Məhkəmə qərarları › İş №2(103)-6223/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6223/2024

04.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6223/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı “ipoteka müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4773/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bank "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bank "xxxx" ASC ilə X3 arasında bağlanmış 15 may 2018-ci il tarixli BKNG-B0007-14/18A saylı sonrakı ipoteka müqaviləsinin və Bank "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış 15 may 2018-ci il tarixli, BKNG-A0007-14/18A saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4773/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Bank "xxxx" ASC ilə X3 arasında bağlanmış 15 may 2018-ci il tarixli BKNG-B0007-14/18A saylı sonrakı ipoteka müqaviləsinin İddiaçı payına münasibətdə etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Bank "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6223/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Apellyasiya icraatı zamanı Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək, məhkəmənin 05 sentyabr 2024-cü il qətnaməsindən iş üzrə İddiaçı tərəfindən şikayət verildiyi bildirilmiş və həmin şikayətin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6223/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, İddiaçı apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4773/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6223/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4773/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar