Məhkəmə qərarları › İş №2(103)-6184/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6184/2021

18.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6184/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Vladimirova, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin, iddiaçıya izah edilsin ki, o, müvafiq tələblə əlaqədar Nəsimi RPİ-nin Qeydiyyat və X1 müraciət edə bilər. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin göstərişinə istinad edilib. Həmin maddəyə görə ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalıdır. Belə ki, iddia ərizəsində hansı tələbin irəli sürüləcəyini müəyyən etmək iddiaçının səlahiyyətinə aiddir (MPM, maddə 149.2.3). İddiaçı bu səlahiyyətindən istifadə edərək iddia ərizəsində istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürüb. İstifadə hüququna xitam verilməsi barədə tələbə məhkəmə qaydasında baxılmalıdır, çünki məhkəmədən başqa heç bir orqan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edə bilməz. Bu tələbin əsaslı olub-olmadığı qətnamə ilə müəyyənləşdiriləcək: əsaslıdırsa təmin olunacaq, əsassızdırsa rədd olunacaq. Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarı istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığını nəzərdə tutmur. Ona görə də Mülki-Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin göstərişi istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsinə tətbiq oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 26.04.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar