Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6232/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı X1 cavabdeh X7 qarşı ilk, X4 X3 qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “istifadə hüququna xitam verilməsi, mənzilə köçürülmə” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk, Cavabdeh İddiaçı1 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-594/2024 nömrəli 12 mart 2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X6 xx.xx.2023cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə və arvada Novruzzadə soyadı verilmişdir.
2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı3 xx.xx.2011-ci il tarixdə Salyan şəhərində doğulmuşdur. Onun atası İddiaçı2, anası X2r.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MH seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində istifadədə olan 0.03 ha torpaq sahəsində yerləşən 42 nömrəli 1 mərtəbəli binada 37.5 kv.m ümumi, 29.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 652 nömrəli reyestr kitabın 59820 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. xx.xx.2021-ci il tarixdə 59 saylı MKİS tərəfindən verilmiş arayışın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanına 1993-cü il təvəllüdlü X6 xx.xx.1993-cü il tarixdən, 1989-cu il təvəllüdlü İddiaçı2 xx.xx.2011-ci il tarixdən və 2011-ci il təvəllüdlü İddiaçı3 xx.xx.2011- ci il tarixdən qeydiyyata alınmışlar.
5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı2 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci qərarının surətindən görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Məhkəmənin sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilməklə iş materiallarına əlavə edilmiş X12 ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə bağlanmış mənzil bağışlama müqaviləsinin surətindən görünür ki, həmin müqavilə X8 Bakı şəhəri Tİ və MHQİ tərəfindən xx.xx.1996-cı ildə verilmiş 614 saylı reyestr kitabının 92073-cü səhifəsində, qeydiyyatı 30/92073 №-ə ilə aparılmış qeydiyyat vəsiqəsinə əsasən, ona məxsus Bakı şəhəri, Qabışev küçəsindəki 42 saylı evin yaşayış sahəsi 29.5 kv.m ümumi sahəsi 37.5 kv.m ibarət 2 otağını oğlu Cavabdeh bağışlaması haqqında bağlanmışdır.
7. İddiaçılar İddiaçı2 və qeyrilərinin Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilk, Cavabdeh İddiaçı1 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-594/2024 nömrəli 12 mart 2024-cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı2 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-3320/2024 nömrəli qətnaməsi ilə təmin edilməmiş sonuncunun evə köçürülmə barədə tələbinin təmin edilməməsinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən fərdi evə köçürülmələri nəbarədə qətnamə qəbul edilməsini xahiş etmişlərdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı1 xx.xx.1993- cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Anadan olduğu vaxtdan ünvan 4 ünvanında yaşamışdır. Cavabdeh onun atasıdır. Belə ki, cavabdeh və anası tərəfindən xx.xx.2021-ci evdən qovulmuşdur. O, həyat yoldaşı İddiaçı2 ilə xx.xx.2023-cü ildə rəsmi nikaha daxil olmuşdur. Qeyd etmək istəmişdir ki, onun həyat yoldaşı İddiaçı2 onun bacısının keçmiş həyat yoldaşı olmuşdur. Onların nikahlarından iki övladları dünyaya gəlmişdir. (xx.xx.2011-ci il təvəllüdlü İddiaçı3: xx.xx.2019-cu il təvəllüdlü X10). Həyat yoldaşının İddiaçı3 adlı övladı rəsmi məhkəmə qərarına əsasən atasının himayəsinə verilmişdir. Digər övladı xx.xx.2019- cu il təvəllüdlü X10 isə sözügedən ünvanda anası ilə yaşayır. Hazırda ailədə üç nəfər yaşayırlar İddiaçı3 və o, sözügedən ünvanda pasport qeydiyyatındadır. Həyat yoldaşı İddiaçı2 həmin ünvanda əvvəllər uzun müddət yaşamışdır. Onlar hazırda kirayədə qalırlar. Kirayə pulunu ödəməkdə çətinlik çəkirlər. Belə ki, o və həyat yoldaşının qızı İddiaçı3 sözügedən ünvanda yaşayış yerindən istifadə hüquqları olduğu halda cavabdeh tərəfindən onlara süni maneələr yaradılır. Evdə yaşamağa mane olur.
10. Cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Qars vilayətində musiqi müəllimi mütəxəssisi olaraq işi ilə bağlı yaşayır və işləyir. Hər ilin sentyabr ayından gedərək bir də yay tətilində geri - Azərbaycana dönür. Hazırki məhkəmədən ailə üzvlərinin telefonla məlumatından sonra xəbər tutmuşdur. İddia tələbi ilə razı deyildir, buna etiraz edir və tələbi qəbul etmir. İlk öncə qeyd etmişdir ki, iddiaçılardan İddiaçı1 onun doğma qızıdır. İddiaçı2 isə onun böyük qızı Novruzzadə Nuranənin həyat yoldaşı olub, lakin onlar sonradan boşanmışlar. Boşanmalarına da səbəb bu olub ki, İddiaçı2 onun böyük qızı Nuranə ilə rəsmi nikah münasibətində olduğu zamanda kiçik qızı Fəridə ilə şantaj yolu ilə münasibətdə olmuş və 1-cı qızını boşayaraq Fəridə ilə evlənmişdir. X9 nikahına və ailə qurmasına razılıq verməmişdir, onlar indi də bununla razı deyillər və bu nikaha qarşıdırlar, bu nikahı tanımır, qəbul etmirlər. Çünki, İqrarı normal insan hesab etmirlər, normal insan Azərbaycan mühitində bu cür hərəkət etməz, mentalitetə və dəyərlərə zidd olan hərəkətlərə yol verməzdir. İkincisi, qeyd etmək istəmişdir ki, o, 2021-2022-ci illərdə bu sözsöhbətlər və məhkəmə çəkişmələri olan zaman İddiaçı2 qarşı iddia qaldıraraq onu evinə qeydiyyatdan məhkəmə qaydasında çıxartdırmışdır. O yenidən onun evinə qeydiyyata alına bilməz. Belə ki, həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçı2 onun evində yaşamır və buradan istifadə etmir, yaşamaq hüququ da yoxdur və bu üzdən qeydiyyatına xitam verilmişdir. Məhkəmə aktı qüvvəyə mindikdən sonra isə, o, ünvanına qeydiyyatdan çıxarılmışdır. Hesab etmişdir ki, qızı İddiaçı1 bu iddianı İddiaçı2 təhriki və təzyiqi ilə qaldırmışdır. Məqsəd də odur ki, İddiaçı2 onlara yenidən qeydiyyata alınsın, yaxud onlardan təzyiq yolu ilə pul qoparsın. Böyük qızı ilə nikah dövründə onların xərclərinin çoxunu onlar qarşılamışlar, özlərinin maddi imkanları olmasa da, İddiaçı2 hər zaman dəstək olmuş, istədikdə, ordan-burdan pul tapıb düzəldərək ona vermişlər ki, problemlərini həll etsin. Bu iştah indi də onu tərk etmir, o, min cür şantaj və ləyaqətsiz hərəkətlərlə onlara problemlər yaradır, onlardan intiqam alır, onları şantaj edir, onlardan pul qoparmağa çalışır. Onun adından məhkəmə işçilərinə zəng etməsi də bunun əyani təsdiqidir. Hesab etmişdir ki, iddianın təmin edilməsi mümkün deyildir. Çünki, qeyd etdiyi ki, İddiaçı2 yaşayış və istifadə hüququna məhkəmə qaydasında xitam verilib, o, evinə qeydiyyatdan çıxarılmışdır. Qızı İddiaçı1 isə hal-hazırda onunla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti,ev 80,mənzil 84 ünvanında yaşayır. Onlarda kirayədə yaşayırlar. Məlumatlarına görə, İddiaçı2 maşın alır-satır, maşın alveri edir. Özü qazanıb ailəsini kirayədə saxlayır, İddiaçı1 ilə də nikah münasibətinə girib, nikahını rəsmiləşdirib. Altıq onlar ər-arvad kimi yaşayırlar. Hesab etmişdir ki, İddiaçı1 onun evinə yaşayış hüququnun təmin olunması hazırki şərtlərlə mümkün deyildir. Bu, ailədə fəsada, cinayət hadisələrinə səbəb ola, əsas verə bilər. İddiaçı1 yaşayış hüququ nəinki təmin edilməməli, o, yaşayış hüququndan məhrum edilməli, onun sözügedən evdən istifadəsinə xitam verilməlidir. Çünki, o, hazırki halda, onların evdən istifadə etmir, artıq iki-üç ildir ki, İddiaçı2la birlikdə yaşayır, evlərini könüllü olaraq öz istəyi ilə tərk etmişdir. İddiaçı1 hazırda sözügedən evdə yaşamır və buradan faktiki olaraq istifadə etmir. Belə bir halda, ona və ailə üzvlərinə məxsus yaşayış sahəsində formal olaraq qeydiyyatda qalması mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə mane olur, bu hüquqlarından tam istifadə etmək və bu hüquqları üzərində sərəncam vermək imkanlarını məhdudlaşdırır, konstitusion hüquqlarının gerçəkləşməsinə maneələr yaradır. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə görə, ölkədə şəxs yalnız yaşadığı yer üzrə qeydiyyata alınmalıdır. O üzdən, İddiaçı1 də əri ilə birlikdə aşadığı ünvana qeydiyyata alınmalıdır. Amma cavabdeh ona məxsus evdə yaşamamasına, buradan faktiki olaraq istifadə etməməsinə baxmayaraq qeydiyyatda qalmaqda davam edir. Şifahi olaraq müraciət etdiyi ərazi polis orqanları məhkəmənin müvafiq aktı olmadan şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılmasının mümkünsüz olduğunu bildirir, bunun üçün istifadə hüququnun məhkəmə qaydasında xitam olunmasının zəruri olduğunu söyləyirlər. Məlumdur ki, qüvvədə olan qanunvericilik və bu qanunvericiliyin keşiyində duran dövlət şəxsin mülkiyyət hüquqlarının qorunmasına və müdafiə olunmasına, maneəsiz həyata keçirilməsinə tam hüquqi təminat verir.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-594/2024 nömrəli 12 mart 2024cü il tarixli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı1 ünvan 2 ünvanından istifadə hüququnun itirilmiş hesab edilməsi, məhkəmə xərclərin tərəflərin özlərinə aid edilməsi qət edilmişdir (hakim X17).
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ilk iddia tələbinin “İddiaçı3 ünvan 2 ünvanına köçürülməsi” hissəsinə münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə qeyd edir ki, İddiaçı3 İddiaçı2 qızı olmaqla onun yaşayış yeri atasının yaşayış yeri hesab edilir. Odur qeyd edilən hissədə də ilk iddia təmin edilə bilməz. Məhkəmə ilk iddia tələbinin “İddiaçı1 ünvan 2 ünvanına köçürülməsi” hissəsinə qarşılıqlı iddia tələbi ilə əlaqəli şəkildə qiymət verməklə aşağıdakıları qeyd etmişdir. Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı1 1993-cü ildən mübahisəli evdə qeydiyyatdadır. Məhkəmə araşdırılması zamanı işin tərəflər arasında mübahisələndirilməyən halları ilə həmçinin müəyyən olunmuşdur ki, İddiaçı1 2021-ci ildə İddiaçı2 yaşadığı evə köçmüş, 2023-cü ildə isə onunla rəsmi nikaha daxil olmuşdur. Odur ki, İddiaçı1 uzun bir müddət ərzində mübahisəli evdə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Buna görə də İddiaçı1 mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə hesab etmişdir ki, İddiaçı1 mübahisəli evdən istifadə etməsini zəruri edən əsas aradan qalxdığından, Cavabdeh İddiaçı1 istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. Odur ki, ilk iddia tələbi Fəridə Novrizzadənin ünvan 2 ünvanına köçürülməsi hissəsində təmin edilməməlidir və ilk iddianın təmin edilməməsi əsasları qarşlılıqlı iddianın təmin edilməsi əsasları qismində çıxış edir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 228-ci, 262-ci maddələrinə, xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı, 87-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü, 82.4-cü, 77.1-ci, 119.1-ci, 217.4-cü, maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin ona aid hissədə təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətini ilk iddia tələbinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq onunla əsaslandırmışdır ki, işə baxan məhkəmənin qəbul etdiyi qətnamə qanuni və əsaslı olmamaqla yanaşı iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə xx.xx.1993-cü ildə doğulmağımı, doğulduqdan sonra mənim mübahisə predmeti olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla İqrara Novruzzadə ilə birgə nikaha daxil olanadək yaşamağımı nəzərə almamışdır. cavabdeh ona məxsus mənzildən mənim istifadfə hüququmun itirilməsi tələbini yalnız müvafiq kompensasiya ödənilməsi şərti ilə irəli sürə bilərdi. Yuxarıda sadalanan hallardan görünür ki, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə digər iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
20 Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİİ hissələrinəəsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
22. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir;
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
e) Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qətnamə ilk iddia tələbinin ona aid hissədə ləğv edilməsi və təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi xahiş edildiyindən, qətnamə mübahisələndirilən hissələrdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə cavabdeh tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
28. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, hazırda cavabdeh qeyd olunan ünvanda 1993-cü ildən qeydiyyatda olsa da, lakin orada yaşamır. ünvan 2 Cavabdeh xüsusi mülkiyyətindədir. İlk iddia üzrə iddiaçılar İddiaçı2 onun kürəkəni, İddiaçı1 onun qızı, İddiaçı3 isə onun nəvəsidir. İddiaçı1 2021-ci ildə İddiaçı2 yaşadığı evə köçmüş, 2023-cü ildə isə onunla rəsmi nikaha daxil olmuşdur. İddiaçı1 mübahisəli evdə yaşamamasının səbəbi isə onun mübahisəli evdə yaşamamasına hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədar olmuşdur. Ona görə ki, işin materialları və faktiki halları ilə mübahisəsiz şəkildə təsdiq olunur ki, İddiaçı1 mübahisəli evdən köçüb getmiş və ailə qurmuşdur, ailə üzvü sırasından çıxmış və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli evlə əlaqəsini kəsmişdir.
29. Bu səbəbdən İddiaçı1 uzun bir müddət ərzində mübahisəli evdə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar olmamış, bu isə onun mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə gətirib çıxarmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, müxtəlif vaxtlarda yaşadığı qəbul edilmiş olsaydı belə, özünün qeyd etdiyi kimi, 2021-cu ildən hazıradək orada yaşamaması daimi əsaslarla həmin yaşayış sahəsindən çıxıb getməsini təsdiq etməklə, istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi üçün əsas hesab edilir.
30. Belə ki, xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və qeyd edir ki, hazırda qarşılıqlı iddia üzrə cavabdeh qeyd olunan ünvanda qeydiyyatda olsa da, 2021-ci ildə ailə qurduqdan sonra mübahisəli mənzildə yaşamayıb, daimi əsaslarla həmin mənzildən başqa yaşayış sahəsinə köçüb getmiş, həmin mənzildə heç bir təsərrüfat aparmamışdır. Mübahisəli evdən istifadə etmə zərurəti də aradan qalxmışdır. Göstərilənlər İddiaçı1 ünvan 2 ünvanına istifadə hüququna xitam verilməsini şərtləndirir. Hazırkı vəziyyətdə cavabdehin mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməsi onun mənzilə köçürülməsinə dair ilk iddia tələbinin də təmin edilməməsinə əsas verir.
33. Belə olan halda da kollegiya göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir və faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-594/2024 nömrəli 12 mart 2024-cü il tarixli qətnaməsi İddiaçı1 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.