Məhkəmə qərarları › İş №2(103)-6215/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6215/2023

27.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6215/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə cavabdehin xx.xx.2023-cü il tarixli əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə - cavabdeh təşkilatda Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin Metodiki işlər bölməsinin böyük laborantı vəzifəsinə bərpa olunsun və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməyib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı cavabdeh təşkilatda Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzinin Metodiki işlər bölməsinin böyük laborantı vəzifəsində işləyib. Onunla bağlanmış əmək müqaviləsi cavabdeh təşkilatın rektorunun (işəgötürənin) xx.xx.2023-cü il tarixli 253/3/2023 nömrəli əmri ilə ləğv edilib. Buna əsas ştat ixtisarı olub. Əmək Məcəlləsinin 70ci maddəsinin “b” bəndinə görə, işçilərin ştatları ixtisar edildikə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Müəyyən olunur ki, həqiqətən də iddiaçının ştatı ixtisar olunub. İşəgötürənin əmrində qeyd olunub ki, iddiaçı 2-ci dərəcəli əlil və əmək qabiliyyətsiz olduğuna görə ona başqa vəzifə təklif olunmayıb. İş materiallarında Tibbi- Sosial Ekspert Komissiyasının 2 məlumat vərəqi var (iş v. 35 və 54). Hər iki məlumat vərəqindən görünür ki, iddiaçıya göstərilən diaqnoz təyin edilib: “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, üzvi mənşəli emosional labil (astenik) pozğunluq, üzvi emosional labil pozuntu. Ağırlaşma F48.0 Nevrostansiya. Nevrostansiya kəskin ifadə olunmuş astenonevrotik sindrom. Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya. Postravmatik ensefalopatiya k\d hpertenziya”. Birinci məlumat vərəqində (iş v. 54) iddiaçının əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə biləcəyi, ikinci məlumat vərəqində isə (iş v. 35) iddiaçının əmək qabiliyyətsiz olduğu qeyd olunub. Birinci məlumat vərəqində təyinatın tarixi xx.xx.2021-ci il, ikinci məlumat vərəqində isə təyintın tarixi xx.xx.2021-ci il qeyd olunub. İkinci məlumat vərəqində təyinatın tarixi daha sonra olduğuna görə, həmin məlumat vərəqi əsas götürülməlidir, yəni iddiaçı əmək qabiliyyətsiz sayılır. Beləliklə, işgötürənin əmrinin ləğv edilməsi üçün yoxdur. Ona görə də məhkəmə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinin, habelə 77 və 78-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazıkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar