Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6247/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğluvə Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X15 oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx ( Azərbaycan)» ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilmə barədə əmrin ləğv edilməsi və işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-548/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı «xxxx» (Azərbaycan) ASC-yə qarşı “əmək müqaviləsinə xitam verilmə barədə əmrin ləğv edilməsi və işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» (Azərbaycan) ASC-nin baş direktorunun 04.12.2020-ci il tarixli, 113 K saylı əmrinin ləğv edilməsinə, onun «xxxx» (Azərbaycan) ASC-də «Texniki İstehsalat /Xammal/ Yandırma» X4 Operatoru vəzifəsinə bərpa olunmasına və 04.12.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci ilin mart ayından 15.01.2013-cü il tarixədək «xxxx» (Azərbaycan) ASC-də müxtəlif vəzifələrdə, 15.01.2013-cü il tarixdən etibarən isə «Texniki İstehsalat /Xammal/ Yandırma» X4 Operatoru vəzifəsində işləmişdir. Qeyd edir ki, 23 avqust 2020-ci il tarixdə ehtiyatsızlıq nəticəsində baş vermiş bədbəxt hadisə nəticəsində yıxılaraq ağır xəsarətlər almışdır. Bundan sonra «xxxx» (Azərbaycan) ASCnin baş direktorunun 04.12.2020-ci il tarixli, 113 K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir. Həmin əmrin verilməsinə əsas ondan ibarət olmuşdurki, yıxılaraq ağır xəsarətlər almağına səbəb tərəfindən vəzifə təlimatı üzrə əməyin mühafizəsinə və texniki təhlükəsizlik qaydalarına əməl etməməsidir. Hesab edir ki, barəsində işdən azad olma barədə verilən 04.12.2020-ci il tarixli, 113 K saylı əmr tamamilə qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu(öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd olunan hüquq normasına əsaslanaraq bildirir ki, ehtiyatsızlıq nəticəsində baş vermiş bədbəxt hadisə nəticəsində yıxılaraq ağır xəsarətlər almağı nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizaminin normal ahəngi pozulmamışdır. Həmçinin qeyd edir ki, iş yerində yaranmış texniki nasazlıq nəticəsində faktiki olaraq iş və istehsal dayanmış, məhz həmin nasazlığın aradan qaldırılmaq istəyərkən yıxılaraq ağır xəsarətlər almışdır. Qeyd olunan hərəkətləri nəticəsində heç kimin həyatı və sağlamğına zərər vurulmamış, eləcədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan hallar mövcud olmamışdır.Bildirdi ki, ehtiyatsızlıqdan yol verilmiş hərəkətləri nəticəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş halların heç birinin mövcud olmamasına baxmayaraq, cavabdeh tərəfindən verilmiş qanunsuz və əsassız əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. Eyni zamanda qeyd edir ki, üç azyaşlı övladı var və başqa gəlir yeri yoxdur. Hazırkı pandemiya dövründə isə işsiz qalmağı səbəbindən ailə üzvlərinin maddi-məişət ehtiyaclarını ödəyə bilmir. Həmçinin ağır xəsarət almağı səbəbindən də müalicəsi davam etdirilməlidir. Lakin işsiz olmağı səbəbindən və başqa qazanc yeri olmadığına görə müalicəni davam etdirə bilmir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-548/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, «xxxx (Azərbaycan)» ASC-nin İddiaçı ilə bağlanmış müqaviləsinə xitam verilməsi barədə 04 dekabr 2020-ci il tarixli, 113K saylı əmrinin ləğv edilməsi, İddiaçı «xxxx( Azərbaycan)» ASC-də «Texniki İstehsalat/Xammal/Yandırma» X4 Operatoru vəzifəsinə bərpa edilməsi və 04.12.2020-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqının işə bərpa olunduğu günədək İddiaçı «xxxx( Azərbaycan)» ASC tərəfindən ödənilməsi qət edilmişdir (sədrlik edən: Günay Həşimova). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-548/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xxxx Azərbaycan ASC ilə İddiaçı arasında 15 yanvar 2013-cü il tarixli Əmək Müqaviləsi bağlanmış və o, texniki istehsalat xammal yandırma sexinə idarəetmə mərkəzinin operatoru vəzifəsinə qəbul edilmişdir. 08.09.2017-ci il tarixdə həmin vəzifənin adı X7 adlandırılmışdır və bu barədə Əlavə hər iki tərəfdən imzalanmışdır. İddiaçı ilə bağlanmış 15 yanvar 2013-cü il tarixli Əmək Müqaviləsinin 3.1-ci bəndində qeyd olunur ki, iş prosesində əməyin mühafizəsinə, texniki təhlükəsizlik qaydalarına, texnoloji rejimə və avadanlıqların istismar qaydalarına riayət etmək, özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək işçinin əsas funksiyası və öhdəliyidir. Həmin müqavilənin 3.3-cü bəndində qeyd olunur ki, İşçi bu Müqavilə ilə müəyyən edilmiş əsas vəzifələrini və əmək funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirməlidir. Həmin müqavilənin 4.9-cu bəndində qeyd olunur ki, işçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizə qaydalarına və normalarına əməl etməyə borcludur. İddiaçı imzaladığı X2 vəzifə təlimatında (işin təsviri) qeyd olunur ki, iş prosesində əməyin mühafizəsinə, texniki təhlükəsizlik qaydalarına, texnoloji rejimə və avadanlıqların istismar qaydalarına riayət etmək işçinin əsas vəzifələrindəndir. İddiaçı 23.08.2020-ci il tarixdə, saat 03.30 radələrində xxxx Azərbaycan ASC-də mühafizə çəpərinin üzərinə hündürlüyə qalxaraq oradan yıxılmış və xəsarətlər almışdır. Baş vermiş hadisə ilə bağlı xxxx Azərbaycan ASC-nin Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik şöbəsinin əməkdaşları Elşən Hüseynov, Vüqar Hüseynov və xammal yandırma sexinin növbə nəzartəçisi Vüqar Abdulzadə 24.08.2020-ci il tarixdə hadisə yerinə baxış keçirərək baxış aktı tərtib etmiş və imzalamışlar. xxxx Azərbaycan ASC 25.08.2020-ci il tarixli məktubla baş vermiş hadisə barədə X11 Xidmətinə məlumat vermişdir. X11 Xidmətinin 28.08.2020-ci il tarixli, **********4 saylı əmri ilə istehsalatda baş verən bədbəxt hadisənin təhqiq edilməsi üçün X11 Xidmətinin baş əmək müfəttişi Xalid Ağayevdən, xxxx Azərbaycan ASC-nin Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik şöbəsinin əməkdaşı Elşən Hüseynovdan və xxxx Azərbaycan ASC-nin İnsan Resursları və Administrasiya üzrə menecer Ələskər Əkbərovdan ibarət tərkibdə təhqiqat komissiyası yaradılmışdır. Komissiya 28.08.2020-ci il tarixdən 16.09.2020-ci il tarixədək baş vermiş hadisənin baş vermə səbəb və şəraitini araşdırmış, iddiaçının və hadisə şahidlərinin izahatlarını almışdır. Komissiya iddiaçıdan və hadisə şahidi olmuş digər işçilərdən aldğı izahatlara əsasən aktında qeyd etmişdir ki, xxxx (Azərbaycan” ASC-nin Xammal/Yandırma sexinin X7 İddiaçı 23 avqust 2020-ci il tarixində saat 03:30 radələrində kompüter ekranına nəzarət edərkən əhəng daşı anbarında yerləşən STKR 23/1400-5219 markalı mexaniki qalaqlayıcı avadanlığın (konveyerin) 29ABS-d3 lentində nasazlıq yaranması barədə siqnal almışdır. O, ratsiya vasitəsilə X7 X8 yaranmış nasazlığın səbəbini araşdırmağı tapşırmışdır. Bir müddət sonra H.Hüseynov İddiaçı nasazlığın xammal sıxlığı səbəbindən lentin hərəkət etmədiyini məlumat vermişdir. Bu zaman ümumi ratsiya dalğasında məsələdən məlumatlı olan X5 Vüqar digər işçi Əhmədov Qəhrəmanı köməyə göndərmişdir. Bir müddət sonra başqa bir səbəbdən sobanın da işi dayanmışdır. Sobanın dayandığı müddətdən istifadə edərək İddiaçı nasazlıq yaranmış avadanlığa baxış keçirmək məqsədilə anbar sahəsinə gəlmiş, anbarda pilləkən vasitəsilə ikinci səviyyəyə işçilərin yanına qalxmış, işçilərin yanına çatıb vəziyyətlə maraqlanmış, onlar lentin hərəkətinə mane olan toplanmış materialı bel ilə təmizldiklərini bildirmişlər. İddiaçı yaranmış nasazlığın daha tez aradan qaldırılması məqsədilə konveyerin yan lövhəsini açmağı məsləhət görmüş, lakin işçilər həmin hissənin açılmasının heç bir köməyinin olmayacağını bildirmişlər. İddiaçı qeyd etdiyinə görə işçilərə həmin hissənin açılmasının təhlükəsiz olacağını isbat etmək üçün sol ayağını mühafizə çəpərinin aşağı hissəsinə qoymuş, sol əli ilə mühafiə çəpərinin yuxarı hissəsindən tutmuş, əlləri tutduğu yerdən sürüşdüyündən müvazinətini itirərək hündürlükdən üzəri torpaqla örütülü yerə yıxılmışdır. Hadisədən sonra iş yoldaşlarının köməyi ilə əvvəlcə daxili tibb məntəqəsinə, oradan isə xəstəxanaya aparılmışdır. İddiaçı 08.09.2020-ci il tarixdə komissiyaya verdiyi izahatında bildirmişdir ki, 23 avqust 2020-ci il tarixində gecə material anbarında prosesdə olan 29ABS-d3 lentində nasazlıq yaranması barədə siqnal almış, ratsiya vasitəsilə bunu araşdırması barədə köməkçisi Həmdəmə göstəriş vermiş, bir müddət sonra Həmdəm ona lentin materialla tıxandığını bildirmiş, bu zaman ratsiya vasitəsilə məsələyə növbə nəzarətçisi Vüqar müdaxilə etmiş, Qəhrəmanı köməkçi göndərməklə yaranmış nasazlığı aradan qaldırmağı tapşırmışdır. Bir müddət sonra sobanın müvəqqəti dayandığı vaxt boşluğundan istifadə edərək Həmdəmgilin yanına getmiş, onların nə işlə məşğul olduqlarını soruşmuş, ona toplanmış materialı lapatka ilə təmizlədiklərini bildirmişlər, iddiaçı onlara işin daha tez alınması üçün stakerin yan lövhəsinin açılmasını məsləhət bilmiş, onlar isə bildirmişlər ki, lövhənin altına dəmir list qoymuşlar, onu açmağın heç bir köməyi olmayacaq. İddiaçı onlara həmin lövhənin təhlükəsiz açılmasını isbat etmək üçün sol ayağını təhlükəsizlik çəpərinin aşağı hissəsinə qoymuş, sol əli ilə çəpərin yuxarı hissəsindən tutmuş, Qəhrəmana həmin hissənin boltlarının açılmasının mümkün olduğunu göstərmək istəmişdir, bundan sonra nə baş verdiyini xatırlamır. İddiaçı verdiyi izahatında bildirmişdir ki, “bu hadisənin baş verməsində özümdən başqa heç kimi günahkar görmürəm, gərək çəpərin üstünə çıxmayaydım, onu xatırlayıram ki, hadisədən öncə kim isə qışqırdı ki, “çəpərin üztünə çıxma”, lakin həmin səsə mən məhəl qoymadım, bu da mənim yıxılmağıma səbəb oldu”. Hadisənin digər şahidi X1 verdiyi izahatında bildirmişdir ki, 23.08.2020-ci il tarixdə gece saat 03.30 radələrində radio əlaqə cihazında eşitmişdir ki, İddiaçı köməkçisi Həmdəm Hüseynova xammal nəql etmə lentinin dayandığını bildirmiş və səbəbini araşdırmağı tapşırmışdır. Biraz keçmiş Həmdəm Hüseynov İddiaçı bildirmişdir ki, lent material tıxandığına görə dayanmış, bu zaman V.Abdulzadə radio qəbuledici vasitəsilə Həmdəm Hüseynova qeyd olunan nöqsanı aradan qaldırıb lentin işini bərpa etməyi tapşırmış, digər maşinist köməkçisi X10 köməyə göndərmişdir. V.Abdulzadə izahatında bildirmişdir ki, Həmdəmgilin işinə nəzarət etmək məqsədilə maşına minib anbara onların yanına getmək istədikdə İddiaçı maşının kobinasında oturduğunu gördüm, soruşdum ki, sən burda nə edirsən, xammal anbarına gedirəm ki, köməkçilərimin işlədiyi yerdə problemin hansı səbəbdən yarandığını araşdırım. Onunla birlikdə anbara getdik, orada xüsusi pilləkənlə ikinci səviyyəyə qalxdıq, ətrafında mühafizə çəpərləri olan yolla xammalın anbara bərabər tgoplanmasını nizamlayan qurğuya tərəf gedirdik, İsmayıl məndən bir neçə metr öndə gedirdi, O, bizim bir səviyyə aşağıda dayanmış Qəhrəmanla danışdı və qəflətən Qəhrəmanın dayandığı yerdə mühafizə çəpərinin üstünə qalxdı və ayaqları üzərində dayanaraq yuxarıdakı qurğunun mərrəcindən tutdu. Bu an əlləri tutduğu yerdən sürüşdü və o, hündürlükdən yerə yıxıldı. Dərhal onun yanına düşdük və daxili tibb məntəqəsinə hadisə barədə məlumat verdim, əvvəl hadisə yerinə öz həkimimiz, ardınca isə təcili tibbi yardım gəldi və onu xətəxanaya apardılar. V.Abdulzadə öz izahatında bildirmişdir ki, hadisə baş verən an mən İsmayıldan biraz aralıda idim, qəflətən onun məhəccərin üstünə qalxdığını görəndə ora çıxmamasını uca səslə dedim, lakin o, buna əməl etmədi, əgər mənim iradıma əməl etsəydi bu hadisə baş verməzdi. V.Abdulzadə öz izahatında bildirmişdir ki, iddiaçının istehsal sahəsində sahəyə baxış keçirməyə gedərkən işçilərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə quraşdırılmış mühafizə çəpərinin üstünə çıxmaqla təhlükəsizlik qaydalarını kobud şəkildə pozması hadisənin baş vermə səbəbi olmuşdur. Hadisənin digər şahidi Həmdəm Hüseynov komissiyaya verdiyi izahatında bildirmişdir ki, 23.08.2020-ci il tarixdə gece saat 03.00-da X7 İddiaçı ratsiya vasitəsilə xammal anbarında nəqletmə lentinin dayanmışdır, get səbəbini aydınlaşdır. Mən getdim lentin tıxandığını gördüm və bu barədə ona məlumat verdim. Bu zaman ratsiya vasitəsilə Vüqar qoşuldu, mənə Qəhrəmanı köməyə göndərdi və lentin işini bərpa etməyi tapşırdı. Mən Qəhrəmanla lentin işinə mane olan material toplantısını təmizləməyə başladıq, Vüqar növbəti zaman yanımıza gələndə İsmayıl da onunla birlikdə gəldi. Mən təmizləyicinin üstündə idim, İsmayıl Qəhrəmana yaxınlaşdı, ondan vəziyyəti soruşdu, Qəhrəman ona toplanmış materialı təmizləməyə başladıqlarını bildirdi. Qəflətən heç kəsin gözləmədiyi halda oqrajdeinin (mühafizə çəpərinin) üstünə qalxdı və əllərini yuxarıdakı oqrajdenidən tutmaq istədikdə ayağı sürüşdü və əlləri tutduğu yerdən çıxaraq hündürlükdən yerə yıxıldı. Dərhal sahə həkimi çağrıldı, sonra təcili yardım maşını çağrıldı və onu xəstəxanaya apardılar. Həmdəm Hüseynov komissiyaya verdiyi izahatında bildirmişdir ki, bu hadisənin baş verməsinə səbəb İsmayılın təhlükəsizlik qaydalarını pozması, yəni, yuxarı qalxmaq üçün xüsusi pilləkənin olmasına baxmayaraq o, pilləkənlə deyil, oqrajdenidən tutaraq tutaraq yuxarı qalxmasına cəhd etməsi olmuşdur. Eyni zamanda həmin vaxt oqrajdeninin üstünə qalxmasına bizim və yaxınlıqda olan Vüqarın irad bildirməsinə məhəl qoymamış, oqrajdeinin üstünə çıxmışdır. Əgər o, belə etməsəydi, bu hadisə baş verməzdi. Hadisənin digər şahidi Qəhrəman Əhmədov komissiyaya verdiyi izahatında bildirmişdir ki, 22.08.2020-ci il tarixdə 20.00-da 2-ci növbəyə işə gəlmiş, gecə saat 3.00- da Vüqar ona ratsiya ilə xammal anbarına getməyi və orada tıxanmış lentin açılmasında Həmdəmə kömək etməyi tapşırmışdır. Qəhrəman Əhmədov izahatında bildirmişdir ki, mən ora getdim, yenicə təmizləmə işinə başlamışdıq ki, İsmayıl və ondan biraz arxada Vüqar bizə yaxınlaşdılar. İsmayıl məndən soruşdu ki, yan lövhəni açmaq olar mı, bildirdim ki, onu açmaq təhlükəlidir və bu səbəbdən onu açmaq olmaz. Həmin vaxt arxada olan lapatkanı götürdüm, geri dönərkən İsmayılın aşağı yıxıldığını gördüm, hadisə o qədər ani baş verdi ki, nə baş verdiyini dəqiq anlamadım, lakin Vüqarın və Həmdəmin ora çıxma dediklərini eşitdim. Sonradan məlum oldu ki, İsmayıl pilləkənlə deyil, mühafizə çəpərindən tutaraq qısa yolla yuxarı çıxmaq istəmişdir, baxmayaraq ki, pilləkənlə hərəkət etməli idi və 5-6 metr məsafəni keçməli idi. Əgər İsmayıl ehyiyatsızlıq etməsə idi hamının çıxdığı pilləkənlə hərəkət etsəydi heç bir hadisə baş verməzdi. Onu da bildirim ki, ona təhlükəli yerə çıxmasına həmin vaxt orada olan iş yoldaşlarının irad bildirmələrinə baxmayaraq onun təcrübəli işçi olduğu halda belə səhvə yol verməsi başa düşülməzdir. Komissiya müəyyən etmişdir ki, İddiaçı əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 02.05.2015-ci il tarixdə giriş təlimatı, 07.07.2020-ci il tarixdə təkrar təlimat keçmişdir, biliyi 19.02.2020-ci ildə yoxlanılmışdır. Komissiya baş vermiş hadisənin baş vermə səbəb və şəraitini araşdıraraq, iddiaçının və hadisə şahidlərinin izahatlarını alaraq müəyyən etmişdir ki, bədbəxt hadisə İddiaçı xammal yandırma sexinin əhəngdaşı anbarında yerləşən STKR 23/1400-5219 markalı mexaniki qalaqlayıcı avadanlıqda (konveyerdə) yaranmış tutulmanın səbəbini aydınlaşdırmaq üçün mühafizə çəpərinin üzərinə qalxaraq hündürlükdən yıxılması nəticəsində baş vermişdir, ümümi yer səthindən iddiaçının yıxıldığı yerin hündürlüyü təxminən 7730 mm-dir. Komissiya hadisənin araşdırılması nəticəsində təhqiqat aktı tərtib etmiş, təhqiqat aktında bədbəxt hadisənin səbəbinin X2 vəzifə təlimatının əsas vəzifələr bölməsinin 8-ci abzasınınm “İş prosesində əməyin mühafizəsinə, texniki təhlükəsizlik qaydalarına, texnoloji rejimə və avadanlıqların istismar qaydalarına riayət edir” tələblərinə əməl edilməməsi olduğunu müəyyən etmişdir. Komissiya təhqiqat aktında əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasında X7 İddiaçı cavabdehliyini müəyyən etmişdir. Hadisə ilə bağlı Bakı şəhəri, Qaradağ rayon prokurorluğunda araşdırma aparılmış, hadisənin baş verməsində və iddiaçının xəsarət almasında iddiaçının özünün təqsirinin olduğu müəyyən edilmiş və cinayət işinin balanmasının rədd edilməsi barədə 28.01.2021-ci il tarixli qərar qəbul edilmişdir. İddiaçı ilə bağlanmış 15 yanvar 2013-cü il tarixli Əmək Müqaviləsinin 3.1-ci bəndində qeyd olunur ki, iş prosesində əməyin mühafizəsinə, texniki təhlükəsizlik qaydalarına, texnoloji rejimə və avadanlıqların istismar qaydalarına riayət etmək, özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək işçinin əsas funksiyası və öhdəliyidir. Həmin müqavilənin 3.3-cü bəndində qeyd olunur ki, İşçi bu Müqavilə ilə müəyyən edilmiş əsas vəzifələrini və əmək funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirməlidir. Həmin müqavilənin 4.9-cu bəndində qeyd olunur ki, işçi özünün və iş yoldaşlarının həyatının və sağlamlığının qorunması üçün müəyyən edilmiş əməyin mühafizə qaydalarına və normalarına əməl etməyə borcludur. İddiaçı imzaladığı X2 vəzifə təlimatında (işin təsviri) qeyd olunur ki, İş prosesində əməyin mühafizəsinə, texniki təhlükəsizlik qaydalarına, texnoloji rejimə və avadanlıqların istismar qaydalarına riayət etmək işçinin əsas vəzifələrindəndir. xxxx Azərbaycan ASC ilə əmək kollektivi arasında bağlanmış kollektiv müqavilənin 5.3-cü maddəsinə əsasən əmək funksiyasını, özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək işçinin əsas vəzifəsidir. xxxx Azərbaycan ASC-nin Əməyin mühafizəsi və Texniki təhlükəsizlik qaydalarının idarə olunması siyasəti”nin 4cü maddəsində qeyd olunur ki, əmək funksiyasını yerinə yetirərkən özünü və ya başqa işçiləri təhlükəyə məruz qoymaq qadağandır. İddiaçı həmin qaydalarla tanış olmuş və tanış olduğuna dair sənədə imza etmişdir. İddiaçı ilə bağlanmış 15 yanvar 2013-cü il tarixli Əmək Müqaviləsinin 10.9-cu bəndində qeyd olunur ki, işçi bu Müqaviləni imzalamaqla təsdiq edir ki, o, bu Müqavilə və onun 10.3 maddəsində göstərilən əlavələri ilə tanış oldu və onların bütün şərt və müddəaları ilə razıdır. İşçi həmçinin təsdiq edir ki, bu Müqavilənin və onun əlavələrinin surəti ona təqdim edilmiş, İşəgötürən İşçini onun əmək vəzifələri, əməyin təhlükəsizliyi qaydaları ilə bağlı təlimatlandırmışdır. İddiaçı əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 02.05.2015- ci il tarixdə və 07.07.2020-ci il tarixdə də təlimatlar keçmişdir. İddiaçı fərdi mühafizə vasitələri verilmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsi, onunla bağlanmış əmək müqaviləsi və vəzifə təlimatı ilə müəyyən edilmiş əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə öhdəliklərini qəsdən pozmuşdur. Belə ki, o, komissiyaya verdiyi izahatında qeyd etmişdir ki, bu hadisənin baş verməsində özündən başqa heç kimi günahkar görmür, gərək çəpərin üstünə çıxmayaydı, xatırlayır ki, hadisədən öncə kim isə qışqırdı ki, “çəpərin üztünə çıxma”, lakin o, həmin səsə məhəl qoymadı, bu da onun yıxılmağına səbəb oldu. Eyni zamanda hadisə şahidi olmuş digər işçilər də izahatlarında bildirmişlər ki, İddiaçı özü pilləkəndən istifadə etməyərək və digər işçilər tərəfindən ona edilən “ora çıxma” xəbərdarlığına məhəl qoymayaraq mühafizə çəpərinin üstünə çıxmış və oradan aşağı yıxılmışdır. Bundan başqa iddiaçının qəsdən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində işyerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi də pozulmuş və əmək kollektivinə ziyan dəymişdir. Belə ki, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına və tələblərinə əməl edilməsi Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi işəgötürənin və əməyin mühafizəsi qaydalarına riayət etmək işçinin əsas vəzifələridir. İşin, istehsalın, əmək və icra intizamının normal ahəngi işçi tərəfindən öz vəzifə öhdəliklərinin əmək məcəlləsində, əmək müqaviləsində və kollektiv müqavilədə müəyyən edilmiş qaydada, o cümlədən, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə uyğun qaydada, onları pozmayaraq, işyerində yaradılmış sağlam və təhlükəsizlik şəraitinin tələblərinə riayət etməklə yerinə yetirmək deməkdir. Cavabdeh əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərini yerinə yetirmək üçün işyerində sağlam və təhlükəsiz iş şəraiti yaratmışdır, əməyin təhlükəsizliyi ilə bağlı tələbləri əmək müqaviləsinə, kollektiv müqaviləyə və qaydalara daxil etmişdir, iddiaçını əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları barədə tanış etmiş və təlimatlandırmışdır. İddiaçının qəsdən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində işyerində sağlam və təhlükəsiz iş şəraitinin normal ahəngi, o cümlədən işin, istehsalın, əmək və icra intizamının normal ahəngi də pozulmuşdur. Bundan başqa iddiaçı əməyin mühfaizəsi üzrə tələbləri qəsdən pozaraq xəsarət alımışdır, bunun nəticəsində 24.08.2020-ci il tarixdən 2020-ci ilin dekabr ayınadək müalicə olunmuş və bu dövr ərzində işə çıxmamışdır. İşə çıxmaması özünün qəsdən törətdiyi əməlin nəticəsində baş vermişdir, əməyin mühafizəsi qaydalarını pozmasaydı normal qaydada öz vəzifəsinin icrasını davam etdirəcəkdi. Bununla da, o, işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmuşdur. Bundan başqa hadisənin şahidi olmuş digər işçilərin izahatlarından aydın olur ki, hadisə baş vermədən əvvəl həmin işçilər lentin dayanmasını aradan qaldırmaq üçün işlər görürdülər, iddiaçının qəsdən, yanındakı işçilərin xəbərdarlığına məhəl qoymadan qəflətən mühafizə çəpərinin üzərinə qalxması və oradan aşağıya yıxılması digər işçilərin yerinə yetirdikləri işi dayandırmağa və iddiaçının yanına gedərək onun halı ilə maraqlanmağa səbəb olmuşdur. Nəticədə iddiaçının bu hərəkəti ilə istehsalın da normal ahəngi pozulmuşdur. xxxx Azərbaycan ASC ölkədə əməyin mühafizəsi qaydaları üzrə tələblərə ən yüksək səviyyədə riayət edən müəssisələrdən biridir. xxxx Azərbaycan ASC sağlam və təhlükəsiz iş şəraitini təmin etmişdir, bu şəraitin qorunub saxlanması, işçinin həyatı və sağlamlığı müəssisədə istehsal fəaliyyətinin nəticələrindən üstün tutulur. xxxx Azərbaycan ASC sağlam və təhlükəsiz iş şəraitini təmin etdiyinə görə 2019-cu ildə Azərbaycan Respublikasının Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən şəhadətnamə ilə təltif edilmişdir. 7 ildən artıq müddət ərzində zavodda əməyin mühafizəsi tələblərinin pozulması ilə bağlı heç bir hadisə qeydə alınmamışdı. İşçilər tərəfindən təqvim ili ərzində əməyin mühafizəsinin pozulması halları baş vermədikdə xxxx Azərbaycan ASC hər ilin sonunda bütün işçilərinə orta aylıq əmək haqqının yarısı məbləğində mükafatlar ödəyir. Bu mükafatların məqsədi işyerində əməyin mühafiəzəsi tələblərinə riayət edilməsinə işçiləri həvəsləndirməkdən ibarətdir. Əgər təqvim ili ərzində hər hansı əməyin mühafizəsi qaydasının pozulması halı baş verərsə həmin il üçün əməyin mühafizəsininə görə mükafatlar hesablanmır və ödənilmir. İddiaçı qəsdən əməyin mühafizəsi qaydalarını pozduğuna görə müəssisənin 28.01.2021-ci il tarixli əmri ilə 2020-ci il üçün əməyin mühafizəsinə görə mükafatlar hesablanmamışdır və ödənilməmişdir, buna görə də xxxx Azərbaycan ASC-nin bütün işçiləri 2020-ci il üzrə əməyin mühafizəsi qaydalarına görə ödənilən mükafatdan məhrum olmuşlar. İddiaçının hərəkəti nəticəsində müəssisənin əmək kollektivinin hüquqlarına və mənafelərinə ziyan dəymişdir. Bundan əlavə iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə 23.08.2020-dən 10.11.2020-dək xəstəlik vərəqi təqdim etmiş, işdə olmamışdır. İşçi 11.11.2020-də işə başlamışdır. Bu dövr üçün cavabdeh ona xəstəlik vərəqəsi əsasında 658 manat ödəniş etmişdir, halbuki həmin dövr ərzində işçi öz vəzifə öhdəliklərini yerinə yetirməmişdir. Əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi özünün qəsdən törətdiyi əməlin nəticəsində olmuşdur, əməyin mühafizəsi qaydalarına əməl etsəydi vəzifəsinin icrasını davam etdirəcəkdi. Buna görə də iddiaçının qəsdən törətdiyi qanuna zidd əməl nəticəsində cavabdehə 658 manat ziyan dəymişdir. Nəticədə iddiaçının əməyin mühafizəsi qaydalarını qəsdən pozması nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuşdur, həm cavabdehə, həm də əmək kollektivinə ziyan dəymişdir. Əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Xammal/Yandırma sexinin X7 İddiaçı ilə bağlanmış 15 yanvar 2013cü il tarixli Əmək Müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən 04.12.2020-ci il tarixdən xitam verilmişdir. Qaradağ rayon məhkəməsinin 29.03.2021-ci il tarixli, 2(002)-548/2021 saylı qətnaməsi aşağıdakılara görə qanuni və əsaslı deyildir, həmin qətnamə ləğv edilməli və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə öz qətnaməsində qeyd edir ki, bədbəxt hadisə iddiaçının öz vəzifə təlimatı üzrə əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarının tələblərinə riayət etməməsi və əmək funksiyasını pozması nəticəsində baş vermişdir. Məhkəmə qətnaməsində həm də qeyd edir ki, iddiaçı əmək funksiyasını pozsa da müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi öz təsdiqini tapmır. Cavabdeh məhkəməyə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə dəymiş ziyanla bağlı iddia ərizəsinə etirazı və müvafiq sübutları təqdim etmişdir. X11nin aktında və Qaradağ rayon prokurorluğunun qərarında, iddiaçının və şahidlərin izahatlarından da açıq aşkar aydındır ki, iddiaçının qəsdən törətdiyi xəta nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuşdur, əməyin mühafizə qaydalarının tələbləri və bu tələblərlə bağlı işəgötürənin işyerində müəyyən etdiyi əmək və icra intizamının normal ahəngi pozulmuşdur. İşin, istehsalın, əmək və icra intizamının normal ahəngi işçi tərəfindən öz vəzifə öhdəliklərinin əmək məcəlləsində, əmək müqaviləsində və kollektiv müqavilədə müəyyən edilmiş qaydada, o cümlədən, əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə uyğun qaydada, onları pozmayaraq, işyerində yaradılmış sağlam və təhlükəsizlik şəraitinin tələblərinə riayət etməklə yerinə yetirmək deməkdir. Yəni əmək funksiyasının pozulması məhz işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması deməkdir, əmək funksiyasının əmək müqaviləsində və vəzifə təlimatında müəyyən edilmiş qaydada icra edilməsi işin, istehsalın, əmək və icra intizamının normal ahəngi ilə birbaşa əlaqəlidir. İşçinin əmək funksiyasını pozursa deməli əmək və icra intizamının normal ahəngini də pozmuş olur, çünki törətdiyi xəta ilə müəyyən edilmiş əmək və icra intizamının normal ahənginin tələblərinə tabe olmur. Məhkəmə qətnaməsində iki ziddiyyətli qənaətə gəlib, həm qeyd edir ki, iddiaçı əmək funksyasını pozub, həm də qeyd edir ki, iddiaçı əmək funksiyasını pozsa da əmək və icra intizamının normal ahəngini pozmayıb. Məhkəmə nəzərə almır ki, əmək funksiyasının pozulması elə əmək və icra intizamının normal ahənginin pozulmasıdır. Həm də nəzərə alınmalıdır ki, əgər əmək və icra intizamının normal ahəngi pozulmamış olsaydı iddiaçı çox qısa müddət ərzində əmək fəaliyyətini davam etdirərdi, yəni işinin icrasına başlayardı, halbuki iddiaçı özünün qəsdən törətdiyi əməl nəticəsində 24.08.2020-ci il tarixindən 10.11.2020-ci il tarixinədək əmək funksiyasını icra etməmişdir, bu da işin, əmək və icra intizamının normal ahənginin pozulması deməkdir. Məhkəmə əmək və icra intizamının pozulması ilə bağlı cavabdehin təqdim etdiyi iddia ərizəsindəki əsaslandırmaya dair qətnamədə heç bir mövqe bildirməyib, həmin mülahizəni və sübutları qiymətləndirməyib, nəyə görə əmək və icra intizamının pozulmadığı qənaətinə gəldiyini əsaslandırmayıb. Bundan başqa cavabdeh məhkəməyə iddiaçının törətdiyi əməl nəticəsində işəgötürənə 658 manat ziyanın dəydiyi barədə sənəd və sübut təqdim etmişdir. Həmin ziyanın əmələ gəlməsi əsası ondan ibarət olmuşdur ki, iddiaçının qəsdən törətdiyi əməl nəticəsində o, xəsarət almışdır, 2020-ci ilin avqust ayından noyabr ayınadək işə çıxmamışdır, cavabdeh isə ona xəstəliyə görə 658 manat pul ödəmişdir, (həmin ödənişlə bağlı əmr və maliyyə arayışı məhkəməyə təqdim edilmişdir) halbuki əmək funksiyasını normal ahəngi ilə icra etsəydi işəgötürən bu məbləği ödəməyəcəkdi. Bundan başqa iddia ərizəsinə etirazda və məhkəmə iclasında da qeyd etmişik ki, işçilər təqvim ili ərzində əməyin mühafizəsi qaydalarını pozmadıqda xxxx Azərbaycan ASC hər ilin sonunda bütün işçilərinə orta aylıq əmək haqqının yarısı məbləğində mükafatlar ödəyir. Bu mükafatların məqsədi işyerində əməyin mühafiəzəsi tələblərinə riayət edilməsinə işçiləri həvəsləndirməkdən ibarətdir. Əgər təqvim ili ərzində hər hansı əməyin mühafizəsi qaydasının pozulması halı baş verərsə həmin il üçün əməyin mühafizəsininə görə mükafatlar hesablanmır və ödənilmir. İddiaçı qəsdən əməyin mühafizəsi qaydalarını pozduğuna görə müəssisənin 28.01.2021-ci il tarixli əmri ilə (həmin əmr məhkəməyə təqdim edilmişdir) 2020-ci il üçün əməyin mühafizəsinə görə mükafatlar hesablanmamışdır və ödənilməmişdir, buna görə də xxxx Azərbaycan ASC-nin bütün işçiləri 2020-ci il üzrə əməyin mühafizəsi qaydalarına görə ödənilən mükafatdan məhrum olmuşlar. İddiaçının hərəkəti nəticəsində müəssisənin əmək kollektivinin hüquqlarına və mənafelərinə ziyan dəymişdir. Cavabdeh bununla bağlı müvafiq əmri də məhkəməyə təqdim etmişdir. Məhkəmə bu halı və sübutları da qiymətləndirməmişdir, işəgötürənə və əmək kollektivinə ziyanın vurulmadığı qənaətinə haradan gəldiyini əsaslandırmamışdır. Məhkəmə qətnaməsində qeyd edir ki, “həmçinin iddiaçı tərəfindən əmək funksiyası pozulmuş olsa belə, yəni texniki təhlükəsizlik qaydalarına əməl etməməklə ifadə olunan hərəkəti, iddiaçı iş yerində yaranmış texniki nasazlıq nəticəsində faktiki olaraq dayanmış iş və istehsalı bərpa etmək məqsədilə etmiş, məhz həmin nasazlığı aradan qaldırmaq istəyərkən yıxılaraq ağır xəsarətlər almışdır”. Məhkəmənin bu qənaətinə qarşı cavabdehin mövqeyi odur ki, işçinin əmək funksiyasının icrası Azərbaycan Respublikasının əmək qanunvericiliyi, onunla bağlanmış əmək müqaviləsinin, onun vəzifə təlimatının, əməyi və texniki təhlükəsizlik qaydalarının tələblərinə uyğun qaydada icra olunmalıdır, bu tələblərlə bağlı müddəalar və tərəflərin hüquq və vəzifələri iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə və vəzifə təlimatına daxil edilmişdir. İşçi yalnız qanunla və əmək müqaviləsi ilə icazə verilən hərəkətləri yerinə yetirə bilər, hər hansı bir nasazlığın və ya boşdayanmanın qeyri-qanuni qaydada və əmək funksiyasına zidd qaydada aradan qaldırılması, düzəldilməsi qadağandır, xüsusilə təhlükəsizlik tələblərinə məhəl qoymadan hər-hansı hərəkətin icra edilməsi əmək funksiyasına ziddir, həm də əmək və icra intizamının normal ahənginin pozulması deməkdir. İddiaçı baş vermiş nasazlığı yalnız təhlükəsizlik qaydalarına əməl etməklə, hündürlüyə çıxmaq üçün qoyulmuş tələblərə tabe olmaqla aradan qaldırmalı idi. İddiaçı isə baş vermiş nasazlığı qeyri-qanuni qaydada təhlükəsizlik qaydalarının tələblərinə əməl etməyərək aradan qaldırmağa çalışmış və bununla da əmək və icra intizamının normal ahəngini də pozmuşdur. Məhkəmənin gəldiyi nəticədən görünür ki, məhkəmə nasazlığı qeyriqanuni qaydada aradan qaldırdığına görə iddiaçıya haqq qazandırır, məhkəmə iddiaçının törətdiyi əmək pozuntusunu və bunun nəticəsində əmək və icra intizamının normal ahənginin pozulmasını nəzərə almır, lakin iddiaçının niyətini nəzərə alır, hesab edir ki, nasazlıq beş versə belə o, qeyri-qanuni yolla da aradan qaldırıla bilər. Halbuki qanunvericilik və əmək müqaviləsi üzrə məsuliyyət tərəflərin niyyətləri əsasında yox, faktiki törətdikləri əməlin nəticələrinə görə təyin edilir. Məhkəmənin bu cür yanaşması qanuni və əsaslı deyildir, belə çıxır ki, bu cür yanaşma gələcəkdə də başqa işçilər tərəfindən hər-hansı bir nasazlığın qeyri-qanuni qaydada, əməyin təhlükəsizliyi qaydalarını pozmaqla aradan qaldırılmasına bəraət qazandırır. Məhkəmə qətnaməsində qeyd edir ki, “həmçinin şahid ifadəsində də təsdiqlənir ki, əmək və icra intizamının normal ahəngi pozulmamış və bədbəxt hadisə baş verdikdən cəmi 20 dəqiqə ərzində təcili yardım gəlmiş və daha sonra iş və istehsalın normal ahəngi bərpa olunmuşdur.” Məhkəmənin bu qənaəti özü-özlüyündə ziddiyyətlidir. Birincisi iddiaçı qadağan olunmasına baxmayaraq hündürlüyə çıxmaqla və oradan yıxılmaqla təcili yardım gələnədək əmək və icra intizamının normal ahəngini artıq pozmuş idi. İkincisi, təcili yardımın 20 dəqiqə ərzində gəlməsinin əmək və icra intizamının pozulmasına və ya işin, istehsalının normal ahənginin bərpa edilməsinə heç bir aidiyyəti yoxdur, məhkəmənin bu halları bir biri ilə əlaqələndirməsi düzgün deyildir, ümumiyyətlə məhkəmə nəyə görə bu qənaətə gəldiyini də əsaslandırmır. Üçüncüsü, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinin tələbi yalnız işin və istehsalın normal ahəngini əhatə etmir, həmin bənd eyni zamanda əmək və icra intizamının normal ahəngi pozulmasını da əhatə edir. İddiaçı da qəsdən törətdiyi əməllə əmək və icra intizamının normal ahəngini pozmuşdur. Məhkəmə diqqəti təcili yardımın 20 dəqiqə ərzində gəlməsinə çəkməklə guya işin normal ahənginin 20 dəqiqə sonra bərpa olunduğunu sübut etməyə çalışır. Məhkəmə qətnaməsində qeyd edir ki, “cavabdeh Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulan intizam tənbehlərindən ən ağırım tətbiq etməklə həmin maddənin 3-cü hissəsinin tələblərini, işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almamışdır.” Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulan intizam tənbehlərindən ən ağırının tətbiq edilməsi ilə bağlı- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona verilən intizam tənbehləri müəyyən edilmişdir, həmin tənbehlərdən birini seçmək işəgötürənin hüququdur, intizam tənbehinin verilməsinə görə hər-hansı ardıcıllıq vəya növbəliklik müəyyən edilməmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinin işçinin şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi ilə bağlı Məhkəmə işçinin şəxsiyyəti ilə bağlı, onun kollektivdəki nüfuzu ilə bağlı, peşəkarlıq səviyyəsi ilə bağlı hər-hansı araşdırma aparmamışdır, qətnaməsində bu hallarla bağlı hər-hansı sübut, sənəd və dəlilə istinad etməmişdir. Halbuki, iddiaçının özünün, şahidlərin izahatlarında, dövlət əmək müfətişliyinin və Qaradağ rayon prokurorluğunun araşdrımasında açıq aydın görsənir ki, iddiaçı ona edilən xəbərdarlıqlara məhəl qoymamışdır və bunun nəticəsində təhlükəsizlik qaydalarını pozmuşdur. İddiaçının təhlükəsizlik qaydalarına və ona edilən xəbərdarlıqlara məhəl qoymayaraq 7 metr hündürlüyə müvafiq hündürlüyə qalxma vasitələrindən istifadə etmədən çıxması onun peşəkarlıq səviyyəsinin aşağı olduğunu göstərir. Məhkəmə isə bu halları nəzərə almamışdır. Madəm məhkəmə tətbiq olunan intizam tənbehinin işçinin şəxsiyyəti, onun kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsinə uyğun olmadığı qənaətindədirsə bununla bağlı araşdırma aparmalı və qətnaməsində sənəd və sübutlara əsaslanmalı idi. Ümumiyyətlə məhkəməyə iddiaçının kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi ilə bağlı hər-hansı hal məlum deyildir, belə olan halda məhkəmənin qətnaməsində bu qənaətə haradan gəldiyi qeyri-müəyyəndir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinin intizam xətasının xaraketri ilə bağlı- Məhkəmə tətbiq olunan intizam tənbehinin törədilən intizam xətasına uyğun olmadığını hesab edir. Birincisi bu qənaəti ilə bağlı hər-hansı sənəd və subuta istinad etmir, intizam xətasının ağır olmadığına dair qənaətini əsaslandırmır. İkincisi, açıq-aydın aşkardır ki, iddiaçı tərəfindən intizam xətası ehtiyatsızlıqla yox, qəsdən törədilmişdir, onun qəsdən törədilməsi özüözlüyündə intizam xətasının ağır olduğunu sübut edir. İddiaçının qəsdən 7 metr hündürlüyə təhlükəsizlik qaydalarına riayət etmədən, pilləkənlərdən istifadə etmədən qalxması və oradan yıxılması yüngül xarakterli xəta kimi qiymətləndirilə bilməz. Üçüncüsü, törədilən intizam xətası məhz ağır xarakterli olduğuna görə qanunvericiliyin tələblərinə əsasən müvafiq orqanlar, X11, Qaradağ rayon prokurorluğu tərəfindən araşdırmalar aparılmış, akt və qərar tərtib ounmuşdur, ağır olmasaydı bu orqanlar hadisənin araşdırılmasına cəlb edilməzdilər. Dördüncüsü, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına və tələblərinə əməl edilməsi Əmək Məcəlləsinin işəgötürənin və işçilərin üzərinə qoyduğu ən vacib tələblərdəndir, bu tələblərin qəsdən pozulması ağır xarakterli intizam xətası kimi qiymətləndirilir. Əmək Məcəlləsinin 209-cu maddəsində qeyd olunur ki, işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulması Əməyin mühafizəsinin əsas prinsiplərindəndir. Belə olan halda hesab edirik ki, məhkəmənin intizam tənbehinin düzgün tətbiq edilməməsi ilə bağlı gəldiyi qənaət əsaslı və qanuni deyildir. Hesab edirik ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndini səhv təfsir etmiş, iş üzrə bütün halları aydınlaşdırmamış, iş üçün əhəmiyyətli olan halları və öz qənaətini müvafiq sübut və sənədlərlə əsaslandırmamışdır, məhkəmə iş üzrə səhv nəticəyə gəlmiş və qətnaməsində göstərdiyi dəlillər işin hallarına uyğun gəlmir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Qafarlı şikayəti müdafiə edərək, təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 04.12.2020ci il tarixli 113K nömrəli «xxxx» (Azərbaycan) ASC-nin əmrindən görünür ki, «Texniki İstehsalat /Xammal/ Yandırma» Sexinin X7 İddiaçı 15 yanvar 2013- cü il tarixli X16 Məcəlləsinin 70-ci maddəsinin ç)-bəndinə əsasən əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 04 dekabr 2020-ci il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 23.08.2020-ci il tarixli Epikrizin surətindən görünür ki ,1980-ci il təvəllüdlü İddiaçı 23.08.2020-ci il tarixindən 01.09.2020-ci il tarixinə kimi Mediclub özəl xəstəxanasında qapalı kəllə beyin travması, sol körpücük sümüyünün cismində minimal yerdəyişmiş sınıq, sol tərəfli Vİİİ və X qabırğalarda yerdəyişmiş sınıqlar,soltərəfli İ,V,Vİ və Vİİ qabırğalarda yerdəyişməmiş sınıqlar,soltərəfli ağciyərin kontuziyası,L1,L2, L3, L4,L5 fəqərələrində yan çıxıntılarında xətti sınıqları diaqnozu ilə müalicə almışdır. Klinikada xəstəyə antibakterial, infuzion terapiya, simptomatik müalicə aparılmışdır. Xəstə stasionar şöbədə klavikulyar korset vasitəsilə immobilizə edilmiş reanimotoloq və travmatoloq təyinatına əsasən müalicə almışdır. Xəstəyə 6 həftəyə klavikulyar korset sarğısı ilə qalmaq və 3 ay fiziki işdən azad olunmaq məsləhət görülmüşdür. 9 mart 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid X6 “xxxx (Azərbaycan)” ASC-də işlədiyini, hadisə baş verən zaman növbə nəzarətçisi olduğunu, İddiaçı ona tabe olduğunu, təxminən 03.30 radələrində xammal nəql etmə lentində problem yarandığını, oraya gedən zaman İsmayılı orada gördüyünü, orada nə etdiyini soruşanda kömək etmək üçün gəldiyini dediyini, İsmayılın qəflətən mühafizə çəpərinə çıxarkən ayağı sürüşərək oradan yıxıldığını, İsmayılı mühafizə çəpərinə çıxmaq istəyəndə xəbərdarlıq etdiyini, İsmayılın yıxılması zamanı hamının İsmayılın başına yıgışdığını, təxminən 20 dəqiqəyə təcili tibbi yardım gəldiyini, təxminən 20 dəqiqdə müddətində iş prosesinin dayandığını, sonra işin yenidən başlandığını bildirdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş İstehsalatda Baş Vermiş X14 “xxxx (Azərbaycan)” ASC-cinin texniki direktoru tərəfindən təsdiqlənmiş 01/2020 nömrəli aktdan görünür ki, bədbəxt hadisənin səbəbləri əmək qanunvericiliyinin pozuntusuna yol vermiş İddiaçı tərəfindən “xxxx (Azərbaycan)” ASC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “X2 vəzifə təlimatı”nın tələblərinə əməl edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş İstehsalatda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən bədbəxt hadisənin araşdırılması üçün yaradılmış təhqiqat komissisyasının rəyinə əsasən 23.08.2020-ci il tarixdə “xxxx (Azərbaycan)” ASC-də baş vermiş bədbəxt hadisənin səbəbi “xxxx (Azərbaycan)” ASC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “X2 vəzifə təlimatı”nın “əsas vəzifələr” 8-ci abzasının “iş prosesində əmək mühafizəsinə, texniki təhlükəsizlik qaydalarına, texnoloji rejimə və avadanlıqların istismar qaydalarına riayət edir” tələblərinə riayət edilməməsi olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 04.12.2020-ci il akta görə İddiaçı intizam tənbehi verilməmişdən əvvəl ona yazılı izahatın verilməsi təklif edilsə də, iddiaçı yazılı izahat verməkdən imtina etmiş, yazılı izahatın hadisənin araşdırılmasını aparan komissiyaya və əmək müfəttişinə verildiyini və bundan sonra heç bir izahat verməyəcəyini və imza etməyəcəyini bildirmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçi əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirməli, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə əlavə olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı öz hərəkəti ilə (iş yerində baş vermiş texniki nasazlığı həll etmək məqsədilə hündürlüyə qalxması və oradan yıxılması “xxxx (Azərbaycan)” ASC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “X2 vəzifə təlimatı”nın “əsas vəzifələr” 8-ci abzasının “iş prosesində əmək mühafizəsinə, texniki təhlükəsizlik qaydalarına, texnoloji rejimə və avadanlıqların istismar qaydalarına riayət edir” tələblərinə riayət etməmiş və bu hərəkəti nəticəsində baş vermiş bədbəxt hadisə nəticəsində yıxılaraq ağır xəsarətlər almışdır. Lakin, iddiaçı əmək funksiyasını pozsa da, nəticədə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə cəmi 20 dəq ərzində (iddiaçının yıxılması və ona təcili yardımın çağırılması, ilkin tibbi yardımın göstərilməsi) hər hansı formada ziyan zərər dəyməsi iş materialları ilə öz təsdiqini tapmamış, cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Həmçinin iddiaçı tərəfindən əmək funksiyası pozulmuş olsa belə, yəni texniki təhlükəsizlik qaydalarlarına əməl etməməkdə ifadə olunan hərəkəti, iddiaçı iş yerində yaranmış texniki nasazlıq nəticəsində faktiki olaraq dayanmış iş və istehsalı bərpa etmək məqsədilə etmiş, məhz həmin nasazlığı aradan qaldırmaq istəyərkən yıxılaraq ağır xəsarətlər almışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əmək funksiyası pozulmuş olsa belə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan “işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngin pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması” halı hazırki iş üzrə müəyyən olunmadığından, işəgöturən X16 məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə ləğv etməkdə haqlı olmamışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya daha sonra qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin 70-ci maddəsinin Ç bəndi ilə ləğv edilməsi zamanı Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulan intizam tənbehlərindən ən ağırını tətbiq etməklə, həmin maddənin 3-cü hissəsinin tələblərini, işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almamış, həmçinin Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan əmək münasibətlərində tərəflərin: mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipini nəzərə almamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Cavabdeh apellyasiya şikayətində əmək və icra intizamının normal ahənginin pozulması halına istinad etsə də, həmin halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir. Odur ki, cavabdehin bu dəlili mülahizə xarakteri daşıdığından qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh «xxxx ( Azərbaycan)» ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-548/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6247/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6247/2021
02.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver