Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6251/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh; iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: “çıxarşın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması; əşyaların çıxarılması və s.”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X17 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi Nümayəndə, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “əşyaların çıxarılması və s.” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “çıxarşın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nəsimi Rayon Xalq Məhkəməsinin 2-1114 saylı, 25 oktyabr 1994-cü il tarixli qətnaməsi ilə Dağıstan küçəsi 24 saylı ünvanında yerləşən evin alqı-satqısına dair müqavilənin X10 ilə İddiaçı arasında bağlanmış hesab edilməsi və Nümayəndə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilməsi qət edilmişdir.
2. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, MH seriyalı, 143669 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 İddiaçı və X7 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 201 saylı reyestr kitabının 11077 nömrəli vərəqində, 30/530 nömrə ilə qeydiyyat aparılmışdır.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1017/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X13 qarşı "istifadə hüququna xitam verilməsi və s." tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Eyni zamanda həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil İddiaçı paylı mülkiyyətindədir. Tərəflərin izahatlarına görə cavabdeh 1968-ci ildən həmin mənzildə qeydiyyatdadır və orada faktiki olaraq yaşayır. Bakı şəhəri, N.Şahbazov küçəsi, ev 24 1, 2 və 3 tiklilərdən (mənzillərdən) ibarətdir. X16 isə 1968-ci ildən bu günə kimi 2 №-li mənzildə (tikilidə) qeydiyyatda olmaqla yaşayır və kommunal xərcləri 2 №-li mənzilə görə ödəyir. İddiaçı mübahisəli yaşayış sahəsini alanda cavabdehin orada yaşaması və qeydiyyatda olması barədə məlumatlı olmaqla, həmin yaşayış sahəsini yüklü şəkildə əldə etmişdir. Cavabdehin mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən, iddia ərizəsi təmin edilə bilməz.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 8991/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1017/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021 -ci il tarixli **********82 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Şahbazov küçəsi (köhnə Dağıstan küçəsi), 24 saylı fərdi yaşayış evi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1114 nömrəli, xx.xx.1994-cü il tarixli qərarına əsasən xx.xx.1994-cü il tarixincə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda sözügedən fərdi yaşayış evinin bir hissəsi mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin 3 otağı Bakı şəhəri, 29 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.1997-ci il tarixli, 3MA-751 reyestr nömrəli, İddiaçı ilə X14 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixində X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
6. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ növü ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6082 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan yaşayış evi üzrə tərtib edilmiş texniki pasportlarda, həmçinin çıxarışda tikililər sıra nömrəsi ilə deyil, “A,: , “B”, “V” kimi qeyd edildiyindən, eləcə də “2” kimi göstərilən tikiliyə dair hər hansı plansxem iş materiallarına əlavə edilmədiyindən, Nəsimi rayon məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(006)-1017/2021 saylı qətnaməsində ünvan 2 ünvanında yerləşən "2” kimi qeyd edilən tikili ilə ilkin iddia ərizəsində ünvan 2 ünvanında yerəşən “A” kimi qeyd edilən tikilinin eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı. Tədqiq olunan tikililərin faktiki ölçülərinə əsasən aparılmış hesablamalar nəticəsində X11 qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin (texniki pasport üzrə 7 və 8 saylı otaqların) ölçüləri ilə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən, “A” kimi qeyd edilən tikilisinin ölçülərinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Belə ki, tədqiq olunan yaşayış evi üzrə tərtib edilmiş texniki pasportlarda , “A” kimi qeyd edilən tikilinin 7 saylı otağının ölçüsü (3,0x2,5=7,5 kv.m), 8 saylı otağının ölçüsü (1,9x2,0=3,8 kv.m) göstərilmiş, lakin baxış zamanı 7 saylı otağın ölçüsü (3,0x4,12=12,4 kv.m), 8 saylı otağının ölçüsü isə (2,0x2,15=4,3 kv.m) müəyyən edilmişdir. Tədqiq olunan yaşayış evi üzrə tərtib edilmiş texniki pasportlarda X11 qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin (texniki pasport üzrə 7 və 8 saylı otaqların) “A” kimi qeyd edilən tikiliyə daxil edilməklə ümumi sahəsinin 132,0 kv.metr təşkil etdiyi göstərilmişdir. Lakin 7 və 8 saylı otaqların ölçülərinin texniki pasportda qeyd olunan ölçülərdən fərqli olduğu nəzərə alındıqda, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən, "A” kimi qeyd edilən tikilinin 7 və 8 saylı otaqlarla birlikdə ümumi sahəsinin texniki pasporta uyğun olmadığı və texniki pasportda göstərilən sahədən 5,4 kv.metr artıq təşkil etdiyi müəyyən olunur.
8. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli sübutların yerində müayinəsi zamanı, fərdi yaşayış sahəsinə daxil olarkən, ümumi həyətdə sağ tərəfdə bir girişi olan texniki pasportda qeyd edildiyi kimi içərisində koridor ilə birlikdə altı otağın olması, yuxarıda qeyd edilən A nömrəli mənzilə bitişik bir otaqlı 2 saylı sahə və həmin sahəyə bitişik ayrı sahənin olması, həyətin sol küncündə sanitar qovşağının olması (texniki pasportda qeyd olunduğu kimi), mübahisəli iki otaqda (bir-birinə bitişik və hər birinin ayrıca giriş qapıları olmaqla) cavabdeh və atasına aid olan əşyaların olması, mübahisəli otaqların hər birinin açarlarının cavabdehdə olması və baxış keçirilən zaman cavabdeh tərəfindən açılması, mübahisəli iki sahəyə aid ayrılıqda qaz, su və işıq sayğaclarının olması müəyyən olunmuşdur.
9. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2- 18356/2023 saylı cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, 24 saylı fərdi yaşayış evinin "B" tikilisi və "V" tikilisi X7, "A” tikilisi İddiaçı mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat
10. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “əşyaların çıxarılması və s.” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun xüsusi mülkiyyətində olan ünvan 5, A tikilisindən çıxarılması, həmin mənzildə vəfat etmiş X13 məxsus əşyaların cavabdeh tərəfindən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İlkin iddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 132 kv\m olan yaşayış sahəsi 97,6 kv\m yaşayış, 34,4 kv\m köməkçi sahəsi olan “A”, “B”, “V” tikililəri mülkiyyətçi X5 18.000 rubl pul vəsaiti ödəməklə 1990-cı ildə almışdır. O dövrdə mövcüd olan vəziyyətlə əlaqədər daşınmaz əmlakı notariat qaydada rəsmiləşdirə bilməmişdir və sonradan Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 2-1114 saylı, 25 oktyabr 1994-cü il tarixli qərarı ilə keçmiş mülkiyyətçi X10 ilə ona məxsus Şahbazov küçəsi 24 saylı ünvanında yerləşən (keçmiş Dağıstan küçəsi) 132 kv\m ümumi sahəsi, 97,6 kv\m yaşayış sahəsi, 34,4 kv\m köməkçi sahəsi olan daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi aralarında bağlanmış hesab edilmiş və ƏMDK-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən adı çəkilən daşınmaz əmlakla bağlı onun adına 21 dekabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Mülkiyyətində olan daşınmaz əmlakın 47,3 kv\m yaşayış sahəsi, 14,4 kv\m kömkçisi sahəsini 1997-ci ilin 18 iyulunda satmışdır, qalan daşınmaz əmlak mülkiyyətində qalmışdır. Sözügedən əmlakı alarkən mülkiyyətçi X12 bildirmişdir ki, 7,5 kv\m yaşayış, 5,8 kv\m köməkçisi sahəsində X2 qalır və qısa zaman daxilində çıxmasını qeyd etmişdir. Daha sonra X16 ilə normal münasibətlər yaranmış və bu səbəbdən X13 7,5 kv\m yaşayış, 5,8 kv\m köməkçisi sahəsi olan sahənin onun istifadəsinə vermişdir. xx.xx.2021-ci il tarixində X1 xəstəliyindən vəfat etmişdir. Daha sonra, vəfat etmiş X11 qızına, Cavabdeh xx.xx.2022-ci il tarixində poçt vasitəsi ilə məktub göndərmişdir, həmin məktubda vəfat etmiş X11 qızından xahiş etmişdir ki, atasından qalan əşyaları götürsün, lakin Cavabdeh şifahi bildirmişdir ki, əşyaları götürməyəcək, o səbəbdən ki, sözügedən mənzil atasına məxsusdur və onun həmin mənzildə yaşamaq hüquqları var. Hal-hazırda sözügedən mənzil Cavabdeh tərəfindən qıfıllanıb və həmin mənzilə daxil ola bilmir. Sözügedən mənzildə qaz sızması, hansısa elektrik vasitələrində qısaqapanma nəticəsində partlayış ola bilər. Bunların hər biri ailəsi və qonşular üçün təhlükəlidir. Eyni zamanda, həmin mənzil çıxarışa əsasən ona məxsusdur.
12. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “çıxarşın ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı iddia tələbi tam əsassız olduğundan təmin olunmaması, xx.xx.2022-ci il tarixli İddiaçı adına olan Çıxarışın ləğv olunması və Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şaxbazov küçəsi, ev 24, mənzil 2-nin üzərində iddiaçının mülkiyyət hüququmun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı onun atasından qalan əmlakını açıq şəkildə zəbt edərək, nəinki mülki qanunvericiliyinin normalarını kobud şəkildə pozub, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1., 178.2.3. və 320.2ci maddələri ilə açıq şəkildə cinayət törədib. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı, vətəndaş İddiaçı, cavabdeh (onun atası), vətəndaş X13 qarşı, mənzilə "istifadə hüququna xitam verilməsi haqqında" iddia ərizəsi təmin edilməmişdir. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Apellyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin qətnaməsini öz güvvəsində saxladı, yəni Abduləliyevin iddiasını təmin etmədi. 83 yaşlı atası X16, əmək veteranıdır, o fiziki və psixi güsurlu uşaqların məktəbində müəllim işləyib. 2020-ci ilin oktyabr ayında, atasının qonşusu, 1996-cı ildən ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan vətəndaş İddiaçı, atası X8, hansı ki, sözü gedən ünvanın 2 nömrəli mənzilində 1967-ci ildən rəsmi qeydiyyatdadır və 54 il daimi və fasiləsiz yaşayıb, icazə istəyib ki, X26in 2 nömrəli mənzilinin giriş qapısının qarşısında özünə qanunsuz əlavə tikili tiksin. Lakin X26 ona icazə verməyib. Bu qanunsuz tikilini tikməyə İddiaçı artıq tamahlıq niyyəti ilə fikirləşib. Bu istək onun öz işidi, lakin qonşunun mənzilini zəbt etməyə, İddiaçı heç kim icazə verməyib. Natiq Şaxbazov küçəsində yerləşən birmərtəbəli həyət evləri (onlara "fin tipli evlər" də deyirlər), ev nömrə 20, 22, 24, 26, 28, əksəriyyəti keçən əsrin 1907-ci ildə inşa olunublar və bu ərazi yaxın vaxtlarda söküldüyünə görə, Abduləliyevdə tamah niyyətli fikir yaranıb ki, əlavə tikili tiksin və gələcəkdə bundan faydalansın. Lakin görəndə ki, Babayev Arif ona, yəni İddiaçı, əlavə tikili tikməyə icazə vermir, cavabında İddiaçı saxtalaşdırılmış, əsli olmayan sənədlərin notarial qaydada təsdiqlənməmiş kserosürətlərini istifadə edərək, Babayev Arifi açıq şəkildə böhtanlayıb kirayəçi adlandıraraq, yalan məlumatlar özündə ehtiva edən iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib ki, (oktyabr 2020-ci il tarixdə), məhkəmə Babayev Arifi dərhal özünə məxsus mənzilindən əşyaları ilə birlikdə çıxartsın (ərizə əlavə olunur). İddia ərizəsində İddiaçı X26i kirayəçi adlandırır. Bu böhtan sözlərini Abduləliyev heç bir rəsmi sənədlə sübut edə bilmir. Ortada kirayə müqaviləsi yoxdur və ola da bilməzdir. Əslində isə, Babayev Arif və keçmiş arvadı vətəndaş X15, 1967-ci ildə o vaxtların İcra Hakimiyyətinin və MOK idarəsinin icazəsi ilə, Dağıstan küçəsi 24 nömrəli həyətin daxilində onlara ayrılmış yararlı torpaq sahəsində, özləri bir otaq və mətbəx tikmişdilər. Həmin 1967-ci ildə Babayev Arif, arvadı Qasımova Bəsti və qızları o mənzilə qeydiyyata alınmışdılar. X25 özünün 2 №-li mənzilində 1967-ci ildən rəsmi qeydiyyatdadır, ancaq İddiaçı 30 ildən sonra, 1996-ci ildə gəlib iki erməni vətəndaşların 1№-İi mənzilini zəbt edərək, yalnız 1996-cı ildə qeydiyyata alına bilib. 1990-cı ildə müəyyən səbəblərdən, Natiq Şaxbazov küçəsi (köhnə adı- Dağıstan küç.) ev 24 nömrəli həyətdə iki erməni mənzilləri boşalmışdır. 1 №-İi mənzildə 2 otaqlıda yaşayan Akopova-Qrişanova Djulyetta adlı vətəndaş və "uplotneniye" şəklində 1 №-İi mənzilin daxilində bir otaqlıda yaşayan Ruzanna adlı qadına məxsus olmaqla və həyətdə ayrıca yerləşən 3 №-li mənzildə-1 otaqlıda yaşayan İsayan Suren və arvadı və elə 3 nömrəli mənzilin daxilində ayrıca 2 otaqlıda yaşayan İsayan Surenın oğlu öz ailəsi ilə. Əgər atası kirayəçi idisə, kirayəçi olmaqdansa elə onlardan birini tutardı. Belə çıxır ki ''həyətin sahibi" kimi özünü qələmə verən İddiaçı böhtanla "kirayəçi" adlandırdığı Babayev Arifdən icazə istəyib ki, özünə qanunsuz tikili tiksin. Açıq şəkildə görünür ki, bu iddia, İddiaçı məntiqsiz bir uydurmasıdır, əsassızdır və açıq şəkildə yalandı. Sözügedən 2020- 2021-ci il tarixli məhkəmənin, 16 fevral 2021-ci ilin məhkəmə iclasında, onun sualına: "Abduləliyev, düzdü, mənim atam sizə tikili tikməyə icazə verməyəndə, siz atamı böhtanla kirayəçi adlandırmısız?", cavabında Abduləİiyev etiraf etdi ki, "bəli, ondan sonra Arifi böhtanlamışam". Bunu hörmətli hakim də eşitdi. Bu olan etirafdı. Bundan başqa, İddiaçı məhkəmələrə təqdim etdiyi və digər rəsmi orqanlarda istifadə etdiyi bütün, notarial qaydada təstiqlənməmiş, əsli olmayan, kserosürətli sənədlərdə olan saxtalaşmaları və yalan məlumatları ifşa edəcək. Bunlar həmin o saxta sənədlərdir ki, hansıların əsasında İddiaçı tam qanunsuz yolla xx.xx.2022-ci il tarixli Çıxarışı alıb. Birincisi, Nəsimi rayon 16 saylı MKTB-i tərəfindən verilən İddiaçı adına olan Forma "A" və Forma "Б" sənədlərdə Abduləliyevin Forma "Б" sənədində aydın yazılıb "İddiaçı adlı vətəndaş Dağıstan küçəsi, ev 24, mənzil №1-də qeydiyyatdadir və mənzilin sahəsi 7/97,6 kv.m. təşkil edir". Həmin Forma "Б" sənədində yazılıb ki "купчая № 17460" sözləri və tarixi xx.xx.1994-cü il kimi qeyd olunub. xx.xx.1994 il tarixli Qeydiyyat Vəsiqəsi sənədinin kserosürətini, harada tamamilə başqa seriya nömrəsi yazılıb, yəni Seriya MH-№143669. Bundan başqa, qalan bütün sənədlərdə Abduləliyev, dələduzluq edərək, "mənzil №1" sözlərini "ч/д" yəni "частный дом" sözləri ilə saxtalaşdırıb. Yəni Abduləliyev hamını inandırmaq istəyir ki, Natiq Şahbazov küçəsi ev 24 (köhnə adı-Dağıstan küç.) ünvanında yerləşən ümumi həyət, güya mülkdür (yəni частный дом) və o da güya mülkün sahibidir. Əslində isə, sözügedən ümumi həyət əzəldən nömrə 1, nömrə 2 və nömrə 3, tavanları ayrı, divarları ayrıca olan mənzillərdən ibarət idi, hər birində isə müstəqil ailələr yaşayırdı. Abduləliyevdən soruşanda ki, "ч/д" dediyin həyətin sənədlərini təqdim elə, onda Abduləliyev nə cavab, nə də ki bir əsli olan sənədi təqdim edə bilmir. Bundan başqa, İddiaçı Forma "A" sənədinin kserosürətində, yenə də xx.xx.1994 il tarixi ilə yazılıb "купчи №17460". Əslində isə xx.xx.1994 il tarixi ilə Abduləliyevin əlində 143669 №-li əsli olmayan Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiqlənməmiş kserosürəti var. Abduləliyevdən soruşanda ki, yaxşı 17460 №-li купчa-nın əsli haradadır, bunun Texpasportu haradadır və bu nə купчa-dır. Abduləliyev cavab verə bilmir. Bundan başqa Abduləliyevin əlində seriyası olmayan, nömrəsi beş rəqəmdən ibarət olan 45808 №-li Qeydiyyat Vəsiqəsinin əsli olmayan, notariat qaydada təsdiqlənməmiş kserosürəti var, harada yenə də həmin 21 dekabr 1994cü il tarixi yazılıb. Abduləliyevin əlində iki ədəd fərqli, əsli olmayan, notariat qaydada təsdiqlənməyən, lakin eyni tarixli Qeydiyyat Vəsiqələrin sürətləri var. Eyni tarixdən, eyni Reyestr kitabının nömrəsi ilə (201), eyni səhifə nömrəsi ilə (11077) bir mənzilə neçə ədəd Qeydiyyat Vəsiqəsinin notariat qaydada təsdiqlənməmiş kserosürəti olar. Abduləliyevin əlində hal-hazırda 21 dekabr 1994-cü il tarixi ilə, 201 №-li Reyestr kitabında 11077 səhifədə qeydə alınan iki ədəd Qeydiyyat Vəsiqəsinin notariat qaydada təsdiqlənməmiş kserosürəti var. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən rəsmi Qeydiyyat Vəsiqələrinin nömrələri 6 rəqəmli olur, lakin İddiaçı Forma "A" və Forma "Б" sənədlərində "купчa" sözlərindən sonra kupçanın nömrəsi 5 rəqəmdən ibarətdir (yazılıb № 17460) və 21 dekabr 1994-cü ilin Qeydiyyat Vəsiqələrinin notariat qaydasında təsdiqlənməmiş kserosürətlərin birində 45808 nömrəsi yazılıb (o da beş rəqəmlidir). İddiaçı tərəfindən məhkəməyə təqdim olunan Babayev Arifin adına olan saxtalaşdırılmış Forma "A" və Forma "Б" sənədlərinə. Nəsimi rayon 16 saylı MKTB-i tərəfindən bildirdilər ki, Babayev Arifin sənədləri itib, lakin atasının sənədlərini 16 saylı MKTB-n işçiləri veriblər İddiaçı, o da qanunsuz məqsədləri güdərək, həmin sənədləri köbud şəkildə saxtalaşdıraraq, onları kserokopiya şəklində məhkəməyə təqdim edib. X21 "A" sənədinin arxa tərəfinə balaca kağız parçasını yapışdırıb kseroks ediblər. Bu hərəkəti İddiaçı ona görə edib ki, Forma "A"-nın arxa tərəfində yazılan Babayev Arifin 1967-ci ildən Dağıstan küçəsi ev 24 mənzil 2 ünvanında qeydiyyatda olan arvadı X15 və qızı Cavabdeh adlarının yazısı görünməsin. Həmin X21"A" sənədində, Abduləliyev "ч/д"(yəni частный дом) sözünü yazıb, əslində isə Babayev Arifin şəxsiyyət vəsiqəsində, yaşayış yeri barəsində arayışda, sovet pasportunda, Azərbaycan Respublikasının vətəndaşının pasportunda, qaz, su, işıq abonent kodlarında və diqər rəsmi sənədlərdə yazılıb ki, X16 N.Saxbazov küçəsi (keçmiş Dağıstan) ev 24 mənzil 2-də qeydiyyatdadır. X21 "Б" sənədində yuxarıda ünvan yazılan sətirdə, kobud səkildə mənzil №2 sözü qaralanıb, düzəliş olub və üstündə "шэхси ев " sözləri yazılıb. Bundan başqa, İddiaçı əlində 21 dekabr 1994-cü il tarixli Qeydiyyat Vəsiqəsinin əsli olmayan, notarial qaydada təsdiqlənməmiş kserosürəti var. Orada yazılıb ki, 1994 ildən Dağıstan küçəsi ev 24 ünvanında, hansısa, üzünü görmədiyi X14 adlı, məlum olmayan vətəndaş, sahəsi bilinməyən, "3(üç) yardımçı otaqla" və vətəndaş İddiaçı "3 otaq çıxmaqla yerdə qalan pay" ilə adlarına 21 dekabr 1994-cü il tarixi ilə 143669 №-li Qeydiyyat Vəsiqəsi verilib. Bundan başqa, Abduləliyevin növbəti, Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi, 18 iyul 1997-ci il tarixli, 042725 №-li "ДОГОВОР" sənədində yazılıb ki, 18 iyul 1997-ci ildə tanımadığı, naməlum vətəndaş Hüseynov Hüseyn xx.xx.1994-cü il tarixli Qeydiyyat Vəsiqəsini aldıqdan 3 il sonra, İddiaçı təkrarən, həmin vətəndaş X9 təkrarən yenə də həmin 3 otağı həmin Dağıstan küçəsi ev 24 ünvanından satır və Hüseynov Hüseyn 1998-ci ildə təkrarən həmin 3 otağa dair başqa bir, yəni, ikinci Qeydiyyat Vəsiqəsini alır, əlində artıq həmin 3 otağa 1994-cü ilin Qeydiyyat Vəsiqəsi ola-ola. Bu, İddiaçı Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi, iddiasında əsaslanan, təsdiqlənməmiş, kserosürətli, əsli olmayan sənədlərdən məlum olub. Bu həmin sənədlərdi ki, hansıların əsasında xx.xx.2022-ci ildə Abduləliyevə qanunsuz çıxarı verilib və ardınca İddiaçı ona qarşi iddia qaldırıb. Bundan başqa, Abduləliyevin xx.xx.1997 ilin "ДОГОВОР" sənədində yazılıb ki, "из целого домовладения продается только три комнаты пл. 47,3 кв.м., остальные оставляю за собой". Ortaya sual çıxır ki, "из целого домовладения" ifadəsi neçə kvadrat metrə təşkil edib ki, Abduləliyev ondan 47,3 kv.m. satır və "остальные оставляю за собой" sözləri neçə kvadrat metr təşkil edir ki, bu alqı-satqıdan sonra Abduləliyevdə neçə kvadrat metr sahə qalır. Bu alqı-satqıdan sonra güya yeni yaranmış mülkiyyət hüquqlarının Texniki Pasportun və Qeydiyyat Vəsiqələrin əsli haradadır. Nə səbəbdən İddiaçı Nəsimi Rayon Məhkəməsinə yalnız hansısa xx.xx.1995-ci il tarixli, əsli olmayan, rəsmi Texpasportun formasına uyğun olmayan, notarial qaydada təsdiqlənməmiş Texpasportun kserosürətini təqdim edir. Bu xx.xx.1995-ci il tarixli təsdiqlənməmiş kserosürətli Texpasport hansı Qeydiyyat Vəsiqəsinə aiddir. Abduləliyev buna cavab verə bilmir. X3 artıq 1994-cü ildən bu 3(üç) yardımçı otaqların mülkiyyətçisidirsə və Hüseynovun adı 1994-cü ilin Qediyyat Vəsiqəsində artıq qeyd olunubsa (№ 143669), onda 3 il sonra Abduləliyev hansı 3 otağı yenidən Hüseynov Hüseynə satır və əgər hörmətli Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi 1994-cü ildə Dağıstan küçəsi ev 24 ünvanında olan 3 yardımçı sənədsiz otağa X9 143669 nömrəli Qeydiyyat Vəsiqəsini veribsə, onda hansı yolla 22.01. 1998-ci ildə həmin ünvana, həmin 3 yardımçı otağa X7 adına 121004 №-li Qeydiyyat Vəsiqəsi verilib. Əgər suala cavab verilsə ki, 1998-ci ilin 121004 №-li Qeydiyyat Vəsiqəsi verilib, xx.xx.1997-ci ilin "ДОГОВОР" əsasında, onda xx.xx.1994-cü ilin 143669 №-li X4 Hüseynin adı nə əsasla qeyd olunub. Əgər 1994-cü ildə Hüseynovun mülkiyyətində artıq 3 yardımçı otaq varsa, onda 3 ildən sonra 1997-ci ildə İddiaçı hansı 3 yardımçı otaqları satıb Hüseynova. Hansı otaqlardan söhbət gedir. Bu suala Abduləliyev cavab verə bilmir. Bundan başqa, İddiaçı əlində 18 aprel 1995-ci il tarixli Texniki Pasportun əsli olmayan, notariat qaydada təsdiqlənməmiş kserosürəti var. Ona əsasən, xx.xx.1995-ci il tarixdə Abduləliyevin mülkiyyətində (97,6 yaşayış + 34,4 köməkçi) cəmi ümumi sahəsi 132 kv.metrə sahə olub. Lakin xx.xx.1994-cü ilin 143669 №-li Qeydiyyat Vəsiqəsinin kserosürətinə əsasən, artıq 1994-cü ildən 3 yardımçı otaq (sahəsi 47,3 kv.m) vətəndaş Hüseynovun mülkiyyətindədir. Onda belə çıxır ki, Abduləliyevin xx.xx.1995-ci ilin əsli olmayan kserosürətli Tex.pasportunda sahə ölçüləri düzgün yazılmayıb, orada 132 kv.m. yox, ondan daha az sahə yazılmalıdır, ona görə ki, 47,3 kv.m. sahə (və ya 3 yardımçı otaq) artıq 1994-cü ildən vətəndaş Hüseynov Hüseynin mülkiyyətinə yazılıbmış, lakin həmin, 3 yardımçı otaq, artıq 1994-cü ilin 143669 №-li Qeydiyyat Vəsiqəsinə əsasən Hüseynovun mülkiyyətindədir. Eyni 3 otağa, eyni vətəndaşın adına iki ədəd fərqli Qeydiyyat Vəsiqəsinin əsli olmayan, notariat qaydada təsdiqlənməmiş kserosürəti mövcuddur. 2020 il- 2021-ci ilin və xx.xx.2022-ci il tarixli Nəsimi Rayon Məhkəməsinə verilən iddia ərizələrində Abduləliyev yazıb ki, güya xx.xx.1997-ci ildə, mülkiyyətində olan əmlakdan, 47,3 kv.m yaşayış sahə və 14,4 kv.m. olan köməkçi sahə tərəfindən satılıb. Lakin 143669 №-li və 121004 №- li əsli olmayan Qeydiyyat Vəsiqələrinin notariat qaydasında təsdiqlənməmiş kserosürətlərinə və xx.xx.1997-ci ilin əsli olmayan "ДОГОВОР” sənədinin kserosürətinə əsasən, İddiaçı satıb yalnız 47,3 kv.m sahəni. Bəs iddia ərizələrində yazdığı kimi tərəfindən satılan 14,4 kv.m. köməkçi sahəyə aid sənəd haradadır? Kimə satıb? Nə vaxt satıb? 1995-ci il tarixli əsli olmayan notariat qaydasında təsdiqlənməmiş Texpasportun kserosürətinin hansı hissəsində 14,4 kv.m. sahə əks olunub. Bu suallara Abduləliyev məhkəmədə nə cavab, nə də ki bir sənədin əslini təqdim edə bilmədi. Məhkəmənin 7 ay çəkən prosesində Abduləliyev tərəfindən təqdim edilən yalnız açıq şəkildə bütün saxtalaşdırılmış, notarial qaydada təsdiqlənməmiş, əsli olmayan kserosürətli sənədlər oldu. X26 1967-ci ildən öz arvadı ilə və onunla Dağıstan küçəsi ev 24, mən.2-də rəsmi qeydiyyatda olmuşlar. Boşandıqdan sonra atasının arvadı, yəni anası və o qeydiyyatdan çıxıb başqa ünvana köçmüşlər, lakin atası 1967-ci ildən 2021-ci ilin dekabr ayınacan həmin mənzildə qeydiyyatda olmaqla daimi yaşayıb. 2021-ci ilin dekabırın 10-da atası vəfat etmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 2(006)-121/2023 saylı qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir.
15. Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti yaşayış sahəsi iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, əvvəl qeydiyyat vəsiqəsi, sonra isə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı, cavabdehin və əşyaların evdən çıxarılmasını və mənzilin boşaldılmasını tələb etməkdə haqlı olduğundan ilkin iddia təmin edilməlidir.
16. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə isə qarşılıqlı iddia üzrə iddiaçının, qanuni sahibliyində olduğunu iddia etdiyi evin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən evin hər hansı hüquqla qarşılıqlı iddia üzrə iddiaçıya, o cümlədən atası X13 məxsusluğu müəyyən edilməmiş, eyni zamanda evin İddiaçı mülkiyyətində olması müəyyən olunmuşdur. Hətta qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həmin evdə yaşamış Cavabdeh atası X11 həmin evə istifadə hüququnun olması müəyyən olunsa da, mülki qanunvericiliyin tələblərinə əsasən həmin hüquq vərəsəlik qaydasında keçmədiyindən sözügedən hüquqa görə mübahisəli evin Cavabdeh aidiyyəti müəyyən oluna bilməz. Qarşılıqlı iddia üzrə iddiaçını iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o və atası X16 mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud ev qanunla nəzərdə tutulmuş qaydada onların qanuni istifadəsinə verilməmişdir, əksinə məhkəmə tədqiqatı zamanı həm qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə, həmçinin işdə olan qeydiyyat vəsiqəsi və çıxarışla həmin evin İddiaçı mülkiyyətində olması müəyyən olunmuşdur.
Apelyasiya şikayətinin dəlilləri
17. Qətnamədən ilkin iddia üzrə cavabdeh (qarşılqılı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli e-2(006)-121/2023 saylı qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tərəfindən işin faktiki halları təhrif edilmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Qeyd etmişdir ki, mərhum atası X11 ünvan 5 ünvanında yerləşən 2№-li mənzili ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə təqdim etdiyi heç bir sənədində əks olunmamışdır, çünki həmin mənzil sahəsi ona məxsus “A” tikilisinin tərkibinə heç vaxt daxil olmamışdır. Atasının rəsmi qeydiyyatda olmaqla 1967-ci ildən 54 il daimi və fasiləsiz yaşadığı ünvan 6 ünvanında olan ümumi təyinatlı həyətdə ayrıca yerləşən 2№-li mənzili ilkin İddiaçı nə xx.xx.2022-ci il tarixli təsdiqlənməmiş kserosurətli texniki pasportunda, nə də ki, xx.xx.1995-ci il tarixli, kserosurətli, möhürsüz, təsdiqlənməmiş, müvafiq çıxarışı olmayan texniki pasportunda, nə də ki 22.03.22-ci il tarixlı təsdiqlənməmiş çıxarışında qeyd olunmamışdır. Belə ki, Natiq Şahbazov (Dağıstan) küçəsi ev 24 ünvanında olan ümumi həyətdə yerləşən 1№-li mənzil (texniki pasportlara əsasən “A” tikili) və 3№- li mənzil (texniki pasportlara əsasən “B” və “V”tikili), atamın, həyətdə ayrıca yerləşən, 2№-li mənzili istisna olmaqla, İddiaçıvə naməlum şəxs Hüseynov Hüseynin adlarına olan, birincisi xx.xx.1994-cü il, əsli olmayan, təsdiqlənməmiş, müvafiq Texniki Pasportu olmayan, ikincisi, yenə də xx.xx.1994-cü il tarixlı, əsli olmayan, təsdiqlənməmiş, müvafiq Texniki pasportu olmayan, və üçüncüsü xx.xx.1998-ci il tarixlı, əsli olmayan, təsdiqlənməmiş, müvaffiq texniki Pasportu olmayan, kserosurətli qeydiyyat vəsiqələri ilə adlarına yazılmışdır. Lakin xx.xx.1995-ci il tarixli, əsli olmayan, təsdiqlənməmiş, möhürsüz, müvafiq çıxarışı olmayan, vəzifəli şəxs A.Qaraşovun imzası olmayan, tək Abduləliyevin adına yazılan texniki pasportun “3” səhifəsində, “A” tikilinin plan sxemasında, yalnız onun atasının 2№-li mənzilinin içərisində yerləşən sahəsi 12,77 kv.m ölçüdə olan bir otağı və 4,37 kv.m. ölçüdə olan mətbəxi əks olunmamışdır. Onun çoxsaylı şikayətlərindən sonra ifşa olunan Abduləliyev, atası rəhmətə gedəndən 3 ay sonra, ikinci dəfə, bu səfər isə “Hüquq subyekti” hissəsində “Abduləliyev və başqaları” adlarına yazılan təsdiqlənməmiş 15.03.22-ci il tarixlı Texniki Pasportun “3” səhifəsində, “A” tikilisinin planında, yenə də, onun atasının həyətdə ayrıca yerləşən, müstəqil tavanı olan, həyətə açılan iki ayrıca giriş qapıları olan 2 №-li mənzilin daxilində olan, sahəsi 12,77 kv.metrəlik otağı və 4,37 kv.metrəlik mətbəxin ölçüləri əks olunmamışdır. Atası qeyd olunan yaşayış sahəsinə faktiki mülkiyyətçi hüququ ilə 30 ildən artıq fasiləsiz və etirazsız sahiblik etmişdir. İlkin iddiaçı tərəfindən onun atasının mənzilə olan gözlənilən mülkiyyət hüququ pozulmuşdur. Atasının 2 №-li mənzili 1967-ci ildə dörd tərəfdən müstəqil kubik daşından inşa olunmuşdur. Bildirmişdir ki, onun atasının 54 il yaşadığı 2№-li mənzilinin Abduləliyevin 1№-li mənzilinə aidiyyəti yoxdur, onlar heç vaxt tam eyni tikili olmayıblar, onun atasının mənzili 1967-ci ilin tikinti materiallarından inşa olunub, lakin Abduləliyevin 1№-li mənzili, əvəllər erməni vətəndaşa məxsus olduğundan, həmin 1 №-li mənzil 1907-ci ildə inşa olunub. Bundan başqa bildirmişdir ki, atasının mənzilində sanitar qovşağı olmamışdır, atası 54 il həyətdə yerləşən sanitar qovşaqdan istifadə etmişdir. O, 54 il tək atasının istifadəsində olan sanitar qovşağını nəzərdə tuturdu, ona görə ki, həyətdə olan və Texpasportlara əsasən “B” və “V” tikilillər kimi təqdim olunan 3№-li mənzildə eyni ilə Abduləliyevin 1 №-li mənzilindəki kimi öz sanitar qovşağı var. Əgər məhkəmə qətnaməni tərtib edərkən (qətnamənin “10” səhifəsində) hesab edir ki, o, MM-nin 157-ci maddəsinə əsaslanıb, Abduləliyevdən atasının 2№-li mənzilini geri almaq istəyir, onda açıq bildirir ki, Abduləliyevin iki ədəd Texpasportlarına əsasən, onun atasının 54 il yaşadığı 2№-li mənzili nə iki ədəd Texpasportlarda, nə də ki, heç vaxt Abduləliyevin sərəncamında və istifadəsində olmayıb ki, o, atasının 2№-li mənzilini geri tələb etsin. Həyətdə olan sanitar qovşağı ona görə vurğulayır ki, onun veteran müəllim atası çətin şəraitdə yaşamış və hər bir fəsildə həyətdə olan krandan istifadə edib sanitar qovşağından istifadə etmişdir. Atası mənzilinə çıxarış almadan vəfat etmişdir. Onun sənəd işinə marağı olamamışdır. Həmçinin heç vaxt heç kim, nə başqa sakinlər, qonşular, nə də ki, dövlət orqanları tərəfindən onun yaşayış sahəsinə heç bir müdaxilə olmamışdır. Qeyd olunan yaşayış sahəsinə onun gözlənilən mülkiyyət hüququ vardır. Atası 54 il fasiləsiz olaraq ünvan 7 ünvanında yerləşən 2 saylı mənzildə yaşamışdır. X26 vəfat edəndən sonra, vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə notariusa müraciət etmişdir, notarius ona Daşınmaz Əmlakın dövlət reyestri xidmətinə müraciət etməyi məsləhət görmüşdür. Reyestr xidməti tərəfindən ondan mülkiyyət hüququnun tanınması barədə qətnamə tələb etmişdir. Buna görə də o, mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia qaldırmaqda haqlı olmuşdur. Müqaviləvə ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, iş üzrə təyin edilmiş ekspertiza üzrə ekspert bildirir ki, Cavabdeh atası 7-ci, 8-ci otaqlarda qeydiyyatdadır. Qarşı tərəfin həmin otaqları yoxdur. O, ekspert rəyindən də narazıdır. Ekspert iş materiallarına əlavə edilmiş sənədlərə istinad edir, dəhlizi otaq kimi, dəhliz və hamamı otaq sayı kimi qeyd edir. Ona görə də otaq sayı 8 kimi qeyd edilib. 7-ci və 8-ci otaqların onun atasına aidiyyəti yoxdur. Texniki pasportda həmin otaq sayları da yoxdur. Burada söhbət “A” tikilisindən gedir. Onun başqa yaşayış yeri vardır, anası ilə birgə yaşayır. O, mübahisəli evdə anadan olmuşdur. O, orada 8 il yaşamışdır. Atası və anası boşandıqdan sonra o, həmin evdən köçmüşdür. Əşyaları həmin evdədir. O, ora gedib-gələndə konflikt yaranır. Atası rəhmətə gedənə qədər oraya gedib-gəlmişdir. Atasına məxsus kv.m-lər qonşunun texniki pasportunda yoxdur. Atasının oraya çıxarışı yoxdur, ancaq sahiblik və istifadə hüququ vardır. Eyni zamanda atasına məxsus kv.m-lərə qonşunun sahiblik və istifadə hüququ yoxdur. 1994-cü il qətnaməsi “A” tikilisi ilə bağlı idi. 132 kv.m ilə bağlı bildirmişdir ki, atasına məxsus kv.m-lər ilə də üst-üstə gəlinsə yenə də həmin sahə etmir. DƏDRX “A” tikilisini altındakı torpaq sahəsi ilə birgə İddiaçı vermişdir, “B” tikilisini isə altındakı torpaqla bir yerdə Hüseynov Hüseynə vermişdir. Ortada isə atasının tikilisi vardır, hansı ki, tavanı da ayrıdır, 1967-ci ildə tikilmişdir. İş materiallarına əlavə edilmiş texniki pasportda atasına məxsus sahənin kv.m-ləri varmı?!
21. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 121/2023 saylı, 31 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən qarşı tərəfin atasının həmin evə dair istifadə hüququ müəyyən edilmişdir, mülkiyyət hüququ deyil. Həmin qərardan apellyasiya şikayəti verildi, Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıldı. 2021-ci ildə qarşı tərəfin atası koronovirusdan rəhmətə getdi. Oranı alada qarşı tərəfin atası tikilidə kirayə yaşayırdı. 1990-ci ildən özəlləşdirmə gedən zaman qarşı tərəfin atasının buna hüququ olsa idi həmin mənzili özəlləşdirə bilərdi, lakin özəlləşdirməyiblər. O, qarşı tərəfin əmlakının oradan boşaldılmasını xahiş edir. Atası rəhmətə gedəndən sonra onlar açarı geri götürmədi. Onlar heç qapıya yaxın getməmişlər.
22. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi Nümayəndə bildirmişdir ki, apellyasiya şikayətini əsassız hesab etdiyini, şikayətin təmin edilməməsini və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2023 saylı 31 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O həmçinin qeyd etmişdir ki, həmin yer xüsusi mülkiyyətdir. Həmin tikilinin altındakı torpaq sahəsi də onlara məxsusdur. Çıxarış həm torpaq sahəsinə, həm də tikiliyə aiddir.
Apellyasiya baxışının hədləri
23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 24.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 26.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
27.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 28.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
29. 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 30.139-1.1.3-cü və 139-1.1.4-cü maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı və qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsas hesab olunur. 31.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 32.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
33. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 34.157.4-ci maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və yaondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
35. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 36.1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 37.1159.1-ci maddəsinə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin
38.60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onlarınyaşayış sahəsi altı ay saxlanır. 39.87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarəmüqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
40.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
41. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
42.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. 44.Mülki Məcəllənin (bundan sonra – MM) 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 45.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 46.MM-nin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün bu kimi şərtlər eyni zamanda mövcud olmalıdır: iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. 47.İddiaçının əmlakın mülkiyyətçisi olması, onun həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olması və cavabdehin əşyaya sahiblik hüquqlarının olmaması işin müəyyən edilmiş hallarıdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 2-1114 saylı, 25 oktyabr 1994-cü il tarixli qətnaməsinə əsasən Şahbazov küçəsi 24 saylı ünvanında yerləşən (keçmiş Dağıstan küçəsi) daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin iddiaçı ilə əmlakın keçmiş mülkiyyətçisi X10 arasında bağlanmış hesab edilməsi və İddiaçı mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilməsi qət edilmişdir. 48.Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, MH seriyalı, 143669 nömrəli qeydiyyat vəsiqəsi ilə ünvan 1 İddiaçı və X7 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 201 saylı reyestr kitabının 11077 nömrəli vərəqində, 30/530 nömrə ilə qeydiyyat aparılmışdır. 49.İddiaçı daha sonra cavabdehin atasının mübahisəli əmlak üzərində malik olduğu istifadə hüququna xitam verilməsi və onun oradan çıxarılması barədə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1017/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həmin iddianın rədd edilməsi qət edilmişdir. Belə ki, həmin qətnamədə mübahisəli tikilinin İddiaçı mülkiyyətində olması, X11 1968-ci il tarixindən bu günə kimi həmin tikilidə (2 nömrəli) qeydiyyatda olmaqla davamlı olaraq yaşadığı, iddiaçının mübahisəli yaşayış sahəsini yüklü şəkildə əldə etdiyini, beləliklə də cavabdehin atasının həmin tikiliyə mövcud olduğu istifadə hüququnun itirilməsi üçün hüquqi əsasların müəyyən edilmədiyi qeyd edilmişdir. X16 tərəfindən, onun mübahisəli tikiliyə mülkiyyət hüququ ilə deyil, istifadə hüququ ilə sahiblik etməsi təsdiq edən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1017/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilməmişdir. O, xx.xx.2021-ci il tarixində vəfat etmişdir.
50. Göründüyü kimi mübahisəli tikili cavabdehin atasının adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydiyyatdan keçməmiş, onun mülkiyyətində olmamışdır. Ev yalnız onun sahibliyində və istifadəsində olmuşdur. Bu baxımdan qeyd edilməlidir ki, mərhum X11 uzun müddət istifadəsində və sahibliyində olan mübahisəli mənzili öz mülkiyyətinə keçirmək üçün qanuni gözləntiləri, maddi dəyəri olan hüququ yox idi. X11 mövcudluğu məhkəmə qətnaməsi ilə təsdiq edilmiş istifadə hüququ isə mahiyyət etibarı ilə şəxsə bağlı bir hüquq olduğundan, əmlak xarakterli oldmadığından onun ölümü ilə xitam olunmuş, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə onun miras kütləsinə daxil olmamaqla vərəsəlik qaydasında vərəsəsinə (cavabdehə) keçməmişdir.
51. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.
52. Qeyd edilməlidir ki, cavabdehin özünün də ünvan 3 ünvanında yerləşən mübahisəli ev üzərində istifadə hüququ mövcud deyildir. Belə ki, o, iddiaçının mülkiyyətində olan tikilidə əvvəllər yaşasa da, uzun müddətdir ki, oranı tərk etmiş (özünün izahatına görə 8 yaşında), yaşamamışdır.
53. Lakin buna baxmayaraq, cavabdeh həmin bu tikilini iddiaçıya təhvil verməkdən imtina edir. Məhkəmə hesab edir ki, ünvan 8 ünvanında yerləşən mübahisəli ev mülkiyyət hüququ ilə iddiaçıya keçdiyindən, cavabdehin iddiaçının mülkiyyətinə keçmiş tikilidən hər hansı formada istifadə etməsi sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından ilkin iddianı təmin edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdehin həmin evi sahibliyində saxlamasına hüquqi əsas ola biləcək hər hansı bir hal müəyyən edilməmişdir.
54. Mübahisəli “A” tikilisinin İddiaçı məxsus fərdi yaşayış evinin tərkibinə daxil olmamasına dair apelyasiya şikayətindəki dəlil ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, bu məsələ artıq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)- 1017/2021 saylı qətnaməsində öz təsdiqini tapmışdır. Belə ki, həmin qətnamə əsasında məhz bu tikilinin İddiaçı paylı mülkiyyətində olduğu, cavabdehin atasının istifadə hüququ ilə yüklü edildiyi müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası iş üzrə tərtib edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6082 saylı ekspert rəyinə işin hallarının təsdiqi üçün əhəmiyyəti olmadığından sübut kimi istinad edilməsinə zərurət olmadığını qeyd edir.
55. xx.xx.2022-ci il tarixli İddiaçı adına olan Çıxarışın ləğv olunması və Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şaxbazov küçəsi, ev 24, mənzil 2-nin üzərində mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia tələbləri ilə əlaqədar ilk öncə qeyd edilməlidir ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi Nəsimi Rayon Məhkəməsinin 2- 1114 saylı, 25 oktyabr 1994-cü il tarixli qətnaməsinə əsasən Şahbazov küçəsi 24 saylı ünvanında yerləşən (keçmiş Dağıstan küçəsi) daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin iddiaçı ilə əmlakın keçmiş mülkiyyətçisi X10 arasında bağlanmış hesab edilməsi və İddiaçı mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi vəzifəsi Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həvalə edilməsi qət edilmiş, həmin dövlət orqanı tərəfindən iddiaçının adına 21 dekabr 1994-cü il tarixli qeydiyyat vəsiqəsi tərtib edilmişdir.
56. Göründüyü kimi mübahisəli əmlakın başqa şəxsin mülkiyyətində olması qanuni qüvvəsini almış məhkəmə aktları və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə müvafiq çıxarış ilə öz təsdiqini tapmışdır. Nəsimi Rayon Məhkəməsinin 2-1114 saylı, 25 oktyabr 1994-cü il tarixli qətnaməsi və ya çıxarışın verilməsi maraqlarına toxunması ehtimal edilən şəxslər tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddiası əsassızdır.
57. Beləliklə məhkəmə kollegiyası birinci instnasiya məhkəməsinin iş üzrə gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, məhkəmə iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli tikilinin statusunu müəyyənləşdirmiş və həmin statusa uyğun olaraq mübahisəyə müvafiq hüquq normasını tətbiq etməklə hüquqi qiymət vermişdir. Belə ki, iddiaçının iddianın qanuni əsası kimi istinad etdiyi maddədə kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi yalnız xüsusi mülkiyyətdə olan mənzillərə münasibətdə, mülkiyyətçinin tələbinə əsasən nəzərdə tutulmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə mülahizə xarakter daşımaqla qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 58.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 59.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2023 saylı 31 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova