Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6254/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: istifadə hüququna xitam və əmlakın boşaldılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 25 saylı evin 1ci girişində yerləşən 3 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı BOKT ASC-nin adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli, 2(002)-384/2017 saylı qətnaməsindən göründüyü kimi, İddiaçı BOKT ASC-nin cavabdehlər X5 və Cavabdeh5 qarşı «pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması» tələbinə dair iddiası qismən təmin edilmiş, X3 19.353,72 ABŞ dolları əsas borc, 5.183,24 ABŞ dolları kreditə görə faiz, 20 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 24.556,96 ABŞ dollarının Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş dövlət rüsumundan 23,70 manatın İddiaçı BOKT ASC-nin xeyrinə tutulması; Cavabdeh5 məxsus Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi ev 25 ünvanda yerləşən 3 saylı mənzilin ixtisaslaşdırılmış açıq hərracdan satılması; Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi ev 25 ünvanda yerləşən 3 saylı mənzilin satışından əldə edilmiş vəsaitdən 24.556,96 ABŞ dollarının Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş dövlət rüsumundan 23,70 manatın tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilməsi; satışdan götürülmüş məbləğ İddiaçı BOKT ASC-nin tələbini ödəməyə kifayət etməzsə, çatışmayan məbləğin X3 İddiaçı BOKT ASC-nin xeyrinə tutulması; satışdan əldə edilmiş məbləğ İddiaçı BOKT ASC-nin tələblərindən artıq olarsa, artıq məbləğin Cavabdeh5 qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2017-ci il tarixli 2(103)- 5414/2017 saylı qətnaməsindən görünür ki, cavabdeh X4 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli 2(002)-384/2017 saylı qətnaməsi cavabdeh X5 aid hissədə dəyişiklik edilmədən saxlanılmışdır.
4. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(005)- 2283/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh5 cavabdehlər "xxxx" MMCyə, İddiaçı BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «hərracın nəticəsinə dair yekun protokolun, alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli 2(103)-6325/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(005)-2283/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 may 2023cü il tarixli 2(102)-2562/2023 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh5 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli 2(103)-6325/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququna xitam və əmlakın boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Lökbatan qəsəbəsi Nizami küçəsi ev 25 mənzil 3 ünvanda yerləşən əmlak üzərində olan istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları, mənzilin tam şəkildə boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən İddiaçı BOKT ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı BOKT ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli 2(002)-384/2017 saylı qətnaməsi ilə İddiaçı BOKT ASC-nin iddiası qismən təmin edilmiş, cavabdeh X3 ümumilikdə 24.556 ABŞ dolları 96 sent məbləğində pulun tutulması, tutmanın Cavabdeh5 məxsus Bakı şəhəri Lökbatan qəsəbəsi Nizami küçəsi ev 25 mənzil 3 ünvanda yerləşən əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satışa çıxarılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 may 2017-ci il tarixli, 2(103)-5414/2017 saylı qətnaməsi ilə cavabdehin verdiyi apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 2(102)-8493/2017 saylı qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Daha sonra, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 14 fevral 2017-ci il tarixli 2(002)-384/2017 saylı qətnaməsi icraya yönəldilmiş, ipoteka predmeti iki dəfə açıq hərracda satışa çıxarılmışdır. Lakin, ilk, daha sonra təkrar hərracda əmlakın satışı baş tutmamışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təkrar hərracın satış qiymətindən 25 % aşağı qiymətə, 30 sentyabr 2021-ci il tarixli 69/02 saylı hərracın yekunları barədə protokola və həmin tarixli alğı-satqı müqaviləsinə əsasən, İddiaçı BOKT ASC tərəfindən 58.650 manata əldə edilmişdir. Sözügedən sənədlər əsasında İddiaçı BOKT ASC Bakı şəhəri Lökbatan qəsəbəsi Nizami küçəsi ev 25 ünvanda yerləşən 3 saylı mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış (reyestr nömrəsi: **********47-05101-093002, qeydiyyat nömrəsi: **********, tarixi xx.xx.2022-ci il) almışdır. İpoteka predmeti olan əmlakın İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehə məxsus əşyalar mülkiyyətlərində olan Bakı şəhəri Lökbatan qəsəbəsi Nizami küçəsi ev 25 ünvanda yerləşən 3 saylı mənzildədir. Həmçinin, «Elektron notariat» X1 vasitəsi ilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan da göründüyü kimi, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 sözügedən mənzildə qeydiyyatdadırlar. Bu isə bir mülkiyyətçi kimi İddiaçı BOKT ASC-nin hüquqlarını pozur, əmlakdan istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-18/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddianın təmin edilməsi, İddiaçı BOKT ASC-nin mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Nizami küçəsi 25 saylı evin 1-ci girişində yerləşən 3 saylı mənzilin boşaldılması, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən məcburi qaydada çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iddianın tam olaraq rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual normalar pozulmaqla qəbul edildiyindən Bakı şəhəri Qaradağ rayon məhkəməsinin e- 2(002)-18/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə iddia tələbinə və ona verilmiş etiraza habelə işin həqiqi hallarına yenidən baxılmalı mülki işin obyektiv hallarına uyğun yeni qətnamə qəbul edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsi mülki işi tam araşdırmamış və nəticə etibarı ilə əsaslandırılmamış qətnamə qəbul etmişdir. İşin hallarından görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-384/2017 saylı 14 fevral 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı BOKT ASCnin iddiası qismən təmin edilmiş, ondan ümumilikdə 24556 ABŞ dolları 96 sent məbləğində pulun tutulması, tutmanın mülkiyyətimdə olan ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən əmlaka yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satışa çıxarılması və satışdan əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilsə də, şikayətləri təmin edilməmiş və nəticə etibarı ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra Qaradağ Rayon Məhkəməsinin 2(002)- 384/2017 saylı 14 fevral 2017-ci il tarixli qətnaməsi icraya yönəldilmiş, ipoteka predmeti iki dəfə açıq hərracda satışa çıxarılmışdır. Lakin, ilkin, daha sonra təkrar hərracda əmlakın satışı baş tutmamışdır. “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq təkrar hərracın satış qiymətindən 25% aşağı qiymətə, 30 sentyabr 2021-ci il tarixli, 69/02 saylı hərracın yekunları barədə protokola və həmin tarixli alqı satqı müqaviləsinə əsasən, İddiaçı BOKT ASC tərəfindən 58650 manata əldə edilmişdir. Sözügedən sənədlər əsasında İddiaçı BOKT ASC ünvan 4 ünvanında yerləşən iddiaçıya məxsus 3 saylı mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış (reyestr nömrəsi: **********47-05101- 093002, qeydiyyat nömrəsi:**********, tarixi: xx.xx.2022-ci il) almışdır. 30 sentyabr 2021-ci il tarixli, 69/02 saylı hərracın yekununa dair protokol və həmin protolun hüquqi nəticəsi olaraq müqaviləsi, habelə həmin müqavilə əsasında cavabdehə verilmiş reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış etibarsız hesab edilməlidir. Belə ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-36/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ona mülkiyyət hüququ əsasında məxsus ünvan 5 ünvanında yerləşən mənzil 92000 manat dəyərində qiymətləndirilmişdir. İddiaçı BOKT ASC digər cavabdeh "xxxx" MMC ilə cinayət əlaqəsinə girərək Qaradağ Rayon Məhkəməsinin 2(002)-36/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qəsdən ört-basdır edilərək (gizlədilərək) ona məxsus mənzil köhnə qiymət ilə yəni 75000 manat dəyərində hərraca çıxarılmış və nəticə etibarı ilə mənzili aşağı dəyərdə hərrac yolu ilə maddi maraqlar qarşılığında iddiaçı bankın xeyrinə özgəninkiləşdirilmişdir. Qaradağ rayon İcra şöbəsi iddiaçı "xxxx" BOKT ASC və "xxxx" MMC ilə qabaqcadan qarşılıqlı razılığa gələrək yuxarıda qeyd olunan qanunsuzluqlar qəsdən göz yummaqla mənzilini tələbkar bankın balansına götürülməsində yardımçı olmuşlar. Eyni zamanda hərrac keçirilməsi haqqında cavabdeh hərrac mərkəzi tərəfindən qanuna müvafiq qaydada xəbərdar edilməmişdir. Hərracın yekununa dair protokol, həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış haqqında sonradan məlumatı olmuşdur. Qeyd etdiyi kimi ona məxsus mənzil ikinci dəfə qiymətləndirildikdən sonra icra məmuru tərəfindən o, tələbin könüllü icrası haqqında bildiriş verilmədən mənzili yeni qiymət yəni 92000 manatla deyil, köhnə qiymət ilə 75000 manatla hərrac yolu ilə satışı üçün sifariş verilmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə məlumat kütləvi informasiya vasitələrində elan dərc etdirilməli və bununla bərabər ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilməlidir. İddiaçıya hərracın keçirilməsi barədə bildiriş göndərilməsi barədə hər hansı sübut yoxdur. Deməli, hərrac və həmin hərrac əsasında mənzilinin iddiaçı bankın balansına keçməsi ‘İpoteka haqqında” Azərbaycan RespublikasıQanunu ilə müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir. Buna görə də hesab edir ki, yenidən qanunamüvafiq qaydada mənzilim 92000 manat dəyərdə hərraca çıxarılmalı və onun iştirakı ilə hərracın keçirilməsi təmin edilməlidir. Qeyd etdiyi hallardan heç birinə Bakı şəhəri Qaradağ rayon məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş və nəticə etibarı ilə əsasız qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə prosesinin başqa vaxta təxirə salınmasını, bu mümkün olmadığı halda apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
15. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur.
17. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
19. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
20. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.
21. Maddə 157.2 mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyən ləşdirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda qətnaməni yalnız Cavabdeh5 mübahisələndirmiş olsa da, iddia tələbi bölünməz olduğundan hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-512/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Məhkəmə baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli mənzil cavabdehə məxsus olsa da, məhkəmə qətnamələrinə əsasən hərrac qaydasında satılmış, iddiaçı həmin əmlakı alaraq əmlak sonuncunun adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışla rəsmiləşdirilmişdir.
35. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətinin əsas dəlili hərracın nəticələrinin etibarsızlığı ilə bağlı olmuşdur. Qeyd olunan mülki mübahisə ilə əlaqəli Kollegiyanın xx.xx.2022 il tarixli qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(005)- 2283/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh5 cavabdehlər "xxxx" MMC-yə, İddiaçı BOKT ASC-yə və Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «hərracın nəticəsinə dair yekun protokolun, alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli 2(103)-6325/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh5 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(005)-2283/2022 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 may 2023-cü il tarixli 2(102)-2562/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh5 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli 2(103)-6325/2022 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6325/2022 saylı 27 iyul 2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli 2(103)-6325/2022 saylı qətnaməsindən iddiaçı Cavabdeh5 verdiyi kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə geri qaytarılmış, iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə qərarına əsasən hərracın keçirilməsinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir.
36. Odur ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
39. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-18/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.