Məhkəmə qərarları › İş №2(103)-6177/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6177/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6177/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, X1 qarşı (üçüncü şəxslər: 51 saylı Notariat Ofisi, Maraqlı şəxs2 QSC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi) pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4723/2021 №-li xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 2.250.000 manat borc pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh1 xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2548/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı il apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş Sabunçu Rayon Məhkəməsinə qaytarılmış, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti eyni əsaslarla qaytarılmış və apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Hazırda Cavabdeh1 qeyd birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ilkin apellyasiya şikayəti prosessual qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada elektron qaydada verilmiş, lakin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi apellyasiya şikayətinin 17 yanvar 2022-ci il tarixdə verilməsinə görə müddətin ötməsi barədə yalnış qənaətə gəlmişdir. Halbuki, apellyasiya şikayətinin verilməsi üçün sonuncu gün, yəni 16 yanvar 2022-ci il həftənin bazar gününə düşdüyündən müddət buraxılmış hesab edilə bilməz. Qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar Əlavə 2-də qeyd edilən qrafanın tam doldurulması texniki olaraq nəzərdən yayındığı üçün verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi ilə nəticələnsə də, hesab edir ki, tərəfindən qətnamə ilə narazı olduğuna dair niyyətini açıq-aşkar nümayiş etdirdiyindən və hazırda apellyasiya şikayətinin yenidən dolğun şəkildə Əlavə-2-nin şərtlərinə uyğun verildiyi nəzərə alınaraq, bu hal texniki və formal səhv hesab olunaraq prosessual müddətin buraxılması üzrlü hesab olunmalı və bərpa edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Cavabdeh1 qərardaddan şikayət verərək onun ləğv olunmasını, ərizənin təmin olunmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 ərizə ilə müraciət edərək işə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə şifahi icraat qaydasında baxılması üçün əsaslar müəyyən etmədiyindən vəsatəti rədd etdi və işə yazılı icraat qaydasında baxdı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadı ləğv edilməli, ərizə təmin olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Cavabdeh1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4723/2021 saylı iş üzrə qəbul etdiyi 06 oktyabr 2021-ci il tarixli qətnaməsini xx.xx.2021-ci il tarixində şəxsən imza edərək qəbul etmişdir. Bundan sonra apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə “Elektron Məhkəmə” İnformasiya Sistemininə yerləşdirmişdir. MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (maddə 129.2). İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (maddə 128.3). Hazırkı mülki iş üzrə müvafiq məhkəmə qətnaməsi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmi qaydada təhvil alınmış, prosessual müddətin axımı xx.xx.2021-ci ildən başlamış, cavabdeh 1 aylıq müddətin son günündə, yəni xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Digər tərəfdən, müddətin axımı xx.xx.2021-ci il tarixdən hesablansa belə, MPM-in 129.2-ci maddəsinin tələbinə müvafiq olaraq müddət cavabdeh tərəfindən ötürülməmişdir. Belə ki, müddətin son günü xx.xx.2022-ci il qeyri-iş gününə düşdüyündən, apellyator növbəti gün apellyasiya şikayəti verməklə yenə də müddəti ötürməmişdir. Apellyasiya şikayəti qaytarıldıqdan sonra müddətin buraxılması isə yalnız qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən elektron qaydaya əməl olunması və qərardadın məhkəmə qaydadasında mübahisələndirilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti vermə müddəti üzrlü səbəbdən buraxılmışdır və ona görə də həmin müddət bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4723/2021 №-li iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab olunaraq bərpa edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar