Məhkəmə qərarları › İş №2(103)-6177/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6177/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6177/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MED Corporation MMC-yə və Cavabdeh1 qarşı «maddi və mənəvi zərərin ödənilməsi» tələbi barədə mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər "xxxx" MED Corporation MMC və Cavabdeh1 nümayəndə və vəkili Vəkil2 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər "xxxx" MED Corporation MMC-yə və Cavabdeh1 qarşı «maddi və mənəvi zərər» barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 59,000 ABŞ dolları (100,300 manat), mənəvi zərərə görə 50.000 manat və ödənilmiş 440 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 yanvar 2022-ci ildə axşam saatlarında kəskin ürək çatışmazlığı tutması keçirmişdir. Bir neçə ildir ki, özü həkim olduğundan öz klinikalarında yəni X6 aorta stenozu ilə bağlı müşahidə olunurdu. Bundan əlavə o uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkir. Vəziyyətini nəzərə alaraq, yəni xəstələndikdən 2 gün sonra Bakı şəhərində yerləşən X13 müayinə olundu. Müayinənin nəticəsi “aorta stenozu, 3 kornar arteryanın daralması, sol mədəciyin ejeksion fraksiyası” diaqnozu qoyulmuşdur. Ona cərrahi müalicə təklif olundu (açıq ürək əməliyyatı). O ürək əməliyyatı ilə razılaşdı, lakin dərhal qapalı cərrahiyyə üsulu olan endoskopik endovaskulyar cərrahiyyə edəcək xəstəxana, həkim axtarmağa başladı. Araşdırmaları nəticəsində ona İstanbul Klinikasında işləyən həkim-kardioloq Cavabdeh1 təklif etdilər. Daha sonra Dr. Cavabdeh1 ilə əlaqə saxladı və məlum oldu ki, o həftə ərzində 2-3 dəfə bu əməliyyatdan edir və bu sahədə təcrübəsi böyükdür. Həkim onu da bildirdiki, 23 yanvar 2022-ci il tarixində Bakıya gəlir. Əvvəlcədən razılaşdıqları kimi Dr. Cavabdeh1 Bakıya gələn günü onunla "xxxx"-da görüşdülər. Həmin gün angiografiya edilərək ürəyinə 4 stent (süni damar) qoydular vəd edilər ki, bir həftədən sonra endoskopik aorta qapağı qoyacaqlar. Lakin növbəti həftə ərzində o COVİD-19 virusuna yoluxdu. Buna baxmayaraq, həkimlər ona bildirdilər ki, əməliyyat ləğv edilməyib. Bu məsələni Cavabdeh1 ilə müzakirə etdi və o dedi ki, Türkiyədə bu hal əməliyyata heç bir maneçilik törətmir. Bundan sonra növbəti həftə həkimin özü COVİD-19 virusuna yoluxdu və əməliyyat başqa vaxta təyin edildi. Fevral ayının 18-də Dr. Cavabdeh1 Türkiyə Cümhuriyyətində yerləşən “İstanbul Klinikası”nın Şəhmuz adlı reanimatoloqu ilə birlikdə ona "xxxx"-da endovaskulyar aorta qapağının dəyişdirilməsi əməliyyatı həyata keçirdi. Dr.Cavabdeh1 sözlərinə görə əməliyyat uğurla keçmişdi. Səhəri gün ondan əməliyyatın qarşılığı olaraq 15000 ABŞ dolları aldılar və onu evə buraxdılar. Əməliyyatdan sonra yəni evə buraxıldıqdan sonra nəfəsi kəsilməyə, tənəffüsündə problemlər başladı və yenidən "xxxx"-ına qayıtdı. Dr. Cavabdeh1 onu exokardioloji müayinədən keçirdi və hər şeyin qaydasında olduğunu yəni klapanın yerində olduğunu, tam fəaliyyət göstərdiyini bildirdi. 5 gündən sonra yəni fevral ayının 22-də onun bağırsaq ifrazatı qara rəng oldu və daxili qanaxma əlaməti ilə stasionar müalicə üçün X5 getməyə məcbur oldu. Müalicədən 4 gün sonra mədə qanaxması dayandı və evə yazıldı, amma növbəti 3 gün sonra ağır nəfəsdarlığı ilə əlaqədar yenidən X2yıtmalı oldu. Türkiyədən müalicəsi ilə reanimator Şəhmuz həkim məşğul olurdu. Xəstəxanada iki dəfə atrial fibrilasiya (ürək ritm pozğunluğu) keçirdi. Bu müddət ərzində həkim Cavabdeh1 deməsinin əksinə (o hər dəfəsində ona narahat olmamağını, əməliyyatın tam qaydasında, düzgün icra etdiyini deyərək aldadırdı) nəfəsdarlığı azalmadı. Ona böyük dozada diuretiklər (sidikqovucu preparatlar) və Beta-blokerlər (preparatlar) verilmişdi. Bu da onda böyrək çatışmazlığına və ürək daxili blokadaya səbəb olmuşdu. Demək olar ki, 1 ay xəstəxanada yatdı və bu dərmanları böyük dozada qəbul etməyə davam edərək evə buraxıldı. Hər dəfəsində Cavabdeh1 dediyi bütün müalicələri almağına baxmayaraq, yaxşı olmadığını anlayıb mart ayının sonunda məcburən İstanbula getməli oldu (artıq Dr. Elnur telefon zənglərinə baxmır), orda Elnur və Şəhmuzu tapdı və onu işlədikləri klinikada müayinə etdilər, ürəyinin atım/boşalma fraksiyasının 40-45%-ə qədər azaldığını qeyd etsələr də hər şeyin qaydasında olduğunu dedilər!!!

3. Eyni zamanda Şəhmuz onunla müzakirə edərkən dedi ki, zaman keçdikcə kardiostimulyator implantasiya etmək lazım gələcək və hər şey yaxşı olacaq. Xəstəliyinin yaxşıya doğru getməməsindən şübhələri artırdı və həkimlərin yetərsiz, qeyri-peşəkar münasibətləri və müdaxilələrindən şübhələnərək İstanbulda başqa bir həkim-kardioloqa müayinə olunmaq qərarına gəldi. Həmin klinikada olan müayinələrimdən dərhal sonra klapanın yerində olmadığını və çox aşağı olduğunu deyən Ömər adlı həkim əlavə olaraq memorial transesophagelokardioqrafiyada müayinə təyin etdi. Ondan sonra dedi ki, qapaqda bir qədər yerdəyişmə var.

4. Bundan sonra o Bakıya qayıtdı, amma get-gedə pisləşsə də yazılan müalicəni davam etdirdi. Səhhətində vəziyyət o yerə çatdı ki, yeriyə bilmədi, ayaqları boşaldı və həm xəstəxanada, həm də evdə iki dəfə yıxıldı. Oktyabr ayının 15-də həkim-kardioloq Abbasəli Abbasəliyevə müraciət etdi. O, da onu müayinə etdikdən sonra bildirdi ki, qoyulan klapan yerində deyil. Dr. Cavabdeh1 təyin etdiyi B-blokerlərdə ürəyinin bloklanmasına gətirib çıxarıb, ona görə yıxılmışdır. Ona bildirdi ki, təcili olaraq əməliyyat olunmalısan. Dr. Cavabdeh1 ilə əlaqə saxladı və o ona bildirdi ki, əməliyyatın əleyhinədir. X14 həkimə zəng edərək ona təzyiq edərək bildirdi ki, klapan yerindədir və bu guya iddiaçının anatomik xüsusiyyətləridir.

5. Artıq vəziyyətinin çox ağırlaşdığını görən yaxınları dekabr ayının 14-də onu xərəkdə halsız vəziyyətdə Ankaraya Medicana klinikasına apardılar. Orada Prof. Dr. Ergin Bozkurt müayinə etdi və ürəyinin boşalma fraksiyasının 15-20% olduğunu, qapağın yerində olmadığını, artıq 1 ilə yaxındır qapaqsız yaşadığını və bunun da nəticəsində ürəyində ciddi hemodinamik və anatomik dəyişikliklər baş verdiyini bildirdi. Ona əlavə olaraq onu da bildirdi ki, ürək cərrahları ölüm riski yüksək olduğundan əməliyyatdan imtina edirlər.

6. Bakıda aorta qapağının kim tərəfindən qoyulduğunu öyrəndikdən sonra Prof. Dr. Bozkurt dediki, Elnur həkimin bu əməliyyatı təkbaşına aparmağa haqqı yoxdur. Nəticədə o, ölüm riski yüksək olduğundan və başqa çarəsi olmadığından yenidən əməliyyat olunmağa qərar verdi və Prof. Dr. Ergin Bozkurt eyni əməliyyatı edərək qapağı dəyişdirdi və başqa bir aorta qapağı qoydu. Əməliyyatdan dərhal sonra o, özünü daha yaxşı hiss etdi. Ertəsi gün ürək boşalma/atım fraksiyası 30-35%-ədək yüksəldi, təzyiq 120-dən aşağı düşmədi. Qaraciyər göstəriciləri yaxşılaşmağa başladı. Sonuncu əməliyyat sonrası ümumi vəziyyəti demək olar ki, normallaşmağa başladı, halsızlığı yox oldu, ayaqlarındakı halsızlığı düzəldi, solğunluğu çəkildi, eyni zamanda iş qabiliyyəti artdı. Laboratoriya təhlillərində parametrləri normala qayıtdı. Belə ki, o əməliyyatdan əvvəlki kimi əlil arabasında-xərəkdə deyil, Ankaradan evə təkbaşına qayıtdı. Əməliyyatdan bir ay sonra Prof. Dr. Ergin Bozkurt müayinəsi üçün yenidən Türkiyəyə getdi. Özünü yaxşı hiss edirdi, daha aktividi. Amma müayinələrdə ürəyin asinxronişinin azaldığını, lakin davamlı olduğunu, ürək çıxışının artdığını göstərdi. Ona kardistimulyator quraşdırmağı tövsiyyə etdilər. Dr. Cavabdeh1 ürəyinə taxdığı aorta qapaq/klapan səhv qoyulduğundan və normal işləmədiyi üçün demək olar ki, yaratdığı fəsadları bərpa etmək çətin olduğunu bildirdilər.

7. Hazırda özünü yaxşı hiss edir, aktiv işləyir, sidikqovucu dərman qəbul etmir və analizləri normallaşıb. Onu da qeyd edir ki, başına gələn hadisə təkcə Dr. Cavabdeh1 tibbi səhvi deyil, onun həyatına etdiyi qəsddir. Cavabdeh1 qəsdən səhvini gizlətməsi ona qarşı cinayətdir. Cavabdeh1 səhvi nəticəsində o həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Halbuki, o əməliyyatını düzgün etsəydi nə mənəvi iztirab çəkər, nə də sağlamlığına qalıcı zərərlər dəyməzdi. Bütün bu proseslərdə o əvvəlki səhhətinə qayıtmaq üçün təqribi olaraq 59.000 ABŞ dolları (100,300 AZN) məbləğində pul xərcləmiş və bu xərclədiyi məbləğlər rəsmi olaraq aparılmışdır.

8. Səbail Rayon Məhkəməsinin 2(009)-121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia qismən təmin edilmiş, 84.298,7 manat məbləğində maddi zərərin, 1000 manat məbləğində mənəvi zərərin əvəzi cavabdehlər "xxxx" MED Corporation MMC və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 220 manat hissəsinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

9. İddiaçı və cavabdehlər tərəfindən tərəfindən qətnamədən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:

10. İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətində qeyd etmişdir ki, rayon məhkəməsinin pulun tutulması hissəsindəki mövqeyi olduqca qeyri- müəyyən olmuşdur. Rayon məhkəməsi qətnamədə qeyd etmişdir ki, “maddi zərərin tutulması” hissəsində Bakı şəhərində həyata keçirilmiş 1-ci TAVİ əməliyyatı üçün 31,450 manat, İstanbul şəhərində həkim Ömər Göktəkinin müayinəsi üçün 200 manat, İstanbul şəhərində “Memorial” klinikasında müayinə üçün ödənilmiş 900 ABŞ dolları, İstanbul şəhərində mehmanxanada gecələmək və taksi xidməti üçün müvafiq olaraq ödənilmiş 750 ABŞ dolları və 500 ABŞ dolları pulun əvəzinin tutulmasına münasibətdə tələb əsassızdır. Belə ki, qeyd olunan ödəmələri təsdiq edə biləcək hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı bildirir ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixdə ödənmiş 1310 manat məbləğində vəsaitin təsdiq edildiyi sənəd tam olaraq əssasızdır. Çünki məhkəmə kiçik bir araşdırma aparsaydı məlum olardı ki, bu tipli əməliyyatlar Cavabdeh2 MMC də hansı məbləğə edilir. Bu tam absurddur və Cavabdeh2 MMC məhkəməyə yalan məlumat verərək məhkəməni yanıltmışdır. Bundan əlavə onların məhkəməyə təqdim edə bilmədiyi ödəniş qəbzlərinin olmaması ona əsas vermir ki, onlar o ödənişləri etməyib. Belə ki, həmin an o, özündə olmamış və yaxınları həmin ödəniş qəbzlərinə nə zamansa zərurət yaranacağını düşünməmişdir. Bundan əlavə məlum məsələdir ki, o, xaricdə olarkən taksi xidmətlərindən istifadə etmiş və onunla ora gedən həyat yoldaşının orda qalması, eyni zamanda onun zəruri təlabatları da maddi ziyan olaraq cavabdehlərdən tutulmalıdır. Eyni zamanda, 1000 manat məbləğində mənəvi zərərin tutulması hissəsindən də narazıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında izah edir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla bağlı bildirir ki, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin nəticəsini yəni zərərlərini (fəsadlarını) o, hələ də çəkir. Belə ki, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində o, bərpa olunmayan ürək qüsurlarını qazanmış və hələ də o, həkim nəzarətindədir. Rayon məhkəməsinin isə 50.000 min manatdan 1000 manat hissəsində mənəvi zərəri tutması ədalətsizlikdir. Bundan başqa, onun sağlamlığına təqsirli hərəkətləri nəticəsində ağır zərər vurulduğundan cavabdehlərin əməlində cinayət tərkibi olması ilə əlaqədar Mülki Prosessual Məcəllənin 264.5-ci maddəsinə əsasən bu barədə xüsusi qərardad çıxarıb prokurorluğa məlumat verilməsi hissəsində təmin edilməməsi tam qanunsuzdur. Belə ki, o, dəfələrlə Cavabdeh1 səhətinin daha da pisləşdiyini bildirməyinə baxmayaraq, o etdiyi səhv əməliyyatın izlərini gizlətmək üçün onun ölməyini gözləyirdi. Bundan əlavə onun müraciət etdiyi həkimlərə təsir edərək guya ki, o bu əməliyyatı düzgün etmişdir və onunla maraqlanan həkimləri təhdid edirdi. Odur ki, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti vermiş qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən ilkin və təkrar ekspertizalar keçirilmişdir. Hər iki ekspertizanın rəylərinə əsasən, əməliyyat düzgün qaydada aparılmış, heç bir yanlışlığa yol verilməmişdir. Hesab edir ki, keçirilmiş ekspertiza rəylərinə əsasən, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş üzrə keçirilmiş ekspertizalar nəticəsində tərtib olunmuş rəylərdə qeyd olunmuşdur ki, xəstəyə həkim tərəfindən qoyulmuş diaqnoz düzgün olmuş və əməliyyat düzgün icra edilmişdir. Ekspertlər məhkəmə iclaslarında vermiş olduqları rəyi təsdiq edirlər. Rəydə də qeyd olunur ki, iddiaçının əməliyyatdan sonra halının dəyişməsinə uğursuz "TAVİ" əməliyyatı ilə yanaşı qazanılmış ürək qüsurlarının xüsusiyyətləri, revmatizm, infeksion endokardit, ateroskleroz da səbəb ola bilər. İş üzrə verilmiş ekspert rəylərinə rayon məhkəməsi tərəfindən düzgün şəkildə qiymət verilməmişdir. İddiaçının maddi imkanının yaxşı olması səbəbindən ölkə xaricində yüksək maliyyə qarşılığında müalicə və müayinə olunması o demək deyildir ki, həmin məbləğ sonradan iddiaçı tərəfindən tələb olunmalıdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ekspert rəylərinə əsasən, koronar angioplastika və “Tavi” əməliyyatı zamanı hər hansı bir ağırlaşma qeyd edilməmişdir. İddiaçı "xxxx"a müraciətləri zamanı ona aparılmış kliniki, laborator və instrumental müayinələri əsasında təyin edilmiş diaqnozlar düzgün olmuşdur. Belə ki, iddiaçıya həkim Cavabdeh1 tərəfindən düzgün diaqnoz qoyulmuş və əməliyyat düzgün həyata keçirilmişdir. Bu hal iş üzrə ekspert rəyləri ilə də təsdiq olunur. Odur ki, qətnamənin qismən, iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh1 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, MMC-nin apellyasiya şikayəti ilə eyniməzmunlu apellyasiya şikayətində həmçinin bildirilmişdir ki, ona məhkəmə iclaslarının vaxtı və tarixi barədə heç bir məlumat göndərilməmiş və onun iştirakı təmin edilməmişdir. Bu da prosessual hüquq pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək, iddia tələbinin tam rədd olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, rayon məhkəməsində keçirilən ilkin və təkrar ekspert rəylərində diqqətlə yanaşılsa, müəyyən etmək olar ki, hətta açıq-aşkar həkimi müdafiə etməyə yönəlmiş həmin rəylər belə, iddia tələblərinin əsaslı olduğuna dəlalət edir. Çünki həmin rəylərdə də göstərilir ki, onun ürəyində aparılan ikinci əməliyyat dörd səbəblə əlaqəli ola bilərdi: 1.qazanılmış ürək qüsurlarının xüsusiyyətləri, 2.revmatizm, 3. infeksion endokardit, 4. ateroskleroz və 5.bəzi hallarda uğursuz “TAVİ” əməliyyatı. Cavabdeh tərəf ekspert rəylərində göstərilən 5 haldan dördünün, yəni 1.qazanılmış ürək qüsurlarının xüsusiyyətləri, 2.revmatizm, 3. infeksion endokardit, 4. aterosklerozun mövcudluğunu sübut etməli idi ki, onun ürəyində aparılmış ikinci “TAVİ” əməliyyatı birinci uğursuz “TAVİ” əməliyyatının nəticəsində icra olunmadığı müəyyən edilsin. Onun üzərində aparılmış bütün çoxsaylı analiz və yoxlamalarla ekspertlərin rəylərində istinad etdikləri həmin dörd əlamətin heç birinin onda olmadığı müəyyən edilmişdir. Demək ki, bununla da onun ürəyində aparılmış ikinci “TAVİ” əməliyyatının məhz birinci “TAVİ” əməliyyatının uğursuz həyata keçirilməsi səbəbindən məcburən icra edilməsi sübut edilir.

14. Eləcə də rayon məhkəməsində iddia tələbinin maddi zərərlə bağlı hissədə qismən təmin edilməsi düzgün deyil. Bu əməliyyata görə o realda 15000 ABŞ dolları bir və 3500 ABŞ dolları bir ödəmə etmişdir. Halbuki onlara verilən rəsmi arayışda guya həmin əməliyyatın 1300 manata icra edildiyi qeyd edilib. Ancaq ürəyə qoyulan cihaz özü 7-8 min ABŞ dollarıdır, bu da onu göstərir ki, arayışda göstərilən məbləğ reallığı əks etdirmir. Bundan başqa, taksi xərcləri ilə bağlı sübut verməsə də, bu xərcləri də ağılabatan məbləğdə təmin edilməli idi. Həmçinin o, birinci “TAVİ” əməliyyatından sonra demək olar ki, ölümcül vəziyyətə düşmüş, ölümlə üz-üzə qalmış və bu zəmində inanılmaz mənəvi sarsıntı və iztirab çəkmiş, lakin rayon məhkəməsinin mənəvi zərərlə bağlı hissədə tutduğu məbləğ hazırkı işin halları baxımından tam əhəmiyyətsiz olmuşdur. Odur ki, həmin hissədə də iddia tələbinin tam təmin edilməsini bildirdi. Həmçinin onun həyatını bilə-bilə təhlükədə qoymuş, onu ölümə məhkum etmiş həkim Cavabdeh1 və yalan rəy vermiş ekspertlər barəsində xüsusi qərar çıxarılmasını israrla xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini, cavabdehlərin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə 4 avqust 2023-cü il qərarında aortal qapağın endovaskulyar dəyişdirilməsi əməliyyatının dəyəri 35.000 manat müəyyən edilmişdir. Bu da onu göstərir ki, rəsmi arayışda guya həmin əməliyyatın 1300 manata icra edilməsi tamamilə absurddur. Həmçinin maddi zərərlə bağlı Türkiyədə olan xərclərlə bağlı da rayon məhkəməsi düzgün qənaətə gəlməyib, hesab edir ki, həmin hissədə də iddia tələbi ağılabatan məbləğdə təmin edilməli idi. Mənəvi zərər hissədə tutulan məbləğ isə hazırkı işin hallarına uyğun olmayıb, hazırkı işin halları baxımından rayon məhkəməsinin qət etdiyi məbləğ olduqca azdır və yetərli sayıla bilməz. Nümayəndə də əməliyyatı həyata keçirmiş həkim, eləcə də bilə-bilə düzgün olmayan rəy vermiş ekspertlərin barəsində xüsusi qərardad çıxarılmasına dair iddiaçının israrlı xahişini müdafiə etdiyini bildirdi.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, bu tipli işlərdə ekspert rəyi əhəmiyyətli olmasına, rayon məhkəməsi tərəfindən təyin olunmuş hər iki ekspert rəyi ilə iddiaçının ürəyində aparılmış “TAVİ” əməliyyatı ilə sonradan təkrar müdaxilələrin aparılması arasında səbəbli əlaqənin olması istisna edilməsinə baxmayaraq, rayon məhkəməsi iddia tələbini qismən təmin etmişdir. Belə təəssürat yaranır ki, işə baxmış hakim özü bu sahə üzrə bilici-mütəxəssisdir, peşəkar həkimlərin rəylərini kənara qoyub öz mülahizəsinə əsasən qətnamə qəbul etmişdir. Nümayəndə əlavə olaraq da bildirdi ki, rayon məhkəməsi işə baxarkən prosessual pozuntuya da yol vermiş, belə ki, o nümayəndə və vəkil olaraq yalnız apellyasiya mərhələsində MMC ilə yanaşı həm də Cavabdeh1 təmsil etsə də, lakin rayon məhkəməsində o, həkimi təmsil etməmiş, həkimin özünün iştirakını isə təmin etməmişdir. Bu səbəbdən də, qətnamənin iddia tələblərinin təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə də tələblərin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

17. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhz onun şəxsən iştirakının təmini üçün məhkəmə iclası bir həftə təxirə salınmış, xx.xx.2024cü il tarixinə təxirə salınmış məhkəmə iclasına Cavabdeh1 gəlməmişdir.Onun nümayəndə və vəkili Vəkil2 bildirmişdir ki, həkim İstanbuldadır o, məhz hazırkı məhkəmə iclasında iştirak etmək üçün bilet alıb bu gecə Bakıya gəldiyini qeyd etmiş və təkidlə iclasın bir daha təxirə salınmasını xahiş etmiş, iddiaçı tərəfin israrlı (iddiaçı tərəf bildirir ki, cavabdeh rayon məhkəməsində gedən proseslərdən tam məlumatlı olmuş, lakin heç bir iclasa gəlməmiş, indi də məhkəmədən yayınır, onun məhkəməyə gəlmək niyyəti yoxdur, ola bilsin ki, o Bakıya gəlib, lakin öz işləri ilə bağlı gəlib) etirazına baxmayaraq Cavabdeh1 nümayəndəsi və vəkilinin vəsatəti əsasında məhkəmə iclası daha bir dəfə də təxirə salınmış, lakin xx.xx.2024-cü il tarixdə isə vəkil Cavabdeh1 işlərinin olması ilə bağlı hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu əsasla da məhkəmə iclasının yenidən təxirə salınmasını xahiş etmişdir. Cavabdeh1 də məhkəməyə yazılı ərizə gödərərək işlərinin olması səbəbindən, məhz onun şəxsən iştirakının təmin olunması məqsədi ilə təxirə salınmış məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş, məhkəmə iclasının növbəti dəfə təxirə salınmasını istəmişdir.

18. Belə olan halda Məhkəmə kollegiyası Cavabdeh1 məhkəmə iclasında şəxsən iştirakının zəruriliyi barədə onun nümayəndəsi və vəkilinin vəsatətinin işə vaxtında baxılmasına maneçilik törətmək niyyəti ilə verildiyi qənaətinə gələrək hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun şəxsən iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

19. İddiaçı ilə "xxxx" MED Corporation MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tibbi xidmət müqaviləsinin surətindən görünür ki, tərəflər İddiaçı üzərində həkim cərrah Cavabdeh1 tərəfindən TAVİ əməliyyatının aparılması barədə razılığa gəlmişdirlər.

20. "xxxx" MED Corporation MMC-nin xx.xx.2024-cü il tarixdə cavab məktubundan görünür ki, İddiaçı tərəfindən hospitalın kassasına xx.xx.2022-ci il tarixdə 1310 manat ödənilmişdir (i/v 160, 2-ci cild).

21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X15 X21 xx.xx.2024-ci il tarixli, 04/KEŞ saylı rəyində qeyd olunur ki, İddiaçı ilkin olaraq xx.xx.2022-ci il tarixdə "xxxx"a müraciət etmiş və müayinə zamanı onda LADvə Cx damarlarında olan stenozlarla əlaqədar koronar angioplastika əməliyyatı aparılmışdır. Daha sonra İddiaçı xx.xx.2022-ci ildə yenidən "xxxx"a müraciət etmiş və onda mövcud olan “Qazanılmış ürək qüsuru, ciddi aortal stenoz. Keçirilmiş miokard infarktı. Ürək çatışmazlığı İİ f.s. şəkərli diabet İİİ tip” diaqnozu ilə əlaqədar “TAVİ” əməliyyatı (transaortik qapaq implantasiyası) icra edilmiş. Koronar angioplastika və “TAVİ” əməliyyatı zamanı hər hansı ağırlaşma qeyd edilməmişdir. -İddiaçı "xxxx"a müraciətləri zamanı ona aparılmış kliniki, laborator və instrumental müayinələri əsasında təyin edilmiş diaqnozlar düzgün olmuşdur. -İddiaçı "xxxx"a müraciəti zamanı onda mövcud olan qazanılmış ürək qüsuru və ciddi aortal stenozla əlaqədar “TAVİ” əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. -İddiaçı üzərində icra edilmiş invaziv müdaxilələrdən 10 ay sonra xx.xx.2022-ci il tarixdə aparılmış exokardioqrafiya müayinəsi zamanı onda aortal çatmamazlığın İİ-İİİ dərəcədə olduğu qeyd edilmişdir. Aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsi mümkündür. Bunlara revmatizm, infeksion endokardit, ateroskleroz, arterial hipertenziya və s. kimi səbəblər aid edilə bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı "xxxx"da aparılmış ilkin tibbi müdaxilələrdən sonra onun təkrar olaraq əməliyyata məruz qalması qazanılmış ürək qüsurlarının xüsusiyyətlərindən asılıdır. Beləliklə, aparılmış “TAVİ” əməliyyatı ilə sonradan təkrar müdaxilələrin aparılması arasında səbəbli əlaqənin olması istisna edilir.

22. Rayon məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılması üçün komission məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X15 X21 xx.xx.2024-ci il tarixli, KEŞ-349 saylı rəyində qeyd olumuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx"a müraciət etmiş və müayinə zamanı onda LAD və Cx damarlarında olan stenozlarla əlaqədar koronar angioplastika əməliyyatı aparılmışdır. -Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən "xxxx"a müraciət etmiş və onda mövcud olan “Qazanılmış ürək qüsuru, ciddi aortal stenoz. Keçirilmiş miokard infarktı. Ürək çatışmazlığı İİ f.s. Şəkərli diabet İİİ tip” diaqnozu ilə əlaqədar “TAVİ” əməliyyatı (transaortik qapaq implantasiyası) icra edilmişdir. Koronar angioplastika və “TAVİ” əməliyyatı zamanı hər hansı bir ağırlaşma qeyd edilməmişdir. -İddiaçı "xxxx"a müraciətləri zamanı ona aparılmış kliniki, laborator və instrumental müayinələri əsasında təyin edilmiş diaqnozlar düzgün olmuşdur. -İddiaçı "xxxx"a müraciəti zamanı onda mövcud olan qazanılmış ürək qüsuru və ciddi aortal stenozla əlaqədar “TAVİ” əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Aparılmış əməliyyat təyin edilmiş diaqnoza uyğun olmuşdur. İcra edilmiş invaziv müdaxilələrdən 10 ay sonra aparılmış (xx.xx.2022-ci il tarixdə) exokardioqrafiya müayinəsinə əsasən onda yenidən aortal çatmamazlığın İİ-İİİ dərəcədə olduğu qeyd edilmişdir. Aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsi mümkündür. Bunlara qazanılmış ürək qüsurlarının xüsusiyyətləri ilə yanaşı revmatizm, infeksion endokardit, ateroskleroz və bəzi hallarda uğursuz “TAVİ” əməliyyatı da səbəb ola bilər. Lakin yaranmış ağırlaşmada konkret olaraq hansı səbəbin həlledici olması haqqında fikir söylənilməsi mümkün olmadı. Həkim səhlənkarlığı məhkəmə-tibbi məfhum deyil.

23. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü ildə apostil olunmuş, tərcüməsi xx.xx.2024-cü ildə notarial təsdiq edilmiş X9 xəstəxanası proffessor Engin Bozkurtun xx.xx.2024-cü il tarixli, BSH/2024/4092427 nömrəli arayışından görünür ki, İddiaçı adlı pasientləri xx.xx.2022-ci il tarixində X7 Kardiologiya şöbəsinə müraciət etmişdir. Onun hekayəsində; Kəskin koronar sindromla getdiyi xarici mərkəzdə koronar angioqrafiya aparılıb. Çoxlu damar xəstəliyi aşkar edilmişdir. Daha sonra başqa mərkəzdə LAD va CX damarlarının stentlənməsi aparılıb. TAVİ proseduru 2022-ci ilin fevralında ayrıca sessiyada hayata keçirilib. TAVİ-dən sonra xəstənin klinik va laborator göstəricilərində ciddi pisləşmə başlandı. Bundan sonra bir çox mərkəzlərə müraciət etdi. Ürək çatışmazlığının müalicasinə başlanılıb, lakin müalicəyə baxmayaraq xəstənin kliniki vəziyyəti pisləşməkdə davam edib. Xəstə təngnəfəslikdən şikayətlənərək yeriyə bilməyəndə xx.xx.2022-ci il tarixdə xəstəxanalarına müraciət etmişdir. Obyektiv müayinədə ümumi vəziyyəti pis, taxikardiya, sl+s2+s3+, taxipneik (qeyri-ambulator NYHA-4), periferik- ödem 3+/3+, perfuziyanin az olmasi səbəbindən uclarında soyugluq/solgunluq+ olduğu üçün xx.xx.2022-ci il tarixində koronar reanimasiya şöbəsinə yerləşdirilib. Qəbul zamanı transtorasik exokardioqrafiya (Olava İ-Prosedur öncəsi Exokardioqrafiya) aparılıb va laboratoriya müayinələri (Əlavə 1-2 Laborator Analizi) tələb olunub. Exokardioqrafiyada kaskin paravalvular aorta çatışmazlığı müşahidə edildi.

24. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü ildə apostil olunmuş, tərcüməsi xx.xx.2024-cü ildə notarial təsdiq edilmiş X9 xəstəxanası proffessor Engin Bozkurtun xəstə İddiaçı barədə müayinə blankından məlum olur ki, anamnez va şikayet: 30 illik şəkərli diabet xəstəsi, 10 il əvvəl AD/aorta darlığı diaqnozu qoyulmuşdur: 2022-ci ilin yanvar ayında çatışmazlığı səbəbindən KAG əməliyyatı aparılıb. LAD-nin ortasında ciddi stenoz va RCA-da geniş yayılmış stenoz var. Əməliyyat məsləhət görülüb. Daha sonra xəstəyə başqa mərkəzə 4 stent qoyulub. 2 ədəd LAD qoyulub. (Distal stent altında açıq lezyon qaldı. CX distalına 2 uzun stent qoyuldu. RCA müalicə olunmadı. TAVi proseduru 2022-ci ilin fevral ayında aparılıb, (medtronic, mədəcikə doğru qoyulub." Ciddi paravalvulyar sızma var. Bundan sonra xəstənin ümumi vəziyyəti pisləşməyə başlayıb.

25. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü ildə apostil olunmuş, tərcüməsi xx.xx.2024-cü ildə notarial təsdiq edilmiş X9 xəstəxanası proffessor Engin Bozkurtun xəstə İddiaçı barədə xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokolundan görünür ki, laboratoriyada çoxorqan disfunksiyası müşahidə olunduğundan, xəstəyə tibbi müalicə ilə müəyyən qədər kompensasiya edildikdan sonra paravalvular irəliləmiş AR (aorta çatışmazlığı) üçün qapaqdaxili TAVİ planlaşdırılmışdır. Xəstə Hematoloji, Qastroenteroloji ve Nefroloji konsultasiyalardan keçib. Ürək çatışmazlığından ikincili böyrək çatışmazlığı va qaraciyər çatışmazlığı oldugu qənaətinə gəldi. Paravalvular aorta çatışmazlığı səbəbinden onun hemolitik anemiyasi olduğu da düşünülürdü. Xəstəyə 9 gün intensiv tibbi yardım göstərilib. Dəyərlərdə cüzi bərpa oldu. Lakin klinik relyef əldə olunmadığından CAG+ViV TAVİ-nın icrasına qərar verildi. KAG + ViV TAVİ xx.xx.2022 tarixində hayata keçirilmişdir. Pre-TAVİ X16 inkişaf etmiş aorta çatışmazlığını təsdiqlədi. TAVİ-dən sonra nəzarət aorta kökünün angioqrafiyasi aparıldı. Aorta çatışmazlığının tamamilə aradan qalxdığı müşahidə edildi. Xəstə koronar reanimasiya şöbəsinə yerləşdirilib. Ertəsi gün klinik rahatlama əldə edildi. Müayina zamanı gün ərzində klinik va laboratoriya göstəricilərinin tamamilə yaxşılaşdığı müşahidə edildi. Sonrakı müayinələr zaman LV funksiyasına uygun olaraq İCD-nin daxil olub-olmaması barədə qarar veriləcək. Xəstə tibbi müalicə va təqib tayinatları ilə evə buraxılıb. Xəstə hospitalizasiya edilib va 2022-ci ilin dekabr ayında TAVİ qapagi içində VİV əməliyyatı icra edildi. Kliniki olaraq tamamilə rahatlayıb. 2023-cü ilin fevral ayında KY cədvəli normala qayıtmadığı üçün CRT-d proseduru icra edildi. xx.xx.2023 Xəstə Azərbaycanda sinəsində təzyiq hissi və nəfəs darlığı yaşadığı üçün getdiyi mərkəzdə Troponin çoxluğu da aşkarlanaraq KAG edilib. LMCA lezionu görüldüyü üçün stent tövsiyə edilib. Xəstə stent üçün xəstəxanaya müraciət edib. Müayinə və nəticələr: obyektiv müayinə: dinləyərək üfürmə səsi yoxdur. S3+. TA: 110/70 mmHg Müalicə planı: Əsas koronar stenləşdirmə proseduru üçün xəstəxanaya yerləşdirildi.

26. İddiaçı tərəfindən təqdim edilən professor Jacob Lavee, M.D., (peşə təhsili və təcrübəsi: 1977-ci il - Tel-Oviv Universitetinin Tibb Fakültəsini M.D. cum laude (fərqlənmə) dərəcəsi ilə bitirmiş, X12 nömrəsi 12776; 1988-ci il – Ürək-Torakal Cərrahiyyə üzrə İsrailli Ekspert; ekspert lisenziyasının nömrəsi 907; Tel-aviv Universiteti Tibb Fakültəsinin Cərrahiyyə Professoru; 1991 - 2020-ci illar – X23 X3 bölməsinin təsisçisi va direktoru; 2021-ci ildən bəri - X24 Baş İdarəsində Risklərin X17 tibbi məsləhətçisi; 1999 - 2004-cü illər - İsrail Ürək-Torakal Carrahiyyə Cəmiyyətinin prezidenti; 2008-2010, 2015-2017-ci illər - X8 Cəmiyyətinin prezidenti; 2000-2020-ci illar israil Milli Transplantasiya Mərkəzinin Ürək və Ağciyər Transplantasiyası Komitəsinin sədri; 2008-2020-ci illər - X10 X20 Qrupunun israil nümayendasi; 2016-2020-ci illar – Tibbdə Keyfiyyət üzrə X1rşı Komitesində İsrail nümayandəsi;) İddiaçı ürək müdaxilələri ilə bağlı kliniki kursu ilə bağlı 2 iyul 2024-cü il tarixdə verdiyi və xx.xx.2024-cü ildə notarial qaydada tərcümə edilmiş ekspert rəyində qeyd etmişdir ki, ona ekspert rəyi üçün aşağıda göstərilən sənədlər təqdim olunub: -Bakıda Med Korporasiya MMC-dən 21 yanvar 2022-ci il tarixli koronar angioqrafiya hesabati va disk; Bakı Mərkəzi Neftçilar Xəstəxanasından 15 fevral 2022-ci il tarixli döş qəfəsinin KT hesabatı va diski; Bakıda Med Korporasiya MMC-dan 18 fevral 2022-ci il tarixli 1-ci TAVi hesabati va angiografiya diski; Bakı Markazi Neftçilar Xəstəxanasından 9 mart 2022-ci il tarixli döş qəfəsinin rentgenografiyası va diski; Bakı Mərkəzi Neftçilar Xəstəxanasından 2/25/2022, 3/4/2022, xx/xx/2022, 12/2/2022, xx/xx/2022, xx/xx/2022, 1/2/2023-cü il tarixli transtorasik exokardioqrafiya hesabatlari; İstanbuldan xx.xx.2022 tarixli Transezofageal exokardioqrafiya diski va hesabatı Ankaradan 20 dekabr 2022-ci il tarixli 2-ci TAVİ angioqrafiya diski. -Həkim professor qeyd edir ki, ona xəstənin heç bir tibbi məlumatı təqdim olunmayıb va onu müayinə etməmiş, ona görə də aşağıda göstərilənlər yalnız yuxarıda geyd olunan sənədlərə va disklərə baxıldıqdan sonra asaslandırılacaq. Həmçinin, Bakıda ilk transkateter aorta qapağı implantasiyası (TAVİ) əməliyyatından əvvəl mənə exokardiografiya hesabatı təqdim olunmayib, ona göre da bu prosedurun icrasının göstəricisi ile bağlı şərh verə bilməz. -Xəstəyə 21 yanvar 2022-ci il tarixinda koronar angiografiya aparılıb, nəticədə sol ön enən va sirkumfleks koronar arteriyalarda əhəmiyyətli koronar arteriya daralması askar edilib. Bu stenozlara stent qoyulmuşdur. -15 fevral 2022-ci il tarixində aparılan döş qəfəsinin KT müayinəsi zamanı hər iki plevra boşluğunda sərbəst maye yığılması aşkar edilib, naticədə sağ ağciyərin aşağı hissəsinin medial bazal seqmentinda atelektatik dəyişikliklər ve ikitərəfli mərkəzi tıxanıqlığı müşahidə olunub. -18 fevral 2022-ci il tarixində xəstəyə Bakıda TAVİ əməliyyatı aparılıb va orada Evolut-R CoreValve implantasiyası icra olunub. Prosedur hesabatında "Nəticə: Uğurlu TAVİ" qeyd edilsə də, prosedurun angiografiya diskinə baxış aydın şəkildə göstərir ki, protez TAVİ qapağı aorta halqası daxilində implantasiya edilməli olduğundan xeyli asağı implantasiya edilmişdir və o, geniş şəkildə sol mədəciyin çıxış yoluna çıxır. Üstəlik, prosedurun sonunda aorta köküne radiopak zərb vurulması əhəmiyyətli aorta çatışmazlığını aşkar edir. -Bakıda aparılan exokardioqrafik müşahidənin kritik xüsusiyyətləri asağıdakılardır: 25 fevral 2022-ci il: " Protez qapaq aortal vəziyyətdə müşahidə olunur. Funksiya normaldır". 15 mart 2022-ci il: " Protez qapaq aortal vaziyyətdə müşahidə olunur. Funksiya normaldır". 15 noyabr 2022-ci il: " Protez qapaq aortal vaziyyətdə (TAVÏ) müsahidə olunur; görünür ki, protez klapan üzərində Pmax=15mm civə sütunu qradiyenti ila normal vəziyyətdən asağıda yerləşir. Aorta çatışmazlıgının İİ-İİİ dərəcələri müsahidə olunub". 2 dekabr 2022-ci il: "Protez qapaq aorta mövgeyində Pmax=12mm civə sütunu qradiyenti ilə müşahidə edilir." İ dərəcəli aorta çatışmazlığı müşahidə edildi. 13 dekabr 2022-ci il: "Protez qapaq aorta mövqeyində Pmax=12mm civa sütunu qradiyenti ilə müsahidə edilir." Aorta regurgitasiyasi İ dərəcəyə qədər minimal olaraq təyin olunur. -31 mart 2022-ci il tarixində İstanbulda aparılan transozofageal exokardioqrafiya diskinə baxış zamanı, İİİ-İV dərəcə aorta çatışmazlığı ilə sol mədəciyə ciddi şəkildə aşağı yerdəyişmiş TAVİ qapağının olduğu aşkar olunur. Əksinə, müayinə hesabatında "Aorta qapağının proyeksiyasında aorta qapağının bioprostetik TAVİ qapağı müşahidə edilir. Minimal qapaq va paravalvüler çatışmazlıq müşahidə olunduğu" deyilir. -20 dekabr 2022-ci ildə xəstə bu dəfə Ankarada ikinci TAVİ əməliyyatı keçirdi. Sapien TAVİ gapağı əvvəlki Evolut-R CoreValve daxilində uğurla implantasiya edildi va naticədə minimal aorta çatışmazlığı yarandı. -Müzakirə: Transkateter aorta qapagi implantasiyas: (TAVİ) minimal invaziv bir prosedurdur. Bu prosedur zamanı köhnə va zədəlanmiş qapağı çıxarmadan xəstənin aorta qapağının içərisinə yeni bir qapaq daxil edilir. TAVİ yanaşması kateter vasitasilə aorta qapağı sahəsinə tam yığıla bilən əvəzedici qapaq verir. Yeni qapaq genişləndirildikdən sonra köhnə qapaq vərəqlərini kənara itələyir va əvəzedici qapaqdakı toxuma qan axımı tənzimləmə işini öz üzərinə götürür. -Bu prosedur, standart qapaq dəyişdirmə əməliyyatı üçün aşağı, orta va ya yüksək risk alanda simptomatik ağır aorta stenozu olan xəstələrdə həyata keçirilir. -Prosedurun müvəffaqiyyətlə başa çatması üçün implantasiya edilmiş qapaq yerli aorta qapağı halqası daxilində düzgün mövgedə implantasiya edilməlidir ki, bu prosedur implantasiya edilmiş qapagın sızması ila nəticələnsin. Buna isa öz növbəsinda aorta regurgitasiyası (catışmazlığı) deyilir. -İndiki halda, prosedurun Bakıdan götürülən angioqrafiya diskinə baxış aydın şəkildə göstərir ki, protez TAVİ qapaği aorta halgası daxilində implantasiya edilməli olduğundan xeyli aşağı implantasiya edilib va geniş şəkildə sol mədəciyin çıxış yoluna çıxır. Üstəlik, prosedurun sonunda aorta köküna radiopak zərb vurulması əhəmiyyətli aorta çatışmazlığını aşkar edir. Belə bir nəticə prosedurun hesabatında yazıldığı kimi "uğurlu" kimi təsvir edilə bilməz. -Ona Bakıda pasiyentin monitoringinin exokardioqrafiya müayinə diskləri verilməyib, yalnız onların hesabatları ilə təmin edilmiş, ona görə də onların təsvirinin keyfiyyəti ila bağlı şərh verə bilməz. -15 noyabr tədqiqatında protezin normal vəziyyətdən aşağıda yerlaşdiyi va əhəmiyyətli dərəcədə İİ-İİİ dərəcəli aorta çatışmazlığının müşahidə edilmasinə baxmayaraq 25 fevral va 4 mart 2022-ci il tarixlərində ilk iki exokardioqrafik müayinadə protez aorta qapagının funksiyasının normal olaraq necə şərh edildiyini başa düsməkdə çətinlik çəkir. Oxşar müşahidə daha əvvəl 31 mart 2022-ci ildə İstanbulda edilən exokardioqrafik müayinədə görüldü, baxmayaraq ki, araşdırmanın rəsmi hesabatı normal olaraq şərh edildi. 2022-ci il dekabrın 2 və 13-də Bakıda aparılan sonrakı müayinə zamanı anormal yerdəyişmiş protez qapağı qeyd etmədən yalnız minimaldan İ dərəcəyə qədər aorta çatışmazlığı bildirildi. -20 dekabr 2022-ci il tarixinde Ankarada hayata keçirilən ikinci TAVİ qapaq daxili qapaq proseduru uğurlu oldu vo minimal aorta çatışmazlığı ilə nəticələndi. Əvvəldə qeyd edildiyi kimi, o, xəsta ilə görüşməmiş, ona görə də onun kliniki gedişatının təfərrüatlarına malik deyil. Bununla belə, yuxarida qeyd olunan müayinələri nəzərə alaraq, qapaq daxili qapaq TAVİ prosedurunun niyə çox əvvəllər aparılmadığını anlamaq çətindir. Şübhə yoxdur ki, birinci TAVi amaliyyatindan sonra ikinci əməliyyatın həyata keçirilməsinə qədər keçen on ay ərzində xəstənin ağır aorta çatışmazlığı keçirməsi onun ürəyinə zərər vurmuş va həyatı üçün təhlükəli olmuşdur.

27. Rayon məhkəməsinin 04 iyul 2024-cü il tarixli məhkəmə iclasında ifadə verən komission rəyin verilməsində iştirak etmiş ekspert, Kordiologiya İnstitunun ürək çatışmamazlığı şöbəsinin rəhbəri, t.e.d.professor X19 bildirmişdir ki, rəy verməmişdən öncə şəxs müayinədən keçirilmişdir. Əməliyyat tarixçəsi ilə tanış olmuşdur. Aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsi mümkündür. Bunlara qazanılmış ürək qüsurlarının xüsusiyyətləri, revmatizm, infeksion endokardit, ateroskleroz və uğursuz “TAVİ” əməliyyatı da səbəb ola bilər. Qeyd etdiyim xəstəliklərin heç biri nə 1-ci, nə də 2-ci əməliyyatdan öncə xəstədə mövcud olmamışdır. 2-ci əməliyyat ehtimal ki, 1-ci əməliyyatın qüsuru ilə bağlı icra edilmişdir. 1-ci əməliyyatdan sonra xəstə ölümcül halda olmuşdur. 2-ci əməliyyatdan sonra xəstə tam sağalmışdır. Protez damara tam yerləşdirilmədikdə bu cür hallar baş verməsi mümkündür. Protez düzgün yerləşdirilmədikdə qan geri axır. Düzgün yerləşsə idi bu cür hal baş verməməli idi. Xəstənin halının pisləşməsi 2-ci əməliyyatdan sonra 2 saat ərzində düzəlmişdir. Çox güman ki, 1-ci əməliyyatın düzgün icra edilməməsi nəticəsində xəstənin halı pisləşmişdir (bax, mülki iş, 2-ci cild, vərəq148).

28. Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında komission rəyin verilməsində iştirak etmiş Ekspertiza Mərkəzinin eksperti, 2006-cı ildən sahəsi üzrə iş təcrübəsinə malik ekspert Anar Şıxəmmədov ifadəsində bildirmişdir ki, komisyon ekspertiza rəyini imzalamış 4 mütəxəssisdən yalnız Hacıyev Azad kardiologiya üzrə mütəxəssisdir. Rəy verilərkən xəstənin xəstəlik kağızı incələnmişdir. Diaqnoz xəstəyə düzgün qoyulmuşdur, lakin A.Hacıyevin bildirdiyindən və xəstənin səhhətində baş vermiş dəyişikliklərdən də belə başa düşmək olar ki, 2-ci əməliyyat ehtimal ki, 1-ci əməliyyatın qüsurlu olması ilə bağlı icra edilmişdir(bax,mülki iş, 2-ci cild, vərəq167-168). Tətbiq edilən maddi hüquq normaları:

29. Azərbaycan Respublikası Mülkü Məcəlləsi:

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

31. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

37. Maddə 1097.2. Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir.

38. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

39. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

40. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

41. Sağlamlığın qorunması hüququ Konvensiya və ya onun Protokolları əsasında təmin edilən hüquqlar arasında yer almasa da, X18 Konvensiyanın 2-ci maddəsi əsasında daşıdıqları pozitiv öhdəliklərinə paralel olaraq 8-ci maddə əsasında da pozitiv öhdəliklər daşıyırlar, belə ki, birincisi, onlar həm dövlət xəstəxanaları, həm də özəl xəstəxanalar tərəfindən pasiyentlərin fiziki toxunulmazlıq hüququnun qorunmasına yönələn müvafiq tədbirlərin mütləq qaydada görülməsini nəzərdə tutan hüquqi aktları qəbul etməli və ikincisi, tibb personalının səhlənkarlığından zərər çəkənlərin müvafiq hallarda kompensasiya əldə edə bilməsi üçün müvafiq prosedurlara çıxışını təmin etməlidirlər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Vasileva Bolqarıstana qarşı” iş üzrə qərarının 63-cü bəndi).

42. Bu öhdəliyin yerinə yetirilməsi üçün bu cür icraat təkcə nəzəri cəhətdən mövcud olmamalı, həm də praktikada effektiv şəkildə fəaliyyət göstərməlidir (bax: Gecekuşu Türkiyəyə qarşı (kk.), № 28870/05, 25 may 2010-cu il və yuxarıda adı çəkilən Spyra və Kranczkowski, § 88).

43. ...o, həmçinin Konvensiyanın 2-ci maddəsinə uyğun olaraq paralel müsbət öhdəlik halında olduğu kimi, müvafiq məsələlər üzrə effektiv tibbi ekspertizadan keçmək imkanını da nəzərdə tutur. Məsələn, səlahiyyətli orqanlar məhkəmə prosesində iştirak edən ekspertlərin həm formal, həm də faktiki müstəqilliyini və onların nəticələrinin obyektivliyini təmin etmək üçün kifayət qədər qayğı göstərməlidirlər, çünki bu, çox güman ki, yüksək ekspertizanın hüquqi qiymətləndirilməsi zamanı mühüm əhəmiyyət kəsb edəcək. Tibbi səhlənkarlığın mürəkkəb məsələləri (bax: Bajić Xorvatiyaya qarşı, № 41108/10, § 95, 13 noyabr 2012-ci il və Karpisiewicz Polşaya qarşı (dek.), № 14730/09, § 59, 11 dekabr 2012-ci il, həmçinin Skraskowski Polşaya qarşı (dek.), № 36420/97, 6 aprel 2000-ci il eyni tələb daha az açıq şəkildə qoyulmuşdu). Əlavə tələb odur ki, ekspertlər bütün müvafiq məqamları diqqətlə araşdırsınlar və öz qənaətlərinin səbəblərini kifayət qədər təfərrüatlı şəkildə göstərsinlər (bax: Baldovin Rumıniyaya qarşı, № 11385/05, § 23, 7 iyun 2011-ci il və Altuğ və başqaları Türkiyəyə qarşı , № 32086/07, §§ 78-81, 30 iyun 2015) və məhkəmələr və ya işlə məşğul olan digər orqanlar həmin nəticələri lazımi qaydada yoxlayırlar (bax: Csoma, § 56 və Altuğ və Digərləri, § 82, hər ikisi yuxarıda göstərilən). İxtisaslaşmış qurum tərəfindən verilən rəyin avtomatik olaraq müvafiq məsələlərin sonrakı ekspertizasını istisna edən qəti sübut kimi qəbul edildiyi sistem bu tələbdən kənara çıxır (bax: Eugenia Lazăr Rumıniyaya qarşı, № 32146/05, §§ 76-80 , 16 fevral 2010-cu il, yuxarıda göstərilən Baldovin, § 24 və yuxarıda göstərilən Csoma; § 61).

44. ...Bundan əlavə, Məhkəmə belə hallarda verilən ekspert rəylərinin obyektivliyinin həmin rəyi verən ekspertlərin həkim olması və öz həmkarlarını tənqid etməmək kimi etik borcu olması baxımından avtomatik şübhə doğura biləcəyi ilə razılaşa bilməz. Csősz Macarıstana qarşı (№ 34418/04, §§ 31 və 35, 29 yanvar 2008-ci il) işində, demək olar ki, eyni təqdimat qarşısında Məhkəmə belə qərara gəldi ki, belə işlərdə ekspert rəyinin həkimlər tərəfindən verilməsi normaldır. Həmin ekspertlərin öz həmkarlarını haqsız yerə tənqid etməmək etik borcu olsa da, məhkəmə tərəfindən təyin edilmiş ekspert kimi fəaliyyət göstərərkən onlar həm də yalan rəy verdiyinə görə cinayət məsuliyyəti daşıyırlar – bu barədə ifadə verməzdən əvvəl onlara məlumat verilməlidir (yuxarıda 52-ci bəndə bax). Bu, hətta bu cür cinayətlərə görə cinayət təqibinin predmetin mürəkkəbliyi baxımından praktikada tətbiqi çətin olsa belə, ciddi çəkindirici vasitə kimi qiymətləndirilməlidir. Konvensiyanın tibbi ekspertiza sübutlarının ixtisaslaşdırılmış müəssisələrdən götürülməsini tələb etdiyi qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Əksinə, Məhkəmənin presedent hüququndakı nümunələr göstərir ki, bu cür müəssisələrə tibbi səhvlər ilə bağlı işlərdə əsas rolun verilməsi bəzi hallarda bu cür səhvlərin qurbanı olmuş şəxslərin öz hüquqlarını səmərəli şəkildə müdafiə etməsinə mane ola bilər (bax: Eugenia Lazar, §§ 78-). 80 və S.B. Rumıniyaya qarşı, §§ 70-74, hər ikisi yuxarıda göstərilən)

45. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarı.

46. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

47. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı.

48. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir.

49. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında mənəvi zərərlə bağlı dəfələrlə qeyd etmişdir ki, pozuntu faktının müəyyən olunması, bu faktın etiraf edilməsi öz-özlüyündə vurulmuş mənəvi zərərin kompensasiyası kimi qiymətləndirilə bilər.

51. Avropa Məhkəməsi «Scordino İtaliyaya qarşı (no 1), §178 və 193» işində göstərmişdir ki, …pozuntunun aşkar şəkildə etiraf olunması (ən azından mahiyyət etibarilə) və aradan qaldırılması iddiaçını zərərçəkmiş statusundan məhrum edir. Bu, digər faktorlardan əlavə həm də pozulmuş hüququn xarakteristikası, verilmiş qərar üçün gətirilən əsaslardan … asılıdır. («Jensen Danimarkaya qarşı» və «Freimanis və Lidums Latviyaya qarşı, §68» Məhkəmə eyni mövqeyi təkrarlamışdır).

52. Avropa Məhkəməsinin mövqeyinə görə hüquqların bərpa edilməsi aidiyyəti və yetərli olmalıdır. Bu işin bütün hallarından, xüsusilə Konvensiya pozuntusunun xüsusiyyətindən asılı olacaqdır (Gafgen Almaniyaya qarşı, §116) məhkəmə həmçinin qeyd etmişdir ki, şəxsin zərərçəkmiş statusunun qalıb qalmaması … tətbiq olunan hüquqi müdafiə vasitələrinin effektivliyindən (çeviklik də daxil olmaqla) asılı ola bilər («Normann Danimarkaya qarşı, Scordino İtaliyaya qarşı (no 1), §202, həmçinin Jensen və Rasmussen Danimarkaya qarşı və Gafgen Almaniyaya qarşı, §118 və 119) Tətbiq edilən prosessual hüquq normaları:

53. Mülki Prosessual Məcəllə

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

56. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

60. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

61. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

62. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

63. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

65. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

66. 384.0.3. qətnaməni dəyişdirə bilər; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

67. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən, cavabdehlərin apellyasiya şikayətinə münasibətdə iddia tələbinin təmin edilən hissəsində, demək ki, tam yoxlayır.

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

69. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində dəyişdirilməli, qətnamə iddiaçının şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxalnılmalı, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməməlidir.

70. Məhkəmə kollegiyası ilkin olaraq, həm də xüsusi olaraq qeyd edir ki, iddiaçının rayon məhkəməsinə təqdim etdiyi Türkiyədə Cümhuriyyətində həyata keçirilən əməliyyatla bağlı xx.xx.2024-cü ildə apostil olunmuş, tərcüməsi xx.xx.2024-cü ildə notarial təsdiq edilmiş X9 xəstəxanası proffessor Engin Bozkurtun tərəfindən tərtib edilmiş rəy, xülasə və protokollar, eləcə də iddiaçı tərəfindən təqdim edilən professor Jacob Lavee tərəfindən iddiaçının ürək müdaxilələri ilə əlaqədar kliniki kursu ilə bağlı 2 iyul 2024-cü il tarixdə verdiyi və xx.xx.2024-cü ildə notarial qaydada tərcümə edilmiş mütəxəssis rəyi MPM-in 76, 77.1.,78.1, 80 və 89-cu maddələrinin tələbinə cavab verən və tam uyğun olaraq əldə edilmiş və təqdim olunmuş, demək, həm də MPM-in 88-ci maddəsinin tələbinə əsasən qiymətləndirilməli olan sübutlardır.

71. İddiaçının apellyasiya şikayətinin dəliilləri ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdeh MMC-də keçirilən əməliyyata görə 1300 manat əməliyyat xərci barədə MMC-dən rəsmi arayış verilməsinə baxmayaraq, əslində əməliyyat üçün 15.000 ABŞ dolları bir və 3.000 ABŞ dolları bir pul ödəməsinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissəsi ilə bağlı iddiaçı tərəf yetərli ola biləcək sübut təqdim edə bilmədiyindən, rayon məhkəməsi həmin əməliyyatın xərcinin yalnız 1300 manat hissədə təmin etməkdə prosessual qanunvericiliyin tələbləri baxımından haqlı olmuşdur. İddiaçı tərəf bununla bağlı konkret sübutlara deyil, daha çox məntiqə və ağlabatan mühakiməyə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ehtimalən iddiaçının bu xüsusatla bağlı bildirdikləri doğru ola bilər, lakin maddi zərərlə bağlı məsələ müzakirə edildikdə məhkəmə yalnız dəqiq və şəksiz olan sübutlara əsaslanmaqla konkret hansısa məbləğin tutulmasına qərar verə bilər. Məhkəmə ehtimal və gümanlar əsasında konkret məbləğin tutulmasına qərar verə bilməz.

72. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Türkiyə Respublikasında olarkən çəkdiyi taksi və sair cari xərcləri ilə bağlı da hesab edir ki, həmin hissədə də sübut təqdim edilmədiyindən rayon məhkəməsi iddia tələbini həmin hissədə MPM-in 77.1-ci maddəsinə əsasən təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası bu halla bağlı da bundan öncəki bənddə qeyd olunan mövqeyini təkrar edir.

73. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının ürəyində aparılmış birinci əməliyyatın uğursuz olması nəticəsində onun vəziyyətinin pisləşməsi, əməliyyatdan sonra cavabdeh həkimin onun həyatına biganə və laqeyd (bəlkə də səhlənkar) münasibəti, bundan sonra ikinci əməliyyatın keçirilməsi, iddiaçının bu uzanan müddət ərzində nagüman qalması, ciddi narahatlıq keçirməsi və real olaraq ölümlə üz-üzə qalması və müvafiq olaraq da ümidsizliyə qapılması nəticəsində ağlasığmaz mənəvi sarsıntı və iztirab keçirməsi danılmazdır- şəksizdir, çünki işin mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, iddiaçı hər gün ölümünü gözləməyə məhkum durumda olmuşdur.

74. Belə olan halda, Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı halda Avropa Məhkəməsinin presedentlərində vurğulandığı kimi, yalnız pozuntu faktının müəyyən edilməsi ədalətli kompensasiya sayıla bilməz, belə bir yanaşma bu işin halları baxımından ədalətli və mütənasib olmayacaqdır. Buna görə də iddiaçıya həm də müvafiq pul kompensasiyası ödənilməlidir. Düzdür, rayon məhkəməsi tərəfindən mənəvi zərərə görə pul kompensasiyası müəyyən edilsə də, buna görə tutulan məbləğin 1000 manat müəyyən edilməsi hazırkı işin halları nəzərə alındıqda yetərli və ədalətli olmamışdır. Kollegiya hesab edir ki, hazırkı işin halları baxımından mənəvi zərərə görə iddiaçının xeyrinə tutulmalı məbləğin 10.000 manat müəyyən edilməsi ağılabatan olmaqla, həm də ədalətlidir.

75. Belə olan halda müəyyən olunur ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mənəvi zərərə görə cavabdehdən tutulmalı məbləğ hissədə dəyişdirilərək mənəvi zərərin əvəzi kimi tutulan məbləğ 10.000 manat müəyyən edilməlidir.

76. Cavabdehlər eyniməzmunlu apellyasiya şikayətlərindəki əsas dəlilləri əldə edilmiş ekspert rəyləri ilə aparılmış “TAVİ” əməliyyatı ilə sonradan təkrar müdaxilələrin aparılması arasında səbəbli əlaqənin olmasının istisna edilməsinə baxmayaraq, rayon məhkəməsinin iddia tələbini qismən təmin etməsinin əsassız olmasıyla bağlıdır. Başqa sözlə desək, cavabdehlər hesab edirlər ki, iki ekspert rəyi ilə iddiaçının ürəyində aparılmış birinci əməliyyatla ikinci əməliyyatın arasında səbəbli əlaqənin olmadığı müəyyən edildiyindən, rayon məhkəməsinin fərqli qənaətə gəlməsi düzgün olmamışdır, həm də ona görə ki, bu sahə xüsusi bilik tələb edən suallarla bağlı olmuşdur.

77. Məhkəmə kollegiyası cavabdehlərin eyniməzmunlu şikayətlərinin həmin dəlili ilə bağlı qeyd edir ki, onların istinad etdikləri ekspert rəyləri ilə razılaşmayan rayon məhkəməsinin qənaəti əsaslı olmuşdur.

78. Məhkəmə Kollegiyası qеyd еdir ki еkspеrt rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir.

79. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

80. Еkspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vахt yüksək olаr ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yаlnız bu hаldа ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.

81. Bu baxımdan cavabdehlərin istinad etdikləri ekspert rəylərinin yuxarıda istinad olunan tələblərə cavab verib-vermədiyi araşdırılmalıdır.

82. Mülki işin materialları ilə müəyyən olunur ki, rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə -tibbi ekspertizası təyin olunmuş və Məhkəmə Tibbi Ekspertiza və X15 X21 xx.xx.2024-ci il tarixli, 04/KEŞ saylı rəyi alınmışdır. Həmin rəy məhkəmə iclasında tədqiq olunarkən iddiaçı tərəf əsaslandırılmış vəsatət verərək həmin rəyin aşkar qərəzli və əsassız olması səbəbindən təkrar ekspertiza keçirilməsini xahiş etmiş və vəsatətinə iddiaçının Türkiyədə keçirdiyi ikinci əməliyyatla bağlı olan bütün zəruri rəyləri və xülasələri məhkəməyə təqdim etmişdir (bax, müki iş. 2-ci cild, vərəq 15-19, vəsatətə əlavə edilən sənədlər, vərəq 20-52). Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin vəsatəti əsaslı sayılaraq təmin edilmiş və iş üzrə komission məhkəmə- tibbi ekspertizası təyin olunmuşdur.

83. Buna əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X15 X21 xx.xx.2024-ci il tarixli, KEŞ-349 saylı rəyində qeyd olumuşdur ki, ...aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsi mümkündür. Bunlara qazanılmış ürək qüsurlarının xüsusiyyətləri ilə yanaşı revmatizm, infeksion endokardit, ateroskleroz və bəzi hallarda uğursuz “TAVİ” əməliyyatı da səbəb ola bilər. Lakin yaranmış ağırlaşmada konkret olaraq hansı səbəbin həlledici olması haqqında fikir söylənilməsi mümkün olmadı.

84. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü ildə apostil olunmuş, tərcüməsi xx.xx.2024-cü ildə notarial təsdiq edilmiş X9 xəstəxanası proffessor Engin Bozkurtun xx.xx.2024-cü il tarixli, BSH/2024/4092427 nömrəli arayışından görünür ki, İddiaçı adlı pasientləri xx.xx.2022-ci il tarixində X7 Kardiologiya şöbəsinə müraciət etmişdir. Onun hekayəsində; Kəskin koronar sindromla getdiyi xarici mərkəzdə koronar angioqrafiya aparılıb. Çoxlu damar xəstəliyi aşkar edilmişdir. Daha sonra başqa mərkəzdə LAD va CX damarlarının stentlənməsi aparılıb. TAVİ proseduru 2022-ci ilin fevralında ayrıca sessiyada hayata keçirilib. TAVİ-dən sonra xəstənin klinik va laborator göstəricilərində ciddi pisləşmə başlandı. Bundan sonra bir çox mərkəzlərə müraciət etdi. Ürək çatışmazlığının müalicasinə başlanılıb, lakin müalicəyə baxmayaraq xəstənin kliniki vəziyyəti pisləşməkdə davam edib. Xəstə təngnəfəslikdən şikayətlənərək yeriyə bilməyəndə xx.xx.2022-ci il tarixdə xəstəxanalarına müraciət etmişdir. Obyektiv müayinədə ümumi vəziyyəti pis, taxikardiya, sl+s2+s3+, taxipneik (qeyri-ambulator NYHA-4), periferik- ödem 3+/3+, perfuziyanin az olmasi səbəbindən uclarında soyugluq/solgunluq+ olduğu üçün xx.xx.2022-ci il tarixində koronar reanimasiya şöbəsinə yerləşdirilib. Qəbul zamanı transtorasik exokardioqrafiya (Olava İ-Prosedur öncəsi Exokardioqrafiya) aparılıb va laboratoriya müayinələri (Əlavə 1-2 Laborator Analizi) tələb olunub. Exokardioqrafiyada kaskin paravalvular aorta çatışmazlığı müşahidə edildi.

85. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü ildə apostil olunmuş, tərcüməsi xx.xx.2024-cü ildə notarial təsdiq edilmiş X9 xəstəxanası proffessor Engin Bozkurtun xəstə İddiaçı müayinə blankından məlum olur ki, anamnez va şikayet: 30 illik şəkərli diabet xəstəsi, 10 il əvvəl AD/aorta darlığı diaqnozu qoyulmuşdur: 2022-ci ilin yanvar ayında çatışmazlığı səbəbindən KAG əməliyyatı aparılıb. LAD-nin ortasında ciddi stenoz va RCA-da geniş yayılmış stenoz var. Əməliyyat məsləhət görülüb. Daha sonra xəstəyə başqa mərkəzə 4 stent qoyulub. 2 ədəd LAD qoyulub. (Distal stent altında açıq lezyon qaldı. CX distalına 2 uzun stent qoyuldu. RCA müalicə olunmadı. TAVi proseduru 2022-ci ilin fevral ayında aparılıb, (medtronic, mədəcikə doğru qoyulub." Ciddi paravalvulyar sızma var. Bundan sonra xəstənin ümumi vəziyyəti pisləşməyə başlayıb.

86. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü ildə apostil olunmuş, tərcüməsi xx.xx.2024-cü ildə notarial təsdiq edilmiş X9 xəstəxanası proffessor Engin Bozkurtun xəstə İddiaçı barədə xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokolundan görünür ki, laboratoriyada çoxorqan disfunksiyası müşahidə olunduğundan, xəstəyə tibbi müalicə ilə müəyyən qədər kompensasiya edildikdan sonra paravalvular irəliləmiş AR (aorta çatışmazlığı) üçün qapaqdaxili TAVİ planlaşdırılmışdır. Xəstə Hematoloji, Qastroenteroloji ve Nefroloji konsultasiyalardan keçib. Ürək çatışmazlığından ikincili böyrək çatışmazlığı va qaraciyər çatışmazlığı oldugu qənaətinə gəldi. Paravalvular aorta çatışmazlığı səbəbinden onun hemolitik anemiyasi olduğu da düşünülürdü. Xəstəyə 9 gün intensiv tibbi yardım göstərilib. Dəyərlərdə cüzi bərpa oldu. Lakin klinik relyef əldə olunmadığından CAG+ViV TAVİ-nın icrasına qərar verildi. KAG + ViV TAVİ xx.xx.2022 tarixində hayata keçirilmişdir. Pre-TAVİ X16 inkişaf etmiş aorta çatışmazlığını təsdiqlədi. TAVİ-dən sonra nəzarət aorta kökünün angioqrafiyasi aparıldı. Aorta çatışmazlığının tamamilə aradan qalxdığı müşahidə edildi. Xəstə koronar reanimasiya şöbəsinə yerləşdirilib. Ertəsi gün klinik rahatlama əldə edildi. Müayinə zamanı gün ərzində klinik va laboratoriya göstəricilərinin tamamilə yaxşılaşdığı müşahidə edildi. Sonrakı müayinələr zaman LV funksiyasına uygun olaraq İCD-nin daxil olub-olmaması barədə qarar veriləcək. Xəstə tibbi müalicə va təqib tayinatları ilə evə buraxılıb.

87. İddiaçı tərəfindən təqdim edilən professor X22 Ədalətin ürək müdaxilələri ilə bağlı kliniki kursu ilə bağlı 2 iyul 2024-cü il tarixdə verdiyi və xx.xx.2024-cü ildə notarial qaydada tərcümə edilmiş ekspert rəyində qeyd etmişdir ki, 18 fevral 2022-ci il tarixində xəstəyə Bakıda TAVİ əməliyyatı aparılıb va orada Evolut-R CoreValve implantasiyası icra olunub. Prosedur hesabatında "Nəticə: Uğurlu TAVİ" qeyd edilsə də, prosedurun angiografiya diskinə baxış aydın şəkildə göstərir ki, protez TAVİ qapağı aorta halqası daxilində implantasiya edilməli olduğundan xeyli asağı implantasiya edilmişdir və o, geniş şəkildə sol mədəciyin çıxış yoluna çıxır. Üstəlik, prosedurun sonunda aorta köküne radiopak zərb vurulması əhəmiyyətli aorta çatışmazlığını aşkar edir. -31 mart 2022-ci il tarixində İstanbulda aparılan transozofageal exokardioqrafiya diskinə baxış zamanı, İİİ-İV dərəcə aorta çatışmazlığı ilə sol mədəciyə ciddi şəkildə aşağı yerdəyişmiş TAVİ qapağının olduğu aşkar olunur. Əksinə, müayinə hesabatında "Aorta qapağının proyeksiyasında aorta qapağının bioprostetik TAVİ qapağı müşahidə edilir. Minimal qapaq va paravalvüler çatışmazlıq müşahidə olunduğu" deyilir. -İndiki halda, prosedurun Bakıdan götürülən angioqrafiya diskinə baxış aydın şəkildə göstərir ki, protez TAVİ qapaği aorta halgası daxilində implantasiya edilməli olduğundan xeyli aşağı implantasiya edilib va geniş şəkildə sol mədəciyin çıxış yoluna çıxır. Üstəlik, prosedurun sonunda aorta köküna radiopak zərb vurulması əhəmiyyətli aorta çatışmazlığını aşkar edir. Belə bir nəticə prosedurun hesabatında yazıldığı kimi "uğurlu" kimi təsvir edilə bilməz. -20 dekabr 2022-ci il tarixinde Ankarada hayata keçirilən ikinci TAVİ qapaq daxili qapaq proseduru uğurlu oldu vo minimal aorta çatışmazlığı ilə nəticələndi. Əvvəldə qeyd edildiyi kimi, o, xəstə ilə görüşməmiş, ona görə də onun kliniki gedişatının təfərrüatlarına malik deyil. Bununla belə, yuxarıda qeyd olunan müayinələri nəzərə alaraq, qapaq daxili qapaq TAVİ prosedurunun niyə çox əvvəllər aparılmadığını anlamaq çətindir. Şübhə yoxdur ki, birinci TAVi amaliyyatindan sonra ikinci əməliyyatın həyata keçirilməsinə qədər keçen on ay ərzində xəstənin ağır aorta çatışmazlığı keçirməsi onun ürəyinə zərər vurmuş va həyatı üçün təhlükəli olmuşdur.

88. Göründüyü kimi, iddiaçı tərəfin təqdim etdiyi tərcüməsi notarial təsdiq edilmiş yuxarıda qeyd edilən X9 xəstəxanası proffessor Engin Bozkurtun arayış və müayinə protokolunda və professor Jacob Lavee`nin İddiaçı ürək müdaxilələri ilə bağlı kliniki kursu ilə bağlı 2 iyul 2024-cü il tarixdə verdiyi ekspert rəyində qeyd edilənlərlə iddiaçının səhhəti ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X15 X21 xx.xx.2024-ci il tarixli, 04/KEŞ saylı rəyində və xx.xx.2024-ci il tarixli, KEŞ-349 saylı rəyində qeyd edilənlər daban-dabana ziddir.

89. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Vasileva Bolqarıstana qarşı” iş üzrə qərarında qeyd edir ki, Məhkəmə belə hallarda verilən ekspert rəylərinin obyektivliyinin həmin rəyi verən ekspertlərin həkim olması və öz həmkarlarını tənqid etməmək kimi etik borcu olması baxımından avtomatik şübhə doğura biləcəyi ilə razılaşa bilməz. Csősz Macarıstana qarşı (№ 34418/04, §§ 31 və 35, 29 yanvar 2008-ci il) işində, demək olar ki, eyni təqdimat qarşısında Məhkəmə belə qərara gəldi ki, belə işlərdə ekspert rəyinin həkimlər tərəfindən verilməsi normaldır. Həmin ekspertlərin öz həmkarlarını haqsız yerə tənqid etməmək etik borcu olsa da, məhkəmə tərəfindən təyin edilmiş ekspert kimi fəaliyyət göstərərkən onlar həm də yalan rəy verdiyinə görə cinayət məsuliyyəti daşıyırlar – bu barədə ifadə verməzdən əvvəl onlara məlumat verilməlidir (yuxarıda 52-ci bəndə bax). Bu, hətta bu cür cinayətlərə görə cinayət təqibinin predmetin mürəkkəbliyi baxımından praktikada tətbiqi çətin olsa belə, ciddi çəkindirici vasitə kimi qiymətləndirilməlidir. Konvensiyanın tibbi ekspertiza sübutlarının ixtisaslaşdırılmış müəssisələrdən götürülməsini tələb etdiyi qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Əksinə, Məhkəmənin presedent hüququndakı nümunələr göstərir ki, bu cür müəssisələrə tibbi səhvlər ilə bağlı işlərdə əsas rolun verilməsi bəzi hallarda bu cür səhvlərin qurbanı olmuş şəxslərin öz hüquqlarını səmərəli şəkildə müdafiə etməsinə mane ola bilər (bax: Eugenia Lazar, §§ 78-). 80 və S.B. Rumıniyaya qarşı, §§ 70-74, hər ikisi yuxarıda göstərilən).

90. Kollegiya hesab edir ki, hazırkı iş üzrə Məhkəmə Eksertiza Mərkəzinin verdiyi rəylər inandırıcı olmamışdır. Eləcə də həmin rəyin özündə də aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsinin mümkün səbəbi kimi qazanılmış ürək qüsurlarının xüsusiyyətləri ilə yanaşı revmatizm, infeksion endokardit, ateroskleroz və bəzi hallarda uğursuz “TAVİ” əməliyyatı” göstərilmişdir.

91. Cavabdeh iddiaçıda revmatizm, infeksion endokardit, ateroskleroz kimi problemlərin olması barədə hər hansı bir sübut təqdim etməmişdir, demək ki, həmin hallar barədə cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədiyindən, ağırlaşmanın yeganə səbəbi kimi ekspert rəyində qeyd edilən yalnız bir- “bəzi hallarda uğursuz “TAVİ” əməliyyatı” səbəbi qalır.

92. Digər tərəfdən, 04 iyul 2024-cü il tarixdə rayon məhkəmə iclasında komission ekspert rəyinin verilməsində iştirak etmiş ekspert, t.e.d. professor X19 ifadə verərək bildirmişdir ki, rəy verməmişdən öncə şəxs müayinədən keçirilmişdir. Əməliyyat tarixçəsi ilə tanış olmuşdur. Aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsi mümkündür. Bunlara qazanılmış ürək qüsurlarının xüsusiyyətləri, revmatizm, infeksion endokardit, ateroskleroz və uğursuz “TAVİ” əməliyyatı da səbəb ola bilər. Qeyd etdiyim xəstəliklərin heç biri nə 1-ci, nə də 2-ci əməliyyatdan öncə xəstədə mövcud olmamışdır. 2-ci əməliyyat ehtimal ki, 1-ci əməliyyatın qüsuru ilə bağlı icra edilmişdir. 1ci əməliyyatdan sonra xəstə ölümcül halda olmuşdur. 2-ci əməliyyatdan sonra xəstə tam sağalmışdır. Protez damara tam yerləşdirilmədikdə bu cür hallar baş verməsi mümkündür. Protez düzgün yerləşdirilmədikdə qan geri axır. Düzgün yerləşsə idi bu cür hal baş verməməli idi. Xəstənin halının pisləşməsi 2-ci əməliyyatdan sonra 2 saat ərzində düzəlmişdir. Çox güman ki, 1-ci əməliyyatın düzgün icra edilməməsi nəticəsində xəstənin halı pisləşmişdir.

93. Rayon məhkəmə iclasında ifadə verən komission ekspertiza rəyinin verilməsində iştirak etmiş, 2006-cı il tarixindən iş təcrübəsi olan ekspert Anar Şıxəmmədov ifadəsində bildirmişdir ki, komisyon ekspertiza rəyini imzalamış 4 mütəxəssisdən yalnız Hacıyev Azad kardiologiya üzrə mütəxəssisdir. Rəy verilərkən xəstənin xəstəlik kağızı incələnmişdir. Diaqnoz xəstəyə düzgün qoyulmuşdur, lakin A.Hacıyevin bildirdiyindən və xəstənin səhhətində baş vermiş dəyişikliklərdən də belə başa düşmək olar ki, 2-ci əməliyyat ehtimal ki, 1-ci əməliyyatın qüsurlu olması ilə bağlı icra edilmişdir.

94. Məhkəmə kollegiyası onu da qeyd edir ki, rayon məhkəməsində ifadə verən ekspertlər faktiki olaraq verilmiş rəylərin obyektiv və düzgün olmadığını təsdiq etmişlər.

95. Belə olan halda müəyyən olunur ki, cavabdehlərin istinad etdikləri ekspert rəyləri, ümumən ekspert rəyi ilə bağlı yuxarıda qeyd edilən tələblərə cavab verməməklə yanaşı, həm də iş üzrə tədqiq olunmuş və biri diğərini tamamlayan, əsaslığı və mötəbərliyi şübhə doğurmayan digər sübutlarla aşkar təkzib olunur. Demək ki, rayon məhkəməsinin mübahisəni həll edərkən həmin rəyləri qiymətləndirməsi MPM-in 88-ci maddəsinin tələblərinə tam uyğun olmuşdur.

96. Məhkəmə kollegiyası bir daha xatırladır ki, AİHM Eugenia Lazar, §§ 78, 80 və S.B. Rumıniyaya qarşı, §§ 70-74 qərarlarında göstərmişdir ki, Konvensiyanın tibbi ekspertiza sübutlarının ixtisaslaşdırılmış müəssisələrdən götürülməsini tələb etdiyi qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Əksinə, Məhkəmənin presedent hüququndakı nümunələr göstərir ki, bu cür müəssisələrə tibbi səhvlər ilə bağlı işlərdə əsas rolun verilməsi bəzi hallarda bu cür səhvlərin qurbanı olmuş şəxslərin öz hüquqlarını səmərəli şəkildə müdafiə etməsinə mane ola bilər.

97. Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur.

98. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

99. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

100. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

101. Məcəllənin 1112-ci maddəsinə görə, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

102. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

103. Hazırkı işin müəyyən olunmuş halları yuxarıda istinad olunan normaların dizpozitiv şərtlərinə uyğun olmuşdur.

104. Bütün yuxarıda şərh olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının ürəyində Cavabdeh1 tərəfindən "xxxx"-da xx.xx.2022-ci il tarixdə aparılmış birinci “TAVİ” əməliyyatı aşkar uğursuz olmuş, bu hal mütəxəssis kimi cavabdehə məlum olsa da, o, həmin uğursuzluğun nəticələrini aradan qaldırmağa borclu olmasına baxmayaraq, nəinki buna səy göstərmiş, əksinə hər vəclə bu uğursuzluğu ört-basdır etməyə və iddiaçını təkrar əməliyyatdan yayındırmağa çalışmışdır. Yalnız iddiaçının ixtisasca həkim olması və özünün, eləcə də yaxınlarının təşşəbbüskarlığı nəticəsində və böyük məsrəflər hesabına Türkiyədə iddiaçının ürəyində həyati əhəmiyyətli olan 20 dekabr 2022-ci il tarixinde X9 xəstəxanasında ikinci “TAVİ” əməliyyatı həyata keçirilmiş və yalnız bundan sonra cavabdehin uğursuz əməliyyatının fəsadları aradan qalxmış, iddiaçının sağlamlığı bərpa olunmuş və o, həyata qayıtmışdır. Demək ki, rayon məhkəməsinin bununla bağlı gəldiyi qənaət mahiyyət etibarı ilə düzgün olmuşdur, cavabdehlərin apellyasiya şikayətləri əsassızdır və təmin edilməməlidir.

105. Məhkəmə kollegiyası hazırkı tələbin həm MMC, həm də iddiaçını ürəyində cərahi əməliyyat edən həkimə yönəlməsi barədə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, ...işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.

106. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

107. Bu baxımdan, Kollegiya hesab edir ki, hazırkı işdə iddiaçının maddi və mənəvi zərərin əvəzinin müştərək olaraq həm MMC, həm də onu əməliyyat etmiş həkimdən tələb etməsi qanunun tələbləri baxımından əsaslı olmuşdur.

108. Məhkəmə kollegiyası Cavabdeh1 birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi barədə qeyd edir ki, rayon məhkəməsi tərəfindən cavabdeh E.Əlzadənin qeydiyyat ünvanına (Naxçıvan MR, Babək rayonu, Məmmədrza Dizə kəndi) məhkəmə iclası barədə müvafiq bildirişlər göndərilmiş və həmin bildirişlər ünvana çatdırılmışdır. Cavabdeh1 özü də apellyasiya şikayətində məhz həmin ünvanı qeyd etmişdir. Demək ki, Cavabdeh1 apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.

109. Bundan başqa, müəyyən olunur ki, hər iki cavabdehin adından apellyasiya şikayətlərini eyni vəkil, Vəkil2 tərtib etmiş, apellyasiya instansiyası məhkəməsində də hər iki cavabdehi həm nümayəndə, həm də vəkil olaraq eyni şəxs, yəni cənab Vəkil2 təmsil etmişdir. Məsələ həm də ondan ibarətdir ki, rayon məhkəməsində də cavabdehlərdən MMC-ni məhz Vəkil2 təmsil etmişdir. Eyni zamanda, rayon məhkəməsinin məhkəmə iclas protokollarından müəyyən olunur ki, məhkəmə iclaslarında Cavabdeh1 iştirakı məsələsi müzakirə edilərkən cavabdeh MMC-nin nümayəndəsi və vəkili hər dəfə Cavabdeh1 iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsinə razı olmuş, etiraz etməmişdir. Apellyasiya icraatı zamanı Cavabdeh1 məhkəmə iclasında şəxsən iştirakının təmini üçün görülmüş tədbirlər və buna baxmayaraq Cavabdeh1 davranışı (məhkəmə iclasına gəlməkdən yayınması) da təsdiq edir ki, onun məhkəmə iclaslarında iştirak etmək istəyi olmamışdır. Nəticə:

110. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mənəvi zərərə görə cavabdehlərdən tutulmalı məbləğ hissədə dəyişdirilərək mənəvi zərərin əvəzi kimi tutulan məbləğ 10.000 manat müəyyən edilməli, qətnamə iddiaçının şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməməlidir.

111. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilməlidir.

112. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Səbail Rayon Məhkəməsinin 2(009)-121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə dəyişdirilsin, cavabdehlər "xxxx" MED Corporation MMC-yə və Cavabdeh1 mənəvi zərərə görə İddiaçı ödənilməli pul vəsaiti 10.000 (on min) manat müəyyən edilsin. Qətnamə onun apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər "xxxx" MED Corporation MMC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Qətnamə onların apellyasiya şikayətlərinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar