Məhkəmə qərarları › İş №2(103)-6257/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6257/2022

09.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6257/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı “sərəncamın hüquqi qüvvədən düşmüş hesab edilməsi və kompensasiya tələb edilməsinin əsassız hesab edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 avqust 2022-ci il tarixli qərardaddan cavabdehin arvadı X1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hazırki mülki iş üzrə qəbul etdiyi xx.xx.2018-cı il tarixli qətnaməsi ilə iddiaçı MTK-nın cavabdehə qarşı irəli sürdüyü iddianın təmin edilməsini, cavabdehə 600 kv.metr ölçülü torpaq sahəsinin ayrılması barədə Cavabdeh2 başçısının “Fərdi evlər tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 1042 saylı, xx.xx.1995-ci il tarixli sərəncamının qüvvədən düşmüş hesab edilməsini, cavabdehin həmin sərəncama istinad edərək iddiaçı MTK-dan torpağa görə kompensasiya tələb etməsinin əsassız hesab edilməsini qət etmişdir. İş materiallarından görünür ki, iş üzrə cavabdeh xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdehin arvadı (vərəsəsi) Sevinc Səfərova həmin qətnamədən apellyasiya şikayəti vermişdir. O eyni zamanda Rayon Məhkəməsinə “ötürülmüş prosessual müddətin bərpası barədə” ərizə vermişdir. “Ötürülmüş prosessual müddətin bərpası barədə” ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh İddiaçı ilə Sevinc Səfərova 1996-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İddiaçı xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri 16 saylı Notariat Ofisi tərəfindən Sevinc Səfərovaya “Vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Sevinc Səfərova Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən, bu yaxınlarda, yəni Bakı İnzibati Məhkəməsində baxılan inzibati işin araşdırması zamanı məlumat almış, ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək qətnamənin surətini rəsmi qaydada xx.xx.2022-ci il tarixdə əldə etmişdir və yalnız bundan sonra apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin qəbulu məsələsinə və “prosessual müddətin bərpası barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə “prosessual müddətin bərpası barədə ərizənin” rədd edilməsini və apellyasiya şikayətinin qaytarılmasını qərara almışdır. Rayon Məhkəməsinin qərardadı onunla əsaslandırılmışdır ki, İddiaçı qətnaməni aldıqdan 1 aydan çox vaxt keçdikdən sonra vəfat etmişdir. O, sağ ikən nə şəxsən, nə də ki vəkili (nümayəndəsi) vasitəsi qətnamədən apelyasiya şikayəti verməmiş, qətnaməni mübahisələndirməmişdir. Belə olan halda onun ölümündən sonra onun vərəsəsinin (arvadının) “prosessual müddətin bərpası barədə ərizəsi” təmin edilə, onun tərəfindən verilmiş apellyasiya şikayəti isə qəbul edilə bilməz. Çünki onun qətnamədən xəbərsiz olması üzürlü hal kimi qəbul edilmir. Həmin qərardaddan S.Səfərovanın verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarında görünür ki, Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qəbul olunduqdan sonra rəsmi qaydada tərəflərə göndərilmiş, həmin qətnamə xx.xx.2018ci il tarixdə cavabdehin vəkili (nümayəndəsi) X2 şəxsən təqdim olunmuş və sonuncu, bu barədə məktubu imzalayaraq qətnaməni qəbul etmişdir. İddiaçı vəkili (nümayəndəsi) qətnaməni rəsmi qaydada xx.xx.2018-ci il tarixdə əldə etdiyindən, həmin qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin axımı İddiaçı münasibətdə xx.xx.2018-ci il tarixdən bitmişdir. Lakin o, həmin müddət ərzində apellyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəyə mindiyi gündən 22 gün sonra, yəni xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət İddiaçı sağlığında bitdiyi və həmin müddət ərzində onun apellyasiya şikayəti vermək niyyəti olmadığı üçün onun vərəsəsi (arvadı) S.Səfərovanın qətnamənin mövcudluğundan xəbərdar olmaması prosessual müddətin onun (S.Səfərova) tərəfindən üzürlü səbəbdən buraxılması kimi qiymətləndirilə bilməz. MPM-nin tələblərinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.). Beləliklə də, qeyd edilənləri nəzərə alan Məhkəmə, hesab edir ki, Rayon Məhkəməsi S.Səfərova tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsini təmin etməməkdə, onun tərəfindən verilmiş apellyasiya şikayətini qaytarılması barədə qərardad qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayət əsassızdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh İddiaçı vərəsəsi (arvadı) X1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar