Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6188/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh “X1” MMC-yə qarşı “mənzilin təmirinə görə çəkilmiş xərcin və mənzilin təmiri qurtarana kimi kirayədə yaşamağa görə çəkilmiş xərcinin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: Həmin apellyasiya şikayətini iddiaçının adından nümayəndə kimi Vəkil1 21.05.2021-ci il tarixdə imzalayıb, lakin onun əsaslandığı etibarnamənin (iş v. 15) müddəti 3 ay əvvəl - 08.02.2021-ci il tarixdə bitib. Göründüyü kimi, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanıb. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə belə halda apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, apellyasiya qeyri-mümkün hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366-cı maddəsinin göstərişini rəhbər tutaraq qərara aldı: Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli qərardadından iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6188/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6188/2021
02.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver