Məhkəmə qərarları › İş №2(103)-6216/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6216/2023

06.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6216/2023 06.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5387/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, Cavabdeh 10.000 (on min) manat məbləğində borc pulun və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 5387/2019 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından şikayət vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamədən məlumatı olmamış, bu barədə bildikdən sonra, yəni 24 may 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin rəsmi qaydada ona təqdim olunmasını xahiş etmiş, 31 may 2023-cü il tarixdə qətnaməni əldə etmiş, 03 iyun 2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 164 saylı qərarına uyğun olaraq 26 iyun 2023-cü il tarixdən ardıcıl olaraq 7 gün qeyri-iş günü hesab edilmişdir. Müddətin son günü qeyri-iş gününə düşdüyünə görə növbəti iş günü, yəni 03 iyun 2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Müddət buraxilmış olsa da qanuni və üzürlü olmuşdur. Cavabdeh tərəfindən müddətin buraxılma səbəblərinin göstərilməməsinə gəldikdə isə cavabdeh Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli,164 saylı qərarını hamıya məlum olan hal hesab etmiş və müddətin buraxılma səbəbini göstərməmişdir. Bundan başqa o, 2015-ci il tarixdən 2022-ci il tarixədək Türkiyə Respublikasında yaşamış və mübahisələndirilən qətnamənin mövcud olmasından xəbərsiz olmuşdur. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). İşdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5387/2019 saylı qətnaməsi cavabdehə xx.xx.2019-cu il tarixində iddia ərizəsində qeyd edilmiş ünvana göndərilmişdir. Sonradan Cavabdeh 24 may 2023-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5387/2019 saylı qətnaməsinin surətinin ona təqdim olunmasını xahiş etmiş, 31 may 2023-cü il tarixində həmin qətnaməni əldə etmiş, 10 iyul 2023-cü il tarixində, yəni 1 ay müddət bitdikdən sonra apellyasiya şikayəti vermişdir. Cavabdeh 2015-ci ildən 2022-ci ilədək Türkiyə Respublikasında yaşadığını, bu səbəbdən qətnaməni göndərilmiş ünvanda qəbul etmədiyini bildirsə də, bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, qətnamənin cavabdehə rəsmi təqdim edildiyi gün 31 may 2023-cü il tarixindən müddətin axımı hesablansa belə, cavabdeh yenə də müddəti ötürmüşdür. Belə ki, qanunla apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş 1 aylıq müddətin son günü xx.xx.2023-cü il tarixə (qeyri-iş gününə) təsadüf etdiyindən, xx.xx.2023-cü il tarixi şikayətin təqdim edilməsi üçün son gün olmuş, cavabdeh isə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verməklə müddəti ötürmüşdür. Şikayətin dəlillərində qeyd olunanlar müddətin üzürlü hesab edilməsinə əsas vermir. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli,164 saylı qərarına uyğun olaraq 26 iyun 2023-cü il tarixdən ardıcıl olaraq 7 günün qeyri-iş günü hesab edilməsi qanunla apellyasiya şikayəti verilməsi üçün müəyyən olunmuş 1 aylıq müddətin axımını yeniləmir, yaxud həmin müddət yalnız iş günləri ilə məhdudlaşmır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq prosessual müddətin bərpası barədə ərizəni rədd etməkdə və şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar