Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6196/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “maneələrin aradan qaldırılması və öhdəliyin icra edilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-1377/2024 nömrəli qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia tələbi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət qaydasında ona məxsus mənzilə olan mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh və onun ailə üzvlərinin ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 82,3 kv.m olan 1 ədəd 2 otaqlı yeni, tam təmirli mənzilin Cavabdeh verilməsi, mənzil "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilənədək Cavabdeh hər ay cəmi 550 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1377/2024 nömrəli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, Cavabdeh ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququna xitam verilməsi, Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin mənzilin tam olaraq boşaldılması və sökülməsi, sökülmüş mənzilin əvəzinə İddiaçı MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev, C.Məmmədquluzadə, Fuad İbrahimbəyov və M.Naxçıvani küçələrinin kəsişməsində inşa ediləcək (yaşayış kompleksində yerləşən) 7 nömrəli çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun yaşayış sahəsinin 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 82,3 kv.m olan 1 ədəd 2 otaqlı yeni təmirli mənzil Cavabdeh təhvil verilməsi, cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarıldığı gündən, yeni mənzil təhvil verilənədək, İddiaçı MMC tərəfindən cavabdehə hər ay cəmi 550 (beş yüz əlli) manat məbləğində kirayə haqqının ödənilməsi, ikinci iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı maneələrin aradan qaldırılması və öhdəliyin icra edilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilərək, birinci (İddiaçı MMC-nin) iddia tələbinin rədd edilməsi, ikinci iddia tələbinin isə təmin edilərək, iddiaçı Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsi, ev 17 ünvanında yerləşən yaşayış evinin (mənzilin) sökülməsinin və həmin əmlaka qanunsuz müdaxilələr edilməsinin cavabdeh İddiaçı MMC-yə qadağan edilməsi, həmçinin iddiaçı Cavabdeh əmlakından sərbəst şəkildə istifadə etməsinə cavabdeh İddiaçı MMC tərəfindən yaradılan bütün maneələrin aradan qaldırılması və evin sökülmüş dam örtüyünün bərpa edilməsi öhdəliyinin cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh elektron qaydada məhkəməyə ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi Nümayəndə1 da məhkəməyə ərizə ünvanlayaraq aralarında barışıq əldə edildiyini, cavabdeh tərəfin apellyasiya şikayətindən imtina etdiyi səbəbindən apellyasiya icraaatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə işə, o cümlədən qeyd edilən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək hesab edir ki, Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki Cavabdeh qeyd edilən qətnamədən verdiyi apellyasiya şikayətindən imtina etməsi qanuna zidd olmadığından qəbul olunmalı Cavabdeh münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263- 264-cü, 369-cu, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 1377/2024 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6196/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6196/2024
11.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver