Məhkəmə qərarları › İş №2(103)-6192/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6192/2023

29.11.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6192/2023 29.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 (Maraqlı şəxs cəlb edilməklə) qarşı, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı tələblər üzrə (Açar sözlər: ilkin iddia: qeyri-qanuni tikililərin sökülməsi və əmlaka dair qeydiyyat sənədlərinin ləğv edilməsi, qarşılıqlı iddia: qanunsuz tikililərin sökülməsi ) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2023 saylı 24 iyul 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.1993-cü il tarixli Müqavilənin surətindən məlum olur ki, X18 ünvan 1 ünvanında yerləşən 2 otaqlı 26.3 kv.m yaşayış sahəsindən 17.5 kv.m yaşayış sahəsini Cavabdeh2 bağışlamışdır.

2. Azərbaycan Respublikasının Bakı şəhəri İcra Hakimiyyətinin Aparatının yanında Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsinin Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1993-cü il tarixli qeydiyyat vəsiqəsindən görünür ki 1-ci Şimal şitilliyi, ev 89-da yerləşən 2 otaq y/s 26,3 kv.m və 17,5 kv.m Cavabdeh2 adına xüsusi mülkiyyət qeydiyyat alınmışdır.

3. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 13-da yerləşən fərdi yaşayış evi İddiaçı 3 otaq y/s-51.7 kv.m, k/s-6.0 kv.m payda, 1 otaq y/s 26,3 kv.m k/s 17,5 kv.m isə Cavabdeh2 paylı xüsusi mülkiyyətlərindədir. Bu barədə xx.xx.2016cı il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır.

4. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 13-da yerləşən 110 kv. yaşayış sahəsindən ibarət 7 otaqlı fərdi yaşayış evi Cavabdeh1 Əliqulu oğlunun xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2002-cı il tarixdə qeydiyyat aparılmışdır.

5. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, əməkdaşları tərəfindən yerində baxış zamanı müəyyən edilmişdir ki, Nərimanov rayonu, 1-ci Şimal şitilliyi küçəsindəki köhnə tipli 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin yerləşdiyi məhəllədaxili sahələrdə, müraciət müəllifinin yaşadığı evin pəncərəsinin bilavasitə qarşısında, eləcə də həmin evə keçid hissəsindəki dalanda uzun müddət öncə müvafiq icazə sənədləri olmadan kiçik həcmli yardımçı tikililər inşa edilmiş və artırma işləri aparılmış, göstərilən ünvanda yeni tikinti aparılması faktı aşkar edilməmişdir.

6. Nərimanov Rayon MKTB-nin İddiaçı ünvanlanan xx.xx.2020-ci il, xx.xx.2020ci il və xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, əməkdaşları tərəfindən yerində baxış zamanı yaşadığı ünvanda qonşuları Şair Kəlbiyev və Piri Quliyev tərəfindən müxtəlif vaxtlarda yaşadıqları özbaşına tikilmiş evin yaxınlığında ümumi istifadə üçün nəzərdə tutulmuş yerlərdə əlavə tikinti işlərinin aparıldığı müşahidə edilmişdir. Son baxış zamanı yeni tikinti işlərinin aparılması faktı müəyyən edilməmişdir.

7. Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal Şitilliyi küçəsinin uzun müddətlik sakinləri olan X19, X10, X15, X20, X8 və X12 imzaladıqları xx.xx.2022-ci il tarixli aktda göstərmişlər ki, həqiqətən də qonşuları X9 məxsus olan ünvan 4 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi və son tamamlama işləri 25 il bundan əvvəl həyata keçirilmişdir.

8. Bakı şəhəri, Nərimanov rayonu, 1-ci Şimal Şitilliyi küçəsinin uzun müddətlik sakinləri olan X10, X15, X8, X25 51 saylı Notariat Ofisində xx.xx.2023-cü il tarixdə təsdiqlənən ərizələrində bildirmişlər ki, qonşuları X9 məxsus olan ünvan 4 ünvanında yerləşən iki mərtəbəli fərdi yaşayış evinin tikintisi və son tamamlama işləri 25 il bundan əvvəl həyata keçirilmişdir.

9. 27 saylı Notariat Kontoru tərəfindən xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X18 xüsusi mülkiyyətində olan evini İddiaçı bağışlamışdır.

10. 2(005)-3765/2021 saylı mülki iş üzrə 17 yanvar 2022-ci il tarixli 10/5366 № №-li ekspert rəyinə əsasən, X13 tərəfindən inşa edilmiş tikilinin İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi; X13 tərəfindən inşa edilmiş tikilinin ünvan 4 ünvanında tərəflərin ümumi istifadəsində olan həyətyanı torpaq sahəsinin üzərinə düşdüyü; İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən evin gediş-gəliş yolunda X7 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2 mərtəbəsində hamam, sanitar qovşağı İddiaçı məxsus yaşayış evinin pəncərəsindən 0.50- 0.60 sm ara məsafəsində inşa olunduğu nəzərə alınaraq, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən yaşayış evinin havalandırılması, işıqlandırılması rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi; İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən evin gediş-gəliş yolunda X7 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam, sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağı arasında ara məsafə 2.10 m (7.0 x 0.3) əvəzinə 0.50-0.60 m saxlanıldığından dövlət şəhərsalma norma və qaydalarının 69.5.2-1-ci maddəsinə əməl edilmədən inşa olunduğu müəyyən edilmişdir.

11. 2(005)-163/2022 №-li mülki iş üzrə 02 dekabr 2022-ci il tarixli 10/5968 №-li ekspert rəyinə əsasən, Cavabdeh1 və X13 tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi ilə üstüstə düşmədiyi, cavabdeh X13 tərəfindən inşa edilmiş tikilinin (1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağı, balkon və 1 otaq) texniki pasportda qeyd olunan həyətyanı sahədə və özünün istifadəsində olan 5 və 6 saylı tikililərin üzərində inşa edildiyi; Cavabdeh1 istifadəsində olan tikililərin özünə məxsus texniki pasportda qeyd olunan tikililər olduğu, texniki paspotda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, metal konstruksiyalı balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağının (balkonda inşa edilən) isə ümumi istifadədə olan sahədə tikildiyi; Cavabdeh1 istifadəsində olan texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmadığından (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) həmin tikililərin inşasının və aparılmış yenidənqurma işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və şəhərsalma norma qaydalarına uyğun olmadığı; X7 istifadəsində olan həyətyanı sahədə inşa edilmiş tikililərin (1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2-ci mərtəbəsində hamam, sanitar qovşağı, balkon və 1 otaq) İddiaçı məxsus fərdi yaşayış evinə bitişik inşa edilməsini, texniki pasportda qeyd olunan 6 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 4,6 kv.m və 3,8 kv.m olan tikililər (texniki pasportda qeyd olunmayan əlavə tikili), 5 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 10.5 kv.m olan tikili (texniki pasportda qeyd olunmayan əlavə tikili), 5 və 6 saylı tikilinin üst mərtəbəsində yerləşən tikililərin, eyni zamanda yuxarıda qeyd olunan tikililərin texniki pasportda qeyd olunmadığını, həmin tikililərə dair hər hansı razılaşdırma və ya icazə sənədinin mövcud olmadığını (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edər müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığı; X7 istifadəsində olan həyətyanı sahədə inşa edilmş 1-ci mərtəbədəki hamam, sanitar qovşağı və ikinci mərtəbədə yerləşən hamam, sanitar qovşağı, digər tikililərin İddiaçı məxsus yaşayış evinin texniki pasportunda qeyd olunan 4 saylı tikilinin pəncərəsinin qarşısında həmin evə bitişik inşa edilməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi; Cavabdeh1 istifadəsində olan tikililərin İddiaçı məxsus yaşayış evinin qapı və pəncərə boşluqlarından aralıda yerləşməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərmədiyi; Cavabdeh1 inşa etdiyi tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə eləcə də torpaq sahəsi ilə üst-üstə düşmədiyini nəzərə alaraq, cavabdeh tərəfindən İddiaçı məxsus hər hansı tikilinin sökülmədiyi müəyyən olunmuşdur. İlkin iddia üzrə iddiaçının iddia etdiyi sanitar qovşağı tikilisi ilkin iddia üzrə cavabeh Cavabdeh1 Əliqulu oğlunun adına tərtib olunmuş xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 11 saylı tikilidir. Faktiki vəziyyətdə həmin 11 saylı tikilinin arakəsmə divarları sökülərək dəhliz kimi istifadə edilir. ünvan 5 ünvanında X9 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evinin pəncərəsinin qarşısıncakı tikilinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin “GoogleEarth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, X7 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur.

12. 2(005)-34/2023 №-li iş üzrə 05 iyun 2023-cü il tarixli 10/2752 №-li ekspert rəyinə əsasən, Cavabdeh1 və X13 tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşmədiyi; X13 tərəfindən inşa edilmiş tikilinin (birinci mərtəbədəki hamam sanitar qovşağı və ikinci mərtəbədə yerləşən hamam, sanitar qovşağı və digər tikililər) texniki pasportda qeyd olunan həyətyanı sahədə və özünün istifadəsində olan 5 və 6 saylı tikililərin üzərində inşa edildiyi müəyyən edilir. Cavabdeh1 istifadəsində olan tikililərin özünə məxsus texniki pasportda qeyd olunan tikililər olduğu, texniki paspotda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağının (balkonda inşa edilən) isə ümumi istifadədə olan sahədə tikildiyi; Cavabdeh1 istifadəsində olan, texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və :ikinti ərazisinin baş planı bölmələri əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmadığından (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) həmin tikililərin inşasının və aparılmış yenidənqurma işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının və şəhərsalma norma qaydalarına uyğun olmadığı; X13 tərəfindən inşa edilmiş 1-ci mərtəbədəki hamam sanitar qovşağı və 2-ci mərtəbədə yerləşən, sanitar qovşağı və digər tikililər, texniki pasportda qeyd olunan 6 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 4,6 kv.m və 3,8 kv.m olan tikililər (texniki pasportda qeyd olunmayan əlavə tikili), 5 saylı tikiliyə bitişik inşa edilmiş sahəsi 10,5 kv.m olan tikili (texniki pasportda qeyd olunmayan əlavə tikili), 6 və 6 saylı tikilinin üst mərtəbəsində yerləşən tikililərin İddiaçı məxsus fərdi yaşayış evinə bitişik inşa edilməsini və sözügedən tikililərə dair hər hansı razılaşdırma və ya icazə sənədi mövcud olmadığını (iş materiallarına əlavə edilməmişdir, baxış zamanı təqdim olunmamışdır) nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadığı; X13 tərəfindən inşa edilmş 1-ci mərtəbədəki hamam, sanitar qovşağı və ikinci mərtəbədə yerləşən hamam, sanitar qovşağı, balkon və 1 otağın İddiaçı məxsus yaşayış evinin texniki pasportunda qeyd olunan 4 saylı tikilinin pəncərəsinin qarşısında həmin evə bitişik inşa edilməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə mənfi təsir göstərdiyi; Cavabdeh1 istifadəsində olan tikililərin, eləcə də 13 saylı tikilinin İddiaçı məxsus yaşayış evinin qapı və pəncərə boşluqlarından aralıda yerləşməsini nəzərə alaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə təsir göstərmədiyi; Cavabdeh1 ümumi istifadədə olan torpaq sahəsində inşa etdiyi tikililərin, o cümlədən 11 saylı ayaqyolu tikilisinin İddiaçı məxsus hər-hansı tikilinin sökülərək üzərirdə inşa edilmədiyi; Cavabdeh1 adına tərtib edib edilmiş, xx.xx.2002-ci il tarixli Texniki pasportda olan 11 saylı sanitar qovşağı tikilisinin İddiaçı istifadəsində olan torpaq sahəsində inşa edilmədiyi; İddiaçı iddia etdiyi sanitar qovşağı tikilisinin Cavabdeh1 Əliqulu oğlunun adına tərtib olunmuş xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 11 saylı tikili olduğu, faktiki vəziyyətdə həmin tikilinin arakəsmə divarları sökülərək dəhliz kimi istifadə edildiyi müəyyən olunmuşdur. Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 11 saylı 2 kv.m sanitar qovşağı, 12 saylı 6.6 kv.m, 10 saylı 2.4 kv.m, 3 saylı 19.30 kv.m, 8 saylı 3 kv.m, 13 saylı 39 kv.m və 9 saylı 15.5 kv.m tikililərin Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli, ÖM seriyalı, 114599 nömrəli qeydiyyat vəsiqəsində qeyd olunmadığı müəyyən edilir. (Qeydiyyat vəsiqəsində evin sadəcə ümumi sahəsi göstərilmişdir. Hər hansı tikili göstərilməmişdir.) İlkin layihə və icazə sənədləri mülki iş materiallarında olmadığından, Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda qeyd olunan 12 saylı, 10 saylı, 8 saylı, 3 saylı, 13 saylı tikililərin memarlıq və şəhərsalma norma və qaydalarına uyğun tikilibtikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Lakin, həmin tikililərin Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda göstərildiyi müəyyən edilir. Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda olan 9 saylı tikilinin 0.9 m. hissəsinin genişləndirilərək İddiaçı məxsus ünvan 7 mənzilin torpaq sahəsinin gediş-gəliş yolunda inşa edildiyi müəyyən edilir. ünvan 7 ünvanda X9 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evinin pəncərəsinin qarşısındakı tikilinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin “GoogleEarth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, X7 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq mütəxəssis rəyi təqdim olunmadığından, ünvan 7 ünvanda X9 məxsus evdə İddiaçı tərəfindən mübahisə edilən İddiaçı evinin pəncərəsinin qarşısındakı tikilinin sökülməsinin bütövlüklə evin qəzalı vəziyyətə düşməsinə səbəb olubolmaması barədə tədqiqat aparmaq mümkün olmamışdır. İddiaçı tərəfindən inşa edilmiş tikililərin Cavabdeh1 məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi ilə üstüstə düşmədiyi müəyyən edilir. İddiaçı tərəfindən ünvan 10 ünvanında inşa edilmiş tikililərin ona məxsus texniki pasporta uyğun inşa edildiyi müəyyən edilir. İlkin layihə və icazə sənədləri mülki iş materiallarında olmadığından, İddiaçı tərəfindən ünvan 10 ünvanında inşa edilmiş tikililərin memarlıq və şəhərsalma norma və qaydalarına uyğun tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmamışdır. Lakin, İddiaçı tərəfindən ünvan 10 ünvanında inşa edilmiş tikililərin ona məxsus texniki pasporta uyğun inşa edildiyi müəyyən edilir. İddiaçı tərəfindən ünvan 10 ünvanında inşa edilmiş tikililərin Cavabdeh1 məxsus ünvan 10 ünvanında yerləşən mənzilin havalandırılması, işıqlandırılması, rütubətin tənzimlənməsinə mənfi təsir göstərmədiyi müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat

13. Sarıyev X17 Əli Alqulu oğlu, Cavabdeh2 qarşı ”qeyri-qanuni tikililərin sökülməsi və əmlaka dair qeydiyyat sənədlərinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquq və azadlıqlarının, qanuni mənafelərinin bərpası məqsədilə qeyd etdiyi qeyri-qanuni tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hal-hazırda yaşadıqları fərdi yaşayış evi 1989-cu il tarixdə alınıb. Həmin tarixdən ailə üzvləri ilə birlikdə qeyd etdiyi ünvanda yaşayırlar. İlkin iddia üzrə cavabdehlərin sözügedən ünvandakı evlərini atası X22 öz halal pulu ilə alıb və cavabdehlərə hədiyyə edib. İddiaçı bildirir ki, qonşuları yaxın qohumlarıdır. O qeyd edir ki, ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ailələrinin heç bir qaydada icazəsi olmadan, onların çoxsayli xahişlərini, narazılıqlarını nəzərə almadan gediş-gəliş yolunda və gediş-gəliş yolunun üstündə qeyriqanuni yeni tikililər tikir, yaşayış pəncərələrinin önündə heç bir ara məsafəsi saxlamadan ikimərtəbəli yeni tikililər tikməklə İddiaçı ailəsini təbii havaya, təbii işığa həsrət qoyublar, yollarını, evlərini qaranlıq ediblər, yollarını kəsərək yolu dar cığır edib, həyətlərinə pəncərə açıb, kanalizasiya quyusunun üzərindəki tualetlərini sökərək, tualetin yerində mağaza inşa edib bizneslə məşğuldur. Hal-hazırda kanalizasiya xətləri Cavabdeh1 tərəfindən zəbt edildiyindən İddiaçı ailəsi məcbur olub öz həyətində şambo (quyu) qazaraq tualet inşa edərək istifadə edirlər. İddiaçı bildirir ki, tualetin şambosu (quyusu) dolduğundan üfunət qoxusundan, həşəratlardan həyətlərində oturmaq mümkün deyil. O, qeyd edir ki, 2020-ci ilin iyununda pandemiya dövründə ilkin iddia üzrə cavabdehin oğlu X35 gediş-gəliş yolunun üstündə yeni tikililər tikərkən sakitcə ona yaxınlaşaraq yolun üstündə tikinti işlərinin aparılmaması xahişini etdikdə cavabdehin övladları X35 və X36 qardaşları İddiaçı üstünə hücum çəkərək onu təhqir etmiş, Quliyev Piri onun qarın nahiyəsinə bıçaqla cızaraq onu öldürəcəyini demiş, hər ikisi İddiaçı döymək istəyəndə qonşular neqativ halın baş verməsinin qarşısını almışlar. İddiaçı bildirir ki, X35 gediş-gəliş yolunda heç bir qaydada icazələri olmadan qeyri-qanuni ev tikmiş və ona məxsus evin həyətinə pəncərə açmış və İddiaçı bu halın qarşısını almaq istəyərkən Pirinin qardaşı X36 onun üstünə hücum çəkərək çənə nahiyəsinə bir-neçə yumruq zərbələri vurmuş, çənəsi bir ay şiş vəziyyətdə qalmışdır. İddiaçı qeyd edir ki, ilkin iddia üzrə cavabdehin oğlu X26 qardaşı X27 Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş sədri vəzifəsində işləmiş cənab Mədət Quliyevlə və kollektiv işçilərlə birgə şəkilini ona göstərərək, qardaşının vəzifəli olduğuna görə ona hədə-qorxu gəlmişdir. İddiaçı qeyd edir ki, ilkin iddia üzrə Cavabdeh2 onun ailəsindən heç bir qaydada icazə almadan ona məxsus yaşayış evinin pəncərəsinin önündə heç bir ara məsafəsi saxlamadan qeyri-qanuni ikimərtəbəli ev tikdirmişdir. Cavabdeh2 sözügedən tikintini sökməsi barədə çoxsaylı xahişlər etsələr də, heç bir nəticəsi olmamışdır. O, bildirir ki, Cavabdeh2 oğlu X2 qeyri-qanuni tikintinin pəncərəsindən çəkdiyi siqareti, yediyi mağaza yeməklərinin plastik qablarını sözügedən pəncərənin önünə atıb və nəticədə pəncərənin önü zibillik olub, pəncərəni zibilliyə görə aça bilmir. İlkin iddia üzrə iddiaçı qeyd edir ki, evlərini neçə dəfə təmir etmişlər, pəncərələrinin önündə ilkin iddia üzrə cavabdeh Esmiralda xanım ev tikdiyindən evləri təbii havasız, təbii işıqsızdır deyə evləri rütubətdir, divarlar göyərib, oboylar qopub yerə tökülür, sağlamlıqlarına çox böyük zərər vurulub.

15. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək hüquq və azadlıqlarının, qanuni mənafelərinin, sağlamlıqlarının, mülkiyyət hüquqlarının bərpası məqsədi ilə qeyd etdiyi İddiaçı məxsus fərdi yaşayış evinin pəncərəsinin önündə heç bir ara məsafə saxlamadan ilkin iddia üzrə Cavabdeh2 qeyriqanuni zəbt edərək inşa etdiyi ikimərtəbəli evin birinci mərtəbəsindəki hamam, tualet, həyət və birinci mərtəbəyə aid olan dəmir darvazalı qapı, ikinci mərtəbəsindəki hamam, tualet, koridor və 1 otaq ev tikintilərinin ilkin iddia üzrə cavabdeh Fərruxova Ramiz qızının öz maliyyə hesabına sökülməsi, boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi; ilkin iddia üzrə Cavabdeh1 İddiaçı fərdi yaşayış evinin ümumi istifadəsində olan torpaq sahəsinin gediş-gəliş yolunda qeyri-qanuni zəbt edərək inşa etdiyi tualet, mətbəx, dam, dəmir pilləkən, 1 otaq ev, 1 otaq evinin 2 metrə artırılması və ona bitişik daş pilləkən, həmin yolun üstünü qeyri-qanuni zəbt edərək inşa etdiyi dəmir balkon, tualet, hamam, mətbəx, koridor tikililərinin ilkin iddia üzrə Cavabdeh1 öz maliyyə hesabına sökülməsi, boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi; ilkin iddia üzrə Cavabdeh1 ümumi istifadələrində olan tualetin və onun kanalizasiya sistemini söküb ləğv edərək, yerində qeyri-qanuni zəbt edərək inşa etdiyi mağaza və 1 otaq evin sökülməsi; ilkin iddia üzrə Cavabdeh1 tərəfindən qeyri-qanuni olaraq sökülən, ləğv edilən tualetin və onun kanalizasiya xəttinin tez bir zaman ərzində əvvəlki yerində qanuni şəkildə ilkin iddia üzrə Cavabdeh1 öz maliyyə hesabına yenidən inşa olunaraq əvvəlki vəziyyətinə gətirilməsi, bərpa olunması; ilkin iddia üzrə Cavabdeh1 ümumi istifadələrində olan torpaq sahəsinin gediş-gəliş yolunda qeyri-qanuni zəbt edərək inşa etdiyi mətbəxə (3 m2) dair həmin yolun üstünü qeyri-qanuni zəbt edərək inşa etdiyi eyvana (39 m2) dair, Cavabdeh1 qeyri-qanuni sökdüyü ümumi istifadələrində olan tualetə (2 m2) dair və onun kanalizasiya xəttinin yerində zəbt edərək qeyri-qanuni inşa etdiyi mağazaya (6.60 m2) dair, dəhliz (2.40 m2) dair, 1 otaq evə (19.30 m2) dair və ümumi istifadələrində olan torpaq sahəsinin gediş-gəliş yolunda 1 otaq evin (15.50 m2) 2 metrə artırılmasına dair Maraqlı şəxsin Cavabdeh1 adına xx.xx.2002-ci il tarixli seriya ÖM-114599 nömrəli Qeydiyyat Vəsiqəsinin yə qeydiyyat vəsiqəsinə aid olan Reyestr nömrəsi xx.xx.2002-ci il tarixli, inventar nömrəsi 414 olan Texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdeh1 İddiaçı qarşı “qanunsuz tikililərin sökülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ünvan 11 ünvanında inşa edilmiş qanunsuz tikililərin və hasarın onun hesabına sökülməsi qeyd edilən ünvana əvvəllər mövcud olmuş gediş-gəliş yolunun bərpa edilməsi vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sarıyev X17 Əli Alqulu oğluna və qeyrilərinə qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyriqanuni tikililərin sökülməsi xahiş olunmuşdur. Cavabdeh1 qeyd edir ki, iddia ərizəsi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddia ərizəsi üzrə tələbi İddiaçı ünvan 12 ünvanında inşa etdiyi qanunsuz tikililərin sökülməsi barədədir. O bildirir ki, həmin ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. O qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qeyd edilən ünvanda ona məxsus yaşayış evinə demək olar ki, bitişik, qanunsuz tikililər tikmiş, əvvəllər mövcud olmuş əsas gediş-gəliş yolunu bu tikililərlə kəsmiş, eyni zamanda bu tikililərlə ümumi istifadədə olan yola çıxışı kəsmiş, həmin yolu zəbt edərək qeyri-qanuni inşa və hasarlama işləri aparmışdır.

18. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinə etiraz ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qarşılıqlı iddia üzrə iddiaçının tələblərinin əsassız və qanunsuz olduğu üçün rədd edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, illkin iddia üzrə Cavabdeh1 1988-ci il qaçqınlıq dövründə həyat yoldaşı və uşaqları ilə birgə Bakı şəhərinin Türkan kəndinə köç edərək çətin həyat şəraitində yaşamışlar. O bildirir ki, Cavabdeh1 və yaxın qohumların xahişlərinin çoxluğunu nəzərə alaraq, ünvandan göründüyü kimi cavabdehin sözügedən ünvanda yaşadığı evi İddiaçı rəhmətlik atası cavabdehə və bacısına rəhmi gələrək İddiaçı fərdi yaşayış evinin bir hissəsini onlara hörmət məqsədilə ayırıb vermişdir. Hər dəfə qanunsuz ümumi istifadədə gediş-gəliş yolunda olan torpaq sahəsində tikinti işləri apararkən ilkin iddia üzrə cavabdehə bildirilib ki, heç olmasa, evə giriş-çıxışa yol saxla. Artıq iş o yerə gəlib çıxıb ki, istifadə etdikləri tualeti söküb yerində mağaza tikmişlər. İddiaçı bildirir ki, məcbur qalaraq şəhər yerində şambodan istifadə edirlər, amma şambo dolduğundan, ikinci şambo qazaraq istifadə edirlər və bu səbəbdən həyətdə oturmaq mümkün deyil. İlkin iddia üzrə Cavabdeh1 tərəfindən ümumi istifadə tualetlərinin sökülməsinə hətta qonşuları tərəfindən mənfi fikir bildirilib. İddiaçı bildirir ki, ilkin iddia üzrə Cavabdeh1 Covid-19 Koronovirusun yayılmasına səbəb olan və qanunlara zidd olan Baki şəhərinin mərkəzində tualetlərini söküb, kanalizasiya sistemini özbaşına ləğv edib və yerində mağaza inşa edərək sahibkarlıqla məşğul olur, tikinti işləri aparır.

19. İlkin iddia üzrə Cavabdeh1 oğlu X35 ümumi istifadə gediş-gəliş yolunun üstündə 2020-ci il tarixdə iyun ayında pandemiya şəraitində balkon tikmişdir ki, hər dəfə gəlib keçdikdə başlarına zir-zibil tökülmüşdür. Həmçinin ilkin iddia üzrə Cavabdeh1 ümumi istifadə gediş-gəliş yolunun üstündə mətbəx, koridor, hamam, tualet inşa etmiş və həmin ümumi istifadə yolunun üstündə inşa etdiyi mətbəx və koridora çıxarış da alıb. İddiaçı bildirir ki, onun mülkiyyətindən heç kəsə ziyan vurulmur və ümumi istifadə gediş-gəliş yolunda onun mülkiyyətinə məxsus olan tikinti yoxdur. Şəxsi mülkiyyətində olan evi ilə cavabdehlərin təbii havasını, təbii işığını kəsməmiş, ümumi istifadə gediş-gəliş yolunu zəbt etməmişdir. O qeyd edir ki, ümumi istifadə gediş-gəliş yolunu və həmin yolun üstünü birmənalı şəkildə özbaşına tikintilər inşa edərək daraldan, zəbt edən, başlarına zir-zibil tökən, ona məxsus yaşayış pəncərəsinin önündə ara məsafəsi saxlamadan ikimərtəbəli ev inşa edən, təbii havanı, işığı kəsən, hüquq və azadlıqlarını, mülkiyyət hüquqlarını, qanuni mənafələrini pozan, ailəsinə mənəvi və maddi ziyan vuran ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2dır. İlk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 Mürsəl oğlu İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə münasibətdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 məxsus olan mübahisəli tikililər 25 il bundan əvvəl həmin vaxt mülkiyyətçi olan ilkin iddia üzrə iddiaçının atası Nurəli Kəlbiyevin aldığı kompensasiyanın müqabilində vermiş olduğu razılıq əsasında tikildiyindən, həmin vaxtdan tikililərə dair mübahisə edilmədiyindən, ilkin iddia üzrə iddiaçı atasından miras qalmış evi qəbul edərkən tikililər artıq mövcud olduğundan və qonşu təsirinə dözmək vəzifəsini miras passivi kimi qəbul etdiyindən, mübahisəli tikilinin sökülməsi həm Cavabdeh2 evinin, həm də qonşuların, o cümlədən ilkin iddia üzrə iddiaçının özünün evinin qəzalı vəziyyətə düşməsinə səbəb ola biləcəyindən, ilkin iddia üzrə iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən İddiaçı iddiasının əsassız hesab edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, aşağıdakılara əsasən Cavabdeh2 münasibətdə iddianı əsassız hesab edirlər: 1.Mübahisəli tikili 25 il bundan əvvəl ilkin iddia üzrə iddiaçının atasının notarial razılığı ilə inşa edilmişdir və hazırki iddia verilənədək hər hansı mübahisə olmamışdır. ünvan 13 ünvanında Cavabdeh2 məxsus evdə ilkin iddia üzrə iddiaçının sökülməsini tələb etdiyi tikililər 25 il bundan əvvəl tikilmişdir. Həmin tikililərin 25 il əvvəl tikilməsi evin 1997-ci il tarixli texpasportu, həmin küçənin uzun müddətlik sakinləri olan qonşuların aktı təsdiq edir. Tikililərin uzun müddət bundan əvvəl tikilməsi ekspert rəyi alınması ilə də təsdiq edilə bilər. İddiaçı məxsus ev həmin vaxt mərhum atası Nurəli Kəlbiyevə məxsus olmuşdur. İlkin iddia üzrə iddiaçının atası Nurəli Kəlbiyev Cavabdeh2 əri Şair Kəlbiyevin qardaşı olmuşdur. Cavabdeh2 və əri Şair Kəlbiyev tərəfində iddiaçının evinin pəncərəsinin önündə mübahisə etdiyi tikililər inşa edilərkən ilkin iddia üzrə iddiaçının atası Nurəli Kəlbiyevlə ara məsafəsi razılaşdırılaraq müəyyən edilib. İlkin iddia üzrə iddiaçının atası X18 09 may 2000-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ərizəsində evinin həyətyanı sahəsində qardaşı X16 1997-ci il tarixdə ev tikməsinə razılıq verməsinin müqabilində qardaşından 2.200 ABŞ dolları məbləğində pul aldığını və tikintiyə görə gələcəkdə heç bir narazılığının və iddiasının olmayacağını qeyd etmişdir. Həmin vaxt ilkin iddia üzrə iddiaçı hələ yetkinlik yaşına çatmamışdı. Həmin vaxtdan hazırki iddia verilənədək nə mərhum Nurəli Kəlbiyev, nə də İddiaçı mövcud tikililərlə bağlı hər hansı mübahisə etməmişlər. 2. İlkin iddia üzrə iddiaçı atasından miras qalmış evi qəbul edərkən tikililər artıq mövcud idi və qonşu təsirinə dözmək vəzifəsini mirası passivi kimi qəbul etmişdir. İlkin iddia üzrə iddiaçının atasının mülkiyyətçi olan zaman 09 may 2000-ci il tarixli notarial ərizə ilə 2.200 ABŞ dolları alması müqabilində üzərinə götürdüyü gələcəkdə heç bir narazılığının və iddiasının olmayacağı barədə vəzifə miras passivi kimi ilkin iddia üzrə iddiaçıya da keçmiş sayılır. İlkin iddia üzrə iddiaçı mirası qəbul edib faydalandığı kimi, miras qoyanın əmlakla bağlı vəzifəsini də olduğu kimi qəbul etmişdir və buna riayət etməlidir. 3. Mübahisə edilən tikili Cavabdeh2 məxsus evlə eyni damın altında tikilmişdir və uzun müddətdir inşa edilmiş tikili olduğu üçün sökülməsi həm Cavabdeh2 evinin, həm də qonşuların, o cümlədən ilkin iddia üzrə iddiaçının özünün evinin qəzalı vəziyyətə düşməsinə səbəb ola bilər. Qeyd edilən bu hal iş üzrə ekspert rəyi alınmaqla müəyyən edilə bilər. İş üzrə verilmiş xx.xx.2021-ci il tarixli 10/5366 nömrəli ekspert rəyi ilə mübahisəli tikililərdən yalnız hamam, sanitar qovşaqlarının ara məsafəsi saxlanmadan tikildiyi qeyd edilmişdir. Həmin tikililərin sökülməsi bütövlükdə iş üzrə tərəflərin hər üçünün evinin qəzalı vəziyyətə düşməsinə səbəb ola bilər. 4. İlkin iddia üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Göründüyü kimi iddiaçının atası olan evin əvvəlki mülkiyyətçisi Nurəli Kəlbiyev 1997-ci ildə mübahisəli tikililər tikilərkən bundan məlumatlı olmuş, 09 may 2000-ci il tarixdə verdiyi razılıq ərizəsi ilə məlumatlı olmasını təsdiq etmiş, lakin 25 il müddət keçməsinə baxmayaraq, nə Nurəli Kəlbiyev, nə də onun oğlu olan hazırki iş üzrə iddiaçı tikililərin sökülməsi tələbini irəli sürməmişlər.

20. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 həm iddia müddətinin ötürüldüyü, həm də ilk iddia əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, AR Konstitusiya Məhkəməsinin “AR MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, 2000-ci ilin sentyabrın 1-dən əvvəl yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə 1964-cü il 11 sentyabr tarixdə qəbul olunmuş AR MM-nin 73-cü maddəsi, həmin dövrdən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə isə AR MM-nin 373-cü maddəsində göstərilən iddia müddətləri tətbiq edilir. AR MM-nin 373.1-ci maddəsi ilə ümumi iddia müddəti on il kimi müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçının mübahisələndirdiyi tikililər ötən əsrin 70-90cı illərində tikilmişdir. Qeyd edilənləri nəzərə alaraq ilk iddianın rədd edilməsini məhkəmədən xahiş edir.

21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2023 saylı 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) ilk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı, maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs cəlb edilməklə ”qeyri-qanuni tikililərin sökülməsi, qeydiyyat vəsiqəsinin və texniki pasportun ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı ”qeyri-qanuni tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində pulun 50 %-i, yəni 150 manat pul ilk iddia üzrə İddiaçı, 50%-i, yəni 150 manat pul ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və X5 tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X6, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilməsi qət edilmişdir.

22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56, 66.1, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 155.1, 155.2, 171.1, 171.2, 171.3, 180.1, 180.4, 372.1, 373.1, 375.1, 375.2-ci, “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10, 25-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə, «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarına, «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına, Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin -Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 101.7, 103.1, 206.1, istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

23. Qətnamədən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək ilk iddianın rədd edilməsi hissəsində qətnamənin ləğv edilməsini və ilkin iddia üzrə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi, ünvan 14 ünvanında yerləşən Cavabdeh1 məxsus fərdi yaşayış evinə dair texniki pasportun təsdiq edilmiş surətinin təqdim edilməsi barədə Bakı Kadastr və Reysteri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu vermişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 məxsus fərdi yaşayış evinin 1997-ci il tarixli texniki pasportu möhürlənmiş, imzalanmış göndərilmiş və tikinti altında olan sahə 113 m2 qeyd olunmuşdur. Cavabdeh1 adına olan 2002-ci il tarixli texniki pasportda isə tikinti altında olan sahə 178 m2-dır və bu texniki pasport 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tanınmamışdır. Cavabdeh1 Nərimanov rayon məhkəməsindən özünə aid 1997-ci il tarixli texniki pasportunu gizlətməsində əsas səbəb budur ki, sözügedən fərdi yaşayış evinin köməkçi sahəsində ayaqyolu olmuşdur. Eyni zamanda 1997-ci il tarixli texniki pasportunda tikinti altında olan sahəsi 113 kv.m göstərilmişdir. Lakin, cavabdeh Quliyevin Əlinin məhkəməyə təqdim etdiyi 2002-ci il tarixli texniki pasportda əvvəlki texniki pasportda köməkçi sahədə olan ayaqyolu göstərilməmiş və tikinti altında olan sahə 178 kv.m qeyd olunmuşdur. Uyğunlaşdırdıqda 65 kv.m sahə əlavə qeyri-qanuni tikilinin olduğu məlum olur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

26. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

27. Məhkəmə iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin

29. 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

30. 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

31. 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir.

32. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir.

33. 171.1-ci maddəyə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

34. 171.2-ci maddəyə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

35. 171.3-ci maddəyə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

36. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

37. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

“Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun

38. 10-cu maddəsinə əsasən təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız yerli icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir.

39. 25-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikdikdə, mövcud tikililərin funksional təyinatını dəyişdirməklə, onların yenidən planlaşdırma və yenidənqurma işlərini apardıqda inzibati və mülki məsuliyyət daşıyırlar.

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 5-ci bəndinə əsasən yerli icra hakimiyyəti ilə obyektdə dəyişikliklər edilməsi razılaşdırıldıqdan sonra bu məqsədlə işlənmiş layihə-smeta sənədləri sifarişçi tərəfindən təsdiq olunduqdan sonra bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma, yenidənqurma işlərinin aparılmasına və müvafiq qaydada tikinti işlərinin icrasına başlanılmasına yol verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

48. Hazırki halda qətnamə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən ilkin iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirilərək ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi xahiş edildiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2023 saylı 24 iyul 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır.

50. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2 mərtəbəsində hamam, sanitar qovşağının İddiaçı məxsus yaşayış evinin pəncərəsindən 0.50-0.60 sm ara məsafəsində inşa olunduğu nəzərə alınaraq, sonuncuya məxsus ünvan 4 ünvanında yerləşən yaşayış evinin havalandırılması, işıqlandırılması rütubətin tənzimlənməsinə mənfi təsir göstərməsi və rəylərdə sadalanan qanunvericilik normalarına əməl edilmədən inşa olunması faktları mövcud olsa da, ilk iddia Cavabdeh2 münasibətdə rədd edilməlidir. Belə ki, ilk iddiaçı sökülməsini tələb etdiyi qeyd edilən tikililərin hansı tarixlərdə inşa edilməsini dəqiq göstərməməklə yalnız 2020-ci ilin iyununda pandemiya dövründə bu tikintilərlə bağlı qarşı tərəfin övladları ilə aralarında münaqişəli vəziyyət olmasını qeyd etməklə kifayətlənmişdir. Həmçinin X1 hazırda oğlunun qaldırdığı iddialar üzrə Cavabdeh2 qarşı qanunsuz tikililər və digər pozuntularla bağlı hər hansı formada iddia qaldırmamışdır. Bu halın müəyyən edilməsi tərəflərin inşa etdikləri (texniki pasportda əksini tapan və tapmayan) tikililərin həqiqətən də 2016-cı ildən xeyli əvvəllər inşa edilməsinə dəlalət edir. İlk iddianın Cavabdeh1 aid hissəsinə münasibətdə ekspertizalar nəticəsində Cavabdeh1 istifadəsində olan tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərməməsi, həmin tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə, eləcə də torpaq sahəsi ilə üstüstə düşməməsi və beləliklə də, cavabdeh tərəfindən İddiaçı məxsus hər hansı tikilinin sökülmədiyi müəyyən olunması bu qənaətə gəlməyə əsas verir ki, bu halların Cavabdeh1 tərəfindən İddiaçı subyektiv hüququnun pozulması faktlarının olmasını təkzib edir.

51. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnamənin yoxlanılan hissəsində gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

52. Belə ki, işin faktiki hallarından məlum olur ki, tərəflər arasında qohumluq münasibəti olmaqla uzun müddətdir ki, eyni hüquqi ünvanda, bir-birindən təcrid olunmuş şəkildə yaşamaqla qonşudurlar. İddiaçı ilə Cavabdeh2 paylı mülkiyyətçilərdir. Cavabdeh1 isə eyni ünvanda adına ayrıca mülkiyyət sənədi mövcuddur. Tərəflər (Cavabdeh1 İddiaçı) bir- birilərinə qarşı iddia ilə müraciət edərək qeyri-qanuni tikililər inşa edilməsi ilə təbii havanın, işığı kəsilməsində, huquq və azadlıqlarının, mülkiyyət hüquqlarının, qanuni manefələrini pozulmasında, əvvəllər mövcud olmuş əsas gediş-gəliş yolunu zəbt edərək qeyri-qanuni inşa və hasarlama işləri aparmaqda günahlandırırlar. İddiaçı, həmçinin Cavabdeh2 da cavabdeh sayır.

53. İşin materiallarından görünür ki, ünvan 13 ünvanında sökülməsi tələb edilən tikililər 1995-1997-ci ildən əvvəl tikilmişdir. Həmin tikililərin 1995-1997-ci ildən tikilməsi evin texniki pasportlarda öz əksini tapmışdır. Belə ki, 1992-ci ilin mart ayında Cavabdeh2 adına texniki pasport vertlmiş və texniki pasportun vərəqlərində 1997-ci ilin avqust ayında ona dəyişiklik edilmişdir. Bu dəyişiklik tikiliyə əlavə edilmiş İV №-li tikinti ilə bağlıdır. Texniki pasportun “Tikintilərin və qurğuların xarakteristikaları” adlı sonuncu vərəqində İV №-li tikilinin “hamam, ayaqyolu” olduğu və 1995-ci ildə tikildiyi öz təsdiqini tapır.

54. İşin materiallarından görünür ki, 1992-ci ilin mart ayında X3nun adına, xx.xx.2002-ci ildə isə Cavabdeh1 Əliqulu oğlunun adına 1-ci Şimal Şitilliyi ev 89 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir.

55. İş materiallarından məlum olur ki, sökülməsi tələb edilən tikililərlə bağlı məhkəmə tərəfindən 3 dəfə məhkəmə tikinti texniki ekspertizalar təyin edilərək keçirilmişdir. Ekspertizalar zamanı mübahisələndirilən bütün tikililərə dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri əks etdirən razılaşdırılmış ilkin layihə sənədi mövcud olmaması xüsusilə qeyd edilmişdir. Həmçinin də ekspert rəyləri ilə Cavabdeh1 və X13 tərəfindən inşa edilmiş tikililərin İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi ilə üst-üstə düşməməsi, daha sonra İddiaçı tərəfindən ünvan 10 ünvanında inşa edilmiş tikililərin ona məxsus texniki pasporta uyğun inşa edilməsi müəyyən edilmişdir. Lakin ilkin layihə və icazə sənədləri mülki iş materiallarında olmadığından, ekspertlər tərəfindən İddiaçı tərəfindən ünvan 10 ünvanında inşa edilmiş tikililərin memarlıq və şəhərsalma norma və qaydalarına uyğun tikilibtikilmədiyini müəyyən etmək mümkün olmamışdır.

56. Buna baxmayaraq ekspertizalar zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən evin gediş-gəliş yolunda X7 inşa etdiyi iki mərtəbəli evlərinin 1-ci mərtəbəsindəki hamam sanitar qovşağı və 2 mərtəbəsində hamam, sanitar qovşağı İddiaçı məxsus yaşayış evinin pəncərəsindən 0.50-0.60 sm ara məsafəsində inşa olunmaqla sonuncunun yaşayış evinin (4 saylı tikilinin pəncərəsinin qarşısında həmin evə bitişik inşa edilməsini nəzərə alaraq) havalandırılması, işıqlandırılması rütubətin tənzimlənməsinə mənfi təsir göstərir və bu tikililər dövlət şəhərsalma norma və qaydalarının 69.5.2-1-ci maddəsinə əməl edilmədən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edər müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadan inşa olunmuşdur. Bundan əlavə, ekspert rəylərindən aydın olur ki, Cavabdeh1 istifadəsində olan tikililərin özünə məxsus texniki pasportda qeyd olunan tikililər olmaqla, texniki paspotda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, metal konstruksiyalı balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağının (balkonda inşa edilən) isə ümumi istifadədə olan sahədə tikilmiş, onun istifadəsində olan texniki pasportda qeyd olunmayan ayaqyolu, həyət tikilisi, dəmir balkon, dəmir pilləkən, pilləkənin altında yerləşən tikili, ikinci mərtəbə səviyyəsində inşa edilmiş sanitar qovşağına (balkonda inşa edilən) dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmadığından həmin tikililərin inşasının və aparılmış yenidənqurma işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına və şəhərsalma norma qaydalarına uyğun olmamışdır.

57. Lakin ekspertizalar müəyyən etmişdir ki, Cavabdeh1 istifadəsində olan tikililərin İddiaçı məxsus yaşayış evinin qapı və pəncərə boşluqlarından aralıda yerləşməsi nəzərə alınaraq, həmin tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərməməsi, Cavabdeh1 inşa etdiyi tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə eləcə də torpaq sahəsi ilə üst-üstə düşməməsi nəzərə alaraq, cavabdeh tərəfindən İddiaçı məxsus hər hansı tikilinin sökülmədiyi müəyyən olunmuşdur.

58. İddiaçı iddia etdiyi sanitar qovşağı tikilisi Cavabdeh1 Əliqulu oğlunun adına tərtib olunmuş xx.xx.2002-ci il tarixli Texniki Pasportdaöz əksini tapsa da (11 saylı tikili) faktiki vəziyyətdə həmin həmin tikilinin arakəsmə divarları sökülərək dəhliz kimi istifadə edilməsi müəyyən edilmişdir. Başqa sözlə, Cavabdeh1 Əliqulu oğlu öz adına olan texniki pasportla əksini tapmış tikilini sökərək oranı dəhliz kimi istifadə edir, ki, bununla da İddiaçı hər hansı hüququnun pozması faktı müəyyən edilməmişdir. Lakin bununla belə ekspertiza zamanı Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda olan 9 saylı tikilinin 0.9 m. hissəsinin genişləndirilərək İddiaçı məxsus ünvan 7 mənzilin torpaq sahəsinin gediş-gəliş yolunda inşa edildiyi müəyyən edilmişdir.

59. Kollegiya qeyd edir ki, ekspert rəyi digər sübutlarla birgə qiymətləndirilir.

60. Kollegiya hesab edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

61. Məhkəmə kollegiyası bildirir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməmək barədə nəticəyə gələrkən işin araşdırılmış hallarını və mülki prosesssual normaların tələbləri baxımından qeyd edilən rəylərin mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qiymətləndirməkdə haqlı olmuşdur. Belə ki, həmin rəylərdə ekspertiza qarşısında qoyulmuş suallara verilmiş cavablar qeyrimüəyyən xarakter daşımamaqla faktiki real vəziyyəti olduğu kimi əks etdirmişdir.

63. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, ilk iddiaçı sökülməsini tələb etdiyi qeyd edilən tikililərin hansı tarixlərdə inşa edilməsini dəqiq göstərməməklə yalnız 2020-ci ilin iyununda pandemiya dövründə bu tikintilərlə bağlı qarşı tərəfin övladları ilə aralarında münaqişəli vəziyyət olmasını qeyd etməklə kifayətlənmişdir.

64. 27 saylı Notariat Kontoru tərəfindənxx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X18 xüsusi mülkiyyətində olan evini İddiaçı bagışlamışdır. Tərəflərin izahatlarından məlum olur ki, X18 bağışlama müqaviləsindən bir müddət sonra vəfat etmişdir.

65. Müəyyən edilmişdir ki, X1 hazırda oğlunun qaldırdığı iddialar üzrə Cavabdeh2 qarşı qanunsuz tikililər və digər pozuntularla bağlı hər hansı formada iddia qaldırmamışdır. Bu halın müəyyən edilməsi tərəflərin inşa etdikləri (texniki pasportda əksini tapan və tapmayan) tikililərin həqiqətən də 2016-cı ildən xeyli əvvəllər inşa edilməsinə dəlalət edir.

66. Bu faktı mübahisəli evin yerləşdiyi küçədə yaşayan qonşular, ilk iddiaçı tərəfindən mübahisə edilən Cavabdeh2 məxsus tikilinin 1997-ci ildən əvvəl tikildiyini tərtib etdikləri xx.xx.2022-ci il tarixli “Akt”la və Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizə ilə təsdiq etmişlər.

67. Həmçinin, ekspert rəylərində də mübahisə predmeti olan tikililərin nə vaxt tikilməsi müəyyən edilməmiş, konkret olaraq göstərilmişdir ki, “ünvan 15 ünvanda Cavabdeh2 məxsus evdə X29 tərəfindən mübahisə edilən İddiaçı evini pəncərəsinin qarşısındakı tikilinin hansı tarixdə inşa edilməsini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin, “Google Earth” xəritə proqramında mövcud olan illər üzrə peyk görüntülərindən görünür ki, Cavabdeh2 istifadəsində olan iki mərtəbəli fərdi yaşayış evi 2008-ci il tarixdən həmin ərazidə mövcud olmuşdur”.

68. Kollegiya qeyd edir ki, işin bu halları iddiaçının mübahisəli tikilinin bir neçə il bundan əvvəl tikilməsi ilə bağlı dəlillərini tam əsassız və işdə olan sübutlarla tam təkzib olunması qənaətinə gəlməyinə kifayət qədər əsas verir.

69. Kollegiya həmçinin qeyd edir ki, ilk iddianın Cavabdeh2 aid hissəsi iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair təqdim edilmiş ərizə əsasında rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

70. Kollegiya ilk iddianın Cavabdeh1 aid hissəsinə də qiymət verərək bildirir ki, aparılmış ekspertizalar nəticəsində Cavabdeh1 istifadəsində olan tikililərin iddiaçıya məxsus yaşayış evinin havalandırılmasına, işıqlandırılmasına, rütubətin tənzimlənməsinə təsir göstərməməsi, həmin tikililərin iddiaçıya məxsus fərdi yaşayış evinə dair tərtib olunmuş 1992-ci il tarixli Texniki Pasportda qeyd olunan tikililər ilə, eləcə də torpaq sahəsi ilə üst-üstə düşməməsi və beləliklə də, cavabdeh tərəfindən İddiaçı məxsus hər hansı tikilinin sökülmədiyinin müəyyən olunması bu qənaətə gəlməyə əsas verir ki, bu halların Cavabdeh1 tərəfindən İddiaçınnun subyektiv hüququnun pozulması faktlarının olmasını təkzib edir.

71. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Cavabdeh1 qarşı münasibətdə də iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçı məxsus ünvan 7 mənzilin torpaq sahəsinin gediş-gəliş yolunda inşa edilmiş tikilinin də Cavabdeh1 adına olan xx.xx.2002-ci il tarixli Texniki Pasportda əksini tapmış 9 saylı tikilinin 0.9 m. hissəsinin genişləndirilməsi yolu ilə həyata keçirilməsini, başqa sözlə, bu tikilinin 2002-ci il və ya ondan əvvəl inşa edilərək texniki pasporta əlavə edilməsini nəzərə alır və qeyd etməyi zəruri sayır ki, 20 ildən artıq bu mövcud vəziyyətdə yaşayaraq hazırda ilk iddiaçının sözügedən və digər tikililərin sökülməsi və sair tələbləri cavabdehlə aralarında yaranmış qərəzli və münaqişəli mübahisələrin nəticəsidir. Cavabdeh tərəfin izahatlarından görünür ki, ilk iddiaçının atasının sağlığında mövcud tikililər inşa edilmiş və heç bir narazılıq olmamışdır. Yalnız son illərdə ilk iddiaçının onlara qarşı yaranmış qərəzli münasibətin nəticəsində illərlə istifadədə olan tikililərin qanuniliyini mübahisələndirməyə başlayıb. Halbuki, bu tikili ona maneə yaradırdısa, inşa edilən vaxtı bunu mübahisələndirərdi.

72. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus ünvan 7 mənzilin torpaq sahəsinin gediş-gəliş yolunda 0.9 m. hissəsinin genişləndirilməklə cavabdehin evinə aid Texniki Pasportda olan 9 saylı tikilinin inşa ediməsi ilə ilk iddiaçının hüquqlarının subyektiv hüquqlarını pozmasına dair iddia dəlilləri kifayət qədər mötəbər sübutlarla əsaslandırılmaması və bu tikilinin sökülməsi ilə tərəflər arasında yaranmış mübahisəli vəziyyətə tamamilə son qoyulmaması əsası ilə təmin edilməsi mümkün sayıla bilməz.

73. Məhkəmə kollegiyası ilk iddianın digər, yəni, Maraqlı şəxsin Cavabdeh1 adına xx.xx.2002-ci il tarixli seriya ÖM-114599 nömrəli Qeydiyyat Vəsiqəsinin yə qeydiyyat vəsiqəsinə aid olan Reyestr nömrəsi xx.xx.2002- ci il tarixli, inventar nömrəsi 414 olan Texniki pasportun ləğv edilməsi hissələrinə də qiymət verərək hesab edir ki, bu tələblər əsas tələbdən irəli gələn tələb olduğundan onların qanuniliyinə hüquqi qiymət vermək zərurəti yoxdur.

74. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

75. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyindən iş üzrə qəbul edilmiş qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-34/2023 saylı 24 iyul 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar