilmiş qanun pozuntusunun aradan qaldırılmasını təmin edib nəticəsi barədə X4 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. Belə ki, əgər Cəmiyyətin rəhbərliyi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hüquqpozmanı 30 gün müddətində aradan qaldırmazsa, inzibati tənbeh vermə haqqında şərti qərar qüvvəyə minir. Eyni zamanda İddiaçı nəzərinə çatdırılmışdır ki, şərti qərarın qüvvəyə minməsi Cəmiyyətin rəhbərliyini törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İddiaçı müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatının 21 sentyabr 2023-cü il tarixli MŞB/3/202300881 saylı Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə əmrin ləğvi, işə bərpa və s. tələbi barədə mediasiya üçün müraciət etmiş, mübahisə üzrə tərəflər xx.xx.2023-cü il tarixdə saat 11:00-11:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasına dəvət edilmişlər. İddiaçı tərəf nümayəndəsi vasitəsi ilə mediasiya sessiyasında iştirak etsə də, cavabdehin nümayəndəsi mediasiya sessiyasına gəlməmişdir. Bu səbəbdən, qeyd olunan arayış verilmişdir. İddiaçı tərəf 50 manat mediasiya xərcini ödəmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-4724/2023 saylı qərarından görünür ki, şikayətçi X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməmiş, həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC-in İddiaçı ünvanladığı 25 oktyabr 2023-cü il tarixli 07/23 saylı məktuba əsasən, aralarında bağlanmış əmək müqaviləsinin ləğv edildiyini, xidməti istifadəsində olan avadanlıqları təhvil verməsini (mövcud olduğu təqdirdə) və əmək kitabçasını götürməsini İddiaçı təklif etmiş, məktuba əmrin surəti əlavə edilmişdir. Cavabdeh MMC-nin Azərbaycan Respublikası Baş Prokuroruna ünvanladığı 02 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh MMC araşdırmanın nəticələrinə istinad edərək iddiaçının və digər şəxslərin barəsində tədbir görülməsini və cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Cavabdeh MMC İddiaçı əmək haqqı kartına 490,46 manat əmək haqqı ödəmişdir. Cavabdeh MMC-nin 19 fevral 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı yanvar 2023-cü il tarixdən iyun 2023-cü il tarixdə daxil olmaqla Cavabdeh MMC tərəfindən 3181,42 manat əmək haqqı hesablanmış və ödənilmişdir. "xxxx" ASC-nin Virtual Dəstək Departamentinin 21 fevral 2024-cü il tarixli İddiaçı məxsus hesabından çıxarışından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarix də daxil olmaqla İddiaçı Cavabdeh MMC tərəfindən 3181,42 manat əmək haqqı hesablanmış və ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin onun işdən azad olunmasına dair 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrinin ləğv edilməsi, cavabdeh tərəfindən son haqqhesabı və bonuslara görə verilməli olan 2.500 manat pulun ödənilməsi və qanunsuz işdən çıxarıldığına görə cavabdehdən işdən çıxarıldığı gündən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2019-cu ildən Cavabdeh MMC-nin Lənkəran filialında operator kimi işə başlamışdır. Əsas işi satışların analizi və iadə olunan malların təhvil alınması olmuşdur. xx.xx.2023-cü il tarixdə cavabdehin auditorlarının yoxlama aparılması zamanı guya mağazalardan yığılan pulların şirkətin hesabına keçirilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən məcburi şəkildə işə buraxılmamışdır. xx.xx.2023-cü il tarixli məktubla audit yoxlamasının keçirilməsi barədə xəbərdarlıq göndərən cavabdeh xx.xx.2023-cü il tarixdə artıq heç bir səlahiyyəti olmayan qanunsuz və birtərəfli audit keçirmişdir. Sözügedən audit keçirmə səlahiyyəti və lisenziyası olan bitərəf şəxs deyil, cavabdehin rəsmi əməkdaşı olan şəxslər tərəfindən həyata keçirilmişdir. xx.xx.2023-cü il tarixli məktubla audit yoxlamasının keçirilməsi barədə xəbərdarlıq göndərən cavabdehin sözdə auditoru X12 İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək barələrində 12.000 manat ziyan vurma ilə bağlı şikayət etmişdir. Lənkəran ŞRPŞ-nın TBdə araşdırma aparılmışdır. Araşdırma nəticəsində heç bir qanun pozuntusu aşkar edilməmiş, araşdırma üzrə cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Cavabdehin şikayəti öz təsdiqini tapmasa da, heç bir hüquq normasına məhəl qoymadan onunla bağlanmış əmək müqaviləsi 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edilərək ləğv olunmuşdur. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət etmişdir. Xidmət tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-5/1-Ə-36612/2023 saylı cavab məktubu ilə cavab verilmiş, Cavabdeh MMC-nin onun barəsində qəbul etdiyi qərarın qanunsuz olmasının müəyyən edildiyi, qanunsuz hərəkətlərinə görə Cavabdeh MMC barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati cərimə şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət edilmişdir. Xidmətin əməkdaşları və onlar tərəfindən göndərilən məktubda cavabdehə qanun pozuntularının aradan qaldırılması üçün vaxt verildiyi qeyd olunmuş, cavabdehin mövqeyi barədə məlumat göndəriləcəyi bildirilmişdir. Cavabdeh təşkilat tərəfindən bundan sonra xx.xx.2023-cü il tarixdə yenidən 0723 saylı məktub göndərilərək, əmrin sürətini və əmək kitabçasını götürmək üçün ofislərinə dəvət edilmişdir. Buna baxmayaraq o, Əmək Mübahisələri üzrə mediasiyadan keçmə tələblərinə uyğun olaraq cavabdehə təklif göndərmiş, lakin analoji olaraq cavabdeh mediasiya prosesinə də gəlməmişdir. Cavabdeh əmrin hüquqi əsası kimi «Dövlət qulluğu haqqında» Qanunun 70-ci maddəsinin «ç» bəndinə istinad etmişdir. Yəni, onun cavabdeh təşkilata maddi ziyan vurması ilə əsaslandırmışdır. Lakin bu hal nə audit rəyi, nə də DİN Lənkəran ŞPŞ-də aparılmış araşdırma zamanı müəyyən edilməmişdir. Cavabdeh öz qanunsuz əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin və 187-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmuşdur. Qeyd olunan pozuntular X4 tərəfindən də müəyyən edilmiş, cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş aktı əsassız hesab edir. Cavabdeh tərəf məhkəməyə təqdim etdiyi sənədlərə əsasən qeyd edir ki, iddiaçı dəfələrlə işə gəlməmiş və cavabdeh şirkət bu barədə hər gün akt tərtib etmişdir. Hesab edir ki, həmin aktlar mövcud olmamış və sonradan tərtib edilmişdir, çünki tərəflər arasında Əmək Müfəttişliyində mübahisə olmuşdur. Əgər həmin aktlar həmin vaxt mövcud olsaydı, həmin mübahisə zamanı təqdim edilərdi. Bundan başqa, həmin aktları imza edən şəxslər bir aydan çox müddətdə eyni qələmlə imza etmişlər. Bu da göstərir ki, akt saxtadır və hesab edir ki, bu akt məhkəməni yanıltmaq üçün tərtib edilmişdir. Şirkət işdən kənarlaşdırma barədə əmri iddiaçıya 24 may 2023-cü ildə təqdim etmişdir. Buradan da görünür ki, cavabdeh şirkət işçinin işdən azad olunduğu, yəni 24 maydan 24 iyuna qədər olan günləri də aktlaşdırmışdır. Müddətin tətbiqi ilə əlaqədar onu deyə bilər ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə dövlət orqanlarına müraciət etmişdir. İddiaçı müddəti buraxmadan Əmək Müfəttişliyinə müraciət etmişdir. Bundan sonra dövlət orqanı inzibati akt qəbul etmişdir. Buna görə də, iddia müddətinin ötürülməsinə dair ərizəni əsasız hesab edir. Cavabdeh şirkət 01 iyun 2023-cü il tarixdə iddiaçının işdən çıxması barədə əmr vermişdir. Həmin əmrdən dərhal, yəni iyun ayının 11 və ya 14-də əmək müfəttişliyinə şikayət verilmişdir. Əmək müfəttişliyi araşdırma aparmış və həmin əmrin qanunsuz və əsassız olması barədə qərar qəbul etmişdir. Mübahisə ilə bağlı Mediasiyaya 14 iyul 2023cü il tarixdə müracət edilmişdir. Cavabdeh son haqq-hesabı öz istədiyi formada hesablamışdır. İddiaçının alacağı son haqq-hesab 3.000 manatdır. Bununla bağlı Whatsapp yazışmaları vardır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X9 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı işlədiyi müddətdə müəyyən yeyintilər etmişdir. Bununla bağlı şirkətin insan resurları şöbəsi qanunvericiliyin tələblərini pozaraq 1 ay ərzində verməli olduğu inzibati tənbehi bir ay sonra vermişdir. Buna görə də, Əmək Müfəttişliyi, şirkəti 1.700 manat cərimə etmişdir. Qeyd edir ki, iddiaçı işə gəlmədiyi günlər olmuşdur. Bununla bağlı şirkət onu həm işə gəlmədiyi üçün, həm də yeyintilər etdiyi üçün Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən azad etmişdir. Cavabdeh tərəfindən polisə müraciət edilmişdir. Polis tərəfindən mənimsəmə ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin iddiaçının əməli dələduzluq kimi tövsif edilmişdir. Cavabdeh tərəfindən həmin qərardan şikayət verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı iddia müddətini də ötürmüşdür. İddia ərizəsini əsassız hesab edir və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bir daha qeyd edir ki, iddiaçı işə gəlmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı may ayının əvvəlindən iyun ayının 25-nə kimi işə gəlməmişdir. İddiaçının işə gəlməməsi ilə bağlı akt tərtib edilmişdir. İddiaçı işlədiyi müddətdə məzuniyyətdə olmuşdur və məzuniyyət pulu almışdır. İddiaçıya son haqq-hesab verilmişdir. Əmr 25 iyun 2023-cü ildə təqdim edilmişdir. İddiaçı da bu əmri 08 iyul 2023-cü il tarixdə rəsmi şəkildə almışdır. 25 iyun 2023-cü ildə iddiaçıya son haqq-hesab ödənilmişdir. Hesab edir ki, iddia müddətinin axımı həmin tarixdən başlamışdır. İddiaçının işdən kənarlaşdırılması ilə bağlı onu qeyd edir ki, iddiaçının işdən kənarlaşdırılması onu qorxutmaq məqsədi daşımışdır. İddiaçının pul öhdəliyi olmuşdur və o da pulu qaytarmadığı üçün cavabdeh tərəfindən onun işdən kənarladırılması barədə əmr tərtib edilmişdir. Həmin əmrdə hədə-qorxu yoxdu, sadəcə iddiaçı pulu qaytarmadığı üçün işdən kənarlaşdırılması qeyd edilmişdir. İşçinin davamiyyətini müəyyən etmək üçün gündəlik tabel mövcuddur. İddiaçı tərəfindən davamiyyət pozulduğu üçün aktlar tərtib edilmişdir. Cinayət işinin rədd edilməsi barədə qərarı əldə edə bilməmələrinə dair sübutları yoxdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət verilməmişdir. İddia əsassız olduğundan, eləcə də iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia müddətinin tətbiqinə dair ərizədə qeyd edilmişdir ki, iddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci “ç” maddəsi ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bağlanmış əmək müqaviləsi 25 iyun 2023-cü il tarixli KX68- 23 saylı əmrlə ləğv edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı ilə 22 aprel 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrlə ləğv edilmiş, elə həmin gün, yəni 25 iyun 2023-cü il tarixdə onu son haqq-hesabı onun əmək kartına köçürülmüşdür. Beləliklə İddiaçı 25 iyun 2023-cü il tarixdə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən çıxarılması ilə bağlı məlumatlı olmuşdur və Əmək Məcəlləsinə əsasən həmin tarix onun hüququnun pozulduğu aşkar etdiyi gün hesab olunur və həmin tarixdən etibarən 1 təqvim ayı ərzində əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Eyni zamanda, iddiaçı xx.xx.2023-cü il tarixdə 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmri və əmək kitabçasının götürülməsi təklifini rəsmi sürətdə almışdır. Lakin bunların hamısına baxmayaraq, iddiaçı xx.xx.2023-cü il tarixdə mediasiya təklifi göndərmiş, xx.xx.2023-cü il tarixdə ərizə ilə mediasiya qurumuna müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiya arayışı almış və xx.xx.2023-cü il tarixdə isə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onu da bildirmək lazımdır ki, iddiaçı ilkin olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət və Əmək Müfəttişliyi Xidmətinə şikayət məktubu ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət və Əmək Müfəttişliyi Xidməti 15 sentyabr 2023-cü il tarixli məktubu ilə İddiaçı cavab məktubu göndərmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, 03 iyul 2023-cü il və 25 oktyabr 2023-cü il tarixli məktubları ilə Cavabdeh MMC İddiaçı müraciət edərək əmək kitabçasını şirkətdən götürülməsini xahiş etmiş, lakin İddiaçı müraciət məktubuna cavab verməmiş və əmək kitabçasını götürməmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, İddiaçı 21 noyabr 2023-cü il tarixdə məhkəməyə müraciət edərək, iddia müddətini ötürmüşdür. Bakı şəhəri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(006)-718/2024 nömrəli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh MMC-yə qarşı «Cavabdeh MMC-nin onun işdən azad olunmasına dair 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrinin ləğv edilməsi, cavabdeh tərəfindən son haqq-hesabı və bonuslara görə verilməli olan 2.500 manat pulun ödənilməsi və qanunsuz işdən çıxarıldığına görə cavabdehdən işdən çıxarıldığı gündən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi» tələbinə dair iddiası iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmiş, ödənilmiş 50 manat mediasiya xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi, İddiaçı Regionlarda soyuq satış üzrə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edilərək ləğv olunmuşdur. İddiaçı hüquqlarının müdafiə edilməsi ilə bağlı məhkəməyə (əvvəlcə mediasiya orqanına) müraciət etməmişdən öncə dövlət orqanı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət etmişdir. Xidmət tərəfindən aparılan araşdırma zamanı İddiaçı ilə Cavabdeh MMCnin işəgötürəni arasında bağlanmış xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) və 187-ci maddəsinin 2-ci hissəsinin (intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər) tələbləri pozulması məlum olmuşdur. Buna görə də, Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) və 192.6-cı maddələrinə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuş, həmin qərara əsasən cavabdehin rəhbəri X10 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək, törətdiyi hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilməklə 1700 manat məbləğində cərimə edilmişdir. Cavabdehin rəhbəri X10 Xidmətin qeyd edilən qərarından verdiyi şikayəti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)- 4724/2023 saylı qərarı ilə təmin edilməmişdir. Məhkəmənin qərarından görünür ki, şikayətçi İXM-nin həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Belə ki, Xidmətin qərarında göstərildiyi kimi işəgötürən tərəfindən işçilərin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verildiyinə görə Əmək Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının işə gəlmədiyi günləri olması ilə bağlı şirkətin onu həm buna görə, həm də yeyintilər etdiyi üçün Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən azad etməsi kimi cavabdehin iddiaya olan etirazın əsası kimi istinad etdiyi bu dəlillərə qiymət verərək hesab edir ki, hazırki mübahisənin həllində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin qəbul etdiyi xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-4724/2023 saylı qərarının məzmunları nəzərə alınmalıdır. Belə ki, bu sənədlər cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinin pozulmasını təsdiq edir. Lakin buna baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçı hüquqlarının pozulmasını bildiyi andan bu hüquqlarının müdafiə edilməsi ilə bağlı məhkəməyə müraciət üçün iddia müddətini buraxmışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 2023-cü ilin iyun ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət etmişdir. İddiaçı tərəfin izahatlarına əsasən 25 iyun 2023-cü il tarixli əmri 08 iyul 2023-cü il tarixdə rəsmi şəkildə almış və 14 iyul 2023-cü il tarixdə mediasiya orqanına müraciət etmiş, xx.xx.2023-cü ildə isə mediasiya təklif göndərilmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatının 21 sentyabr 2023-cü il tarixli MŞB/3/2023-00881 saylı Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə müraciət edilmiş, xx.xx.2023-cü ildə tərəflərə bildiriş göndərilmiş, mediasiya sessiyaları xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərə təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, medasiya icraatı dövründə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 15 sentyabr 2023-cü il tarixli cavab məktubu göndərilməsi də nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının pozulmasını bildiyi andan dövlət orqanı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət etməsi iddia müddətinin buraxılmasına üzrlü səbəb kimi qiymətləndirilmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, həmçinin cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «Cavabdeh MMCnin onun işdən azad olunmasına dair 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrinin ləğv edilməsi, cavabdeh tərəfindən son haqq-hesabı və bonuslara görə verilməli olan 2.500 manat pulun ödənilməsi və qanunsuz işdən çıxarıldığına görə cavabdehdən işdən çıxarıldığı gündən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi» tələbinə dair iddiası iddia müddəti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə rədd edilməli, ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)- 718/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildən cavabdeh "xxxx" MMC-nin Lənkəran filalında operator kimi işə başlamış, əsasən işi satışların analizi və iadə oluna malların təhvil alınması olmuşdur. xx.xx.2023-cü ildə cavabdehin auditorlarının yoxlama aparılması zamanı guya o, mağazalardan yığılan pulları şirkətin hesabına keçirməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən məcburi şəkildə işə buraxılmamış, xx.xx.2023-cü il tarixli məktubla audit yoxlamasının keçirilməsi barədə xəbərdarlıq göndərən cavabdeh xx.xx.2023-cü il tarixində artıq heç bir səlahiyəti olmayan qanunsuz və bitərəfli audit keçirmişdir. Sözü gedən audit audit keçirmə səlahiyyəti və lisenziyası olan bitərəf şəxs deyil, cavabdehin rəsmi əməkdaşı olan şəxslər həyata keçirmişdir. xx.xx.2023-cü il tarixli məktubla audit yoxlamasının keçirilməsi barədə xəbərdarlıq göndərən cavabdehin sözdə auditoru X12 İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək barəsində 12000 manat ziyan vurma ilə bağlı şikayət etmişdir. Lənkəran ŞRPŞ-nın TB-də araşdırma aparılmışdır. Araşdırma nəticəsində heç bir qanun pozuntusu aşkar edilməmiş araşdırma üzrə cinayət işinin basalanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Baxmayaraq ki, cavabdehin şikayəti öz təsdiqini tapmasada heç bir hüquq normasına məhəl qoymadan onunla bağlanmış əmək müqaviləsini 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bənsinə istinad edərək ləgv etmişdir. Tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Lənkəran Astara Regional şöbəsinə şikayət edilmişdir. Xidmət tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 3-17-5/1-Ə-36612/2023 saylı cavab məktubu ilə cavab verilmiş, cavabdeh "xxxx" MMC-nin barədə qəbul etdiyi qərarın qanunsuz olmasının müəyyən edildiyi, qanunsuz hərəkətlərinə gör "xxxx" MMC barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati cərimə şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət edilmişdir. Xidmətin əməkdaşları və onlar tərəfindən göndərilən məktubda cavabdehə qanun pozuntularının aradan qaldırılması üçün vaxt verildiyi qeyd olunmuş, cavabdehin mövqeyi barədə məlumat göndəriləcəyi bildirilmişdir. Cavabdeh təşkilat bundan sonra xx.xx.2023-cü il tarixdə yenidən 0723 saylı məktub göndərərək əmrin sürətini və əmək kitabçasını götürmək üçün onu ofisə dəvət etmişdir. Buna baxmayaraq iddiaçı Əmək Mübahisələri üzrə mediasiyadan keçmə tələblərinə uyğun olaraq cavabdehə təklif göndərmiş, lakin analoji olaraq cavabdeh mediasiya prosessinə də gəlməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin № e-2(006)-718/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi qanunsuz hesab edir. Onun iddia tələbi tam şəkildə sübuta yetirilsə də məhkəmə ciddi prosessual və maddi norma tələblərinin pozuntusuna yol vermiş, iş üzrə maddi sübutlara qiymət verərkən normaları düzgün tətbiq etməmişdir. Qanunvericiliyin tələblərini isə öz mülahizəsinə görə tətbiq etmişdir. Məhkəmə qətnaməsi İddiaçı təqdim olunmamışdır. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilsə də şikayət verilərkən edilmiş pozuntular səbəbindən geri qaytarılmış, tərəfindən müvafiq qərardadda göstərilən qusurlar aradan qaldırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının pozulmasını bildiyi andan dövlət orqanı olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət etməsi iddia müddətinin buraxılmasına üzrlü səbəb kimi qiymətləndirilmir. Belə ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmənin mövqeyi qərəzli və qanunun tələblərinə zidd hesab edir. Belə ki, qeyd edilən maddənin tələbi təhrif edilməklə verilmiş, məhkəmə özünün yanlış mülahizəsinə görə şərh etmişdir. Həmin maddənin tələbi isə belədir ki, işçinin fərdi əmək mübahisəsinə baxan orqana müraciət etməsi halı istisna olmaqla, bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçının ona qarşı əmək hüquqlarının pozulamsına dair dövlətin əməyin mühafizəsi sahəsində siyasətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi ilə artıq onun iddia müddətnin axını dayanmışdır. Fərdi əmək mübahisələrinin həlli araşdırılarkən iddia müddəti anlayışından çox istifadə edilir. İddia müddətinə Mülki Məcəllənin 372.2-ci maddəsində anlayış verilmişdir. Həmin maddəyə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Əmək qanunvericiliyində iddia müddəti əmək münasibətlərinin subyektiv tərkibinə görə iki yerə bölünür; Birinci halda, işəgötürən pozulmuş hüququnun müdafiəsi üçün nəzərdə tutulmuş iddia müddətidir. Qanunvericilik bu halda iddianın xarakterinə fərqli iddia müddətləri müəyyən etmişdir. Belə ki, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər (AR ƏM-nin 296-cı maddəsinin 5-ci hissəsi). İkinci halda, işçi pozulmuş hüququnun müdafiəsi üçün qanunvericiliklə tanınan müddətdir. Bu müddət fərdi əmək mübahisəsini həll edən orqana münasibətdə fərqlidir. Belə ki, işçi fərdi əmək mübahisələrinin həlli məqsədilə məhkəməyə qədər baxan orqana və ya məhkəməyə müraciət edə bilər. AR ƏM-nin 296-cı maddəsinin birinci hisssəsinin tələblərinə uyğun olaraq işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində fərdi əmək mübahisələrinə baxan orqana müraciət edə bilər. AR ƏM-nin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə uyğun olaraq, kollektiv müqavilələrdə nəzərdə tutulduğu halda müəssisələrdə həmkarlar ittifaqı təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan yaradıla bilər. Həmin orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə həmin mübahisənin həlli üçün tərəflər məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.(AR ƏM-nin 294-cü maddəsinin dördüncü hissəsi). Yuxarıda qeyd etdiyi kimi işçi pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Hazırda əksər fərdi əmək mübahisələrinə məhkəmələr tərəfindən baxılır. İddianın xarakterinə görə işçinin məhkəməyə müraciət etmək üçün iddia müddətləri fərqlidir. Məhkəmə qətnamədə qeyd edir ki, - Cavabdeh MMC-nin 25 oktyabr 2023-cü il tarixli 07/23 saylı məktubundan görünür ki, cavabdeh iddiaçıya məktub ünvanlayaraq aralarında bağlanmış əmək müqaviləsinin ləğv edildiyini bildirmiş və sonuncudan yaxınlaşaraq xidməti istifadəsində olan avadanlıqları təhvil verməsi (mövcud olduğu təqdirdə) və əmək kitabçasını götürməsi xahiş olunmuşdur. Həmin məktuba əmrin surəti əlavə edilmişdir. Lakin məhkəmə sübut qismində qiymət verdiyi sənədlərin və kağız daşıyıcıların iddiaçıya rəsmi şəkildə təqdim edilib edilməməsini araşdırmamış, cavabdehin bütün formalarda sübuta yetirilmiş təqdsirini iddia müddəti adı altında pərdələməyə çalışılmışdır. İddia müddətinin tətbiqinə dair ərizədə qeyd edilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci “ç” maddəsi ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bağlanmış əmək müqaviləsi 25 iyun 2023-cü il tarixli KX68-23 saylı əmrlə ləğv edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı ilə 22 aprel 2022-ci il tarixdə bağlanmış əmək müqaviləsi 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrlə ləğv edilmiş, eyni ərizəni imzalamış cavabdeh daha əvvəlki iclaslarda İddiaçı işə xəbərsiz çıxmaması barədə saxta aktlar təqdim etmişdir. Halbuki silsilə yalanlar danışmış cavabdeh unutmuşdur ki, iddiaçı rəsmi olaraq cavabdehin işdən kənarlaşdırılması barədə əmr imzalamışdır. İşə özləri buraxmır, işə buraxmamaq barədə əmr imzalanır və bu saxtakarlıqlar yaddan çıxır əlavə olaraq həmin günlərdə işə gəlməmə barədə aktlar tərtib edilir. Beləliklə hələdə müəyyən edilməmişdir ki İddiaçı işə gəlmədiyinə görə və ya işəgötürənə maddi zərər vurduğuna görə işdən azad edilmişdir. Qətnamədə qeyd olunur ki, audit prosedurlarının aparılmasına dair 15 noyabr 2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 15 dekabr 2021-ci il tarixli SA 074 saylı icazə ilə fəaliyyət göstərən sərbəst auditor X8 Cavabdeh MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 62 saylı müqaviləyə əsasən cəmiyyətin satış təmsilçisi İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə mal-pul dövriyyəsinin auditini aparmışdır. Satış təmsilçisi İddiaçı mal-pul dövriyyəsi terminalın və sistemin məlumatlarına (terminaldan və sistemdən çıxarışlara) ilkin sənədlərə əsasən məlum olmuşdur ki, İddiaçı satış nöqtələrinə verdiyi mallar aşağıdakı kimi müəyyən olunur: 1). xx.xx.2023-cü il tarixə satış nöqtələrinə verilmiş malların hesabına müəyyən olunmuş çatışmazlıq 5.273 manat 29 qəpik (17 vərəqə üzləşmə aktı əlavə olunmuşdur). 2). xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək satış nöqtələrindən qaytarılmış malların qiymətini artırmaqla müəyyən olunmuş çatışmazlıq 10.660 manat 82 qəpik təşkil edir (bir vərəqə yaranmış fərq cədvəli akta əlavə olunmuşdur). Beləliklə, Cəmiyyətin satış təmsilçisi İddiaçı maddi məsuliyyətində xx.xx.2023-cü il tarixə 15.934 manat 11 qəpik borc qalığı qalmışdır. İddiaçı Cəmiyyətin daxili audit yoxlamasında iştirak etməmişdir. Qeyd olunan audit yoxlaması müstəqil auditor tərəfindən həyata keçirilirdisə niyə müstəqil auditor həmin araşdırmaya İddiaçı dəvət etməmişdir. Dəvət etməsinə dair hər hansı bir sənəd əlavə etmişdirmi? Öncəki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X9 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı işlədiyi müddətdə müəyyən yeyintilər etmişdir. Bununla bağlı şirkətin insan resurları şöbəsi qanunvericiliyin tələblərini pozaraq 1 ay ərzində verməli olduğu inzibati tənbehi bir ay sonra vermişdir. Buna görə də, Əmək Müfəttişliyi, şirkəti 1.700 manat cərimə etmişdir. Qeyd edir ki, iddiaçı işə gəlmədiyi günlər olmuşdur. Bununla bağlı şirkət onu həm işə gəlmədiyi üçün, həm də yeyintilər etdiyi üçün Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən işdən azad etmişdir. Cavabdeh tərəfindən polisə müraciət edilmişdir. Polis tərəfindən mənimsəmə ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin iddiaçının əməli dələduzluq kimi tövsif edilmişdir. Cavabdeh tərəfindən həmin qərardan şikayət verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı iddia müddətini də ötürmüşdür. İddia ərizəsini əsassız hesab edir və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bir daha qeyd edir ki, iddiaçı işə gəlmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir. Hazırki halda da cavabdehin nümayəndəsi ziddiyyətli ifadələr vermiş, iddiaçının işəgötürənə ziyan vurması və ya işə gəlməməsi səbəbindən işdən azad edilməsinə izah verə bilməmişdir. Bundan başqa nümayəndə iclas zamanı açıq aşkar qeyd etmişdir ki iddiaçı barəsinə polis orqanlarına müraciət onu qorxutmaq xarakteri daşımışdır və hörmətli iclas sədri tərəfindən elə iclas zalındaca bu yanaşmaya etiraz edilərək qəbuledilməz olduğu bildirilmişdir. Baxmayaraq ki, cavabdehin şikayəti öz təsdiqini tapmasada heç bir hüquq normasına məhəl qoymadan onunla bağlanmış əmək müqaviləsini 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrə lə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə istinad edərək ləgv etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran Astara Regional şöbəsinə şikayət edilmiş, Xidməti tərəfindən göndərilmiş xx.xx.2023-cu il tarixli 3- 17-5/1-Ə-36612/2023 saylı cavab məktubu ilə cavab verilmiş, cavabdeh "xxxx" MMC-nin barəsində qəbul etdiyi qərarın qanunsuz olmasının müəyyən edildiyi, qanunsuz hərəkətlərinə görə "xxxx" MMC barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati cərimə şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Lənkəran-Astara Regional şöbəsinə şikayət edilmişdir. Xidmətnin əməkdaşları və onlar tərəfindən göndərilən məktubda cavabdehə qanun pozuntularının aradan qaldırılması üçün vaxt verildiyi qeyd olunmuş, cavabdehin mövqeyi barədə məlumat göndəriləcəyi bildirilmişdir. Cavabdeh təşkilat bundan sonra xx.xx.2023-cü il tarixində yenidən 0723 saylı məktub göndərərək əmrin sürətini və əmək kitabçasını götürmək üçün ofislərinə dəvət edilmiş, buna baxmayaraq o, əmək mübahisələri üzrə mediasiyadan keçmə tələblərinə uyğun olaraq cavabdehə təklif göndərmiş, lakin analoji olaraq cavabdeh mediasiya prosessinə də gəlməmişdir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin № e-2(006)-718/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh "xxxx" MMC-yə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" MMC-in nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə 294.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 379.1.1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; 379.1.2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; 379.1.3. müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; 379.1.4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; 379.1.5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda; 379.1.6. tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 3 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, Cavabdeh MMC-nin 25 iyun 2023cü il tarixli KX-68-23 saylı əmrinə əsasən, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ləğv edilmişdir. İddiaçı Cavabdeh MMC-nin 25 iyun 2023-cü il tarixli KX-68-23 saylı əmrinin ləğv edilməsinə və sair tələblərə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək əmrin qanunsuz olmasını bildirib iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC isə müdafiə vasitəsi kimi iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı 1 aylıq iddia müddətini ötürmüşdür. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Göründüyü kimi iddiaçının tələb hüququ mübahisəli olmasa da, cavabdeh iddia müddətinin ötməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin mövqeyi ilə razılaşaraq iddia müddətinin keçməsinə görə tələbi rədd etmişdir. Kollegiya qeyd edir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti (onun tətbiqi) cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Bu səbəbdən iddia müddəti məhz cavabdehin verdiyi ərizə əsasında tətbiq olunur. Bununla da cavabdehə imkan yaradılır ki, mövcud öhdəliyə görə məhkəmə qərarı ilə təqib olunmaqdan, məsuliyyət daşımaqdan azad olsun. Başqa sözlə, iddia müddətinin keçməsi tələb hüququnun özünü deyil, onun məhkəmə qaydasında realizəsi imkanını aradan qaldırır. Bu baxımdan iddia müddəti qanunla cavabdehə verilən özünümüdafiə vasitəsidir. İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Mülki işdən müəyyən olunur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə son haq-hesabını, xx.xx.2023-cü il tarixli əmri xx.xx.2023-cü il tarixdə rəsmi şəkildə almış, xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya təklifi göndərmiş, xx.xx.2023-cü il tarixdə ərizə ilə mediasiya qurumuna müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiya arayışını almış və xx.xx.2023-cü il tarixdə isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, nəticədə qanunla müəyyən olunmuş 1 aylıq iddia müddəti ötmüş, cavabdeh bu barədə yazılı ərizə vermişdir. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır. Kollegiya qeyd edir ki, iddiaçının məhkəməyə müraciət etməmişdən öncə dövlət orqanlarına, müddəti buraxmadan X4 Xidmətinə müraciət etməsi, dövlət orqanının inzibati akt qəbul etməsi iddia müddətinin axımının dayandırılması və ya iddia müddətinin axımının qanunda nəzərdə tutulan qaydadan fərqli hesablanması üçün əsas ola bilməz. Odur ki, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-718/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.