Məhkəmə qərarları › İş №2(103)-6227/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6227/2025

21.04.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6227/2025 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Süleyman Ələsgərov adına * nömrəli uşaq Incəsənət məktəbinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Süleyman Ələsgərov adına * nömrəli uşaq Incəsənət məktəbinə qarşı “işə bərpa və əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Süleyman Əsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli ** saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq, Bakı şəhəri Süleyman Ələsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin ##.##.2024-cü il tarixli ** nömrəli əmrinə əsasən həmin məktəbdə attestasiyanın keçirilməsi qərara alınmış, bu məqsədlə attestasiyanın keçirilməsi müddəti və qaydaları cari ilin başlanmasına qədər Bakı şəhər Süleyman Ələsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin ##.##.2024-cü il tarixli ** nömrəli əmri ilə təsdiq edilərək, attestasiyanın başlanmasına 1 aydan çox qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmış, habelə məktəbin ##.##.2024-cü il tarixli ** nömrəli əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır.

2. Məktəbin fortepiano müəllimi İddiaçı ##.##.2025-ci il tarixində attestasiyaya dəvət edilmişdir. İddiaçı tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar on iki sual verilmişdir. İddiaçı həmin suallardan dördünə cavab verə bilməmiş, altısına qismən cavab vermiş, yalnız ikisinə tam cavab verə bilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 7-ci hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Işçilərin attestasiyasının keçirilməsi Qaydaları»nın 2.6-cı bəndini rəhbər tutaraq Bakı şəhər Süleyman Ələsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin Attestasiya Komissiyası Bakı şəhər Süleyman Ələsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi barədə qərar qəbul etmişdir.

3. Süleyman Əsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin ##.##.2025-ci il tarixli ** saylı əmrindən çıxarışa əsasən, Bakı şəhər Süleyman Ələsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı ## #### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Süleyman Ələsgərov adına * nömrəli uşaq Incəsənət məktəbinə qarşı “işə bərpa və əmək haqqı tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Süleyman Əsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbi ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli ** nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa olunmağının təmin edilməsi və ##.##.2025-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh Bakı şəhəri Süleyman Əsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi-vəkili iddia tələbinin həcmini artıraraq cavabdeh Bakı şəhəri Süleyman Ələsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin Atestasiya Komissiyasının ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi, cavabdeh Bakı şəhəri Süleyman Əsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbi ilə aramızda bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli ** nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerinə bərpa olunmağının təmin edilməsi və ##.##.2025-cü il tarixindən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh Bakı şəhəri Süleyman Əsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbindən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddiaçı tələbi onunla əsaslandırılmışdır ki, 1994-cü il tarixdə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikomunun fortepiano müəllimi, konsertmeyster ixtisasını bitirmişdir. Əmək fəaliyyətinə ##.##.1994-cü il tarixdən Bakı şəhəri Süleyman Əsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbində fortepiano müəllimi kimi başlamışdır. 30 il 4 ay müddətində məktəbdə fortepiano müəllimi kimi minlərlə tələbəyə dərs demişdir. Cavabdeh Bakı şəhəri Süleyman Əsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin Atestasiya Komissiyasının ##.##.2025-ci il tarixli qərarına və onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığını nəzərə alaraq AR-nın ƏM-nin 11.1-ci maddəsinin “b” bəndi və 83-cü maddəsini “Uşaq musiqi incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi”nin 7.2-ci bəndinin 13-cü abzasını rəhbər tutaraq ##.##.2025-ci il tarixdən AR-nın ƏM-nin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilərək onunla bağlanmış ##.##.1994-cü il tarixli əmək müqaviləsinə ** nömrəli əmr əsasında xitam verilmişdir. Əmrdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas Bakı şəhəri Süleyman Əsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbin Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli qərarı, qərarı əks etdirən atestasiya vərəqəsi və ##.##.2025-ci il tarixli * nömrəli protokolu olmuşdur. Bakı şəhəri Süleyman Əsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli qərarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edir və ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddianın təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona verilən suallara düzgün cavab versə də, attestasiya vərəqəsində həmin suallara düzgün cavab verməmə kimi qeydlərin aparılmasını bildirsə də, CD-diskə baxış zamanı iddiaçının bu dəlilləri təsdiqini tapmamış, əksinə attestasiya vərəqəsində iddiaçının verilən suallara cavab verə bilməməsi təsdiq edilmişdir.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçının tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması ilə bağlı yaradılmış attestasiya komissiyası və həyata keçirilmiş attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olduğundan və attestasiya keçirilərkən qanunun göstərilən tələblərinin pozulması halları aşkar olunmadığından, cavabdeh attestasiya komissiyasının qiymətləndirilməsi barədə tövsiyyəsini nəzərə alaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsində tam səlahiyyətli olmuşdur.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyası 35-ci maddənin İ və IV hissəsi, 36-cı maddənin III hissəsi, Əmək Məcəlləsinin 2.2, 2.3, 3.3, 3.5, 9, 12, 14, 45.1, 45.2, 45.3, 45.4, 45.5, 46.1, 47, 65.1, 65.2, 65.3, 65.4, 65.5, 65.5-1, 65.6-65.8, 66, 70 “c” bəndi, 83.1, 83.2, 296.1, 296.2, 300.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 119.2, 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atestasiya komissiyasının üzvlərinin Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarının tələblərinə uyğun seçilmədiyini, atestasiya komissiyası üzvlərinin ona qarşı qərəzli olaraq yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğun suallar verilmədiyini qeyd etmişdir. Hətta atestasiya komissiyasının üzvlərinin qanuna müvafiq qaydada müəssisənin rəhbəri tərəfindən təmin edilmədiyini atestasiya komissiyasında iştirak edən həmkarlar təşkilatının nümayəndəsinin həm atestasiya komisiyyasının üzvü, həm də həmkarlar təşkilatını təmsil edərək komissiyanın üzvü kimi rəy verməsini, həm həmkarlar təşkilatının, həm də atestasiya komissiyasının üzvünü təmsil edən şəxs məktəbin qarmon müəllimi X2 fortepiano ixtisası üzrə komissiyanın üzvü kimi iştirak etməsinin qanunsuz olduğunu qeyd edir. Xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər (pedaqoji işçilər, təsərrüfat sahələrində çalışan digər işçilər) olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir. Iddia tələbinin əsası attestasiya komissiyası üzvlərinin fortepiano ixtisası üzrə mütəxəssislərin olmadığını, verilən sualların bir çoxunun onun ixtisasına aid olmadığının, ixtisas komissiyası üzvlərinin incəsənətin tamamilə başqa-başqa ixtisaslara sahib olan mütəxəssislər tərəfindəın aparıldığını, ixtisasına aid sualları vaxtında və dəqiq cavablandırmağına baxmayaraq komissiya üzvləri tərəfindən qeyri-obyektiv qiymətləndirilməsindən ibarət olmasına baxmayaraq işə baxan məhkəmə qeyd olunan halları qiymətləndimədən maddi hüquq normalarının tələblərini pozmaqla iddia tələbini rədd etmişdir. Attestasiya vərəqəsində attestasiya komissiyası üzvlərinin vermiş olduğu sualları məhkəmə iclasında təhlil edərək bildirmişdir ki, attestasiya vərəqəsində komissiya üzvlərinin vermiş olduğu sualları cavablandırarkən qeyri-müəyyən, yəni “bir sıra nöqsanlara yol verdi” sözləri ilə qiymətləndirmə aparmışdır. Məhkəmə tərəfindən gəlinən nəticənin əsasız olması ilə bağlı ilk əvvəl attestasiya vərəqəsində mənə verilən sualların bir neçəsinə nəzər yetirir: “Verilən sual : Iştirakçı “Si Major” Qammasını ifa etdi. Qammanı ifa edərknə bir sıra nöqsanlara yol verdi.” Hesab edir ki, “SI Major” qammasını ifa edərkən bir sıra nöqsanlara yol verib-vermədiyini hakim incəsənət sahəsi üzrə mütəxəssis olmadığı üçün qiymətləndirməsi əsassız və qanunsuzdur. “Sual: Iştirakçıya İ.S.Bax-lya minor Süitasından Allemanda notu təqdim olundu. Ölçü və faktura barədə məlumat istənildikdə iştirakçı tonallığı yalnış qeyd etdi.” Yuxarıda qeyd etdiyi kimi attestasiya vərəqəsində ona verilən suallar xüsusi terminlərdən ibarət sözlərdir. Məhkəmənin həmin suala onun tərəfindən verilmiş cavabın tonallığı yalnış qeyd etməyi ilə bağlı komissiyanın mövqeyi ilə razılaşıb bu əsasla iddia tələbini rədd etməsi əsassız və qanunsuzdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

14. Iş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən kollegiya işə onarın (nümayəndənin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

15. Maddə 35, IV hissə. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

16. Maddə 125, VII hissə. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

17. Maddə 65, 1-ci hissə. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

18. Maddə 65, 2-ci hissə. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

19. Maddə 65, 3-cü hissə. Işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

20. Maddə 65, 4-cü hissə. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla, qərarla) müəyyən edilir.

21. Maddə 65, 5-ci hissə. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

22. Maddə 65, 7-ci hissə. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

23. Maddə 67, 1-ci hissə. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

24. Maddə 67, 5-ci hissə. Işçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.

25. Maddə 67, 6-cı hissə. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.

26. Maddə 70, “c” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ləğv edilə bilər.

27. Maddə 83, 1-ci hissə. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

28. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

“Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin ** nömrəli ## ### 2001ci il tarixli Qərarı

29. 1.1-ci bənd. Işçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və bu Qaydalara uyğun həyata keçirilir.

30. 1.2-ci bənd. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.

31. 2.4-cü bənd. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

32. 2.6-cı bənd. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil.

33. 2.7-ci bənd. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər işçiyə attestasiya vərəqəsi doldurur. Işçinin attestasiya vərəqəsi onun şəxsi işində saxlanılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Işin hallarından göründüyü kimi, Süleyman Əsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli ** saylı qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının tələblərinə uyğun olaraq, Bakı şəhəri Süleyman Ələsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin ##.##.2024-cü il tarixli ** nömrəli əmrinə əsasən həmin məktəbdə attestasiyanın keçirilməsi qərara alınmış, bu məqsədlə attestasiyanın keçirilməsi müddəti və qaydaları cari ilin başlanmasına qədər Bakı şəhər Süleyman Ələsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin ##.##.2024-cü il tarixli ** nömrəli əmri ilə təsdiq edilərək, attestasiyanın başlanmasına 1 aydan çox qalmış attestasiyadan keçiriləcək işçilərin diqqətinə çatdırılmış, habelə məktəbin ##.##.2024-cü il tarixli ** nömrəli əmri əsasında attestasiyanın keçirilməsi üçün attestasiya komissiyası yaradılmışdır.

43. Məktəbin fortepiano müəllimi İddiaçı ##.##.2025-ci il tarixində attestasiyaya dəvət edilmişdir. Ona tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar 12 sual verilmişdir. İddiaçı həmin suallardan dördünə cavab verə bilməmiş, altısına qismən cavab vermiş, yalnız ikisinə tam cavab verə bilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 7-ci hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Işçilərin attestasiyasının keçirilməsi Qaydaları»nın 2.6-cı bəndini rəhbər tutaraq Bakı şəhər Süleyman Ələsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin Attestasiya Komissiyası Bakı şəhər Süleyman Ələsgərov adına * nömrəli Uşaq Incəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməməsi barədə qərar qəbul etmişdir.

44. * nömrəli Uşaq Incəsənət Məktəbinin fortepiano müəllimi İddiaçı ## #### 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

45. Hazırda iddiaçı attestasiya nəticələrini mübahisələndirərək, onun nəticəsində bağlanmış əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab edir. Iddiaçının dəlillərinin yoxlanılması məqsədi ilə iddiaçı ilə aparılan attestasiyasının audio-

46. videoyazısına baxış keçirilmiş, baxış zamanı iddiaçı attestasiya zamanı ona verilən bəzi suallara həyəcanlı olduğundan cavab verə bilmədiyini qeyd etmişdir.

47. Kollegiya qeyd edir ki, attestasiya zamanı attestasiya komissiyasının işçiyə verə biləcəyi suallar məhdud çərçivədədir. Yəni komissiya işçini ümumi, şəxsi və ya mövzudan kənar suallarla yox, yalnız onun əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə və funksiyaları əsasında qiymətləndirə bilər və bu məhdudiyyətin məqsədi obyektivlik və ədalətlilikdir. Attestasiya işçinin peşəkar fəaliyyətini ölçməlidir.

48. Şikayətin əsas dəlillərinin mahiyyəti birinci instansiya məhkəməsinin verilən sualların məhz iddiaçının ixtisasına uyğun olub-olmaması və iddiaçının ifasının qiymətləndirilməsi ilə bağlıdır.

49. Məhkəmə kollegiyası ## ###### 2025-ci il tarixli qərardadı ilə qeyd edilən dəlili yoxlamaq məqsədi ilə attestasiya zamanı iddiaçıya verilmiş sualların məhz iddiaçının ixtisasına uyğun olub-olmamasının müəyyən edilməsi, habelə fortepianoda ifasının dəyərləndirilməsi üçün mütəxəssis rəyi alınmasını qərara almışdır. Mütəxəssis rəyinin verilməsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına həvalə edilmişdir.

50. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasından ## ##### 2026-cı il tarixdə məhkəməyə mütəxəssis rəyi daxil olmuşdur.

51. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ixtisas fortepiano kafedrasının professoru, Azəbaycan Respublikasının əməkdar artisti X5 tərəfindən tərtib olunmuş rəydə aşağıdakılar qeyd edilmişdir: - Təqdim edilmiş CD diskin yazı keyfiyyəti qənaətbəxş deyildi, xüsusi ilə sual və cavab hissələrinə aid olan fraqmentlər aydın eşidilmirdi. Eşidilə bilən suallar birbaşa attestasiya olunan şəxsin ixtisas sahəsi ilə bağlıdır. - Eşidilən suallar attestasiya proqramına uyğundur. Verilən cavablardan 1-i düzgün, 3-ü qismən düzgün, 2-si isə səhvdir. - Ifa edilən musiqi əsərinin 1-i proqrama uyğun deyildi. Si major qammasının ifası zamanı bir neçə texniki səhvlərə yol verilmişdir. Üzdən oxuma bacarığı aşağı səviyyədə idi. Digər əsəri lazımi səviyyədə ifa edə bilmədi.

52. Göründüyü kimi, iddiaçının attestasiya zamanı verdiyi cavablar və ifa etdiyi əsərlərə verilən qiymətlər, ## ###### 2025-ci il tarixli attestasiya vərəqində komissiya üzvləri tərəfindən verilən qymətlə arasında ziddiyyət müəyyən olunmamışdır.

53. Şikayətin digər dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, attestasiya komissiyasının üzvlərinin iddiaçıya qarşı qərəzli mövqedə olması müəyyən olunmamış, iddiaçı özü də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

54. Məktəbin qarmon müəllimi X2 fortepiano ixtisası üzrə komissiyanın üzvü kimi iştirak etməsinin qanunsuz olması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə etirazda qeyd edilən üzvün X6 nümayəndəsi kimi attestasiyada iştirak etdiyi qeyd edilmişdir.

55. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsində qeyd edilmişdir ki, işəgötürənin əmri (sərəncamı, qərarı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

56. Göründüyü kimi, X6 nümayəndəsinin attestasiya komissiyasının üzvü kimi attestasiyada iştirakı əmək qanunvericiliyi ilə müəyyən edilmişdir.

57. Digər 4 nəfər komissiya üzvlərindən 1 nəfəri nəzəriyyə şöbəsinin müəllimi, 3 nəfəri isə məhz fortepiano ixtisası üzrə müəllimlər olmuşdur.

58. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallar sübut edilməmişdir. Onun tələbinin təmin edilməsi üçün hüquqi əsasların müəyyən edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqe ilə razılaşır. Belə ki, iddiaçının istinad etdiyi dəlillər işçilərin attestasiyasının əmək qanunvericiliyin pozulmaqla keçirildiyinə dəlalət etmir. Əksinə qeyd edilən hallar iş materialları ilə inkar olunur.

59. Iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər qətnamənin ləğvi üçün əsas təşkil etmir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar