Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6217/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X33 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X13 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Qaradağ Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(002)-458/2021 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi doğum haqqında akt qeydində ana adının “ Məhruz”dan “Məxfuza”ya dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X18 anası X22 21 fevral 1914-cü il tarixdə Rusiya Federasiyasının Saratov vilayətində anadan olmuşdur. X18 atası X2 anası X23 Bakı şəhəri, Sabunçu (Lenin) rayonunun Qeydiyyat şöbəsində 23.11.1937-ci ildə rəsmi nigaha daxil olmuşlar. Həmin nigahdan onların 28.12.1937-ci il tarixdə X4, 24.11.1944-cü il tarixdə X24 və xx.xx.1947ci ildə X7raq 3 övladları anadan olmuşlar və onlara doğum haqqında şəhadətnamələr Sabunçu (Lenin) rayonunun Qeydiyyat şöbəsi tərəfindən verilmişdir.Bildirmək lazımdır ki, X26 doğum haqqında şəhadətnamənin almaq üçün Sabunçu Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və ona həmin şöbədən 03.10.2020-ci il tarixdə AZ-T № 129920 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamənin ana barədə olan qeyddə Məxfuzə əvəzinə Məxruz yazılmışdır.Qeyd etmək lazımdır ki, X14 fərqli olaraq qalan ıkı övladın doğum haqqında şəhadətnamələrində ana barədə məlumatda X8 qeyd olunmuşdur Bununla əlaqədar 19 saylı Vəkil bürosunun vəkili tərəfindən Sabunçu Rayon Qeydiyyat şöbəsinə müvafiq sorğu göndərilmiş və sorğuda X2 Əbdurəşidova (Mövlutova) Məxfuza Qafur qızı arasında 23.11.1937-ci ildə bağlanılmış nigah haqqında şəhadətnamənin təsdiq olunmuş surətini, 28.12.1937- ci il tarixdə doğulmuş X4, 24.11 1944-cü ıl tarixdə doğulmuş X19 doğum haqqında şəhadətnamələrinin təsdiq edilmiş surətlərini büroya göndərməsi xahiş olunmuşdur.Sabunçu Rayon Qeydiyyat şöbəsi həmin sorğuya 04 noyabr 2020-ci ıl tarixdə cavab verərək, qeyd olunmuş sənədlərin ailə həyatına dair məlumatlar hesab olunduğuna görə onların əldə edilməsini mümkün olmadığını qeyd etmişdir.Qeyd olunanlarla əlaqədar X20 doğum haqqında şəhadətnaməsində anası barədə qeyddə Abduraşitov düzəliş edilərək, X1 yazılması və ona qeyd olunan düzəliş nəzərə alınmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs həmin müraciətə 24 noyabr 2020-ci ıl tarixdə baxaraq, ərizəçiyə qeyd olunan məsələ ilə əlaqədar müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Daha sonra Ərizəçi 10.03.2021-ci il tarixində dəqiqləşdirmə ərizəsi verərək, Ərizəçi doğum haqqında akt qeydində ana adının düzgün olmaması müəyyən edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş qətnamənin müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi (ana adının “Məhruz”dan “Məxfuza”ya) üçün əsas sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il, tarixli 2(002)- 458/2021 nömrəli qətnaməsi ilə Ərizəçi doğum haqqında akt qeydində ana adının düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsinin rədd edilməsi qət olunmuşdur. Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-458/2021 saylı iş üzrə 20.04.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, və mülki iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırır ki, hesab edirlər ki, birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməli idi. Belə ki, iş materiallarından olan 1-ИЗ N5 679518 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 02.05.2003-ci il tarixində vəfat etmişdir. Qeyd olunan sənədin iş materiallarında olması, məhkəmənin "Ərizəçi anasının adının onun doğum akt qeydində səhv yazılmasını təsdiq edəcək heç bir mötəbər sübut təqdim etmədiyi" müddəasının doğru olmadığını göstərir. Qeyd olunan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi, anasıın adı " Məhruz" deyil, "Məxfuza"dır. Bundan başqa, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Mili Arxiv idarəsinin Ərizəçi 22 fevral 2020-ci il məktubuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fondunda mühafizə edilən sənədlərində 1937-ci ilə dair Bakı şəhəri Sabunçu rayonu üzrə nikah haqqında qeydiyyat kitablarında X5 ilə X11 nikahı haqqında heç bir məlumat tapılmamışdır. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Mili Arxiv idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi" arxiv fonduna, Sabunçu rayon Qeydiyyat şöbəsinə və Maraqlı şəxsnə müraciət etmiş. Məhkəmə də qeyd olunan arxiv idarələrinə sorğular göndərmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mili Arxiv idarəsinə göndərdiyi sorğunun cavabını almadan qətnamə qəbul etmişdir. Məhkəmənin müvafiq qətnaməsi elan olunduqdan sonra Azərbaycan Respublikasının Milli Arxiv idarəsindən sorğuya cavab verilmişdir. Həmin cavab məktubunda qardaşı X28 doğum haqqında akt qeydinin olması və həmin doğum haqqında akt qeydində ana adının " "Məxfuza" olması bildirilmişdir. X12 20-ci əsrin əvvəllərində doğulduğundan və ailə qurduğundan onun barəsində arxivlərdə olan məlumatlar iş materiallarından göründüyü kimi demək olar ki, yox dərəcəsindədir. Belə olduğu halda məhkəmə nədənsə, iş materiallarında olan 1-ИЗ N° 679518 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətinin olmasına baxmayaraq və mənkəmə tərəfindən Milli arxivə göndərmiş olduğu sorğunun cavabını gözləmədən müvafiq qərar qəbul etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Mili Arxiv İdarəsinin Ərizəçi 22 fevral 2020-ci il məktubuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1937-ci ilə dair Bakı şəhəri Sabunçu rayonu üzrə nikah haqqında qeydiyyat kitablarında X5 ilə X11 nikahı haqqında heç bir məlumat tapılmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Sabunçu rayon Qeydiyyat şöbəsinin 04.11.2020-ci il tarixli 05/16-1584 saylı məktubundan görünür ki, Ərizəçi məktubuna cavab olaraq bildirilmişdir ki,1937-ci ilə aid Vətəndalıq vəziyyəti aktlarının qeydləri”nə dair kitablar Azərbaycan Respublikasının Mili Arxiv İdarəsinə təhvil verilmişdir. Ərizəçi doğum haqqında şəhadətnamənin verilməsi dair ərizəsinə cavab olaraq, 08.09.1947ci il tarixli 1491saylı akt qeydinə əsasən 03.10.2020-ci il tarixdə AZ-T 129920 saylı təkrar şəhadətnamə verilmişdir. Doğum akt qeydində dəyişiklik edilməsi barədə ərizəçi özünün qeydiyyatda olduğu Maraqlı şəxsnə müraciət edə bilmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs 24.11.2020-ci il tarixli 05/Q-268/62 saylı məktubundan görünür ki, Ərizəçi məktubuna cavab olaraq bildirilmişdir ki, doğum akt qeydində dəyişiklik edilməsi barədə məhkəməyə müraciət edə bilmək hüququnun olması izah edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-T seriyalı 129920 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 atasının adı X6, anasının adı X16 qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1947-ci ildə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ № 108109 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 08.08.1982-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İ-ИЗ № 679518 ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X17 02.05.2003-ci il tarixində vəfat etmişdir. Mülki Prosessual Məcəllənin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 341-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə tələb ərizəçi tərəfindən sübuta yetirilmədiyindən, tələbdə qeyd edilən hüquqi əhəmiyyətli faktının mövcud olması sübuta yetirilmədiyindən ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, ərizəçi tələbini sübut edə bilməmişdir. Belə ki, Ərizəçi anasının adının donun doğum akt qeydndə səhv yazılmasını təsdiq edəcək heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, sübutların kifayətliliyi və sübutların mötəbərliliyi baxımından doğum haqqında şəhadətnamədə qeyd edilən halin dəyişdirilməsi(düzəliş edilməsi) üçün kifayət deyildir. Bu səbəbdən ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə də, məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi doğum haqqında akt qeydində ana adının düzgün olmamasının müəyyən edilməsinə dair ərizəsinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər ərizənin dəlilləri ilə oxşar olmaqla yuxarıda onlara qiymət verilmişdir.Əlavə olaraq Kollegiya qeyd edir ki, ərizəçinin şəxsiyyət vəsiqəsindəki soyadı onun Doğum Akt qeydi ilə eynilik təşkil etmir.Belə ki, AZ-T seriyalı 129920 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin soyadı “Abdurəşitov”, AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı “Əbdurəşidov” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(002)-458/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6217/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6217/2021
07.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver