Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-621/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi-vəkili X6 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-5155/2019 saylı qətnaməsindən cavabdeh Mirəlisəttar Ələsgərov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehdən 10.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Mirəlisəttar Ələsgərov 2016-cı ildə Bakı Dövlət Universitetinin yeməkxanasında çalışırmış. Cavabdeh onu 2016-cı ilin oktyabr ayının 10da aldatmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 10 sot torpaq sahəsinin bir sotunu 1300 manata ona satacaqdır. Əvvəl ondan elə həmin tarixdə 10.000 manat, sonra isə 2017-ci ilin iyun ayında 3.000 manat pul almışdır. Buna baxmayaraq torpaq sahəsini ona satmamışdır. Cavabdehdən verdiyi pulu istəsə də, cavabdeh həmin puldan cəmi 3.000 manat qaytarmışdır. Cavabdeh ona olan 10.000 manat borcunu müxtəlif bəhanələrlə qaytarmaqdan yayınmışdır. Cavabdeh 2017-ci ilin oktyabr ayından etibarən dəfələrlə ona yazılı iltizam vermişdir ki, aldığı 10.000 manat pulu 2017-ci ilin dekabr ayınadək qaytaracaq və yaxud 1 il ərzində ödəyəcəkdir. O, bu barədə Yasamal rayon polis idarəsinə şikayət etmişdir. Lakin dəfələrlə polis idarəsi toplanmış material üzrə cinayət işi başlanmasını rədd edib ona bildirmişdir ki, bu işlər mülki mühakimə üsulu qaydasında məhkəmələr tərəfindən həll olunur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən, Cavabdeh 10.000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-5155/2019 saylı qətnaməsi ilə iddia təmin olunaraq cavabdeh Mirəlisəttar Ələsgərovdan 10.000 manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin edilməmiş, buna görə də prosessual hüquqlarından istifadə edə bilməmişdir. Həmçinin iddia edilən borcla bağlı polis orqanlarında araşdırma aparılan dövrdə iddiaçıdan aldığı 10.000 manat borcdan 6.000 manatını qaytarmış, 4.000 manat məbləğində borcu qalmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini göstərərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işin materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, Yasamal rayon Polis İdarəsindən İddiaçı müraciəti əsasında toplanmış R/M 212/18 saylı materialı nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməklə cavabdehdən tutulmalı olan borcun məbləğinin 4.000 manat olması müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. AzərbaycanRespublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.(MPM-nin 372.7-ci maddəsi) Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə bütünlükdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. İşin materiallarından məlum olur ki, birinci instansiya məhkəməsi AzərbaycanRespublikasının MülkiMəcəlləsinin 6.2, 385.1, 386.1, 740, 442, 445 və 448.1ci maddələrinə istinad edərək İddiaçı (bundan sonra - iddiaçı) tərəfindən cavabdeh X3 (bundan sonra –cavabdeh) aralarındakı razılığa əsasən pul vəsaitinin verməsi, sonuncunun isə müəyyən məbləğdə ödəniş etdikdən sonra 10.000 manat pulu qaytarmamasına dair nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən əsasən iddiaçının cavabdehə ümumilikdə 13.000 manat verməsinə dair izahatına və iş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli və tarixi qeyd edilməyən iki iltizamına istinad etmişdir. İş materiallarında olan və Yasamal rayon polisindən təqdim edilmiş materialda olan iltizamın surətindən görünür ki, cavabdeh 2016-cı ilin oktyabr ayının 10-da iddiaçıdan 10.000 manat pul almasını və 1 il müddətinə qaytarmağı öhdəsinə götürməsini qeyd etmişdir. (mat.i.v. 16) Həmçinin, iş materiallarında olan və polisdən təqdim edilmiş materialda olan xx.xx.2017-ci il tarixli digər iltizamın surətindən görünür ki, iddiaçı cavabdehdən aldığı 10.000 manat pulu 2017-ci ilin dekabr ayınadək olan müddət ərzində tam olaraq qaytaracağına söz vermişdir. (mat. i.v. 15) İddiaçının iddia tələbinin əsasını cavabdehin ondan torpaq alqı-satqısı ilə əlaqədar 13.000 manat alması, sonradan isə torpaq sahəsini ona satmadığı üçün aldığı puldan 3.000 manat qaytarmasını, qalan 10.000 manat pulu isə qaytarmaması və bununla əlaqədar 10.000 manat pulla bağlı iki dəfə iltizamlar verməsini, sonradan isə bu barədə Yasamal rayon polis idarəsinə şikayət etməsi təşkil etmişdir. Apellyasiya şikayətinin dəlillərindən və cavabdehin nümayəndəsinin izahatından da görünür ki, cavabdehin iddiaçıya həqiqətəndə də borcu olmuş, lakin bu borcun məğləği 10.000 manat olmuşdur ki, bu da verilən iltizamlarda öz əksini tapmışdır Yasamal rayon Polis İdarəsindən sorğu əsasında təqdim edilmiş İddiaçı müraciəti əsasında toplanmış R/M 212/18 saylı materialdan görünür ki, müstəntiq Emin Musayev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqdim edilmiş materialdan daha sonra görünür ki, iddiaçının xx.xx.2018-ci il tarixli ərizəsi xx.xx.2018-ci il tarixdə Polis İdarəsinə daxil olmuş, həmin ərizəsində o, cavabdehə 13.000 manat pulun iki dəfəyə verməsini göstərmiş, bu faktı xx.xx.2018-ci il tarixli izahatında da təsdiq etmişdir. Qeyd edilən ərizə və izahatında iddiaçı pulun alınmasının mənbəyi kimi cavabdehin Maştağa qəsəbəsində 10 sot torpaq sahəsinin satılması və onun da həmin torpağı almaq niyyətinin olması göstərilmişdir. (materialın i.v 1-4) Cavabdehin xx.xx.2018-ci il tarixli izahatından görünür ki, iddiaçı ona aylıq 3 faiz olmaqla 10.000 manat şəxsi pulunu borc vermiş, o, götürdüyü puldan 2.000 manat faiz ödəmiş, daha sonra isə 3.000 manatı ona qaytarmış, 7.000 manat borcu qalmışdır. Cavabdeh qeyd edilən izahatında iddiaçıdan 13.000 manat məbləğində pul almasını təsdiq etməmişdir (mat. i.v.9-10). İddiaçının materialda olan əlyazması ilə icra edilmiş izahatından görünür ki, o, 2016-cı ilin oktyabr ayında cavabdehə 14.000 manat (10.000 manat bir, 3.000 manat da bir) verməsini, cavabdehin isə bunun müqabilində ona Bərdə rayonunda 3 hektar torpaq verməli olmasını, sonradan isə özlərinin Maştağa kəndində torpağı və istixanasının satılmasını göstərmişdir. İddiaçı həmin izahatında indiyə kimi həmin pulun vur-tut 1.000 manatını güclə almasını göstərmişdir.(mat. i.v 20) Cavabdehin materialda olan əlyazması ilə icra edilmiş izahatından görünür ki, o, iddiaçıya 7.000 manat borcu qalması və onu qısa müddət ərzində hissə-hissə qaytaracağını bildirmişdir (mat. i.v 18-19). Materialda olan iddiaçının polisdə verdiyi qəbzdən görünür ki, cavabdeh ona vurmuş maddi ziyandan müstəntiq Ələsgər İbrahimov vasitəsi ilə 1.000 manat ödəniş etmişdir. (mat. i.v 21) Materialda olan iddiaçının polisdə verdiyi xx xxx 2018-ci il tarixli qəbzdən görünür ki, cavabdeh ona vurmuş maddi ziyandan müstəntiq Emin Musayevin vasitəsi ilə 2.000 manat ödəniş etmişdir. (mat. i.v 28) Materialda olan cavabdehin polisdə verdiyi qəbzdən görünür ki, müstəntiq Emin Musayevin 305 saylı xidməti otağında 2.000 manat pulu iddiaçıya vermişdir. (mat. i.v 29) İddiaçının Yasamal rayon prokurorluğuna verdiyi xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, torpaq satmaq adı ilə 14.000 manat pul almış cavabdehdən polisin köməyi ilə 5.000 manat qaytarılmış, qalan 9.000 manat qaytarılmamışdır. (mat. i.v 36.) Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən nəticəyə gələrkən iddiaçının iddia tələbləri üzrə ətraflı araşdırma aparmayaraq iddiaçının cavabdehə məhz 13.000 manat məbləğində borc verilməsinin, cavabdehin də məhz həmin borcdan 3.000 manat qaytararaq 10.000 manat borcu qalmasının təsdiqi olan sübutların olmamasına diqqət yetirməmişdir. Halbuki, kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Kollegiya daha sonra qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Başqa sözlə işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdimolunmasıiddiaçınınbirbaşavəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin materiallarından görünür ki, iddiaçının cavabdehə məhz 13.000 manat məbləğində borc verməsini təsdiq edən sübut növü yoxdur. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, Yasamal rayon Polis İdarəsindən sorğu əsasında təqdim edilmiş materialdan görünür ki, iddiaçı, bəzi hallarda etdiyi şikayətlərdə cavabdehin ondan 13.000 manat deyil, 14.000 manat almasını da qeyd etmişdir. Hətta iddiaçının Yasamal rayon prokurorluğuna verdiyi xx.xx.2018-ci il tarixli ərizəsində cavabdehin ona 10.000 deyil, 9.000 manat borcunu qaytarmamasını qeyd etsə də, sonradan məhkəməyə verdiyi iddia ərizəsində isə cavabdeh tərəfindən ona 10.000 manatın qaytarılmamasını iddia etmişdir. Kollegiya iddiaçının istər məhkəmə kollegiyasının iclasında, istərsə də Yasamal rayon Polis İdarəsində araşdırma aparılarkən verdiyi izahat və ərizələrinin ziddiyyətli olmasını qeyd etməklə yanaşı hesab edir ki, iddiaçı cavabdehə 13.000 və ya 14.000 manat məbləğində borc verməsini sübut edə bilməmiş, faktiki verdiyi 10.000 manat borcdan 5.000 manat məbləğinin polisin vasitəsilə, 1.000 manatını isə cavabdehin özündən almasını etiraf etmişdir. Bu hallar təqdim edilən materialda olan qəbzlərin, iddiaçının özünün tarixi qeyd edilməyən əlyazması ilə icra edilmiş izahatının və Yasamal rayon prokurorluğuna verdiyi xx.xx.2018-ci il tarixli ərizəsinin məzmunu ilə tam təsdiq edilir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaya hüquqi qiyməti yalnız iddiaçının əsası olmayan izahatları ilə deyil, borcun tam və ya qismən qaytarılmamasına dair mötəbər sübut növlərinin mövcudluğu baxımından qiymət verməliidi. Belə ki, kollegiyada araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət edənə kimi Polis İdarəsində özünün müraciəti əsasında aparılan araşdırma dövründə cavabdeh tərəfindən ona 6.000 manat qaytarılmasını etiraf etdiyi halda, iddia ərizəsində bunu qeyd etməmiş, heç bir sübutla təsdiq edilmədiy ihalda cavabdehə 13.000 manat verməsini, 3.000 manat qaytarılmasını, qalan 10.000 manatı qaytarmadığı üçün polisə müraciət etməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edirki, cavabdeh iddiaçı qarşısında borc aldığı, lakin hazırki vaxta kimi qaytarmadığı 4.000 manat məğləğinə münasibətdə mülki məsuliyyət daşıyır. Beləki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsirlərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq oalaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. HəminMəcəllənin 77.1-cimaddəsinintələbinəəsasənhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində əks edilmişdir. Həmin normaya görə birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1-ci maddə), gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2-ci maddə), müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi (385.1.3-cü maddə) və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi (385.1.4-cü maddə) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası iddiaçının tələblərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı cavabdehin rəsmi sübutlarla öz təsdiqini tapan, faktiki ona verdiyi borc məbləğindən qaytarılmayan pulu tələb etməkdə haqlı olduğundan məhkəmə onun iddiasının qismən, yəni, cavabdehdən ona qaytarılmalı olan məbləğin 4.000 manat olması qət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 7-ci bəndində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümuilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyatorun şikayətinin qismən əsaslı olması müəyyən edilsə də, şikayətinin digər dəlillərinın əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı tutarlı sübut məhkəmə kollegiyasına təqdim edə bilmədiyindən şikayət həmin hissələrdə əsassızdır. Beləliklə də, yuxarıda istinad edilən hallar, izahatlar, işin faktiki dəlilləri məhkəmə kollegiyasına apellyasiya şikayətinin qismən əsaslı olması qənaətinə gəlməsinə əsas verir və kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçıya ödənilməli olan məbləğin 4.000 manat müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sabunçu rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(008)-5155/2019 saylı qətnaməsiləğvedilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh X1 4.000 (dörd min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-621/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-621/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver