Məhkəmə qərarları › İş №2(103)-6211/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6211/2022

02.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6211/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-96/2022 saylı işinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1a, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2(003)-96/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Xəzər Rayon Məhkəməsindən sorğu daxil olmuş və məhkəmənin 08 iyul 2022-ci il tarixli qətnaməsindən X1 nümayəndəsi-vəkili X3 tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Xəzər Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Xəzər Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6211/2022 saylı, 19 avqust 2022-ci il tarixli qərardadı ləğv olunsun. Birinci instansiya məhkəməsinin 18 may 2022-ci il tarixli qətnaməsindən X1 nümayəndəsi-vəkili X2 verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar