Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6164/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İsmayılova Nəzrin Tofiq qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6164/2023 (Açar sözlər: maddi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X13 və X11 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli 2(004)-899/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 dekabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları, iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh X8 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 onun xeyrinə 4437 manat və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X12 ilə onun arasında 27 fevral 2021ci il tarixdə öhdəlik müqaviləsi balanmışdır. Müqaviləyə əsasən mülkiyyətçisi olduğu “Ravon Nexia R3” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 27.000 manata hissə-hissə ödənilməklə sonuncuya satmışdır. Müqavilənin şərtlərinə əsasən X12 müqaviləyə əsasən aylıq 750 manat pul ödəməli idi. Öhdəlik tam icra edildikdən sonra avtomobilin sonuncunun adına keçirilməli idi. X2 arasında olan razılaşmaya əsasən onun əri Fərid Axundovun adına etibarnamə verilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən aylıq ödənişlər qismən icra edilmişdir. Öhdəlik icra edilmədikdə tərəfindən xx.xx.2021-ci il tarixdə müqavilə öhdəliklərinin icra edilməsi üçün X8 rəsmi olaraq pretenziya ünvanlamışdı. Cavabdehin əri Fərid Axundov avtomaşınla qəza törətdikədn cavabdeh avtomaşın üzrə borcunun ödənilməsini dayandırşmış və pulu Fərid Axundovdan tələb etməyini bildirmişdir. 27 fevral 2021-ci il tarixli notarial öhdəlik müqaviləsinin mövcudluğu barədə xatırlatma etdikdən və ödənişin onun tərəfindən icra edilməsini bildirəndə sonra sonuncu əri ilə boşandığını və avtomobil üzrə etibarnamənin Fərid Axundova verildiyini əsassız surətdə bildirərək öhdəliyin icrasından yayınmağa başladı. Qəza nəticəsində cavabdeh X12 tərəfindən avtomobilin yararsız hala salınması nəticəsində avtomobilə aid hissədə 4437 manat ziyan dəymişdir. Bununla bağlı 31 may 2022-ci il tarixdə avtomobilə baxış keçirilmiş və ********** saylı VÖEN-ə əsasən “X30” avtotəmir mərkəzinin məsul şəxsi Yaşar Əlixanov tərəfindən qüsur aktı tərtib edilməklə təsdiq edilmişdir. Müqavilə üzrə cavabdeh formal alıcı olmasını bildirir, lakin öhdəliyi icra etməkdən yayınmaq üçün məhkəmə qaydasında müqavilənin ləğv edilməsi barədə iddia tələbi irəli sürmüşdür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı olmuş X7 ona qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı İnzibati Məhkəməsi belə bir qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış öhdəlik müqaviləsinin 2-ci bəndinə uyğun olaraq X12 tərəfindən **-LD-*** dövlət nömrə nişanlı “Ravon Nexia R3” markalı avtomobil texniki saz vəziyyətdə mülkiyyətçi İddiaçı təhvil vermədiyinə görə müqavilə ləğv edilə bilməz. Cavabdeh X12 öhdəliyinin olmasını həm müqavilə üzrə həm də şifahi olaraq etiraf edir. Lakib öhdəliklə bağlı ödənişlərini etməkdən isə bilərək yayınır.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-899/2023 nömrəli 09 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X6 4117 manat məbləğində pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 65 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza xərcini təşkil edən 50 manat məbləğində pul cavabdeh X6 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməs qət edilmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37221.1. 1096.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 119.1ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİNnin BDYPİ İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı mülkiyyətində olmuş “Ravon Nexia R3” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil ümumiyyətlə müqavilənin tələbinə əsasən ona təhvil verilməmişdir. Belə ki, həmin arayışdan görünür ki, İddiaçı “Ravon Nexia R3” markah, **-LD-*** dövlet qeydiyyat nişanlı avtomobilə görə xx.xx.2021-ci il tarixdə xx.xx.2031-ci il tarixədək müddəti olmaqla, X20, xx.xx.2021-ci il tarixdə müddəti xx.xx.2030-cu il tarixədək olmaqla X14 və xx.xx.2021-ci il tarixdə müddəti xx.xx.2021-ci il tarixədək olmaqla X3 etibarnamə vermişdir. Eyni zamanda hər 3 şəxs X25 Bakı şəhərində, X5 şəhərində və X9 isə Biləsuvar rayonunda qeydiyyatda olmuşlar. Beləliklə qeyd olunanlardan göründüyü kimi İddiaçı ilə onun arasında xx.xx.2021-ci il tarixdə öhdəlik müqaviləsi bağlanmasına baxmayaraq, müqavilə tələblərini yerinə yetirsə də, “Ravon Nexia R3” markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil ona təhvil verilməmişdir. Yəni müqavilənin tərəfləri əslində İddiaçı tərəfindən pozulmuşdur. Digər tərəfdən yuxarıda qeyd etdiyi kimi sonuncu etibarnamə xx.xx.2021-ci il tarixdə X4 verilmiş və həmin avtomobil xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən X1. Ona görə də hesab edir ki, məhkəmənin müqavilənin 2-ci bəndinə istinda etməsi tamamilə əsassızdır, çünki “Ravon Nexia R3” markalı, **-LD-*** dövltqeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən ona təhvil verilməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.
11. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
12. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
16. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.
21. Belə ki, kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ilə X12 arasında 27 fevral 2021-ci il tarixdə öhdəlik müqaviləsi balanmış və müqaviləyə əsasən İddiaçı mülkiyyətçisi olduğu “Ravon Nexia R3” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 27.000 manata hissə-hissə ödənilməklə sonuncuya satmışdır. Hazırda İddiaçı avtomobilə dəymiş maddi ziyanı X6 tələb edir.
23. Kollegiya qeyd edir ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəlləsinin 1096.1-ci maddəsini tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri müəyyən edilməlidir.
24. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi və onun təqsiri nəticəsində əmələ gəlməsidir.
25. Məhkəmənin sorğusuna əsasən Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş “Ravon Nexia R3” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat hərəkətləri və etibarnamə verilmiş şəxslər barədə məlumatların komputer çıxarışından görünür ki, qeyd edilən avtomobilin mülkiyyətçisi İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək müddəti olmaqla X20, xx.xx.2021-ci il tarixdən müddəti xx.xx.2030-cu il tarixədək olmaqla X14 və xx.xx.2021-ci il tarixdən müddəti xx.xx.2021-ci il tarixədək olmaqla X3 etibarnamə vermişdir.
26. Müəyyən edilir ki, İddiaçı sözügedən avtomobil barəsində hazırki iş üzrə cavabdeh X8 deyil, başqa şəxslərə etibarnamə vermişdir.
27. Bundan başqa iş materialları ilə İddiaçı “Ravon Nexia R3” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin X8 təhvil verilməsini müəyyən olunmur. Belə ki, iddiaçı tərəfindən avtomobilin təhvil verilməsini təsdiq edən hər hansı sübut (təhvil-təslim aktı və s.) iş materiallarına əlavə olunmamış və dəfələrlə təxirə salınmış məhkəmə iclaslarında iştirak etməməklə qeyd olunanlarla bağlı müvafiq sübut təqdim edilməmişdir.
28. Həmçinin, məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal RPİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixdə “Ravon Nexia R3” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Vaz 2101” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış sənədlərdən görünür ki, qeyd edilən tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ravon Nexia R3” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 tərəfindən idarə olunmuşdur.
29. Məhkəmənin sorğusuna əsasən Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş “Ravon Nexia R3” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış sənədlərdən görünür ki, qeyd edilən tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ravon Nexia R3” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobili X25 idarə etmişdir.
30. Yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı sözügedən avtomobili X8 təhvil verilməsi təsdiq olunmur və həmçinin qeyd edilən avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı həmin avtomobil X12 tərəfindən yox, başqa şəxslər tərəfindən idarə edilmişdir.
31. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan dəyməsi iş materialları ilə təsdiq olunmur.
32. Beləliklə göründüyü kimi, birinci instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.
33. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
34. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
35. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslı hesab edilməklə, qətnamə ləğv edilməli, iddia tələbi isə təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh X7 apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-899/2023 saylı iş üzrə 09 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh X8 qarşı "maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova