Məhkəmə qərarları › İş №2(103)-6250/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6250/2022

07.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6250/2022 07.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəmənin e-2(011)-4410/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh SOCAR-ın “Qaz İxrac” İdarəsinə qarşı (üçüncü şəxs qismində Neftçilərin Hüquqlarını Müdafiə X1 və SOCAR “Qaz İxrac” İdarəsinin Astara Magistral X3 cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X2 30 mart 2022-ci il tarixli 024 K saylı əmrinin ləğv edilməsi, işə bərpa, cavabdehdən iddiaçının xeyrinə 15 mart 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixə qədər məcburi işburaxmaya görə əmək haqqının, atasının vəfatı ilə əlaqədar 3 aylıq müavinətin, 10.000 manat maddi və 15.000 manat mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. SOCAR “Qaz İxrac” İdarəsinin Astara Magistral X3 sonradan əlavə cavabdeh kimi işə cəlb edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəmənin e-2(011)-4410/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərardadı ilə cavabdeh SOCAR-ın “Qaz İxrac” İdarəsinin mülki işin aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, məhkəmə tərəfindən mübahisənin predmetini və münasibətlərin xarakterini dəqiq müəyyənləşdirilməyərək, mübahisənin predmeti aydınlaşdırılarkən mübahisənin yarandığı səbəblərə deyil, yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə nəzər yetirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəmənin e-2(011)-4410/2022 saylı, 08 avqust 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə daxil olan zaman cavabdeh qismində cəlb edilmiş SOCAR-ın “Qaz İxrac” İdarəsinin rəsmi qeydə alındığı yer Bakı şəhəri Xətai rayonu ərazisi olduğu üçün iş aidiyyət qaydalarına düzgün riayət edilməklə məhkəmənin icraatına qəbul edilmiş, heç bir aidiyyət qaydaları pozulmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavbdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İşdən görünür ki, hazırki mülki iş üzrə birinci cavabdeh SOCAR “Qaz İxrac” İdarəsinin rəsmi qeydə alındığı yer ünvan 1 ünvanıdır. “Qaz İxrac” İdarəsinin Astara Magistral X3 sonradan əlavə cavabdeh kimi işə cəlb edilsə də bu hal işin ərazi aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz. Ən azından ona görə ki, MPM-in 44.1-ci maddəsinin tələbləri buna imkan vermir. Çünki, MPM-in 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İddiaçı da SOCAR “Qaz İxrac” İdarəsini hüquqi şəxs olduğu üçün ilk dəfə cavabdeh kimi göstərib Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəmənin e-2(011)-4410/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəmənin e-2(011)-4410/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar