Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6250/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC-nə, "xxxx" ASC-nə, "xxxx" ASC-nə qarşı (Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, Qaradağ rayon icra şöbəsi və "xxxx" QSC BOKT müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: hərrac, hərracın nəticələrinin etibarsız hesab edilməsi, əşya hüquqi münasibətlərdən əmələ gələn mübahisə, sahibkarlıq fəaliyyəti, məhkəmə aidiyyati) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X2 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" MMC-nə, "xxxx" ASC-nə, "xxxx" ASC-nə qarşı “hərracın nəticələrinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi, iclas protokolunun etibarsız hesab olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin 05 mart 2015-ci il tarixli qətnaməsi ilə X3 40 000 manat əsas, 8400 manat faiz borcu olmaqla ümumilikdə 48 400 manatın və 23,10 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, İddiaçı məxsus ünvan 1-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının ixtisaslaşdırılmış açıq hərracda satılması və qeyri-yaşayış binasının ilkin satış qiymətinin 125 000 manat məbləğində müəyyən edilməsi, ünvan 1-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının satışından əldə olunmuş vəsaitdən 48 423,10 manatın tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, qeyri-yaşayış binasının satışından götürülmüş məbləğ bankın tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğin X4 tutulması, satış məbləğ tələbdən artıq olarsa artıq qalan məbləğin İddiaçı qaytarılması qət olunmuşdur.
2. Həmin qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almış, xx.xx.2015ci il tarixdə icra vərəqəsi verilərək icra olunması üçün Qaradağ Rayon İcra şöbəsinə göndərilmiş, xx.xx.2015-ci il tarixdə icra məmuru tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul olunaraq tələbin könüllü icrası üçün borclulalar bildiriş göndərilmişdir.
3. 09 oktyabr 2015-ci il tarixdə Qaradağ Rayon İcra şöbəsinin rəisi "xxxx" MMC-yə sifariş məktubu göndərərək ünvan 1-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının satışının təşkil edilməsini xahiş etmiş, əmlak "xxxx" MMC tərəfindən 15 yanvar 2016-cı il tarixdə 125 000 manata satılması üçün hərraca çıxarılmış, hərrac baş tutmadığı üçün əmlak ikinci dəfə xx.xx.2016-cı il tarixdə 106 250 manata satışa çıxarılmış, təkrar hərrac da baş tutmadığından əmlak xx.xx.2016-cı il tarixdə 79 688 manata "xxxx" ASC-yə satılmışdır.
4. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində "xxxx" ASC-nin mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. “Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında“ Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 N-li Fərmanının 2.3.1-ci bəndinə əsasən "xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək; 2.3.3-cü bəndinə əsasən tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya İxtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək vəzifələrini yerinə yetirmək “Aqrarkredif QSC”-nə həvalə edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ona dair bütün hüquqlar problemli kredit aktivi kimi xx.xx.2017-ci il tarixli təhvil-təslim aktı əsasında "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir.
6. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində "xxxx" QSC BOKT-un mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına əsasən, "xxxx" QSC BOKT-un "xxxx" ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi, Azərbaycan Respublikası ərazisində yerləşən və onun balansında olan əmlak, o cümlədən ünvan 2 ünvanında yerləşən, 81.6 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası "xxxx" ASC-nin mülkiyyətinə verilmiş, Fərmanın 2-ci hissəsində qeyd olunan dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə "ASK” ASC-nin və "Aqrarkredit” QSC BOKT-nın nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasının 29 may 2019-cu il tarixli 22 nömrəli iclas protokoluna əsasən "xxxx" QSC BOKT-un mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən, 81.6 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası "Aqrarkredit” QSC BOKT tərəfindən "xxxx" ASC-yə verilmiş, həmin əmlak "xxxx" ASC-nin adına 08 avqust 2019-cu il tarixli ********** nömrəli çıxarış əsasında dövlət qeydiyyatına alınmışdır.
8. "xxxx" ASC-nin İddiaçı qarşı “cavabdehin qeyri-yaşayış binasından çıxarılaraq binanın boşaldılması” tələbi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir.
9. Həmin qətnamə xx.xx.2021-ci il tarixdə icraya yönəldilmiş, İddiaçı göndərilmiş “Tələbin könüllü icrası haqqında” bildirişi o, xx.xx.2022-ci il tarixdə almış, icra sənədinin icrası onun xahişi ilə xx.xx.2022-ci il tarixinədək təxirə salınmış, xx.xx.2022-ci il tarixdə keçirilən icra prosesi zamanı İddiaçı balta və bıçaqla icra məmurlarına hücum edərək icraya mane olmuş, bu səbəblə icra prosesi başa çatdırılmamışdır.
10. 10 iyun 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsinin icrası təmin olunmuş, "xxxx" ASC-nin nümayəndəsi həmin tarixdə İcra şöbəsinə müraciət edərək icra işinin icraatına xitam verilməsini xahiş etmişdir.
11. İddiaçı fərdi sahibkar olmaqla vergi uçotuna alınmış vergi ödəyicisidir, hazırda ünvan 2 ünvanında yerləşən, 81.6 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasında (mübahisəsi gedən əmlak) ət satışı ilə məşğuldur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
12. İddiaçı (iddiaçı) xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nə və "xxxx" ASC-nə (cavabdehlər) qarşı iddia ərizəsi (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsini üçüncü şəxs qismində göstərməklə) ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının satışına dair xx.xx.2016-cı il tarixdə keçirilən hərracın nəticələrinin, həmçinin hərracın nəticələri haqqında Y-105 saylı yekun protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, "xxxx" ASC ilə X8 arasında kredit müqaviləsi bağlanmış, bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə istinad olunaraq ona və X7 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin 04 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamənin ipoteka predmetinin qiymətləndirilməsi hissəsindən "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 mart 2015-ci il tarixli qətnaməsi ilə “X3 40 000 manat əsas, 8400 manat kreditə görə faiz borcu, ümumilikdə 48 400 manat və 23,10 manat ödənilmiş dövlət rüsumu məbləğinin "xxxx" ASC-nin xeyrinə tutulması, İddiaçı məxsus ünvan 1-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının ixtisaslaşdırılmış açıq hərracda satılması və qeyriyaşayış binasının ilkin satış qiymətinin 125 000 manat məbləğində müəyyən edilməsi, ünvan 1-da yerləşən, ümumi sahəsi 0,01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının satışından əldə olunmuş vəsaitdən 48 423 manat 10 qəpiyin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi” qət olunmuşdur. Qətnamə icra olunması üçün Qaradağ Rayon İcra Şöbəsinə göndərilmiş, Qaradağ Rayon İcra Şöbəsi isə "xxxx" MMC-yə müraciət edərək əmlakın satışının təşkil edilməsini xahiş etmişdir. Əmlak ilk dəfə "xxxx" MMC tərəfindən 15 yanvar 2016-cı il tarixdə 125 000 manata satılması üçün hərraca çıxarılmış, hərrac baş tutmadığı üçün əmlak ikinci dəfə xx.xx.2016-cı il tarixdə 106 250 manata satışa çıxarılmışdır. Lakin hərrac yenidən baş tutmamışdır. Hərracın nəticələri haqqında Y-105 saylı yekun Protokoldan və alqı-satqı müqaviləsindən də göründüyü kimi əmlak xx.xx.2016-cı il tarixdə 79 688 manata "xxxx" ASC-yə satılmışdır. 15 yanvar 2016-cı il, 19 fevral 2016-cı il, 10 mart 2016-cı il tarixdə keçirilən hərracın keçirilməsi ilə bağlı ona rəsmi və ya qeyri- rəsmi heç bir məlumat verilməmişdir. Həmçinin 05 fevral 2016-cı il tarixli bildirişdən də göründüyü kimi 19 fevral 2016-cı il tarixdə keçirilmiş hərrac barədə məlumat 15 gün öncə deyil, 14 gün öncə göndərilmişdir. 10 mart 2016-cı il tarixdə keçirilən sonuncu hərrac barədə ümumiyyətlə ona məlumat göndərilməmişdir. Bundan başqa əmlakın hərracda satışından əldə edilmiş 79 688 manatın bank borcundan sonra qalan 31 264 manat 90 qəpiyi ona ödənilməmiş və ümumiyyətlə bu barədə məlumat verilməmişdir. Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən mənzilin satılması ilə əlaqədar ona icraata başlamaq haqqında qərar və bildiriş təqdim edilməmişdir.
14. "xxxx" ASC-nin nümayəndəsi vəsatətlə müraciət edərək “Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin əsl cavabdeh qismində “Aqrarkredit QSC Bank Olmayan Kredit Təşkilatı ilə əvəz edilməsinin iddiaçıya təklif olunmasını xahiş etmiş, vəsatətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı“ ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında“ Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 N-li Fərmanının 2.3.1ci bəndinə əsasən "xxxx" ASC-dən alınacaq aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək; 2.3.3-cü bəndinə əsasən tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya İxtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək vəzifələrini yerinə yetirmək “Aqrarkredif QSC”-nə həvalə edilmiş, iddia tələbinin predmeti olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ona dair bütün hüquqlar problemli kredit aktivi kimi xx.xx.2017-ci il tarixli təhvil-təslim aktı əsasında "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Buna görə də iddia tələbinə dair məhkəmə tərəfindən gələcəkdə qəbul ediləcək qətnamə üzrə "xxxx" ASC heç bir hüquq və vəzifələr daşımayacaqdır.
15. İddiaçının nümayəndəsi (vəkili) həmin vəsatətlə razılaşmamış və iddia üzrə cavabdehliyi "xxxx" ASC-nin daşıdığını bildirmişdir.
16. Məhkəmənin xx.xx.2023-cü il tarixli protokol-qərardadı ilə "xxxx" QSC BOKT və Qaradağ rayon İcra şöbəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşlar.
17. Sonradan iddiaçının nümayəndəsi (vəkili) "Azərbaycan Sənaye Korporasiyası” ASC-ni ("xxxx" ASC) də cavabdeh kimi göstərdiyi iddia tələbinin həcmininin artırılması barədə ərizə təqdim etmiş, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.01008 ha olan 1 mərtəbəli qeyri-yaşayış binasının satışına dair xx.xx.2016-cı il tarixdə keçirilən hərracın nəticələrinin, həmin hərracın nəticələri haqqında Y-105 saylı yekun protokolun etibarsız hesab edilməsi, həmin protokol əsasında verilmiş çıxarışın ləğv olunması, "xxxx" ASC-nin və "xxxx" QSC BOKT-nın birgə yaratdığı Təhvil-Təslim komissiyasının 29 may 2022-ci il tarixli 22 nömrəli iclas protokolunun etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən 08 avqust 2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsinə etiraz vermiş, etirazda aşağıdakıları göstərmişdir: "xxxx" ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına (Fərman) əsasən, "Aqrarkredit” QSC BOKT-un "xxxx" ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi, Azərbaycan Respublikası ərazisində yerləşən və onun balansında olan əmlak, o cümlədən ünvan 2 ünvanında yerləşən, 81.6 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Belə ki, Fərmanın 2-ci hissəsində qeyd olunan dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə "ASK” ASC-nin və "Aqrarkredit” QSC BOKT-nın nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasının 29 may 2019-cu il tarixli 22 nömrəli iclas protokoluna əsasən "xxxx" QSC BOKT-un mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən, 81.6 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası "Aqrarkredit” QSC BOKT tərəfindən "ASK” ASC-yə verilmişdir. Bundan sonra, ƏMDX-nin 8 avqust 2019-cu il tarixli ********** nömrəli çıxarışına əsasən "xxxx" ASC-nin sözügedən qeyri-yaşayış binasına dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. "xxxx" ASCnin əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındıqdan sonra, İddiaçı sözügedən qeyri-yaşayış binasının könüllü boşaldılması və ya icarə müqaviləsi əsasında istifadəsinə verilməsi barədə müvafiq təkliflər olunsa da, sonuncu heç bir hüquqi əsas olmadan əmlakın onun istifadəsində olduğunu, qeyri-yaşayış sahəsindən çıxmayacağını bildirmiş, bu səbəbdən İddiaçı və qeyrilərinin sözügedən qeyri-yaşayış binasından çıxarılaraq, həmin binanın boşaldılması barədə 18 noyabr 2020-ci il tarixində iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət olunmuşdir. Məhkəmənin 1 iyun 2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilmiş, məhkəmə qətnaməsi qanuni qüvvvəyə mindikdən sonra müvafiq icra tədbirləri həyata keçirilərkən, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmənin 13 iyun 2021-ci il tarixli qərardadı ilə cavabdehin müvafiq ərizəsi təmin edilməmiş, qərardad cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçı tələbinin əsası kimi 15 yanvar 2016-cı il, 19 fevral 2016-cı il və 10 mart 2016-cı il tarixlərində keçirilmiş hərrac barədə ona məlumat verilmədiyini, həmçinin 19 fevral 2016cı tarixində keçirilmiş hərrac barədə məlumatın qanunvericiliyə uyğun olaq 15 gün öncə deyil, 14 gün öncə göndərildiyini bildirmişdir. Həmçinin, Qaradağ rayon İcra şöbəsi tərəfindən mənzilin satılması ilə bağlı icraata başlama haqqında qərar və bildirişin ona təqdim edilmədiyini göstərmişdir. Hesab edirik ki, qeyd olunan hallar iddiaçının qeyd etdiklərinin doğruluğunu şübhə altına alır. Belə ki, cavabdeh qətnamədən şikayət verərkən belə bir qətnamənin mövcudluğundan Şöbədə olarkən məlumatı olduğunu bildirmişdir. Şöbənin 15 iyul 2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildiriş 28 yanvar 2022-ci il tarixində İddiaçı rəsmi şəkildə verilmişdir. Lakin cavabdeh xeyli müddət keçdikdən sonra, yəni 07 iyun 2022-ci il tarixində qətnaməni əldə etmək üçün məhkəməyə müraciət etmişdir. Bütün bu hallar məhkəmənin 13 iyun 2023-cü il tarixli qərardadında da öz əksini tapmış, məhkəmə İddiaçı sözügedən qətnamədən uzun müddət xəbərdar olmasına baxmayaraq, şikayət vermək imkanını qəsdən yubatdığını, qətnamənin icrasından boyun qaçırdığı qənaətinə gəlmiş və İddiaçı tərəfindən prosessual müddətin ötürülməsi ilə bağlı istinad etdiyi halları üzrlü hesab etməmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində hərracın yekunu barədə 10 mart 2016-cı il tarixli protokoldan 28 yanvar 2022-ci il tarixində məlumatı olduğunu göstərmişdir. 13 aprel 2023-cü il tarixində isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, qanunvericiliyin tələbinə əsasən iddiaçı müqavilə qüvvəsinə malik olan protokolu etibarsız sayılmasına əsas verən halları bildiyi gündən, yəni 28 yanvar 2022-ci il tarixindən bir il ərzində mübahisə edə bilərdi. Lakin İddiaçı bu zaman ərzində öz hüququndan istifadə etməmiş, əqdi mübahisələndirməmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Eləcə də iddia tələbinin "xxxx" ASC-nin və "xxxx" QsC BOKT-nın birgə yaratdığı Təhvil-Təslim Komissiyasının protokolunun ləğv edilməsi hissəsi ilə bağlı qeyd etmək istəyirik ki, "xxxx" QSC BOKT sözügedən dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə (balansına) verilməsini təmin etmək məqsədilə "xxxx" ASC-nin və "xxxx" QSC BOKT-nın nümayəndələrindən ibarət yaradılmış Təhvil-Təslim Komissiyasının bilavasitə iştirakçısı olduğundan, qanunvericiliyin tələblərinə uyğun olaraq onun işdə iştirak edən şəxs qismində cəlb olunması zəruridir”.
19. "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermişdir.
20. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələblərini müdafiə etmiş, nümayəndə (vəkil) həmçinin bildirmişdir ki, daşınmaz əmlaklarla bağlı mübahisələrə 6 il iddia müddəti tətbiq edilə bilər, həm ümumi iddia müddəti tətbiq edilə bilər, həm də MM 384.0.4-cü maddəsinə əsasən burada mülkiyyətin bərpası ilə bağlı mübahisə olduğu üçün iddia müddəti tətbiq edilə bilməz. Bank israrla vətəndaşın bütün əmlakını ələ keçirmək istəyir, mülkiyyət hüquqlarını əldə etməkdə davam edir. Bu şəxsin yeganə qazanc mənbəyidir, məcburi köçkündür, qardaşı Qarabağ müharibəsi əlilidir. Məhkəmə vaxt versə onlar bankın göstərdiyi məbləği təqdim etməyə hazırdırlar.
21. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X5 bildirmişdir ki, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 1 mərtəbəli qeyriyaşayış sahəsi "xxxx" ASC-nin mülkiyyətindədir. Bununla bağlı Azərbaycan Sənaye Korporasiyası ASC cavabdeh İddiaçı və digərlərinə qarşı Qaradağ Rayon Məhkəməsində iddia qaldırmşdır. İddiaçı icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş ilə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada tanış olmuşdur. Buradan da görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixli hərracın nəticələri barədə protokoldan və xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı əsasında qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə keçməsindən məlumatlı olmuşdur. İş materiallarından da göründüyü kimi İddiaçı hərracın yekunları barədə xx.xx.2016-cı il tarixli protokoldan xx.xx.2022- ci ildə məlumatı olmuş, elə bu tarixdən də müddət axımı başlanmışdır. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edərək qanunla müəyyən edilmiş bir illik iddia müddətini ötürmüşdür.
22. Məhkəmə iclasında iştirak edən "xxxx" QSC BOKT-un nümayəndəsi iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsinin 02 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
24. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının tələbləri hərracın yekunları barədə protokolun, bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlıdır və o, əqdin etibarsızlığı ilə bağlı tələb irəli sürmək üçün müəyyənləşdirilmiş bir illik müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçının hərracın keçirilməsi və mübahisəli mənzilin bankın mülkiyyətinə keçməsi ilə bağlı 2022-ci ilin əvvəllində məlumatı olmuş, buna baxmayaraq hərracın etibarsızlığı ilə bağlı tələb onun tərəfindən 2023-cü ilin aprel ayında, yəni bir il müddət keçdikdən sonra qaldırılmışdır.
25. Məhkəmə vurğulamışdır ki, iddiaçı hüquqlarının pozulmasını bildiyi andan qanunla nəzərdə tutulmuş müddətdə pozulması ehtimal edilən hüququn bərpası üçün məhkəməyə müraciət etmədiyindən və bununla da müddəti ötürdüyündən, iddia tələbləri təmin edilməməlidir.
26. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 415.2-ci, 416-cı, 355.2-ci, 372.2-ci, “İpoteka haqqında” Qanunun mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 33-cü, 41.2-ci, 42.1-ci, 42.5-ci, 42.6-cı, 43.1.1-ci, 44-cü maddələrinə istinad etmişdir.
27. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları, verilən izahatlar
29. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, "xxxx" ASC-nin və "xxxx" ASC-nin nümayəndələri birinci instansiya məhkəməsində verdikləri izahatlarla eyni məzmunda izahatlar verərək şikayətin əsassız olduğunu bildirmişlər.
30. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış "xxxx" MMC, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi, Qaradağ rayon icra şöbəsi və "xxxx" QSC BOKT nümayəndələrini məhkəməyə göndərməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
31. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
33. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
34. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
35. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.
“İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı
36. “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. ...Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. ...Məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır”.
Apellyasiya baxışının həddi
37. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
40. Prosessual qanunvericiliyin müddəalarını (§ 32-35) rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla biriinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir.
41. Belə ki, işin müəyyən olunmuş halına görə, ünvan 1-da yerləşən əmlak qeyri-yaşayış binasıdır və iddiaçı orada sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
42. Elektron məhkəmə sistemindən əldə olunan məlumata görə, iddiaçı xx.xx.2010-cu il tarixdən ********** saylı VÖEN-lə əsas fəaliyyət növü “Balıq evlərinin fəaliyyəti” olmaqla ünvan 5 ünvanı üzrə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.
43. Kollegiya hesab edir ki, mübahisə, fərdi sahibkar statusu olan iddiaçı ilə hüquqi şəxslər olan cavabdehlər arasında əşya hüquqi münasibətlərdən yaranmaqla kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-997/2023 saylı iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə