Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6256/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı cavabdeh “X4” ASCyə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-315/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh “X4” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9000 manatın qaytarılmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-315/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında eyni xarakterli mübahisə ilə bağlı Unibank KB” ASC-nin İddiaçı qarşı məhkəmə işi mövcuddur və həmin məhkəmə icraatı davam edir. Bu səbəbdən ədalət mühakiməsinin tez, düzgün, səmərəli və keyfiyyətli həyata keçirilməsini təmin etmək məqsədi ilə, eləcə də prosessual qənaət prinsipinin tələblərinə uyğun olaraq hər iki işdə mübahisə predmeti və tərəflər eyni olduğundan onlar bir icraatda birləşdirilməlidir. Apellyasiya şikayətinə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə digər iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, iddiaçı "Unibank KB” ASC-nin cavabdeh İddiaçı qarşı borc tələbinə dair kiçik iddiası üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, e-2(007)-3734/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin digər hakimi Xumar Mərdanovanın icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş əlaqəli olan iddiaçı "Unibank KB” ASC-nin cavabdeh İddiaçı qarşı borc tələbinə dair 2(103)-1439/2024 nömrəli mülki işlə bir icraatda baxılması məqsədi ilə həmin işə birləşdirilməsi üçün göndərilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 257, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh “X4” ASC-yə qarşı “pul” tələbinə dair 2(103)-6256/2024 nömrəli mülki iş, onunla əlaqəli olan iddiaçı "Unibank KB” ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair 2(103)-1439/2024 nömrəli mülki işlə bir icraatda baxılması məqsədi ilə həmin işə birləşdirilməsi üçün göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6256/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6256/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver