Məhkəmə qərarları › İş №2(103)-6222/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6222/2020

05.08.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6222/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundanvə Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları X11 və X8 ilə birlikdə yaşayış sahəsindən istifadə hüquqları olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi (keçmiş Buynakski) 9 saylı evin 7 saylı mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh da öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı övladları - 2001-ci il təvəllüdlü X11 və 2003-cü il təvəllüdlü X9 ilə birlikdə Səbail rayonu, Ş.Şamil küçəsindəki 9 saylı evin 7-ci mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş N 2(009)-1027/19) iddia tələbi təmin edilmiş, İddiaçı övladları X11 və X8 ilə birlikdə Səbail rayonu, Şeyx Şamil küçəsindəki (keçmiş Buynakski küçəsi) 9 saylı evin 7-ci mənzilinə köçürülmələri qət edilmiş, qarşılıqlı iddia rədd olunmuşdur. Sözügedən qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu iltarixli qətnaməsi ilə (hakimlər F.Talışınski-sədrlik edən və məruzəçi, R.Eyvazov və Z.Əliyev, iş N 2(103)-9913/19) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər A.Abbasov-sədrlik edən və məruzəçi, E.Vəliyeva və E.Şamayev, iş N 2(102)- 1968/20) İddiaçı kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi İddiaçı iddiasının rədd edilməsi hissəsində ləğv olunmuş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun daimi qeydiyyatda olduğu və yaşayış sahəsindən istifadə hüququ olan, Bakı şəhəri, Səbail rayonu Şeyx Şamil küçəsi (keçmiş Buynakski) 9 saylı evin 7-ci mənzilinin kirayəçisi, bu yaxınlarda vəfat etmiş mərhum anası X3 olmuşdur. Həmin mənzil mərhum anasına 1971-ci ildə dəyişmə müqaviləsi əsasında verilmiş, mənzilə anası ilə birlikdə mərhum atası, onun babası Sadıxov X17 da köçmüşdür. Babasının sağlığında, anasının qardaşı, onun dayısı Sadıxov X5 qəsəbəsində qeydiyyatda olsa da onun mərhum anası Sadıxova X4 xahiş etmişdir ki, onu öz evinə qeydiyyata salsın və evləndikdən bir müddət sonra ona yeni mənzil almağı söz versə də öz sözünün üstündə durmamış mənzilin kirayəçisi X12 Ağa qızı ilə dəfələrlə dava edərək mənzilində yaşamağa buraxmamışdır. Cavabdeh ailə qurduqdan sonra da evdə yaşamağa davam etmiş, anası X12 Ağa qızı, onun hal-hazırda övladları ilə birlikdə yaşadığı qohumunun mülkiyyətində olan Səbail rayonu, İçərişəhər, M.Maqamayev küçəsi 75 saylı evin 7-ci mənzilinə köçmüşdür. Hələ mərhum anası sağ olarkən, dəfələrlə mənzili özəlləşdirmək istəmiş, lakin cavabdeh mənzildə daimi qeydiyyatda olduğundan özəlləşməyə razılıq verməmişdir. Bundan sonra mərhum anası və o, mənzili boşaltmağı ondan tələb etsələr də, o həmin mənzili boşaltmamış, əksinə onların həmin mənzildən istifadə etmələrinə qadağa qoymuş, mənzilin artıq ona məxsus olduğunu bildirmiş və bu gün də o fikirdədir. xx xxxxxx 2018-ci il tarixdə anası X12 Ağa qızı qəflətən vəfat etmiş və o, vəfat etdikdən sonra yaşadıqları mənzilin mülkiyyətçisi ondan mənzili boşaltmağı tələb edir və tələbini ailə həyatı qurmaq istəyən övladının həmin mənzilə olan ehtiyacı ilə əsaslandırmışdır. Mülkiyyətçinin qanuni tələbinə əməl etmək, onu 2 azyaşlı övladı ilə birlikdə küçədə qalmaq təhlükəsi ilə üz-üzə qoyur. Yaranmış vəziyyətlə əlaqədar cavabdehdən ona doğma anasının kirayəçisi olduğu, daimi qeydiyyatda olduğu və ən nəhayət yaşayış sahəsindən istifadə hüququ olan mənzilə köçməsinə icazə verməyi xahiş etsə də, o buna rədd cavab vermiş və ona öz hüququnu reallaşdırmağa imkan verməyəcəyini bildirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından məlum olur ki, hazırkı mübahisə predmeti olan Bakı şəhəri Səbail rayonu, Ş.Şamil küçəsi 9 saylı evin 7 saylı mənzili Bakı şəhəri X7 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli dəyişmə orderinə əsasən iddiaçının anası X1 yaşaması üçün ayrılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh ilk iddiaya münasibətdə apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ərizəçinin məhkəmədə bu cür iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Ərizəçinin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, habelə 38 yaşlı İddiaçı ömrü boyu mübahisəli mənzildə yaşamaması, başqasının sahibliyində olan əmlaka yiyələnməsi onun məhkəmədə tərəf kimi iştirakını istisna edir. Nəzərə alınmalı idi ki, İddiaçı anası X.Ə.Sadıxova belə əmlakla bağlı, ümumiyyətlə, mübahisə açmamışdır. Bu da əmlakın sonuncunun qardaşına məxsus olduğuna dəlalət edir. X.Ə.Sadıxova hələ ailə həyatı qurarkən mübahisəli mənzili tərk etmiş, mənzil atası S.Ə.Sadıxova qalmışdır. İddiaçının izahatından da görünür ki, onlar mübahisəli mənzili özəlləşdirə bilməmişlər. Bu hal onların mənzilə hüquqlarının yaranmasının mübahisəli olduğunu təsdiq edir və müvafiq icra hakimiyyəti orqanı bu səbəbdən hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almamışdır. İddiaçı ailə üzvü olmadığına və öz mənzili olmaqla başqa yaşayış yerində yaşadığına görə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka istifadə hüququ yarana bilməzdi. Məhkəmə araşdırması zamanı iddiaçı mübahisəli mülkə aidiyyətini və ona maneə yaradılması sübuta yetirə bilməmişdir. Cavabdeh, onun nümayəndəsi və vəkili S.Əliyeva məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia ilə yanaşı qarşılıqlı iddia da rədd olunmuş, lakin həmin qətnamə qarşılıqlı iddianın təmin edilməyən hissəsində cavabdeh tərəfindən kassasiya qaydasında mübahisələndirilməmişdir. İddiaçının kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmənin Mülki Kollegiyası yalnız ilk iddiaya münasibətdə qətnaməni ləğv etmiş və işi məhz həmin hissədə yeni apellyasiya baxışına qaytarmışdır. Beləliklə, qarşılıqlı iddia ilə bağlı hissə hazırkı apellyasiya baxışının predmeti olmadığından və Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi həmin hissədə qanuni qüvvəsini aldığından, məhkəmə kollegiyası hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız ilk iddiaya aid hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilk iddianın təmin olunması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, İddiaçı tələbi övladları X11 və X8 ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsindəki (keçmiş Buynakski) 9 saylı evin 7-ci mənzilinə köçürülmələri barədədir. Həmin mənzil Bakı şəhəri X7 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli dəyişmə orderinə əsasən iddiaçının anası X1 məxsus olmuşdur və bu günədək dövlət mənzil fondunda qalmaqla özəlləşdirilməmişdir. İcarədar X.Sadıxova xx.xx.2018-ci ildə vəfat etmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə İddiaçı mübahisəli mənzilin icarədarının ailə üzvü olduğundan həmin mənzilə yaşayış hüququ əldə etmişdir. Lakin iddiaçının bu hüququ cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən ilkin iddiaçı mənzildən istifadə hüquqlarını həyata keçirmək imkanından məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli mənzildə yaşamaq hüququ təmin edilməli, onun həmin mənzil üzərində istifadə hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, uşaqları ilə birlikdə həmin mənzilə köçürülməlidir Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən digər normalarla yanaşı xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə də istinad etmişdir. Həmin maddəyə görə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə görə isə kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə Mənzil Məcəlləsinin 53-cü maddəsini tətbiq edib İddiaçı iddiasını təmin etməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi bu nəticə Ali Məhkəmənin Mülki Kollegiyasının iş üzrə xx.xx.2020-ci il tarixli qərarında şərh olunan göstərişlərə də uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Mülki Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göründüyü kimi, apelyatorun ilk iddia ilə bağlı dəlilləri əsassızdır və ona görə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, Cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddiaya münasibətdə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı iddiasının təmin olunması hissəsində cavabdehin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiasının təmin olunması hissəsində həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar