Məhkəmə qərarları › İş №2(103)-6233/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6233/2022

07.09.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6233/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər “X1 Sevices” QSC və "xxxx" QSC-yə qarşı “əmək haqqından ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının tutulması və sığortaçıya ödənilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2007/2022 saylı, 04 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər “X1 Sevices” QSC və "xxxx" QSC-ə qarşı qarşı iddia ərizəsiilə məhkəməyə müraciət edərək, aşağıdakı məcburi dövlət sosial sığorta haqlarının cavabdehlər “X1 Sevices” QSC və "xxxx" QSC-dən tutularaq iddiaçının İddiaçı xeyrinə sığortaçıya ödənilməsi, "xxxx" QSC-dən 2017-ci ilin oktyabr-dekabr ayları üzrə 1041 manat 27 qəpik və 2018-ci ilin yanvar-dekabr ayları üzər 4164 manat 96 qəpik,cəmi 5206 manat 23 qəpik, Cavabdeh1 QSC-dən 2020-ci ilin noyabr-dekabr ayları üzrə 564 manat 04 qəpik və 2021-ci il üzrə 488 manat 77 qəpik,cəmi 1052 manat 81 qəpik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2007/2022 saylı, 04 avqust 2022-ci il tarixli qərardadı ilə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və əmək haqqından ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının tutulması və sığortaçıya ödənilməsi tələbinə dair mülki işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər «Atilla Trans Services A” Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış əmək müqavilələrinin 6.1-ci və 6.2-ci bəndlərinə uyğun olaraq işçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada öz hesabına və işəgötürənin hesabına sığorta edilir, işçinin sosial müdafiə olunması, güzəşt və imtiyazları, sığorta hüququ təmin edilir. Beləliklə, hazırki iddia tələbi fərdi əmək mübahisəsinin predmetidir, həmin mübahisə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. İddiaçının cavabdehlərə qarşı həmin iddia tələbi əmək fəaliyyəti ilə bağlı tələbdir. Məhkəmə bunu nəzərə almamış və bununla əlaqədar iddiaçının nümayəndəsinin hüquqi dəlillərinə düzgün olmayan hüquqi qiymət vermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2007/2022 saylı, 11 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsi icraata xitam verərkən ona istinad etmişdir ki, hazırki mülki iş üzrə iddia tələbi məhz işəgötürən (sığortaedən) tərəfindən ödənilməyən məcburi sosial sığorta haqqının tutulması ilə bağlı tələbdən ibarətdir. Qanunvericiliyin təhlilindən aydın olur ki, sığortaedəndən (işəgötürəndən) məcburi sosial sığorta haqlarının tutulması, işəgötürən tərəfindən ödənilmədiyi halda sığortedən barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi, məcburi qaydada (qeyd şərtsiz) həmin tutulmanın təmin edilməsi, bununla bağlı uçot-hesabat sənədlərinin araşdırılması, yoxlanılması məhz inzibati orqanın (indiki halda 1 yanvar 2019-cu il tarixdən Dövlət Vergi Xidmətinin) səlahiyyətinə aiddir. Göründüyü kimi, qeyd edilən məsələ ilə bağlı yaranmış hüquq münaisbətləri mahiyyət etibarilə işçi-işəgötürən arasında yaranmış əmək münasibətləri deyil, məhz inzibati xarakterli hüquq münasibətləri olmaqla, məhz inzibati orqanın inzibati xarakterli səlahiyyətindən irəli gəlməklə, sığortaedənlə (işəgötürənlə) inzibati orqan arasında yaranmış hüquq münasibətlərindən irəli gəlir. Həmçinin, qeyd edilən məsələnin işçinin əmək hüquqlarına toxunulması halı həmin münasibətin xarakterinin inzibati xarakterli olması halını aradan qaldırmır. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab etmişdir ki, iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə hesab etmişdir ki, iddiaçıya iddia tələbində qeyd edilmiş məsələnin həlli ilə bağlı ilk öncə müvafiq inzibati orqana (Dövlət Vergi Xidmətinə) müraciət etmək hüququnu olması, habelə həmin məsələyə dair inzibati orqanla yaranmış mübahisəli hüquq münasibəti ilə bağlı isə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olması izah olunmalıdır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı hazırki tələbində cavabdehlər “X1 Sevices” QSC və "xxxx" QSC-dən məcburi dövlət sosial sığorta haqlarının tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət tabeçilik prinsipi əsasında qurulmasıdır. Göründüyü kimi inzibati orqan cavabdeh qismində işə cəlb edilməyərək qeyd olunan tələb inzibati orqana qarşı yönəlməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırda iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tutulması mübahisələndirilmişdir, bu halda tələb işəgötərənə qarşı yönəldiyindən, mülki icraat çərçivəsində həmin halların müəyyən edilməsi, yəni məcburi dövlət sosial sığorta haqının hazırki cavabdehlər tərəfindən verilibverilməməli olmasının müəyyən edilməsi mülki icraatın tələbləri baxımından ziddiyyət təşkil etmir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülki işə mahiyyəti üzrə baxmalı idi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş sonrakı prosesual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-2007/2022 saylı, 04 avqust 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər “X1 Sevices” QSC və "xxxx" QSC-yə qarşı “əmək haqqından ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının tutulması və sığortaçıya ödənilməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar