Məhkəmə qərarları › İş №2(103)-6168/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6168/2021

14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6168/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 40000 manat, mənəvi zərərin əvəzi kimi isə 50000 manat nəbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, onun qanunsuz həbsində günahkar olan orqanların ondan yazılı surətdə üzr istəməsinin təmin edilməsini, 20 ay müddətində qanunsuz həbsdə olmağı ilə əlaqədar müddəti onun əmək stajına daxil edilməsini, ona qarşı cinayət etmiş X5, X7, X2, X6, X1 barəsində AR MPM-nin 265.4-cü maddəsində nəzərdə tutulmuş qaydada xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1241/2021 saylı, 01 iyun 2021-ci il tarixli sorğusu daxil olmuş, həmin sorğuda qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyi, bu səbəbdən mülki işin rayon məkəməsinə qaytarılması xahiş olunmuşdur. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə tərəflərin iştirakı olmadan baxılması mümkündür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2021 saylı, 01 iyun 2021-ci il tarixli sorğu daxil olmuş, sorğuda cavabdeh tərəfindən Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verildiyi, həmin apellyasiya şikayətinə münasibət bildirilməsi üçün mülki işin apellyasiya baxışından çıxarılaraq rayon məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası sorğunu mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddiaçının verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-in 361ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1241/2021 saylı, 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilən apellyasiya şikayətinə münasibət bildirilməsi ilə əlaqədar mülki iş apellyasiya baxışından çıxarılsın və Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar