Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6256/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması və pul” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1100/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı – mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 23 saylı evin 1 saylı mənzilindən cavabdehin çıxarılması barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X13 anası X1 arasında bağlanmış nikah 23.08.2017-ci il tarixdə pozulmuşdur. X20 05.04.2020-ci il tarixdə vəfat etmişdir. Atasına məxsus olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 23 saylı evin 1 saylı mənzili vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. AR ƏMDK DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 23 saylı evin 1 saylı mənzili X20ın mülkiyyətində olmuşdur. AR ƏMDK DƏDRX verilmiş 13.10.2020-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 23 saylı evin 1 saylı mənzili iddiaçının mülkiyyətindədir. Lakin buna baxmayaraq, Cavabdeh ona məxsus mənzildə qeyri-qanuni yaşayır, onu evinə buraxmır və ümumiyyətlə mənzilini tərk etmək fikri yoxdur. İddiaçı Cavabdeh İddiaçı qarşı – ilk iddiaçıdan miras qoyan X11 xəstəliyi zamanı onun tərəfindən edilmiş qulluq, onun müalicəsi və dəfn edilməsi xərclərinin əvəzi olaraq 15000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın alınaraq ona verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2018-ci ildə mərhum X15 Qəniyeva ilə dini nikah bağlamış və onlar bir ailə olaraq Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 23 saylı evin 1 saylı mənzilində yaşamışlar. Məhəmməd İsmayıl 05.04.2020-ci il tarixdə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 23 saylı evin 1 saylı mənzilində vəfat etmişdir. Məhəmməd İsmayılla rəsmi nikah bağlamadan, yalnız dini nikah əsasında ailə qurmuşdur. Rəsmi nikahlarının olmaması səbəbindən X14 İsmayılın vərəsəsi ola bilməmişdir. Lakin bu o, demək deyildir ki, o, Məhəmməd İsmayılla bir ailə olaraq bütün ailə həyatı müddətində birgə yaşadıqları yeganə yaşayış sahəsindən çıxarılmalıdır. O, X11 bağladıqları dini nikah əsasında arvadı, ailə üzvü olmuşdur. İddiaçı Cavabdeh qarşılıqlı iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 23 saylı evin, 1 saylı mənzilinə istifadə hüququnun tanınması, İddiaçı miras qoyan X11 xəstəliyi zamanı ona edilmiş qulluq, onun müalicəsi və dəfn edilməsi xərclərinin əvəzi olaraq 15000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın alınaraq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. Qətnamədən Cavabdeh qzı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh səbəbləri barədə məlumat vermədən məhkəməyə ggəlmədiyindən, işə onun iştirakları olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 23 saylı evin, 1 saylı mənzili üzərində Məhəmməd İsmayılın xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.01.2018-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 23 saylı evin, 1 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 13.10.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 05.04.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti yanında 118 saylı MTK tərəfindən verilmiş 121 saylı 02.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh həqiqətən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 23 saylı evin, 1 saylı mənzilində 2018-ci ildən 05.04.2020-ci il tarixinə kimi X11 dini nikah (kəbin) əsasında həyat yoldaşı olaraq, Məhəmməd İsmayılla birlikdə yaşamışdır. 05.04.2020-ci il tarixdə Məhəmməd İsmayıl vəfat etdikdən sonra isə həmin ünvanda halhazıra kimi anası ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X1 ifadəsində göstərmişdir ki, o, İddiaçı anasıdır. Cavabdeh oğlunun evinə girib orada yaşayır, mənzildən çıxmır, onların da evə girmələrinə icazə vermir. Mərhum İsmayıl ilə 2017-ci ildə boşanmışdır. Nikah pozulduqdan sonra mərhumun evinə gediş-gəlişi olmamışdır. Məhəmməd İsmayıl yataq xəstəsi olmamış, buna görə də onaun müalicə olunması ilə bağlı məlumatım yoxdur; şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, İddiaçı anası Şəlalə Allahverdiyeva onun baldızıdır. Şəlalə xanım ona Məhəmməd İsmayılın vəfatını bildirdikdən sonra onun yuyulması üçün məscidə, sonra isə dəfni üçün qəbristanlığa aparmışdırlar. Dəfndə Elvina xanım da iştirak etmiş, lakin dəfn üçün pul verməmişdir; şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı onun bacısı oğludur. Onun atası vəfat edəndən sonra atasının evi Arslana qalmalı idi. İsmayılın yataq xəstəsi olmasından onun xəbəri olmamışdır. İsmayılın dəfni üçün qəbiristanlıqda torpağın alınmasında 150 manat o, 150 manat İnqilab və 200 manat bacısı pul vermişdir. Cavabdeh mərhumun müalicəsinə görə qızıllarını və mebellərini satmasından xəbərləri omamışdır; şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Elvinanın anasıdır. X11 vəziyyəti pis idi. Onun müalicəsinə və Arslanın təhsilinə pul lazım olduğu üçün qızı mebellərini və qızıllarını satmışdır. Arslan Türkiyə Respublikasında təhsil alırdı. Mərhumun dəfnində o, 150 manat, qarşı tərəf isə 350 manat pul veriblər; şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Cavabdeh onun bacısı qızıdır. X18 şəkər xəstəsi idi. Elvinanın elçiliyi onların evində olmuşdur. Elvina ilə mərhum ikisi bir yerdə işləyirdilər. İsmayıl xəstə olduqdan sonra Elvina işləməli olmuşdur. Mərhumun xəstəliyinə görə pul lazım olduğundan Elvina qızıllarını və mebellərini satmalı olmuşdur; şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, onlar Elvina ilə eyni evdə kirayə qalırdılar. Elçilik zamanı o da iştirak etmişdir. Elvinaya qızıl-zinyət əşyaları verilmişdir. Sonradan Elvinanın anasının ona dediklərinə görə o, həmin qızılları müalicə üçün pul lazım olduğuna görə satmışdır; şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Elvina ilə mərhum İsmayılın yaşadığı evin yaxınlığında olan çörək zavodunda işləyir. O, onları 2018-ci il tarixdən tanıyırdı. İsmayıl vəfat edənədək Elvina ona qulluq etmişdir. Elvinaya pul lazım olduqda o, ona borc vermiş, o da sonradan həmin borcu hissə-hissə geri qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı” işi üzrə qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz…Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bundan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır. Kollegiya Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozulubpozulmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırkı mübahisəyə münasibətdə kollegiya qeyd edir ki, ilkin iddia üzrə cavabdehin (apellyatorun) iddiaçıya məxsus olan əmlakı uzun illər ərzində zəbt etməsi və zəbt etmə faktının qeyrimüəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Apellyatorun qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.5-ci maddəsinə əsasən, dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu baxımdan kollegiya qeyd edir ki, Cavabdeh hazırda mübahisələndirilən mənzildə yaşasa da, onun həmin əmlaka dair mövcud qanunvericiliyin tələbləri baxımından istifadə hüququ da mövcud deyildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci mad. və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu mad.). Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri apellyatora münasibətdə qətnamənin ləğvi üçün əsas deyildir. Qarşılıqlı iddia tələblərinə münasibətdə isə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qeyd olunmalıdır ki, qarşılıqlı iddiaçı Cavabdeh tələbini X11 xəstəliyi zamanı ona edilmiş qulluq, onun müalicəsi və dəfn edilməsi xərclərinin onun tərəfindən çəkilməsi ilə əsaslandırsa da, həmin halı sübut etmək yükü cavabdehin üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır; o bu barədə məhkəməyə heç bir sübut verməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1100/2021 saylı, 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6256/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6256/2021
30.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver