Məhkəmə qərarları › İş №2(103)-6247/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6247/2023

18.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6247/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı iş üzrə (Açar sözlər: işə bərpa olunma, itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “işə bərpa olunma, itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-621/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 63 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2021-ci il tarixindən AMEA X17 rəhbəri xidmətinin baş mütəxəssisi vəzifəsində işləmişdir.

2. Baş Səhiyyə Mərkəzinin 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirmişdir.

3. AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli qərarı ilə AMEA X13 bir sıra struktur vahidləri ləğv edilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə AMEA X17 rəhbəri xidmətinin baş mütəxəssisi İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər X1rşı “işə bərpa olunma, itirilmiş əmək haqqının və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmağı barədə AMEA prezidentinin xx.xx.2022-ci il tarixli, 574 nömrəli sərəncamının ləğv edilməsi və AMEA X12 baş mütəxəssis vəzifəsinə bərpa edilməyi, məcburi işburaxmaya görə itirilmiş əmək haqqının birdəfəlik ödənilməsi, habelə qanuni hüquqlarının pozulduğuna və ona dəymiş mənəvi ziyana görə 30. 000 manat məbləğində təzminat ödənilməsi öhdəliyinin AMEA X13 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, 1985-ci ildən 2014-cü ilədək gənc mütəxəssis kimi təyinat üzrə Azərbaycan SSR Sosial Təminat Nazirliyi sistemində müfəttiş, baş müfəttiş, Əməyin təşkili və hüquq təminatı şöbəsinin rəisi, Nəsimi rayon Sosial təminat şöbəsinin müdiri, “Azneftmaş” X7 Hüquq və müqavilə şöbəsinin rəisi, Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatında baş məsləhətçi-hüquqşünas, Normativ hüquqi aktlar sektorunun müdiri, Ərizə və müraciətlərə baxılması şöbəsinin müdiri və s. vəzifələrdə çalışmışdır. İşlədiyi müddətdə barəsində heç bir intizam tənbeh tədbiri görülməyib. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə layiq görülmüşdür və dövlət qulluğunda fərqlənməyə görə fəxri fərmanla təltif olunmuşdur. xx.xx.2014-cü ildə Azərbaycan Milli Elmlər X5 aparatında yeni yaradılmış Hüquq və kadrlar idarəsinə işə dəvət olunmuşdur. Həmin tarixdən xx.xx.2020-ci ilədək AMEA-nın X17ınin Hüquq və kadrlar idarəsində baş mütəxəssis-hüquqşünas, idarə rəisinin müavini və sentyabr 2018-ci ildən həmin idarənin bazasında yaradılmış Kadrlar və hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. xx.xx.2020-ci ildə AMEA-nin sabiq prezidenti Ramiz Mehdiyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilərək AMEA-nın Dendralogiya İnstitutuna baş mütəxəssis-hüquqşünas vəzifəsinə təyin olunmuşdur. xx.xx.2021-ci ildən yenidən AMEA Rəyasət Heyətinə dəvət olunaraq müddətsiz əmək müqaviləsinə əsasən aparat xidmətinin baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul tarixli 1769 nömrəli Fərman imzalamış və həmin fərmanın icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 470S-nömrəli Sərəncamı qəbul edilmişdir. Həmin fərman və sərəncamın icrasının təmin edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti xx.xx.2022-ci il tarixli 14/1 nömrəli və xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarlar qəbul etmişdir. Məhz həmin adıçəkilən hüquqi aktlara istinad edərək AMEA prezidentinin xx.xx.2022-ci il tarixli 574 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndinə əsasən tutduğu vəzifədən qanunsuz olaraq işdən azad edilmişdir. Həmin sərancamı aşağıda qeyd etdiyi hallar üzrə qanunsuz hesab edir: 1.Sərancamın giriş hissəsinin 1-ci cümləsində istinad edilərək qeyd edilən AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarında onun işlədiyi Aparat rəhbərinin xidmətində baş mütəxəssis vəzifəsinin ləğv edilməsi nəzərdə tutulmamışdır. 2. Həmin sərəncamın 2-ci cümləsində adıçəkilən və guya ona təqdim edilən Xəbərdarlıqda AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə AMEA X17 rəhbəri xidmətinin baş mütəxəssisi vəzifəsinin ləğv edildiyi göstərilmişdir. Həmin qərarı görməmişdir və onun məzmunu ona məlum deyil. Hətta bu qərar olsa belə, həmin qərarın ona münasibətdə hüquqi qüvvəsi yoxdur. Çünki Xəbərdarlıqda qeyd olunan xx.xx.2022-ci il tarixindən sonra ona AMEA prezidentinin xx.xx.2022-ci il tarixli 328 nömrəli sərəncamı ilə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək 36 gün əmək məzuniyyəti verilmişdir. 3. Adıçəkilən Xəbərdarlıqda qeydiyyat tarixi və nömrəsi qeyd edilmədiyi, habelə əmək müqaviləsinə xitam veriləcəyi gün dəqiq göstərilmədiyi üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimata əsasən həmin sənəd rəsmi sənəd kimi qəbul edilə bilməz. Məhz bu səbəbdən həmin Xəbərdarlığın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən ona şamil edilmədiyi üçün xx.xx.2022-ci il tarixdə xüsusi qeyd etməklə onu geri qaytarmışdır. 4. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə işçinin əmək müqaviləsinə xitam verilərkən həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin üzvü olduğu Həmkarlar Təşkilatının qabaqcadan razılığı olmalıdır. Lakin onun üzv olduğu Həmkarlar Təşkilatının bu barədə heç bir yığıncağı, müzakirəsi və razılığı olmamışdır. 5. Onun işdən azad olmağı barədə sərəncamın başlığında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti yazıldığı halda, həmin sərəncama qanunsuz olaraq AMEA-nın 1-ci vitse prezidenti vəzifəsini icra edən akademik-katib Arif Həşimov imza etmişdir. Hansı ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə xx.xx.2022-ci il tarixdən AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibbəyli təsdiq olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə elektron imza vasitəsilə işəgötürən tərəfindən elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Həmin elektron imza isə qanunla işəgötürənə - AMEA prezidentinə məxsusdur və digərləri tərəfindən mənimsənilməsi qanunla məsuliyyət yaradır. Dövlət orqanlarında 35 ildən artıq peşəkar hüquqşünas kimi məsul vəzifələrdə çalışmışdır. Dövlət qulluğunun müşaviri ixtisas dərəcəsinə malikdir. Dövlət qulluğunda fərqlənməyə görə fəxri fərmanla təltif olunmuşdur. Heç zaman barəsində intizam tənbeh tədbiri olmayıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Mediasiya Şurası tərəfindən verilmiş Əmək, Ailə, Komersiya münasibətləri, İstehlakçı hüquqlarının qorunması və Uşaqların hüquqlarının qorunması üzrə müvafiq Sertifikatlara layiq görülmüş aktiv Mediatordur. xx.xx.2021-ci il tarixdən Mediasiya Şurasının üzvüdür. Pensiya yaşına 1 il bir ay qalıb. Bütün bunlar nəzərə alınmaqla işçilərin sayının azaldılması və ya ştatların ləğv edilməsi səbəbi ilə onun işdən azad edilməyini həm qanuna, həm dövlətçiliyə, həm də insanlığa zidd hesab edir. 7. O, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə olduğu halda, onu xx.xx.2022-ci il tarixindən qanunsuz olaraq işdən azad ediblər.

6. Sonradan iddiaçı ərizə verərək, 2(009)-621/2023 saylı mülki iş üzrə cavabdehin Azərbaycan Milli Elmlər Akademiyası olması barədə dəqiqləşdirməni qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki,

1. İddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə tanış deyildir. Lakin xx.xx.2022-ci il tarixli ona həmin tarixdə elan olunmuş xəbərdarlıqdan görünür ki, həmin tarixdə iddiaçı qərar ilə tanış edilmiş və ona əmək müqaviləsinin xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunacağı barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, azı 6 təqvim həftəsi qabaqcadan xəbərdar edilmişdir. İddia ərizəsində özü etiraf edir ki, xəbərdarlığı imzaladıqdan, orada qeydlərini apardıqdan sonra onu geri qaytarmışdır. 2.İddiaçı öz çıxışlarında dəfələrlə bildirir ki, onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə deyil, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə xitam verilməli idi, lakin iddiaçı nəzərə almır ki, baxılan halda əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə (müəssisə ləğv edildikdə) xitam verilə bilməzdi, çünki baxılan halda Azərbaycan Milli Elmlər Akademiyasında işçilərin sayı və ştatlar ixtisar olunmuşlar, Azərbaycan Milli Elmlər Akademiyasının özünün ləğvindən söhbət belə getmir. 3. İddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən, AMEA X17ı Həmkarlar Təşkilatının qabaqcadan razılığı olmamışdır. Lakin məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun xx.xx.2022-ci il tarixli təqdimatı və eyni zamanda, AMEA X17ı Kadrlar şöbəsinin müdiri Natiq Mehdiyevin AMEA X13 bir sıra struktur vahidlərinin ləğv edilməsi ilə əlaqədar həmin struktur vahidlərində işləyən işçilərin əmək müqavilələrinin ləğv edilmələri məsələlərinə baxılması barədə xx.xx.2022-ci il tarixli 04-62 nömrəli müraciəti AMEA X17ı Həmkarlar Təşkilatının iclasında müzakirəyə çıxarılmışdır. Müraciət AMEA X17ı Həmkarlar Təşkilatının xx.xx.2022-ci il tarixli iclasında müzakirə olunaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən, AMEA X13 ləğv edilmiş struktur vahidlərində işləyən işçilərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78ci və 79-cu maddələrinə uyğun olaraq onların ixtisar zamanı işdə saxlanmağa üstünlüyü və əmək müqaviləsinə xitam verilməsinin qadağan edildiyi hallar nəzərə alınmaqla əmək müqavilələrinə xitam verilməsinə razılıq verilmişdir. 4. İddiaçı iddia ərizəsində iddia edir ki, onun işdən azad olunması haqqındakı sərəncamı AMEA-nın prezidenti deyil, buna səlahiyyəti olmayan birinci vitse-prezident vəzifəsini icra edən akademik-katib Arif Həşimovun imza etməsi qeyri-qanuni olmuşdur. Lakin iddiaçı nəzərə almamışdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin “Azərbaycan Milli Elmlər X8 aparatında həyata keçirilən islahatlar barədə” xx.xx.2022-ci il tarixli 557 nömrəli Sərəncamı ilə Azərbaycan Milli Elmlər X8 aparatında həyata keçirilən islahatlarla əlaqədar AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli və xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarları ilə yaradılmış yeni şöbə və bölmələrdə xəbərdarlıq edilmiş işçilər barədə verilən sərəncam və əmrlərin xx.xx.2022-ci il tarixinədək imzalanması səlahiyyətləri AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademik-katib akademik X14 həvalə edilmişdir. Bu hal Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinin 2-ci hissəsinə və Həmin Məcəllənin 49-cu və 188-ci maddələrinə zidd deyildir, çünki həmin vaxt Azərbaycan Milli Elmlər X8 aparatında həyata keçirilən islahatlarla əlaqədar AMEA Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli 13/1 nömrəli və xx.xx.2022-ci il tarixli 15/1 nömrəli qərarları ilə yaradılmış yeni şöbə və bölmələrdə xəbərdarlıq edilmiş işçilər barədə verilən sərəncam və əmrlərin xx.xx.2022-ci il tarixinədək imzalanması səlahiyyətləri AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, akademik-katib akademik X11 həvalə edilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin 9.6-cı bəndinə əsasən Akademiyanın prezidenti səlahiyyətlərinin müvəqqəti icrasını birinci vitse-prezidentlərinə tapşıra bilər. 5. İddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar edildikdə müəyyən vəzifələr üzrə əmək funksiyalarının icrası üçün tələb olunan ixtisas və peşəkarlıq səviyyəsi olan işçilər işdə saxlanılmalıdır. Nəzərə alsaq ki, Azərbaycan Milli Elmlər X3 “AMEA X13 bir sıra struktur vahidlərinin ləğv edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 13/1 nömrəli qərarı ilə “AMEA X13 rəhbərinin xidməti” struktur vahidinin işçilərinin sayı azaldılmamış və ya ştatları ixtisar edilməmişdir, struktur vahidi tamamilə ləğv edilmişdir, yəni işdə saxlanılmalı işçilər olmadığı üçün işçilər arasından peşəkarlıq səviyyəsinə görə seçim etmək zərurəti yaranmamışdır. 6. İddiaçı iddia ərizəsində iddia edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır və onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə olduğu halda, onu 04 noyabr 2022-ci il tarixindən qanunsuz olaraq işdən azad ediblər. Bildirilir ki, Azərbaycan Milli Elmlər X8 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən və videokamera görüntülərindən də görünür ki, iddiaçı 2022-ci ilin noyabr ayının 1-dən 4-ə kimi hər gün işdə olmuşdur. Həmçinin AMEA X13 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da iddiaçının əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixində və sonrakı günlərdə AMEA-ya əmək qabiliyyətinin olmaması vərəqəsinin (tibbi sənədinin) olması barədə hər hansı bir məlumat vermədiyi və bu haqda heç bir müvafiq sənəd təqdim etmədiyi bildirilir.

7. Əlavə olaraq əmək müqavilələrinin qeydiyyatları aparılan məlumat bazasından çıxarışdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda baş mütəxəssis (əlavə) vəzifəsində, xx.xx.2023-cü il tarixindən isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda baş mütəxəssis (əsas) vəzifəsində işləyir. Bu isə o deməkdir ki, bir çox ixtisara düşmüş əməkdaşlardan fərqli olaraq, iddiaçı nəinki əlavə, hətta əsas iş yeri ilə təmin olunmuşdur. Cavabdeh tərəf iddiaçının iddialarını tamamilə əsassız hesab edərək onların təmin olunmayaraq, rədd olunması barədə yekun məhkəmə qərarının qəbul olunmasını xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi həmçinin iddia müddətinin tətbiqinə dair ərizə verərək göstərmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixindən işdən azad edilməsinə baxmayaraq, “işə bərpa” tələbi ilə məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə müraciət etmişdir, yəni 1 ay 26 gündən sonra. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa, qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bununla da iddiaçı əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət müddətini ötürmüşdür. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənlərə əsasən iddiaçı iddia ərizəsini iddia müddəti keçdikdən sonra verdiyindən iddiaçının iddiasından imtina barəsində müvafiq məhkəmə qərarı çıxarılması xahiş edilmişdir.

9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 621/2023 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin xx.xx.2022-ci il tarixli 574 nömrəli sərəncamının ləğv edilməsi, İddiaçı AMEA X12 baş mütəxəssis vəzifəsinə bərpa edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixindən qətnamə icra edilən müddətədək iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan iddiaçının adına olan əmək qabiliyyətinin olmamasına dair ******* nömrəli vərəqəsindən görünür ki, ona aritmiya və hipertoniya diaqnozu qoyulmuş və ambulator qaydada müalicədə olmuşdur. İddiaçının əmək qabiliyyətinin olmadığı dövrdə iş yerinə müəyyən səbəblərdən (məsələn şəxsi əşya götürmək və s.) gəlməsi onun iş yerində olması kimi qiymətləndirilə bilməz.

11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar» adlanan 79-cu maddəsi imperativ xarakter daşıyır və işəgötürənin bu barədə məlumatlı olmaması onun iddiaçı barədə qəbul etdiyi Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamının qanuni olmasının təsdiqi kimi qiymətləndirilə bilməz. Məhkəmə, qeyd edilən qanun normasının tələbinin kobud surətdə pozulması ilə iddiaçının əmək müqaviləsinin xitam verilməsinə dair Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamının qanunsuz sayılması üçün kifayət qədər hüquqi əsas yaratdığından prosessual qənaət prinsipindən irəli gələrək həmin sərəncamın qanunsuzluğuna dair iddiaçının digər dəlillərinin əsaslı olub-olmamasına qiymət verilməsini zəruri saymamışdır.

12. Məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinin məzmununa əsasən iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi işburaxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməli, işçiyə iddiası üzrə dəymiş zərərin məbləği işəgötürən tərəfındən ödənilməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Beləliklə, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli hüquqi qiymət verməklə məhkəmə hesab etmişdir ki, AMEA Prezidentinin xx.xx.2022-ci il tarixli 574 nömrəli sərəncamı ləğv edilməli və iddiaçı AMEA X12 baş mütəxəssis vəzifəsinə bərpa edilməli, xx.xx.2022-cü il il tarixdən qətnamə icra edilən müddətə iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir.

13. Məhkəmə iddianın mənəvi ziyana görə 30.000 manat məbləğində təzminat ödənilməsi öhdəliyinin AMEA X13 üzərinə qoyulması hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində rədd edilməlidir.

14. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı qeyd etmişdir ki, işin materiallarından görünür ki, iddiaçı sadalanan normaların tələblərinə uyğun olaraq ilk növbədə mediasiya təşkilatına müraciət etmiş və cavabdeh özü də mediasiya prosesində tərəf kimi iştirak etmişdir. Başqa sözlə, iddiaçı AMEA tərəfindən pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliyin tələblərinə riayət etmiş və iddia müddətini ötürməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 68.2, 70-ci maddəsinin “b” bəndinə, 77.1, 77.2, 77.3, 77.4, 79-cu maddəsinin İ və İİ hissələrinə, 296, 300.1-ci maddələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci, 35.1-ci maddələrinə, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6, 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin məqsədi hansı yolla olursa olsun iddiaçının əsassız iddialarını təmin etmək olduğundan, əmək qabiliyyətinin olmaması haqqında vərəqəsinin Baş Səhiyyə Mərkəzinin 4 nömrəli Birləşmiş Şəhər xəstəxanası tərəfindən deyil, “Baş Səhiyyə Mərkəzi” X18 14 nömrəli Birləşmiş Şəhər xəstəxanasının Poliklinikası tərəfindən verilməsinə fikir belə verməmişdir. Azərbaycan Milli Elmlər X8 aparatının inzibati binasının girişində quraşdırılmış turniket qeydlərindən və videokamera görüntülərindən də görünür ki, iddiaçı 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi hər gün bütün iş günü işdə olmuşdur. Həmçinin, AMEA X13 İnsan resursları şöbəsinin xx.xx.2023-cü il tarixli 8-1/2-378/2023 nömrəli arayışında da X9 əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixində və sonrakı günlərdə AMEA-ya əmək qabiliyyətinin olmaması vərəqəsinin (tibbi sənədinin) olması barədə hər hansı bir məlumat vermədiyi və bu haqda heç bir müvafiq sənəd təqdim etmədiyi bildirilir. Cavabdehin məhkəməyə təqdim etdiyi Azərbaycan Milli Elmlər X8 aparatının inzibati binasının girişində turniket aparatının qeydləri məhkəmədə elan olunmuş və binanın girişində quraşdırılmış videokameraların videogörüntülərinə isə proses tərəflərinin iştirakları ilə baxışlar keçirilmiş, iddiaçının 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi hər gün bütün iş günü işdə olması tamamilə təsdiq olunmuş, eyni zamanda, qeyd olunan sübutlar mülki iş materiallarına əlavə olunmuşlar. Odur ki, məhkəmənin iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməsi ilə gəldiyi nəticələr xəstəlik tarixinin saxta olması səbəblərindən öz təsdiqini tapmır. İddiaçının iddiasının qismən təmin olunması halı da tamamilə əsassızdır. İddiaçının bütün iddiaları məhkəmə tərəfindən təmin olunmamalı idi. Digər tərəfdən, özünü məhkəməyə ambulator xəstə olmuş şəxs kimi təqdim etmiş iddiaçı xəstəlik vərəqini yalnız məhkəməyə təqdim etmişdir. Bunun səbəblərinin dəqiqləşdirilməsi üçün isə məhkəmə “Baş Səhiyyə Mərkəzi” PublikHüquqi Şəxsin 14 nömrəli Birləşmiş Şəhər xəstəxanasının Poliklinikasından xəstələrin qeydiyyatı kitabını götürüb, məhkəmədə onun baxışını keçirməlidir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının ambulator xəstə olması kimi qeyd etdiyi tarixlərdə və vaxtlarda iddiaçı bütün iş günü müddətində iş yerində olmuş və təbii ki, həmin tarixlərdə və vaxtlarda onun hansısa həkimin qəbulunda və ya ambulator müalicədə olmasını iddia etmək absurddur. Bu halın daha da dəqiqləşdirilməsi üçün iddiaçının daim istifadəsində olan ***-***-**-** mobil telefonun 2022-ci ilin noyabr ayının 02-dən 04-ə kimi olan dövr üçün mobil telefon operatorundan həmin mobil nömrənin anten-əhatə dairələri haqqındakı məlumatların götürülməsi də kifayət edər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Həmçinin qeyd edilmişdir ki, o, 02-05 noyabr 2022-ci il tarixində xəstə olmuş, 06-07 noyabr istirahət günləri, 08 noyabr “Zəfər günü”, 09 noyabr isə “Azərbaycan Dövlət bayrağı günü” bayramı olmuşdur. xx.xx.2022-ci il tarixində işə çıxarkən işdən azad olunması barədə ona şifahi məlumat verilmiş, xx.xx.2022-ci il tarixdə son haqq-hesab ödənilmişdir. O, xx.xx.2022-ci il tarixində Bakı 8 saylı Mediasiya Təşkilatına, xx.xx.2023-cü il tarixində isə məhkəməyə müraciət etmişdir. Bundan başqa, Baş Səhiyyə Mərkəzinin 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ******* nömrəli tibb vərəqəsinin saxta olub-olmamasının araşdırılması ilə bağlı edilmiş cavabdehin nümayəndəsinin müraciəti əsasında Bakı şəhər Xəzər rayon prokurorluğunda araşdırma aparılmış və araşdırmanın nəticələri barədə Xəzər rayon prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarla xəstəlik vərəqəsinin qanuni olması, verilməsi zamanı heç bir hüquq pozuntusuna yol verilmədiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9 saylı qərarı ilə təsdiq olunmuş və hazırda qüvvədə olan “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi haqqında Təlimat”a uyğun olduğu müəyyən edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının işə giriş və çıxış saatlarına dair çıxarış və kamera görüntüləri məhkəməyə təqdim edilmişdir. Qeyd olunan tarixlərdə iddiaçı səhər saatlarından axşamadək işdə olmuşdur. Eyni zamanda məhkəmədə iddia qaldırdığı dövrə qədər xəstə olması barədə onlara hər hansı məlumat verməmişdir. Həkim ayın 2-si saat 14:37-də iddiaçının onun qəbulunda olduğunu bilirsə də, iddiaçı həmin saatlarda işdə olmuşdur. Bu səbəblə xəstəlik kağızının saxta olduğunu hesab edirlər.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və bildirdi ki, o ambulator müalicədə olmuş, bu səbəblə zərurətlə əlaqədar iş yerinə gəlməyi qanunla məhdudlaşdırılmamışdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70. “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Maddə 79.1. İşəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 296, İİ hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296, İİİ hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır.

23. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırki işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. İşdən görünür ki, AMEA X17 rəhbəri xidmətinin baş mütəxəssisi vəzifəsində işləyən iddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətini müvəqqəti itirmişdir.

29. AMEA X13 bir sıra struktur vahidləri ləğv edildiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, xx.xx.2022ci il tarixində xəbərdarlıq edilməklə Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin 574 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamı ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.

30. Göründüyü kimi, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək əmək qabiliyyətini müvəqqəti itirməklə bağlı ambulator müalicədə olduğu halda, xx.xx.2022-ci il tarixindən işdən azad edilmişdir.

31. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddiaçının 01-04 noyabr 2022-ci il tarixlərdə işdə olduğunu göstərmişdir.

32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının həmin tarixlərdə cavabdehin inzibati binasına hər hansı səbəbdən gəlib-getməyi onun həmin tarixlərdə əmək fəaliyyəti ilə məşğul olması anlamına gəlmir. Belə ki, iddiaçı stasionar deyil, ambulator müalicədə olmuş, habelə iddiaçının 01-04 noyabr 2022-ci il tarixlərində iş yerində əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən hər hansı sübutlar (məsələn, sənədlərin tərtib edilməsi və s.) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının əmək qabiliyyətinin olmadığı dövrdə iş yerinə müəyyən səbəblərdən (məsələn şəxsi əşya götürmək və s.) gəlməsi onun iş yerində olması kimi qiymətləndirilə bilməz.

34. Bununla yanaşı, Xəzər rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9 saylı qərarı ilə təsdiq olunmuş və hazırda qüvvədə olan “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi haqqında Təlimat”ın tələbləri sahə həkimi tərəfindən pozulmamış, sözügedən xəstəlik vərəqəsinin saxta olması müəyyən edilməmişdir.

35. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə əmək kitabçasını işəgötürəndən qeydiyyat kitabında imza etməklə qəbul etmiş, bununla da hüququnun pozulmasını həmin gün aşkar etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə mediasiya ilə bağlı təklifi cavabdehə göndərmiş, bununla da mediasiya prosesi qanunvericiliyin tələblərinə uyğun olaraq başlamış, bundan sonra Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş, xx.xx.2022-ci il tarixli arayışı aldıqdan sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iddiaçı cavabdeh tərəfindən pozulmuş əmək hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunvericiliyin tələblərinə riayət etmiş və 1 aylıq iddia müddətini ötürməmişdir.

36. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin iddiaçının əmək qabiliyyətinin müvəqqəti olmamasını aşkar etdikdən sonra əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli sərəncamını ləğv etmək və iddiaçı işə çıxdığı tarixdə yeni sərəncam qəbul etmək imkanı olmuş, lakin bunu etməmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-621/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar