Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6174/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: mülkiyyət hüququ, mülkiyyətə qanuni və mütənasib müdaxilə, kirayə haqqı, digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X4 ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X10, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı QSC-nin (hazırda İddiaçı MTK-nın) Cavabdeh qarşı kirayə haqqı, digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2265/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM 150528 seriya №-li qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 16,6 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 17 saylı mənzili Cavabdeh adına 272 saylı reyestr kitabında 39287 səhifəsində 30/8144 qeydə alma № ilə xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında 03 mart 2020-ci il tarixli rəydə Həsənoğlu küçəsində yerləşən 12 saylı bina ilə bağlı qeyd olunur ki, Beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, dördgirişli inşa olunmuşdur. Binanın uzunluğu 60.0 metr, eni 12.0 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 2,70 metr, kürsünün hündürlüyü 1,0 metrdir. Xaric və daxili yükdaşıyan divarların qalınlığı 0.40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtəbəarası və dam örtüyü yığma dəmir-beton boşluqlu panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir- beton elementlərdən inşa edilmişdir.Dam örtüyü çardaq tipli olmaqla, ağac konstruksiyalardan, örtüyün bir hissəsi asbest-sement şifer, digər hissəsi isə dalğavari metal vərəqələrdəndir. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Xarici və daxili yükdaşıyan divarların bəzi yerlərində suvaq qatı qopub tökülmüşdür. Pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınmış və yararsız hala düşmüşdür. Eyvan tavalarının alt hissələrinin bəzi yerlərdə armaturların mühafizə qatları qopub töküldüyündən, armaturlar korroziyaya uğramışdır. Binanın bütün mərtəbələrində əlavə eyvanlar artırıldığından, yükdaşıyan konstruksiyalarda əlavə yüklər yaranmışdır ki, bu da bünövrədə deformasiya etmə riski yaratmışdır. Pilləkən qəfəsəsində pəncərəüstü atma və pilləkən tirlərində bəzi yerlərdə xırda ölçülü çatlar müşahidə olundu. Binanın arxa fasad divarında binanın xaricinə qapı boşluğu açılmışdır ki, bu da xarici yükdaşıyan divarın yükgötürmə qabliyyetinin azalmasına səbəb olmuşdur. Binanın bəzi girişlərində, pilləkən qəfəsələrində tikinti norma və qaydalarına əməl edilmədən xaotik şəkildə quraşdırılmış elektirik xətləri sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və su axıdıcı boruların nasaz vəziyyətdə olmasından, dam örtüyünün bəzi yerlərində asbestsement şiferlərin çatlaması, sınması nəticəsində divarların nəmlənməsi, suvaq qatının qopmaları və tökülmə halları müşahidə olundu. Binanın mişarlanmış əhəngdaşından olan yükdaşıyan divarlarda hörg edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məru saylı binanın sol yan fasad divarında suvaq qatı olmadığından, binada antisej istifadə edilmədiyi açıq-aşkar görünür. Baxış keçirilmiş binalar eyni illərdə və birtipli layihə əsasında inşa edildiyindən bunu digər binalara da şamil etmək olar. Yuxarıda qeyd edildiyi kimi sakinlər yaşayış sahəsini artırmaq məqsədilə müxtəlif illərdə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Açıq eyvanların əksəriyyəti bağlanmışdır. Yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları açılmışdır. Binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinin artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılmaması, hörgüdə istifadə olunan sement-qum məhlulunun keyfiyyətsızliyi, əhəngdaşından olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının açılması binaya konstruktiv baxımdan xələl gətirmiş və binanın davamlılıq baxımdan möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətində olan, şəhərin və ərazinin ümumi görününşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 27520 ha torpaq sahəsi həmin tikililərin istifadəşiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMCnin istifadəsinə verilməsinə dair göstəriş verilmişdir. 18 mart 2020-ci il tarixli 1572 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, “icarəyəverən” Bakı Şəhər İcra Hakimiyyəti İcra Hakimiyyətinin Başçısının 55 saylı, xx.xx.2020-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 27520 kv.m torpaq sahəsi “icarəçi” İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC Cavabdeh qarşı kirayə haqqı və digər yaşayış sahəsi verilməklə mənzildən çıxarılma və tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 16,6 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 17 saylı mənzilin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsi; kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 16,6 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 17 saylı mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və həmin mənzilin iddiaçı “Ailə Park" QSC tərəfindən sökülməsi; kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 16,6 kv.metrdən ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 17 saylı mənzilin əvəzinə 2 (iki) il müddətinə yeni tikiləcək 6-cı binanın 2-ci mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 41,3 kv.metrdən ibarət olan təmirli yaşayış sahəsinin Cavabdeh təhvil verilməsi; sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək iddiaçı “Ailə Park" QSC tərəfindən Cavabdeh hər ay 300 (üç yüz) manat məbləğində kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli **********94 saylı, Azərbaycan Resbublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamı əsasında Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız (kəskin qəzalı) vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14, 14A, 16,16A, 83A və 85A saylı) binaların (köhnə tipli tikililərin) sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında “Ailə Park" QSC-yə 2,7520 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 hektar torpaq sahəsinin 49 il müddətinə “Ailə Park" QSC-nin istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı QSC arasında 1572 saylı 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında" müqavilə bağlanmışdır. “Ailə Park" QSC müqavilə üzrə öhdəliklərini Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020ci il tarixli Sərəncamına əsasən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq icra edir. Hazırda Bakı şəhəri Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən və kəskin qəzalı vəziyyətdə olan 12 saylı binada yaşayan mənzil sahiblərinin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların mənzillərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır. Binanın təhlükəli vəziyyətdə olmasını nəzərə alaraq bu proses təxirə salınmadan davam edilməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi ev 12 ünvanında yerləşən 17 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə də danışıqların aparılmasına baxmayaraq cavabdeh QSC qarşısında əsassız tələblər irəli sürdüyündən onunla razılıq əldə olunması mümkün olmamışdır. Qeyd edilir ki, İddiaçı QSC tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqqları təklif olunur. İddiaçı QSC Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı 11 mart 2020-ci il tarixli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. QSC tərəfindən Cavabdeh digər mənzil sahibləri kimi, sahib olduğu yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 41,3 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 300 (üç yüz) manat kirayə haqqı təklif olunur. İddiaçı “Ailə Park" QSC cavabdehin mənzilinin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A saylı binaların 200-dən artıq sakini ilə mənzillərin sökülməsi və inşa ediləcək binada yeni mənzilin təhvil verilməsi barədə notarial müqavilələr bağlamışdır. Həmçinin QSC öz üzərinə adıçəkilən binanın (sahib olduqları mənzillərin əvəzinə) sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni bina inşa edilərək təmirli mənzillərin və tikinti gedən dövr ərzində sakinlərə hər ay kirayə haqqlarının verilməsi öhdəliyini götürmüşdür. Cavabdeh ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Nəzərə alınmalıdır ki, vətəndaşların yaşadığı kəskin qəzalı vəziyyətdə olan binaların sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Beləliklə cavabdeh tərəfindən hüquqdan sui-istifadə etməklə əsassız tələblər irəli sürülməsi nəticəsində kəskin qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keçirilməsini qeyri-mümkün edir və mənzillərini ədalətli razılaşma əsasında təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini pozur. Cavabdeh özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. Sərəncamın icrası ilə əlaqədar iddiaçı tərəfindən həmin ünvanlarda yaşayan sakinlərlə danışıqlar aparılmış, böyük əksəriyyəti ilə razılıq əldə olunmuş, notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqavilələri bağlanmışdır. Lakin iş üzrə cavabdeh tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real və icrası mümkün olmayan tələblər irəli sürür. Nəticə etibarı ilə həmin ərazidə köçürülən digər şəxslərin də hüquqları pozulmaqda davam edir. Belə ki, cavabdehin əsassız tələbləri digər şəxslərlə iddiaçı tərəfindən bağlanılan əvəzləşmə müqavilələri üzrə öhdəlikləri vaxtında yerinə yetirilməsinə böyük maneçiliklər törədir. Bundan başqa mənzillərindən köçürülmüş sakinlərə müvəqqəti yaşayış sahəsi ilə təmin olunması üçün nəzərdə tutulmuş müddətdən artıq mütamadi olaraq kompensasiya (kirayə haqqı) ödənilməsi QSC-yə külli miqdarda maddi zərər vurur. “Ailə Park" QSC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. İddiaçı hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 12 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş Cavabdeh məxsus olan yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binada təmirli 41,3 kv.m yaşayış sahəsinin tikilib təhvil verilməsi və aylıq 300 (üç yüz) manat kirayə haqqı verilməsi şərti ilə boşaldılaraq sökülməsi üçün İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh iddia tələbi ilə razı deyil, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, ünvan 1 ünvanında yerləşən mənzil 150528 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh xüsusi mülkiyyətindədir. Vəsiqəyə əsasən mənzilin yaşayış sahəsi 16.6 kv.m təşkil edir. İddiaçının istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamı dövlət ehtiyacları üçün nəzərdə tutulmamış və cavabdeh üçün heç bir sosial öhdəliklər yaratmır. İddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyində (halbuki qanunvericiliklə digər rəy tələb olunur) Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A) binalara gözlə baxış keçirilmiş və rəyi tərtib edənlər gördüklərini rəydə təsvir etmişlər. Yəni, rəy heç bir elmi-metodoloji normativlərə əsaslanmadan, heç bir mənbəyə istinad etmədən sadəcə gözlə görünənlərə əsaslanmaqla tərtib edilmişdir. Göründüyü kimi, mənzilin qəzalı vəziyyətdə olması məhkəmə qərarı ilə təsdiq edilməlidir. İddiaçı tərəfindən cavabdehin mənzilinin kəskin qəzalı vəziyyətdə olması barədə hər hansı məhkəmə qərarı təqdim etməmişdir. İddiaçı ərizəsində qeyd edilən Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixli 1572 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə bağlanarkən həmin torpağın ümumi istifadədə olması nəzərə alınmamış, mənzil mülkiyyətçilərinin razılığı olmamışdır. Göründüyü kimi cavabdehin xüsusi mülkiyyətində olan mənzil dövlət ehtiyacları üçün deyil, iddiaçının sahibkarlıq fəaliyyəti üçün qanunsuz olaraq ədalətsiz şərtlərlə əvəzi ödənilməklə əlindən alınmaq istənilir. Halbuki, cavabdeh xüsusi mülkiyyətində olan mənzildən tam razıdır və hər hansı təmir və ya tikinti işlərinin aparılmasına ehtiyacı yoxdur. Yuxarıda bütün qeyd edilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil etiraza əlavəyə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçı məhkəməyə müvafiq sənədlər təqdim etsə də, həmin sənədlərin surətlərini təqdim etmişdir. Halbuki, məhkəmə prosesində iddianın əsasını təşkil edən sənədlərin əslləri və ya notarial təsdiq edilmiş surətləri olmalıdır. Digər bir hal iddiaçı tərəfindən surəti təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyin özü şübhə doğurur. Belə ki, rəyə müşayiət məktubu əlavə edilməmiş, rəyin qeydiyyatdan keçib-keçməməsi barədə yuxarı orqan tərəfindən heç bir təsdiq əlavə edilməmiş, rəyə vurulan möhürlər aydın görünmür.Qeyd olunanlara əsasən iddia tələbi heç bir mötəbər sübuta söykənmədiyi və əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2265/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 16,6 kv.metrdən ibarət olan 12 saylı evin 17 saylı mənzili Cavabdeh tərəfindən boşaldılaraq sökülməsi üçün İddiaçı QSCyə təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 17 saylı mənzilin əvəzinə 2 il müddətinə həmin mənzilin yerləşdiyi binanın yerində yeni tikiləcək 6 saylı binanın 2-ci mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 41,3 kv.m ölçüdə təmirli mənzilin Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh hər ay 300 manat məbləğində kirayə haqqı ödənilməsinin “Ailə Park" QSC-nin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə rədd olunması, dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 17 saylı mənzili Cavabdeh mülkiyyətindədir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən, yaşayış üçün yararsız vəziyyətində olan, şəhərin və ərazinin ümumi görününşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 27520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsinə dair göstəriş verilmişdir. Məhkəmə hesab etmişdir ki, istismar müddəti keçmiş, qəzalı mənzildə cavabdehin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehin müvafiq cəmiyyətin təklifini qəbul edərək yaşayış sahəsini sökülməsi üçün təhvil verməmələri ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzili təhvil verməsi ilk növbədə onun üçün həyati vacib məsələdir. Hansı ki, onun mənzili təhvil verdiyi halda, mülkiyyətində olan mənzilə uyğun tam təmirli mənzilin verilməsi sərəncamla İddiaçı QSC-nin üzərinə qoyulmuş vəzifədir və cəmiyyət də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir. Hazırkı cavabdehdən fərqli olaraq, mübahisəli ərazidə yaşayan digər şəxslər onlara yaradılmış şəraitdən və İddiaçı MMC-nin əlverişli təkliflərindən yararlanaraq, habelə texniki və təhlükəsizlik baxımından istismara yararsız və insanların yaşaması üçün təhlükə törədə biləcək qəzalı vəziyyətdə olan mənzillərdə yaşamaqdan imtina edərək əvvəlki yaşayış yerlərini tərk etmişlər. Cavabdehin məhkəmə iclaslarında şəxsən özünün iştirakı dəfələrlə təklif olunsa da, cavabdeh özü məhkəməyə gəlməkdən yayınmışdır. Cavabdehdən mülkiyyətində olan mənzillə bağlı ədalətli hesab etdiyi kompensasiyanın məbləğini səsləndirməsi təklif olunmuş, Cavabdeh səlahiyyətli nümayəndəsi və vəkili cavabdehin mənzili satmaq istəmədiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir. Məhkəmə belə qənaətə gəlmişdir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamını icra edən İddiaçı QCC tərəfindən cavabdehin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehə söküləcək mənzilə görə yeni və təmir mənzil, həmçinin həmin mənzil ona təhvil verilənədək aylıq kirayə haqqının ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehin öz mülkiyyətlərində olan yaşayış sahəsindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin məlum sərəmcamı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi nöqteyinəzərindən icra olunmalıdır. Həmin maddənin tələbinə əsasən mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək, yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək, yaşayış sahələrindən istifadə qaydalarını müəyyən etmək, vətəndaşların yaşayış sahələrindən çıxarılmasının əsaslarını, qayda və şərtlərini müəyyən etmək, yaşayış sahələri barəsində ayrı-ayrı əqdlərin hüquqi tənzimlənməsi, dövlət mənzil fondunun yaşayış sahələrindən istifadəyə və saxlanmasına, bu fondun yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti həyata keçirmək və sair aiddir. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, cavabdehin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan yaşayış binalarından köçürülmələri, yerində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binalarının tikilməsi ilk növbədə yararsız binalarda yaşayan insanların həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Məhkəmə iddia tələbi ilə bağlı daha sonra qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 16,6 kv.metrdən ibarət olan 12 saylı evin 17 saylı mənzil Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 150528 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh xüsusi mülkiyyətindədir. Belə olan halda, mənzilin Cavabdeh qeyri-qanuni sahibliyindən götürülməsindən söhbət gedə bilməz və iddia tələbi bu hissədə əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə cavabdeh tərəfin etirazının dəlillərində əsas gətirdiyi mübahisəli rəy üzrə bildirmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)8712/2024 saylı qərardadı üzrə iddiaçı X3 Azərbaycan Respubliksası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı rəyin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Sözügedən qərardadda qeyd olunur ki, mübahisələndirilən rəy inzibati akt deyil və məcburi hüquqi qüvvəyə malik deyildir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13, 29, 43-cü maddələrinə, “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 16.1, 152.1, 152.6, 560,1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 5.3, 18-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 107, 119.1, 218.1-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X8 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2265/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edərək cavabdehin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-qanuni sahibliyindən götürülərək, boşaldılmasına, sökülməsinə, sökülmüş mənzilin yenisi ilə əvəz edilməsinə və kirayə haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli, **********94 saylı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Ağentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamına Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yarasız (kəskin qəzalı) vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A) binaların, köhnə tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşa üçün icazə əsasında İddiaçı QSC -yə 2.7520 ha torpaq sahəsi ayrılmışdır. Həmçinin, Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixli 1572 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanmışdır. Binaların təhlükədə olmasını nəzərə alaraq yuxarıda qeyd edilən sənədlər əsasında İddiaçı QSC tikinti işləri görməkdədir. ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh ilə danışıqların aparılmasına baxmayaraq cavabdeh QSC qarşısında əsassız tələblər irəli sürdüyündən onunla razılıq əldə olunması mümkün olmamışdır. İddiaçı QSC Cavabdeh ümumi sahəsi 41.3 kv.m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib qurtaranadək ayda 300 manat kirayə haqqı təklif edir. İddia tələbi qismən təmin edilmişdir. İddiaçının istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamı dövlət ehtiyacları üçün nəzərdə tutulmamış və cavabdeh üçün heç bir sosial öhdəliklər yaratmır. Qeyd edilən mənzil cavabdehin xüsusi mülkiyyətindədir və cavabdehi şəraitinə görə tam qane edir. İddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Ağentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyində (halbuki qanunvericiliklə digər rəy tələb olunur) Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli (12, 12A, 14, 14A, 16, 16A, 83A və 85A) binalara gözlə baxış keçirilmiş və rəyi tərtib edənlər gördüklərini rəydə təsvir etmişlər. Yəni, rəy heç bir elmi-metodoloji normativlərə əsaslanmadan, heç bir mənbəyə istinad etmədən sadəcə gözlə görünənlərə əsaslanmaqla tərtib edilmişdir. Mənzil Məcəlləsinin 28.3-cü maddəsin əsasən mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Göründüyü kimi, mənzilin qəzalı vəziyyətdə olması məhkəmə qərarı ilə təsdiq edilməlidir. İddiaçı tərəfindən cavabdehin mənzilinin kəskin qəzalı vəziyyətdə olması barədə hər hansı məhkəmə qərarı təqdim etməmişdir. Birinci instansiya məhkəməsi etirazda da qeyd edilən bu hala münasibət bildirməmişdir. İddiaçı ərizəsində qeyd edilən Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı QSC arasında xx.xx.2020-ci il tarixli 1572 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlanarkən həmin torpağın ümumi istifadədə olması nəzərə alınmamış, mənzil mülkiyyətçilərinin razılığı olmamışdır. Göründüyü kimi cavabdehin xüsusi mülkiyyətində olan mənzil dövlət ehtiyacları üçün deyil, iddiaçının sahibkarlıq fəaliyyəti üçün qanunsuz olaraq ədalətsiz şərtlərlə əvəzi ödənilməklə əlindən alınmaq istənilir. Halbuki, cavabdeh xüsusi mülkiyyətində olan mənzildən tam razıdır və hər hansı təmir və ya tikinti işlərinin aparılmasına ehtiyacı yoxdur. Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli, 4 saylı Qərarı) İddiaçı məhkəməyə müvafiq sənədlər təqdim etsə də, həmin sənədlərin surətlərini təqdim etmişdir. Halbuki, məhkəmə prosesində iddianın əsasını təşkil edən sənədlərin əslləri və ya notarial təsdiq edilmiş surətləri olmalıdır. Digər bir hal iddiaçı tərəfindən surəti təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun xx.xx.2020-ci il tarixli rəyin özü şübhə doğurur. Belə ki, rəyə müşayiət məktubu əlavə edilməmiş, rəyin qeydiyyatdan keçib-keçməməsi barədə yuxarı orqan tərəfindən heç bir təsdiq əlavə edilməmiş, rəyə vurulan möhürlər aydın görünmür. Bütün bunlar məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi qətnamədə “Məhkəmə cavabdeh tərəfin etirazının dəlillərində əsas gətirdiyi mübahisəli rəy üzrə bildirir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8712/2024 saylı qərardadı üzrə iddiaçı X3 Azərbaycan Respubliksası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı rəyin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Sözügedən qərardadda qeyd olunur ki, mübahisələndirilən rəy inzibati akt deyil və məcburi hüquqi qüvvəyə malik deyil” kimi qeyd etmişdir. Göründüyü kimi məhkəmə işin mahiyyətinə aid olmayan məhkəmə qərardadını baxılan işə aid etmişdir. Hərçənd ki, məhkəmə iclaslarında cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsində Bakı şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi barədə iddia qaldırıldığına baxmayaraq (sərəncam –inzibati aktdır) öz icraatında olan işin dayandırılması barədə vəsatəti təmin etməmişdir. Ona görə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2265/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, dəqiqləşdirilmiş iddia tələbləri ilə də razı olmadıqlarını bildirib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı MTK-nın nümayəndəsi X12 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirdi ki, binada iddiaçı ilə birlikdə iki nəfər sakinlə razılıq əldə edilməsi mümkün olmamışdır. Cavabdehə təklif olunan mənzilin nömrəsi 1-dir. Nümayəndə həmçinin kirayə haqqı və mənzilin nömrəsi hissəsində iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, kirayə haqqının aylıq 400 manat, mənzilin nömrəsinin isə 1 müəyyən edilməsini, qalan hissədə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 12. Dövlətin ali məqsədi İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 13.Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 3.0.20. tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsi; Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması; 4.2.3. mənzil fondunun inkişaf strategiyasının müəyyən edilməsi; 4.2.4. tikinti kompleksinin inkişaf strategiyasının müəyyən edilməsi, təbii tikinti ehtiyatlarından səmərəli istifadənin təmin olunması; 4.2.5. şəhərsalma və tikinti fəaliyyətinin hüquqi və iqtisadi tənzimlənməsi; 4.2.6. şəhərsalma və tikintiyə dair normativ sənədlər sisteminin yaradılması (tikintinin texniki reqlamentlərinin təsdiq edilməsi də daxil olmaqla) və təkmilləşdirilməsi; 4.2.7. ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsi. Maddə 4.3. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. Maddə 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Maddə 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Maddə 17.4. Yerin təkindən və torpaqdan qənaətlə və səmərəli istifadə olunmalıdır. Kənd təsərrüfatı, meşə və yaşayış məqsədləri üçün istifadə edilən ərazilər başqa məqsədlər üçün yalnız əsaslandırılmış zəruri ölçüdə nəzərdə tutulmalı və istifadə edilməlidir. Maddə 17.5. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1- ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2020-ci il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. X9 Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan Qərarında ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulması zamanı sökülən mənzillərin mülkiyyətçilərinə vurulan zərərin əvəzinin pulla kompensasiya olunmasını tam istisna etməmiş, lakin belə kompensasiyanın vurulan zərərə mütənasib olmalı, üçüncü şəxslərin hüquq və maraqlarının nəzərə alınmalı olmasını göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər; Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən faktiki olaraq iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Belə ki, Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 55 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində köhnə tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında İddiaçı MMC-nin (hazırda MTK) istifadəsinə verilmişdir. Həmin sahədə yerləşən, mübahisələndirilən mənzilin sahəsi çıxarışa əsasən yaşayış sahəsi 16,6 kv.m. təşkil edir. Mənzilin mülkiyyətçisi Cavabdeh tam mülkiyyət hüququ ilə mənzilin sahibidir. Hazırda iddiaçı cavabdehə məxsus mənzilin QSC-yə ayrılmış torpaq sahəsində yerləşdiyinə, qəzalı vəziyyətdə olduğuna, sakinlərin əksər hissəsi ilə razılığa gəldiklərinə əsaslanaraq, yeni tikiləcək binada mənzil və kirayə haqqı verilməsi müqabilində onun mənzildən çıxarılması və mənzilin söküntü üçün təhvil verilməsi tələbini irəli sürmüşdür. Göründüyü kimi iddia tələbi təmin olunan hissədə cavabdehi mülkiyyət hüququndan məhrum etmir və ya onun hüququnu məhdudlaşdırmır. Əksinə, ona daha geniş, abad, tam təmirli yeni mənzildə yaşamaq və həmin mənzilə mülkiyyət hüququ əldə etmək imkanı yaradır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasında mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə baxımından iddiaçının hazırkı tələblərlə çıxış etməsi cavabdehin mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Çünki faktiki olaraq tərəflər arasında cavabdehə məxsus mənzilin sökülməsi ilə bağlı ixtilaf yoxdur. Belə ki, cavabdehində yarısı sökülmüş, qəzalı vəziyyətdə olan, kommunal xidmətlərin göstərilməsi dayandırılan (və ya dayandırılacaq) binada tək yaşamaq istəməsi inandırıcı deyildir. Yəni faktiki olaraq ixtilaf, yalnız cavabdehin sökülməli olan mənzilinin müqqabilində ona veriləcək əvəzin (istər naturada, istərsə də pul ekvivalenti olaraq) həcmi ilə bağlıdır. Belə olan halda isə hazırkı mübahisədə cavabdehə məxsus mülkiyyət hüququna müdaxilənin olub-olmaması, eləcə də onun qanuni əsaslarının yoxlanılmasına zərurət aradan qalxır. Bu halda məhkəmənin müəyyən etməli olduğu yeganə hal çəkişən tərəflər arasında mütənasibliyin qorunmasının, eləcə də ədalətli və ağlabatan əvəzin verilməsinin təmin edilməsindən ibarət olmalıdır. Kollegiya qeyd edir ki, son illərin formalaşmış işgüzar praktikası və müvafiq olaraq da oturuşmuş məhkəmə təcrübəsi ondan ibarətdir ki, Bakı şəhərində əsasən sökülən evlərinmənzillərin əvəzində mövcud sahədən 20-30 faiz artıq olmaqla yeni tikilmiş binada təmirli mənzillər verilməsi ilə mübahisələr həll olunur. Hazırkı iş üzrə iddiaçı isə cavabdehə qəzalı binada olan rəsmi sənədlərdə sahəsi 16,6 kv.m. olan mənzilin əvəzinə 41,3 kv.m tam təmirli yeni mənzil verilməsini öhdəsinə götürür ki, bu da cavabdehə öz hazırkı mənzilindən 50% çox əlavə, həm də tam təmirli sahəsi olan mənzilin verilməsi deməkdir. Belə olan halda cavabdehin yararsız vəziyyətdə olan söküləcək mənzilinin əvəzində ona yeni, müasir tələblərə cavab verən, abad, bütün kommunal xidmətlərə təmin edilən və tam təmirli mənzilin verilməsi, mənzilin verilməsinədək isə müvafiq kirayə haqqının ödənilməsi çəkişən tərəflər arasında ədalətli balansın və mütənasibliyin təmin edilməsinə dəlalət edir. Həmçinin iddiaçı tərəf Məhkəmə kolegiyasının iclasında ərizə ilə müraciət edərək təklif edilən aylıq kirayə haqqının 400 manat, mənzilin nömrəsinin isə “1” olaraq müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehə qəzalı binada olan 16,6 kv.metrdən ibarət mənzilin əvəzinə 41,3 kv.m təmirli, yeni mənzilin verilməsi, eləcə də, cavabdehə hər ay 400 manat kirayə haqqı ödənilməklə mənzilin söküməsi və həmin mənzildən çıxarılması barədə irəli sürülən təklif “ədalətli balans” prinsipinə uyğun olduğundan, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yeni mənzil cavabdehə təhvil verilənədək ona ödənilməli kirayə haqqı və qeyd edilməyən mənzilin nömrəsi hissəsində dəyişdirilməli, cavabdehə yeni 1 saylı mənzil təhvil verilənədək hər ay ödənilməli kirayə haqqı 400 manat müəyyən edilməli, qətnamə apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı nəticəyə gələrkən, həmin ünvanda mənzillərinin sökülməsinə razılıq vermiş və həmin ünvanda yeni inşa ediləcək binalarda mənzillərinin təhvil verilməsini gözləyən çoxsaylı digər vətəndaşların da mənzil hüquqlarının vaxtında təmin olmasının zəruriliyini nəzərə alır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2265/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi qismən, Cavabdeh İddiaçı MTK tərəfindən təhvil veriləcək mənzilin nömrəsi və yeni mənzil təhvil verilənədək ona ödənilməli kirayə haqqı hissəsində dəyişdirilsin, İddiaçı MTK tərəfindən Cavabdeh təhvil veriləcək mənzilin nömrəsi 1, hər ay ödənilməli kirayə haqqı 400 (dörd yüz) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən, qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6174/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6174/2024
25.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver