Məhkəmə qərarları › İş №2(103)-6193/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6193/2023

12.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6193/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ` İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X2rşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), X12 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X11 Stansiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X2rşı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(004)-3391/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X11 Stansiyasının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, İşin halları

1. İddiaçı əmək kitabçasının surətinə əsasən o, 03 oktyabr 1985-ci ildə Qəbələ rayon ATS-də elektro-mexanik vəzifəsinə təyin edilmiş, 01 oktyabr 1991-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmiş, 01 fevral 1994-cü il tarixdə Qəbələ rayon Rabitə Qovşağında radio əməliyyatçısı vəzifəsinə təyin edilmiş, 25 iyun 2007-ci il tarixdə əmək müqaviləsinə xitam verilərək eyni tarixdə X11 Stansiyasında 9-cu dərəcəli böyük mexanik vəzifəsinə qəbul edilmiş, 01 mart 2018-ci il tarixdə əmək müqaviləsinə öz xahişi ilə xitam verilərək 02 mart 2018-ci il tarixdə Texniki departamentin Şəbəkə idarəetmə mərkəzinin operativ idarəetmə sektoruna mütəxəssis vəzifəsinə qəbul edilmiş, 08 oktyabr 2018-ci il tarixdə ərizəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir, 09 oktyabr 2018ci il tarixdə 09 oktyabr 2018-ci il tarixli, 496 nömrəli əmrə əsasən X11 Stansiyasının Maliyyə şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, 147 saylı, 19 sentyabr 2019-cu il tarixli əmrə əsasən X11 Stansiyasının yeni təsdiq olunmuş ştat cədvəlinə əsasən Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis vəzifəsinə keçirilmiş, 14 oktyabr 2022-ci il tarixdə isə 12 oktyabr 2022-ci il tarixli, 168 nömrəli əmrə əsasən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir.

2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X11 Stansiyasının direktoru vəzifəsini icra edən Talıbzadə Əhmədovun 12 oktyabr 2022-ci il tarixli 168 nömrəli əmri ilə X11 Stansiyası maliyyə şöbəsinin mühəndisi İddiaçı 14 oktyabr 2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

3. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(004)- 749/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası təmin edilmiş, "xxxx" MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə 12 oktyabr 2022-ci il tarixli 168 nömrəli əmri ləğv edilmiş, İddiaçı əvvəlki vəzifəsinə, yəni "xxxx" MMC-nin X11 stansiyasının Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis vəzifəsinə bərpa edilməsi, "xxxx" MMC tərəfindən məcburi işburaxma müddəti üçün 12 oktyabr 2022-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi, cavabdeh "xxxx" MMC-dən 50 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2023-cü il tarixli, 2(103)-3117/2023 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(004)-749/2023 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddiası rədd edilmişdir. Qətnaməni ləğv edən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı tələb üzrə cavab verməli olan şəxs (cavabdeh) "xxxx" MMC deyil, X3malıdır. Lakin apelyasiya icraatı mərhələsində əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunması mümkün olmadığından, iddiaçı hazırkı tələblə X2rşı yeni iddia qaldırmalıdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 14 oktyabr 2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X11 Stansiyasının 12 oktyabr 2022-ci il tarixli 168 nömrəli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X11 Stansiyasının maliyyə şöbəsinin mühəndisi vəzifəsinə bərpa edilməsi, 14 oktyabr 2022-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı həmin şöbəyə daimi 9-cu dərəcəli böyük elektrik mexanik vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin 22 iyun 2015-ci il tarixli 183 saylı sərəncamına əsasən "xxxx" İB-nin təşkilatı-hüquqi forması dəyişdirilərək "xxxx" MMC-yə çevrilmişdir. Bu səbəbdən 17 yanvar 2018-ci il tarixdə Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 02 mart 2018-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC Texniki Departament Şəbəkə idarəetmə mərkəzinin Operativ idarəetmə sektoruna (sosial məzuniyyətdə olan X10 yerinə) operativ idarəetmə üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, 08 oktyabr 2018-ci il tarixdə Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən tutduğu vəzifədən azad edilib və əmək müqaviləsinə xitam verilmişdir. 09 oktyabr 2018-ci il tarixdə X11 X7 10-cu dərəcəli mühəndis vəzifəsinə qəbul edilmiş, 02 sentyabr 2019-cu il tarixdə BATS-ın yeni təsdiq olunmuş ştat cədvəlinə əsasən Maliyyə şöbəsinə 7-ci vəzifə kateqoriyalı mühəndis keçirilmişdir. 14 oktyabr 2022ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifəsindən azad edilmiş və əmək müqaviləsinə xitam verilmişdir. Onun işlədiyi iş daimi xarakterlidir, əvvəllər onunla əmək müqaviləsi müddətsiz bağlanmışdır, 03 oktyabr 1985-ci ildən 08 oktyabr 2018-ci ilə kimi müddətsiz əmək müqaviləsi ilə işləmişdir. Sonradan onunla müddətli əmək müqaviləsi bağlamışlar. 2018-ci ildən iki dəfə əmək müqaviləsi 1 il müddətinə bağlanmış, daha sonra 6 və 3 aylıq müddətlərdə bağlanmışdır. O, əmək müqaviləsinin müddətli bağlanmasına etiraz etsə də, o, müddətli əmək müqavilələrinə və işdən azad olmaya dair ərizəni ona görə imza etmişdir ki, işəgötürən ona bildirmişdir ki, imza etməyəcəyi təqdirdə işdən tamamilə azad ediləcəkdir. Bu səbəbdən o, müqavilələrə və ərizəyə işini itirməmək qorxusu ilə məcbur qalaraq imza etmiş və müddətli müqavilə bağlanmasına razılıq vermişdir. O, hal – hazıra kimi ailə qurmamışdır, valideynləri və övladları yoxdur, himayəsində olan yeganə qardaşı isə psixi xəstə olmaqla, əlildir, kirayədə yaşayırlar, işdən çıxarıldığı üçün kirayə pulunu da ödəyə bilmir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(004)- 3391/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, maliyyə şöbəsinin mühəndisi İddiaçı 14 oktyabr 2022-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən vəzifəsindən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X11 Stansiyasının 12 oktyabr 2022-ci il tarixli 168 nömrəli əmrinin ləğv edilməsi, onun Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X11 Stansiyasının maliyyə şöbəsinin mühəndisi vəzifəsinə bərpa edilməsi, 14 oktyabr 2022-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı işlədiyi X11 Stansiyası maliyyə şöbəsinin mühəndisi vəzifəsi daimi xarakterli iş olduğuna və iddiaçının bu sahədə 33 il müddətinə iş təcrübəsinə malik olduğuna görə, işəgötürən onunla müddətsiz əmək müqaviləsi bağlamalı idi. Çünki, müddətsiz əmək müqaviləsi əsasında eyni müəssisədə, eyni fəaliyyət istiqaməti üzrə xx.xx.1985-ci ildən xx.xx.2018-ci il tarixədək fasiləsiz və qüsursuz işləyən işçinin öz təşəbbüsü ilə könüllü olaraq əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verməsi və xx.xx.2018-ci il tarixdə dərhal yenidən işə qəbul olunmaq üçün ərizə verərək 1 illik, daha sonra isə 3 aylıq müddətli əmək müqaviləsi bağlamaq istəməsi inandırıcı deyildir. Belə ki, müddətsiz əmək müqaviləsinin bağlanması işçinin əmək hüquqlarının təmin edilməsi üçün daha uyğun və zəmanətlidir. Həmçinin müəyyən edilir ki, iddiaçı ilə müddətli əmək müqaviləsi işəgötürənin diqtəsi ilə bağlanmış və iddiaçının həqiqi iradəsini ifadə etməmişdir. İddiaçı özü də izahatında bildirir ki, iş yerini itirməmək üçün işəgötürənin müddətli əmək müqaviləsi bağlamağa məcbur olmuşdur. Çünki, bundan imtina edəcəyi təqdirdə işçinin işdən azad olunması üçün real təhlükə olmuşdur. Eyni zamanda İddiaçı əmək fəaliyyəti dövründə qüsursuz işləməsi, hər hansı bir nöqsana yol verməməsi işin mübahisəsiz halıdır. Müəssisədə yalnız struktur dəyişikliyi olmuş, eyni X11 Stansiyası əvvəlcə "xxxx" İB-nin tabeliyində olmuş, "xxxx" İB struktur dəyişikliyi ilə bağlı "xxxx" MMC-yə çevriləndən sonra X11 Stansiyası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyinə verilmişdir. Yəni X11 Stansiyasının tabe olduğu "xxxx" İB sadəcə "xxxx" MMC-yə çevrilmişdir. Bu səbəbdən iddiaçının struktur dəyişikliyi ilə bağlı əvvəlki müddətsiz əmək müqaviləsinə xitam verilmiş və yenidən müddətsiz əmək müqaviləsi bağlamaq əvəzinə işçi ilə işəgötürən arasında müddətli əmək müqaviləsi imzalanmışdır. Lakin fəaliyyət istiqaməti daimi xarakter daşıyan müəssisədə eyni vəzifə olmasına baxmayaraq, işçi ilə bir il müddətinə əmək müqaviləsinin bağlanması, sonrakı tarixlərdə isə 3 dəfə bir il, 4 dəfə isə üç ay müddətinə müddətinin uzadılması işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. İşçi ilə bağlanmış əmək müqaviləsinin məzmunundan görünür ki, iddiaçının tutduğu vəzifə daimi xarakterə malik olmuş və işin bu halı cavabdeh tərəfindən mübahisə olunmur. Struktur dəyişikliyindən sonra onun bazasında eyni fəaliyyətlə (mühəndis) məşğul olmuşdur ki, iddiaçı əvvəl həmin müəsisədə müddətsiz əmək müqaviləsi əsasında uzun illər işləmişdir. Göründüyü kimi, Əmək Məcəlləsinin 45 və 47-ci maddələrinin tələblərinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə əsassız olaraq müddətli əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iddiaçının müddətli əmək müqaviləsi bağlayarkən onun işsiz qalmaq təhlükəsi ilə üzləşməsini nəzərə alaraq hesab edir ki, iddiaçı ilə işəgötürən cavabdeh arasında müddətli əmək müqaviləsi bağlanarkən hüquq bərabərliyi prinsipinə riayət olunmamışdır. Məhkəmə hesab edir ki, əmək müqaviləsinin qüvvədə olma vaxtını məhdudlaşdıran hallar olmadığı halda, görüləcək işin xarakteri, onun yerinə yetirilməsi şərtləri nəzərə alınmadan müddətli əmək müqaviləsini bağlanması qanunsuzdur və nəticədə Əmək Məcəlləsinin 43-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hüquq və təminatların səviyyəsini azaldır. İşəgötürən tərəfindən işçinin müəyyən edilmiş hüquq və təminatlarının səviyyəsinə əməl olunmaması isə belə hərəkətlərin qanunsuz olmasına səbəb olur.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə, 12-ci maddəsinin 1-ci hissəsinin “b” və “c” bəndlərinə, 45-ci maddəsinin 1-ci hissəsinə, 45-ci maddəsinin 3-cü hissəsinə, 45-ci maddəsinin 4-cü hissəsinə, 47-ci maddəsinin “f” bəndinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 69-cu maddəsinin 7-ci hissəsinə, 74-cü maddəsinin 2-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X11 Stansiyası qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 2(004)- 3391/2023 nömrəli qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şikayətin dəlillərinə görə, "xxxx" MMC və X11 Stansiyası ayrı-ayrı hüquqi şəxslər və işəgötürənlərdir. Həmin halın təsdiqi BakıApellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(103)-3117/2023 nömrəli qətnaməsində də öz əksini tapmışdır. Eyni zamanda Əmək Məcəlləsinə əsasən, əmək funksiyası daimi xarakter daşısa belə, işəgötürənlə işçi arasında razılığa əsasən, müddətli əmək müqaviləsi bağlana bilər. İddiaçı özü ərizə ilə işəgötürənə müraciət edərək, tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir, hansı ki, həmin ərizə iddiaçının iradə ifadəsini əks etdirir. Sonradan onunla X11 Stansiyası arasında yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə xitam verilməsi ilə bağlı işçi əvvəlcədən 11 oktyabr 2022-ci il tarixli əmək münasibətlərinə xitam verilməsi barədə məktubla xəbərdar edilmiş və o, müqavilənin xitam veriləcəyi tarix barədə məlumatlı olmuşdur. İddiaçının cavabdeh təşkilatda 33 il iş təcrübəsi olduğu üçün onunla əmək müqaviləsinin müddətsiz bağlanmalı olması ilə bağlı dəlilləri əsassızdır. Əmək qanunvericiliyinə əsasən, müddətli əmək müqaviləsinin 5 ildən artıq müddətə davam etdiyi halda müddətsiz əmək müqaviləsi hesab edilməsi üçün əsas şərt əmək müqaviləsinin fasiləsizliyidir. Müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün işçinin eyni müəsissədə fasiləsiz olaraq 5 ildən artıq müddətdə işləməsi deyil, onunla bağlanmış əmək müqaviləsinin fasiləsiz olaraq 5 il davam etməsi əsasdır. Həmçinin qeyd edilməlidir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün əsasdır, işçi ilə bağlanan yeni əmək müqaviləsinin müddətsiz bağlanmalı olması üçün əsas deyil. Qanunvericiliyə əsasən, tərəflər razılığa gəldiyi halda müddətli əmək müqaviləsi bağlaya bilərlər. İddiaçının tərəflər arasında bağlanmış sözügedən əmək müqaviləsinin müddətli olmasını bildiyi halda onun bu qaydada bağlanması üçün hər hansı bir əsas mövcud olmaması ilə bağlı işəgötürənə hər hansı bir müraciəti olmamış, müqavilənin qanuniliyi mübahisələndirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh müəssisə tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması barədə dəlilləri əsassızdır. Bu səbəbdən iddiaçının işə bərpa edilməsi ilə bağlı tələbi təmin edilə bilməz. Məhkəmə proses zamanı "xxxx" MMC(VÖEN: **********) və X5 (VÖEN: **********) ayrı hüquqi şəxslər olduğu faktını nəzərə almamış, qətnamədə işin mahiyyətini tam olaraq aydınlaşdırmayaraq heç bir hüquqi əsas olmadan iddiaçının tutduğu vəzifənin daimi xarakterə malik olmasına əsaslanmışdır. Müvafiq iş üzrə iddiaçı özü müddətli müqavilə münasibətlərinə daxil olmuş və iradə ifadəsini bəyan etmiş, onu əmək müqaviləsini imzalamağa məcbur edən hallar müəyyən edilməmiş, hüquqi şəxslərin isə fərqli olması məhkəmə tərəfindən nəzərə alınmamış və əmrin qüsurlu halına dair digər faktlar müəyyən edilməmişdir. İş materiallarında cavabdehin əmrinin qanunsuz hesab edilməsi ilə bağlı heç bir mötəbər sübut göstərilməmişdir. Birinci instansiya məhkəməsininsübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Qətnamədə işçinin eyni müəssisədə uzun müddət işləməsinə əsaslanmış, lakin müəssisələrin fərqli olduğunu və işçinin iradə ifadəsini təsdiq edən ərizələrin olduğunu nəzərə almadan əsassız qətnamə çıxarılmasına səbəb olmuşdur. Məhkəmə müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsi üçün işçi ilə bağlanmış əmək müqaviləsinin fasiləsiz olaraq eyni müəssisədə 5 il davam etməsinin əsas olmasını nəzərə almadan Əmək Məcəlləsinin müvafiq müddəalarını müvafiq mübahisəli iş üzrə yanlış tətbiq etmişdir. Məhkəmə işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, iş materiallarını əlaqəli şəkildə şərh etmədən yekun qərar qəbul etmişdir və məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları dəqiq aydınlaşdırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

Maddə 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsipinə əsaslanır. Maddə 12. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 45. 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır;

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz;

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır; Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlanıla bilər; Maddə 68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər;

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 69. 7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda; Maddə 74. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər; Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; Maddə 83.2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətləri ilə qətnamənin ləğv edilərək iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

20. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, "xxxx" MMC və X11 Stansiyası ayrı-ayrı hüquqi şəxslər və işəgötürənlərdir, bu xüsusat Bakı Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(103)-3117/2023 nömrəli qətnaməsində də öz əksini tapmışdır. Lakin məhkəmə bu faktı nəzərə almamış, qətnamədə işin mahiyyətini tam olaraq aydınlaşdırmayaraq heç bir hüquqi əsas olmadan iddiaçının tutduğu vəzifənin daimi xarakterə malik olmasına əsaslanmışdır.

21. Məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(103)-3117/2023 nömrəli qətnaməsinə əsasən iddianın rədd olunması əsası ondan ibarət olmuşdur ki, "xxxx" MMC və X11 Stansiyası ayrı-ayrı işəgötürənlərdir. Yəni, həqiqətən də əmək müqaviləsi X1 halda iddia "xxxx" MMCyə qarşı qaldırıla bilməz. Lakin bu xüsusat hazırkı iddianın rəddi üçün əsas ola bilməz.

22. Apellyasiya şikayətində bu hal araşdırılmamaqla düzgün nəticəyə gəlinməməsi qeyd olunsa da, məhkəmə kollegiyası hesab edir ki, bu xüsusat birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq düzgün nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, X11 Stansiyası əvvəlcə "xxxx" İB-nin tabeliyində olmuş, "xxxx" İB struktur dəyişikliyi ilə bağlı "xxxx" MMC-yə çevriləndən sonra X11 Stansiyası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyinə verilmişdir. Yəni X11 Stansiyasının tabe olduğu "xxxx" İB sadəcə "xxxx" MMC-yə çevrilmişdir. Bu səbəbdən iddiaçının struktur dəyişikliyi ilə bağlı əvvəlki müddətsiz əmək müqaviləsinə xitam verilmiş və yenidən müddətsiz əmək müqaviləsi bağlamaq əvəzinə işçi ilə işəgötürən arasında müddətli əmək müqaviləsi imzalanmışdır.

23. Bundan başqa, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, fəaliyyət istiqaməti daimi xarakter daşıyan müəssisədə eyni vəzifə olmasına baxmayaraq, işçi ilə bir il müddətinə əmək müqaviləsinin bağlanması, sonrakı tarixlərdə isə 3 dəfə bir il, 4 dəfə isə üç ay müddətinə müddətinin uzadılması işçinin əmək hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

24. Həmçinin, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeni tətbiq etməkdə də haqlı olaraq bu nəticəyə gəlmişdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir, işəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercici səlahiyyətlərə malik olur.

25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(004)- 3391/2023 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X11 Stansiyası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli, 2(004)- 3391/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar