Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6197/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5921/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair iddiaçı tərəfindən verilmiş ərizə üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)- 5921/2022 saylı, 31 avqust 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən materialların dəyəri olaraq 7180 manat pulun, 3000 manat ödənilməyən məzuniyyət pulunun və və dövlət rüsumu kimi ödənilmiş 127 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5921/2022 saylı qətnaməsi ilə idddianın rədd edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə “Elektron kabinet” vasitəsilə iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5921/2022 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5921/2022 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5921/2022 saylı qətnaməsindən verilmiş apelyasiya şikayəti qanunla nəzərdə tutulmuş müddətdə və qaydada verilmədiyindən geri qaytarılmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət verərək, iş üzrə Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 5921/2022 nömrəli qərardadının ləğv edilməsi və əks təqdirdə şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5921/2022 nömrəli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Həmçinin, İddiaçı poçt vasitəsilə şikayət verərək, iş üzrə Yasamal rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadının ləğv edilməsi və əks təqdirdə şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-5921/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən qərardaddan verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, poçt vasitəsilə məhkəməyə göndərildiyindən geri qaytarılmışdır. İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət verərək, iş üzrə Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və əks təqdirdə şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-5921/2022 nömrəli qərardadına əsasən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət verərək, iş üzrə Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və əks təqdirdə şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-5921/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından verilmiş şikayət elektron kabinetlə verilsə də, gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza ilə imzalanmadığından (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə məhkəməyə şikayət verərək, iş üzrə Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi və əks təqdirdə şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-5921/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iş üzrə Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3410/2023 nömrəli qərardadına əsasən, şikayətin təmin edilməməsi və Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-5921/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə “Elektron kabinet” vasitəsilə yenidən Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5921/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin ərizə ilə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5921/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və mülki işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5921/2022 saylı qətnaməsini 05 yanvar 2023-cü il tarixdə almışdır. 03 fevral 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə qərardadına əsasən, qanunla müəyyən olunmuş müddəti buraxması əsası ilə onun apellyasiya şikayəti geri qaytarılıb. O, qanunla müəyyən olunmuş müddət ərzində, yəni qətnamənin özündə göstərilən müddətdə şikayət vermişdir. Lakin məhkəmə onun şikayətini eyni əsasla geri qaytarıb. O, ürəyindən əməliyyat olunmuşdur və məhkəmə elektron sisteminin mövcudluğundan məlumatlı olmamışdır. Bunun üçün qanunvericilikdə olan yeniliklərdən xəbəri olmamış, elektron kabinet yaradılması, Asan imzadan istifadə edilməsində məlumatı olmamışdır. Amma buna baxmayaraq, o, rəsmi qaydada poçt vasitəsi ilə aldığı məhkəmə qərarından müddət keçmədən apellyasiya şikayəti vermişdir. Lakin məhkəmə qətnaməsinin vəkilin elektron kabinetinə yerləşdirilməsi vaxtdan apellyasiya şikayəti verilməsi tələb olunur. Məhkəmə qətnaməsində isə qətnamənin vəkil kabinetinə yerləşdirildiyi vaxtdan şikayət verilməsi barədə heç bir izah yoxdur. Belə bir izah verilmiş olsaydı o, müddəti ötürməzdi. Yasamal Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərardadı ilə İddiaçı iş üzrə Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5921/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin rədd edilməsi, apelyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərar alınmışdır İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə işə baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş xahiş etmiş, şikayətini apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizənin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, əvvəla məhkəmə qətnaməsindən şikayəti heç də uzun zaman keçməsi kimi qiymətləndirilə bilməz. Ona görə ki, qanunla müəyyən olunmuş müddətdə şikayət vermiş və onun bu hüququ məhkəmə tərəfindən qərəzli olaraq istər daxili qanunlara və istərsə də beynəlxalq hüquq normalarına zidd olaraq pozulur. Həmçinin, işdə olan şikayətlərinin xronoloji ardıcıllığı sübut edir ki, o, uzun zamandan sonra yox, hər bir prosessual qərardan ardıcıl şikayətlər vermişdir. Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmişdir Cavabdeh MMC-nin nümayəndəsi şikayətə etiraz təqdim edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-5921/2022 saylı, 31 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə 135.3). İş materialları ilə müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5921/2022 saylı qətnaməsi hakimin elektron imzası ilə təsdiq edilməklə xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. Həmçinin, poçt vasitəsilə iddiaçıya göndərilmiş Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5921/2022 nömrəli qətnaməsi iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə sifarişli poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2023-cü il tarixdə “Elektron kabinet” vasitəsilə iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5921/2022 saylı qətnaməsindən verdiyi apelyasiya şikayəti elektron imza vasitəsilə imzalanmadığından və qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən geri qaytarılmışdır. Bundan sonra, İddiaçı poçt vasitəsilə iş üzrə Yasamal rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərardadından şikayət vermiş, Yasamal Rayon Məhkəməsinin 2(004)-5921/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 Yasamal Rayon Məhkəməsinin 2(004)-5921/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadından verdiyi şikayət və bundan sonra verdiyi qərardadlardan şikayətlərin geri qaytarılmasına dair şikayətlər də gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza ilə imzalanmadığından geri qaytarılmışdır. Göründüyü kimi, qətnamənin qəbul edilməsindən sonra da iddiaçının nümayəndəsi və vəkili “Elektron kabinet” vasitəsilə məhkəmə aktlarından bir sıra şikayətlər vermiş, iddiaçının məlumatı olmasa belə, nümayəndə və vəkilin şikayətin göndərilməsinin elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələri ilə imzalanmaqla “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməsi barədə məlumatı olmuş, həmçinin apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadda mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən norması işdə iştirak edən şəxsin diqqətinə çatdırılmışdır. Lakin, iddiaçının nümayəndəsi və vəkili yenidən eyni qaydada şikayətlər verməkdə davam etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir. Lakin, İddiaçı prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçı müddətin buraxılmasının üzrü səbəbi kimi sonuncu məhkəmə iclasından sonra nümayəndə və vəkili ilə münasibətlərinin pozulması, xəstə olması, elektron kabinet yaradılması, Asan imzadan istifadə edilməsinə dair qanunvericilikdə olan yeniliklərdən məlumatı olmaması, rəsmi qaydada poçt vasitəsi ilə aldığı məhkəmə qərarından müddət keçmədən apellyasiya şikayəti verməsi, məhkəmə qətnaməsində apellyasiya şikayətinin verilməsi müddətinin qətnamənin vəkilin elektron kabinetinə yerləşdirildiyi vaxdan hesablanması barədə izah olmamasını göstərmişdir. Lakin iş materiallarına əsasən müəyyən edilir ki, qətnamənin qəbul edilməsindən sonra da iddiaçının nümayəndəsi və vəkili “Elektron kabinet” vasitəsilə məhkəmə aktlarından bir sıra şikayətlər vermiş, iddiaçının məlumatı olmasa belə, nümayəndə və vəkilin şikayətin göndərilməsinin elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitələri ilə imzalanmaqla “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməsi barədə məlumatı olmuş, həmçinin apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadda mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən norması işdə iştirak edən şəxsin diqqətinə çatdırılmışdır. Lakin, iddiaçının nümayəndəsi və vəkili yenidən eyni qaydada şikayətlər verməkdə davam etmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3410/2023 qərardadının qəbul edilməsindən xeyli müddət keçmiş, iddiaçı bu müddət ərzində məhkəməyə müraciət etməmişdir. İddiaçının xəstə olması və ürək əməliyyatı keçirməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının şikayətə əlavə etdiyi sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı ürəyindən cərrahi əməliyyat keçirmiş və xx.xx.2020-ci il tarixdə xəstəxanadan çıxmışdır. Göründüyü kimi, məhkəmənin qətnaməsi iddiaçının ürək əməliyyatı keçirməsindən iki ildən artıq müddət keçdikdən sonra qəbul edilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsi cavabdeh tərəfindən də qəbul edilərək, müddətin bərpa edilməsi xahiş edilsə də, bərpanın həyata keçirilməsi üçün qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5921/2022 saylı, 31 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-6197/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6197/2023
04.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver