Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6168/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(010)-5478/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş müddətin bərpasına dair ərizəyə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2(010)-5478/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin «Sumqayıt» filialı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 4428/1 SAK N:li “Kredit müqaviləsi”nin vaxtından əvvəl ləğv edilməsi, Cavabdeh 9892,21 ABŞ dolları əsas borcun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh məxsus, “Kia Sportage” markalı avtomobilə (qeydiyyat nömrəsi: ** GH ***; mühərrik: G4KDDH424763, ban: KNAPB8118E7498975) yönəldərək, avtomaşının açıq hərracdan satılması və həmin avtomaşının satışından əldə edilən pul vəsaitinin 9892,21 ABŞ dolları borc tələbinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, əmlakın satışından əldə edilən vəsait 9892,21 ABŞ dolları borc tələbinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5478/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin olunaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 4428/1 SAK saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi ləğv edilməsi, Cavabdeh 4428/1 SAK saylı, xx.xx.2017- ci il tarixli kredit müqaviləsi üzrə 9892.21 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) məbləğində borc və 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması və tələb banka girov qoyulmuş “Kia Sportage” minik markalı, **-GH-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan qətnamədən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(010)-5478/2019 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 5478/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti vermiş və eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin 2(010)-5478/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir Cavabdeh ərizəsini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5478/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi onun tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi qaydada əldə olunmuşdur. Lakin o ağır əməliyyat keçirmiş və hal-hazırda da əməliyyatdan çıxmışdır və bu vəziyyətdə məhkəmə iclasında çıxış edir. Bundan əlavə onun övladı autizm xəstəsidir və onun xəstəliyi tutan kimi o avtomobillə azyaşlı övladını xəstəxanaya çatdırır. Onun həmin qətnamədən xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur. Bu görə də ərizənin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, e-2(010)- 5478/2019 nömrəli qərardadı ilə ərizə təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5478/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Qərardaddan iddiaçı ləğv prosesində olan İddiaçı ASC şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edərkən qeyd edir ki, “cavabdeh övladlarının autizim xəstəsi olduğunu və özünün də ağır əməliyyat olunduğunu qeyd edərək müddətin bərpa olunmasını xahiş etmişdir.” Məhkəmənin diqqətinə çatdırırlar ki, həmin halları təsdiq edən sübutlar iş materillarına əlavə olunmamışdır. Belə olan halda yalnız cavabdehin ərizədə qeyd etdiklərinə əsaslanaraq müddətin bərpası yolverilməzdir və iddiaçının hüquqlarını kobud şəkildə pozulması deməkdir. Cavabdeh ayrılmış kreditin təyinatı avtomobil almaq olmuşdur. İpoteka predmeti olan “Kia Sportage” markalı avtomobil kifayət qədər dəyərə malik olan avtomobildir. Adətən qətnamədən şikayət vermək üçün buraxılmış müddətin bərpası təminatsız istehlak kreditləri ilə bağlı olan hallarda tətbiq edilir. Cavabdeh barəsində məhkəmə qətnaməsi 2019-cu ildə çıxarılmış, cavabdehin ən azı mobil telefonuna sms bildirişlər göndərilmişdir. Bundan başqa cavabdeh dəfələrlə icra şöbəsində olmuş və qətnamənin çıxarılmasında, ipoteka predmeti ilə bağlı həyata keçirilmiş icra hərəkətlərindən məlumatlı olmuşdur. Nəticə etibarilə qətnamədən şikayət verilməsi üçün qanunla nəzərədə tutulmuş prosessual müddət cavabdehin öz səhlənkarlığı ucbatından ötürülmüşdür və həmin hal da heç vaxt üzrlü səbəb hesab oluna bilməz. Cavabdeh dəfələrlə icra şöbəsində olması və qətnamədən xəbərdar olmasını bilmək üçün məhkəmə icra şöbəsindən icra işi materillarını əldə edib həmin faktın yoxlayaq imkanına malik olsa da bunu etməmişdir. Məhkəmənin 06 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5478/2019 saylı, 02 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməklə, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi müddəti bərpa edərkən ona əsaslanmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5478/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi cavabdehin yaşadığı ünvana göndərilsə də, həmin qətnamə ünvanda yaşamadığından geri qaytarılmış, cavabdeh tərəfindən qətnamə rəsmi qaydada xx.xx.2023-cü il tarixdə götürülmüşdür. Cavabdeh övladlarının autizim xəstəsi olduğunu və özünün də ağır əməliyyat olunduğunu qeyd edərək müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə və daha sonra qərardaddan verilmiş şikayətə baxarkən cavabdehin 4 ildən sonra şikayət vermə üzrə prosessual müddətin ötürülüb-ötürülməməsini tam və hərtərəfli araşdırmamış, poçt məlumatlarını dəqiqləşdirməmiş, cavabdehin qətnamə barədə hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, hətta zərurət yarandığı halda icra işini tələb edərək baxış keçirməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi göstərilən məsələni araşdırmadan mübahisələndirilən nəticəyə gəlmişdir. Bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5478/2019 saylı, 02 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməli və qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhəkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi işə yenidən baxarkən sadalanan xüsusatları nəzərə almalı, ondan sonra mübahisəyə hüquqi qiymət verməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin e-2(010)-5478/2019 saylı, 02 avqust 2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli, 2(010)- 5478/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Cavabdeh qız tərəfindən verilmiş ərizəyə, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-6168/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6168/2023
04.10.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver