Məhkəmə qərarları › İş №2(103)-6181/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6181/2020

01.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6181/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, X5 (Maraqlı şəxs, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) qarşı “torpaq sahəsinin və bağa girişin əvvəlki vəziyyətinə gətirilməsi, qanunsuz tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj (çimərlik) Şağan bağlar sahəsində yerləşən 2198 saylı bağ sahəsinin qarşısından tikilmiş tikililərin sökülərək ona məxsus bağa girişin bərpa olunmasına və bağ sahəsinin əvvəlki vəziyyətinə gətirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X1 mülki iş üzrə cavabdeh kimi cəlb olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 əsl cavabdeh X6 ilə əvəz olunmasını xahiş etmiş və məhkəmə tərəfindən cavabdehlər əsl cavabdeh X6 ilə əvəz edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ciil tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna plyaj Şağan bağlar sahəsində 2198 saylı bağ sahəsinin qarşısında tikilmiş tikililər 1,23 metr məsafədə cavabdeh X4 hesabına sökülərək iddiaçının bağa girişinin bərpa olunması və bağ sahəsinin əvvəlki vəziyyətə qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 100 manat məbləğində pulun cavadeh X2 alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X6 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri İlqar Qaralov xx xxxxxx 2020-ci il tarixli, 498 saylı saylı məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün həmin mülki işin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və İddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 362-364-cü maddələrinin tələblərinə əməl edilməsi ilə əlaqədar mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar