Məhkəmə qərarları › İş №2(103)-6165/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6165/2020

27.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6165/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Ərizəçinin vəkili X5, Maraqlı şəxs vəkili-nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(006)-4030/2016 saylı qərardadından Maraqlı şəxs şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Maraqlı şəxs nümayəndəsi-vəkili Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4030/2016 saylı xx xxx 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin Maraqlı şəxs maraqlarına toxunduğunu qeyd edərək, onun ləğv edilməsi və işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(006)-4030/2016 saylı qərardadı ilə Maraqlı şəxs nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı şəxs nümayəndəsi-vəkili tərəfindən qərardaddan verilmiş şikayət məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qərardadın ləğv edilməsi xahiş edilərək, göstərilmişdir ki, Maraqlı şəxs Rusiya Federasiyasının vətəndaşı olmaqla, orada yaşayır, onun valideynləri Nariman Aliyeva və X8 Federasiyasında Ərizəçi sifarişi ilə qətlə yetirilmişlər. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, R.X4 ilə yanaşı Azərbaycan Respublikasının vətəndaşıdır və ibtidai istintaqdan qaçıb gizləndiyi üçün onun ibtidai istintaqa cəlb edilməsi qeyrimümkün olmuşdur. Həmin cinayət işi üzrə Maraqlı şəxs zərərçəkmiş şəxs kimi tanınmışdır. Apellyasiya şikayəti verilmiş qətnamə Ərizəçi məsuliyyətdən yayınması üçün əsasdır, qətnamə şikayət vermiş Maraqlı şəxs birbaşa maraqlarına toxunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs vəkili-nümayəndəsi K.Nəsibov şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin vəkili isə şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və apellyasiya şikayətinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli 2(006)-4030/2016 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, xx.xx.1968-cı il təvəllüdlü Ərizəçi doğum yerinin Bakı şəhəri olması faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs nümayəndəsi-vəkili qətnamənin təmsil etdiyi şəxsin maraqlarına toxunduğunu bildirərək apellyasiya şikayəti vermiş, məhkəmə isə şikayətdə onların hüquq və vəzifələrinə toxunan halların qeyd edilmədiyini, qətnamənin maraqlarına toxunubtoxunmadığını müəyyən edən halların iş materiallarında öz əksini tapmadığını qeyd edərək, apellyasiya şikayətini geri qaytarmışdır. Maraqlı şəxs nümayəndəsi-vəkili tərəfindən Kollegiyaya ünvanlanmış vəsatətə iş materiallarına əlavə edilməsi üçün müxtəlif sənədlər əlavə edilmişdir. RF İstintaq Komitəsinin X3 üzrə Baş İstintaq İdarəsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü – vəkil K.Nəsibova (hazırki iş üzrə Maraqlı şəxs nümayəndəsivəkili) ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, xx.xx.2007-ci il tarixli qərarla N.A.Aliyeva və R.A.Aliyevin qətlə yetirilmələri faktı üzrə RF Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi və 222-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanılmış, ibtidai istintaqla müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixdə şəxsiyyəti müəyyən edilməmiş şəxs tərəfindən “xxxxxxxxxxxxxxx” QSC-nin direktoru N.A.Aliyeva və onun həyat yoldaşı R.A.Aliyev qətlə yetirilmişlər. xx.xx.2015-ci il tarixdə cinayəti törətmiş şəxs müəyyən edilməməsi səbəbindən ibtidai istintaq dayandırılmışdır. İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, Dağıstan Respublikası Dərbənd şəhər sakini Ərizəçi “xxxxxxxxxxxxxxx” QSC-nin adından “Vinoqrad-2004” Cəmiyyətinə spirtli içkilərin çatdırılmasını həyata keçirmiş, lakin N.A.Aliyevin QSC ilə Cəmiyyət arasında olan əlaqədən məlumatlı olmamışdır. “xxxxxxxxxxxxxxx” QSC-nin sənədləri saxtalaşdırılmış və nəticədə əlavə dəyər vergisi və mənfəət vergisinin xeyli miqdarda ödənilməməsi barədə vergi orqanları tərəfindən tələb edilmişdir. xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi bu cinayətin törədilməsində aidiyyətini yoxlamaq mümkün olmamışdır, belə ki, o, 344183 nömrəli başqa cinayət işi üzrə RF Cinayət Məcəlləsinin 33-cü maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin «e», «j» bəndləri və 222-ci maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, istintaq orqanlarından gizlənmişdir və hazırda beynəlxalq axtarışdadır. X1 şəhər məhkəməsi tərəfindən Ərizəçi barəsində qiyabi qərar çıxarılaraq həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Maraqlı şəxs ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi RF CM-nin 105-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirləndirildiyinə görə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa elan edildiyi üçün x xxxxxx 2019cu il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilmişdir. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olduğuna görə (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli arayışı) həbs edilməmişdir. Ərizəçi müəyyən edilməsi barədə RF-nın Baş Prokurorluğuna məlumat verilmiş, cavab olaraq barəsində olan cinayət işinin gələcəkdə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi məsələsinə baxılması Dağıstan Respublikasının Prokurorluğuna göstəriş verilməsi barədə bildirilmişdir. Kollegiyaya təqdim edilmiş sənədlərdən görünür ki, Ərizəçi Maraqlı şəxs valideynlərinin qətlə yetirilməsi ilə bağlı cinayət işinə aidiyyətinin olub-olmaması müəyyən edilməmişdir və bu hal istina edilmir. Lakin məhkəmə tərəfindən qeyd olunan hallar araşdırılmadan apellyasiya şikayəti geri qaytarılmışdır. Kollegiya hesab edir ki, məhkəmənin qərardadı ləğv edilməli və yuxarıda göstərilən hallar araşdırılaraq, münasibət bildirilməsi və yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2020-ci il tarixli 2(006)-4030/2016 saylı qərardad ləğv edilsin və Maraqlı şəxs nümayəndəsi-vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar