Məhkəmə qərarları › İş №2(103)-6172/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6172/2024

30.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6172/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sabit Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(001)- 5036/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində olan qızı 21 mart 2009-cu il təvəllüdlü X2 və 11 iyun 2010-cu il təvəllüdlü X1 əri Cavabdeh tək yaşadığı Binəqədi rayonu, Binəqədi şossesi, Zəngəzur küçəsində 6 sot torpaqda tikilən lakin dövlət qeydiyyatına alınmamış hər mərtəbəsi 143 kvadrat metrdən ibarət olan 3 mərtəbəli evə köçürülmələri və həmin evdən istifadə etmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 27 sentyabr 2024-cü il tarixdə iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan olan uşaqları 21 mart 2009-cu il təvəllüdlü X2 və 11 iyun 2010-cu il təvəllüdlü X3 cavabdeh İddiaçı alınaraq onun yanında qalmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(001)- 5036/2024 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “birgə nikahdan doğulmuş uşaqların atanın yanında qalmalarının müəyyən edilməsi” tələbinə dair qarşılıqılı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmişdir. Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(001)-5036/2024 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-5036/2024 saylıxx.xx.2024-cü il tarixli qərardadı qanunsuz və əsassızdır və bu səbəbdən ləğv olunmalıdır. Belə ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Tərəfindən qarşılıqlı iddianın verilməsinin məqsədi hər iki iddianın bir icraatda baxılaraq uzanmadan öz həllini tapmasından ibarətdir. Lakin məhkəmə əksinə qanunsuz olaraq bu cür iddianın birləşdirilməsi mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnməyəcəkdir. Göründüyü kimi, məhkəmə tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5036/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(001)- 5036/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qeyd edilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir; 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir; 156-cı maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, habelə qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan mülki-prosessual qanunvericiliyə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır və qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Bu da öz növbəsində qarşılıqlı iddianın ilk iddia kimi Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə uyğun olaraq tərtib edilməsini şərtləndirir və həmin məcəllənin 152-ci maddəsində göstərilən nöqsanların mövcud olması qarşılıqlı iddianın da qaytarılması üçün əsas yaradır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, qarşılıqlı tələbin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyini, onun təmin edilməsinin ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmadığından, habelə bu iddialar arasında qarşılıqlı əlaqənin olmadığından bu da öz növbəsində iddia ərizəsinin geri qaytarılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən onun şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, 2(001)- 5036/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar