Məhkəmə qərarları › İş №2(103)-6232/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6232/2022

06.09.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6232/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il və 06 iyun 2022-ci il tarixli 2(002)-51/2020 saylı qərardadlarından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(002)-51/2020 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə iddiası təmin edilmişdir. Cavabdeh1 həmin qətnaməni 13 iyun 2020-ci il tarixdə sifarişli poçt qəbzinə imza etməklə almış, 30 iyul 2020-ci il tarixdə qətnamədən apellyasiya şikayəti və buraxılmış müddətin bərpa olunması barədə ərizə vermiş, 04 avqust 2020-ci il tarixdə şikayət və ərizə məhkəməyə daxil olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(002)- 51/2020 saylı qərardadı ilə müddətin bərpa olunmasından imtina olunmuş və apellyasiya şikayəti geri qaytarılmışdır. 13 iyul 2020-ci il tarixdə qətnamə üzrə icra vərəqəsi verilmiş və icra məmurunun 16 iyul 2020-ci il tarixli qərarı ilə icra üzrə icraata başlanmışdır. Bundan sonra 01 iyun 2022-ci il tarixdə Cavabdeh1 yenidən qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli 2(002)- 51/2020 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il və 06 iyun 2022-ci il tarixli 2(002)-51/2020 saylı qərardadlarından şikayət verərək qərardadların ləğv olunmasını, buraxılmış müddətin bərpa olunmasını və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli 2(002)-51/2020 saylı qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, apellyator qətnamədən şikayət vermək üçün qanunla müəyyən olunmuş 1 aylıq müddətin buraxılmasını ölkədə pandemiya ilə bağlı karantin rejiminin tətbiq olunması ilə əsaslandırmışdır. Halbuki, həmin dövrdə Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar olaraq məhkəmələrin fəaliyyəti 19 mart 2020-ci il tarixdən 18 may 2020-ci il tarixədək dayandırılmış, 18 may 2020-ci il tarixdən məhkəmələr öz fəaliyyətlərini tam həcmdə davam etdirmişdir. Həmin müddət ərzində məhkəmə iclasları qeyri-müəyyən vaxta təxirə salınsa da, məhkəmələrdə ərizə, apelyasiya və kassasiya şikayətlərinin qəbulu davam etdirilmişdir. Bundan əlavə, Cavabdeh1 buraxılmış müddətin bərpa olunması barədə ərizə və apellyasiya şikayəti ilə 13 iyun 2020-ci il tarixdə məhkəməyə müraciət etsə də, prosessual səhlənkarlıq göstərərək müraciətinin nəticəsi ilə maraqlanmamış, bundan 2 ilə yaxın vaxt keçdikdən sonra yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə haqlı olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Buna görə də şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il və 06 iyun 2022-ci il tarixli 2(002)-51/2020 saylı qərardadları qanuni və əsaslı olduğundan, dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il və 06 iyun 2022-ci il tarixli 2(002)-51/2020 saylı qərardadları Cavabdeh1 şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar