Məhkəmə qərarları › İş №2(103)-6200/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6200/2020

30.07.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6200/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və kənarda qaldığı müddətin fasiləsiz iş stajına hesablanması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2295/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və kənarda qaldığı müddətin fasiləsiz iş stajına hesablanması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq, mülki işi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2295/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi və kənarda qaldığı müddətin fasiləsiz iş stajına hesablanması tələbinə dair iş üzrə cavabdehin nümayəndəsinin işin aidiyyatı üzrə göndərilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardadla razılaşmayan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi nümayəndəsi qərardaddan şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2295/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2295/2020 saylı, xx xxxx 2020-ci saylı qərardadı ilə şikayət təmin olunmamş, şikayət 7 gün müddətində işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası şikayətə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayətə apellyasiya instansiyada baxılması qanunvericiliyə ziddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qəbul olunmuş x xxxx 2019-cu il tarixli, 1633-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən, Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (269.1). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (269.2). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kassasiya instansiyası məhkəməsinə göndərilir (269.3). Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göründüyü kimi, birinci instansiya məhkəməsinin işin aidiyyəti üzrə göndərilməsi barədə ərizənin təmin edilməməsi qərardadından şikayət verildiyindən həmin şikayət birinci instansiya məhkəməsi tərəfindən birbaşa kassasiya instansiya məhkəməsinə göndərilməli olduğu halda, apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə əsasən, şikayətin kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 269.3, 360, 363, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2295/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə əsasən, şikayətin kassasiya instansiyası məhkəməsinə göndərilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Ziya Şirinov Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar