Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-625/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Yəmən qızının cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı Yəmən qızının iştirakı ilə, İddiaçı Yəmən qızının cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1565/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736 q ünvanında yerləşən bağ evi X3 mülkiyyətində olmuş, onun tərəfindən bacısı İddiaçı bağışlanmış və xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş ********** saylı çıxarışa əsasən həmin bağ evi tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.
2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********24-11301 reyestr nömrəli texniki pasporta əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736 q ünvanında yerləşən bağ evinin hüquq subyekti İddiaçıdır.
3. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən Cavabdeh1 qızı Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, 98A, 57 ünvanında qeydiyyatdadır.
4. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Yəmən qızının cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736 q küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736 q küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 iddiaçı ilə qohum olduqları üçün müvəqqəti yaşamaq üçün bir müddət həmin evdə qalmalarını xahiş etmişlər. İddiaçı isə qohumluq münasibətlərinə görə etiraz etməmiş və qalmalarına icazə vermişdir. Cavabdehlərə yalnız müvəqqəti yaşamaq üçün icazə verilmiş, aralarında istifadə hüququnun verilməsi ilə bağlı razılaşma olmamış, hətta cavabdehlər həmin evə qeydiyyata bilə salınmamışlar. Hazırda iddiaçı həmin evi satmaq qərarına gəlmiş və bununla bağlı cavabdehlərdən həmin fərdi yaşayış evini tərk etmələrini xahiş etsə də, cavabdehlər buna etiraz etmişlər. Hesab edir ki, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 tərəfindən iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququ, mənzil hüququ və mənzil toxunulmazlığı hüququ pozulmuşdur. Hal-hazırda iddiaçı mülkiyyətində olan həmin yaşayış evini satmaq istəyir. Lakin, cavabdehlər oradan çıxmadıqlarına görə bunu həyata keçirmək mümkün olmur.
7. Cavabdeh1 qızı iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, yaşadıqları Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736 q küçəsində yerləşən fərdi yaşayış evi onun mərhum həyat yoldaşı X8 tərəfindən alınmış, evdə və həyətdə təmir işləri aparılmışdır. 2008-ci ildən etibarən o, ailəsi ilə birlikdə həmin evdə yaşayır, ev faktiki olaraq onlara məxsusdur. İşin bu hallarını təsdiq edə biləcək şahidləri də var. Sadəcə olaraq ev mərhum ərinin qardaşı, X3 adına müəyyən səbəblərə görə sənədləşdirilmişdir. Əri Faiq övladlarının yetkinlik yaşına çatmalarını gözləyirdi ki, oğlu Yamən evlənəndə ona toy hədiyyəsi etsin, yəni ev qardaşının adından oğlunun adına keçsin. Lakin, Qabil əri Faiqin etibarından suiistifadə edərək öz bacıqardaşlarını həmin evə pasport qeydiyyatına salmış, sonradan həmin evi Rufət adlı şəxsin adına formal olaraq rəsmiləşdirilmişdir. O, Rüfətlə danışaraq evin faktiki olaraq onun ərinə məxsus olmasını demiş, Rüfət də bunu təsdiq edərək onunla razılaşmışdır. Bundan sonra Qabil qardaşı Faiqin ölümündən sui-istifadə edərək evi bacısı Nailənin adına rəsmiləşdirmişdir. Onların ailəsi bağ evində 2008-ci ildən etibarən yaşayırlar. Baldızı Nailə evi onun adına keçirilməsi üçün külli miqdarda pul istəmişdir. Lakin maddi imkanı olmadığından və həmin evin onun vəfat etmiş ərinə məxsus olması səbəbindən Nailə ilə razılaşmamışdır. Bundan əlavə qanunvericiliyin tələblərinə əsasən həyat yoldaşının vərəsəsi olaraq ev oğluna və qızına düşür. Buna belə məhəl qoymurlar. Bu səbəbdən iddia ərizəsinin təmin edilməməsini xahiş edir.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1565/2023 nömrəli, 06 iyun 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736q ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir (hakim X5).
9. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, cavabdehlər mübahisə predmeti olan yaşayış evində 2008-ci il tarixindən etibarən yaşayırlar. Bu səbəbdən hal-hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə uyğun həll edilməlidir. Həmin normada yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onun mülkiyyətçisi ilə notariat qaydasında təsdiq edilən yazılı razılaşma lazımdır. Hazırkı iş üzrə isə belə bir yazılı razılaşma mövcud deyildir və bu da onu deməyə əsas verir ki, cavabdehlərin ümumiyyətlə mübahisə predmeti olan yaşayış evinə istifadə hüquqları yaranmamışdır. Hal-hazırda cavabdehlər evdə heç bir qanuni əsas olmadan yaşayırlar ki, bu da evin mülkiyyətçisinin hüquqlarını pozur. Göstərilənlərə əsasən məhkəmə hesab hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan yaşayış evindən istifadə etmək barədə hər-hansı hüquqmüəyyənedici sənədləri olmadığından və həmin yaşayış evi iddiaçının mülkiyyətində olduğundan, cavabdehlərin həmin sahədən çıxarılması barədə iddia tələbi əsaslıdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 158-ci, 228-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 81ci, 106-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir.
12. Cavabdeh2 apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə yazılı etiraza uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, mübahisəli mənzildə hazırda faktiki yaşamaqlarına baxmayaraq məhkəmə istifadə hüquqlarının yaranması anını və kompensasiya ödənilməsi ilə bağlı məsələni araşdırmadan mənzildən çıxarılmaqları barədə qanunsuz qətnamə çıxarmış və bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində göstərilir ki, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranmış münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddaları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evində həyata keçirilmiş addan-ada keçirilmə zamanı mübahisəli fərdi yaşayış evində faktiki kimlərin yaşadığı araşdırılmamış və Daşınmaz Əmlakın Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (3-cü şəxs qismində işə cəlb edilməsini təmin etməli idi) tərəfindən mübahisəli sahəyə çıxarış verilməməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ və İİİ hissələrinəəsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinn: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Hazırda qətnamə cavabdehlərdən yalnız biri olan Cavabdeh2 tərəfindən mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə sonuncuya aid hissədə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
24. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına uyğun olaraq mənzildən istifadə ilə bağlı tərəflər arasında yaranmış mübahisəni Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə uyğun həll etmişdir.
25. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər mübahisə predmeti olan yaşayış evində 2008-ci il tarixindən etibarən yaşayırlar. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onun mülkiyyətçisi ilə notariat qaydasında təsdiq edilən yazılı razılaşma lazımdır. Həmin dövrdə də evin mülkiyyətçisi olmuş X6 ilə aralarında notarial qaydada yazılı razılaşma olmadığından cavabdeh tərəfin həmin evə istifadə hüquqları yaranmamışdır. Belə olan halda hazırki iddiaçı olan mülkiyyətçi də evi istifadə hüququ baxımından yüklü qəbul edilməmişdir. Bu baxımdan da hal-hazırda cavabdehlər evdə heç bir qanuni əsas olmadan yaşayırlar ki, bu da evin mülkiyyətçisinin hüquqlarını pozur.
26. Eyni zamanda kollegiya qeyd edir ki, hazırki mülkiyyətçinin mülkiyyət hüququ 2022-ci ildən qeydə alınmış və mülkiyyətçi işdən müəyyən edildiyi kimi, evi istifadə hüququ ilə yüklü şəkildə əldə etməmişdir. Hətta 2022-ci il tarixdə yeni mülkiyyətçinin mülkiyyət hüquqlarının əmələ gəlməsi baxımından mübahisəyə qiymət verilməsi halında belə 2009-cu ilin 01 oktyabr tarixindən qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından da Cavabdeh2 evin mülkiyyətçinə (bibisinə) münasibətdə ailə qanunvericiliyi əsasında sonuncunun ailə üzvü (keçmiş ailə üzvü) olmamaqla yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olmadığından Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yoxdur.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”.
28. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddia tələbini tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hisədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1565/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə, yəni Cavabdeh2 Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 736q ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.